Nigar Hüseynova


proto-türk   dövrü  adlandırıblar vә buna da “ ana türkcə



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə39/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   35   36   37   38   39   40   41   42   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

proto-türk
  dövrü 
adlandırıblar vә buna da “
ana türkcə
” adını qoyublar. Əslindә bu çağa mәxsus bir dәnә dә yazılı 
abidә  vә  ya  mәnbә  aparılan  arxeoloji  qazıntılarında  vә  araşdırmalarda  hәlәlik  әlә  kәçmәyib. 
Ancaq mәdәniyyәtimizin әvәzsiz vә zәngin olan xәzinәsi, mәdәniyyәt tariximizin qәdimdәn dә 
qәdimliyi nәzәrә alındıqda yazılı әdәbiyatımızın 5 vә 8-ci әsrlәrdәn çox-çox әvvәllәr başladığı 
qәti olaraq şәk-şübhә götürmür. 
Çin salnamələrində qədim Türkcəyə məxsus bir şairin eradan 
əvvəl  ikinci  əsrdə  yazıldığı
  elm  alәmi  tәrәfindәn  bilinir.  Türk  nәsri  Orxon-Yenisey 
abidәlәrindәki  yazılardan  başladılsa  da,  Çin  salnamәlәrindә  eradan  qabaq  192-ci  ildә  Mәtә 
Xaqanın  Çin  kraliçasına  yazdığı  mәktub  Hunların  özlәrinә  mәxsus  bir  әlifbasının  olduğunu 


 
 
15 
 
sübut edir (Groot-Asena, 2010;99). Ancaq o dövrә mәxsus әlimizdә kifayәtli mәnbә olmadığına 
görә o dövr haqqında hәr hansı fikri irәli sürmәk biraz çәtinlәşir.  
Uyğurların  Orxon  Çayı  әtrafında  yaşayarkәn  Bögü  Kaqan  vaxtında  Mani  dinini 
mәnimsәmәlәri  vә  ardınca  da  Buddizmә  yönәlmәlәri  nәticәsindә  hәr  iki  dinә  mәxsus  әsәrlәri 
Uyğur  Türkcәsinә  tәrcümә  ediblәr.  Onlar  qәbul  etdiklәri  14  hәrfli  әlifba  ilә  ölmәz  әsәrlәr 
yaradıblar. Türküstanda Qara Hoço bölgәsindә  aparılan arxeoloji qazıntılarda  tapılan  әsәrlәrdә 
dualar, ilahilәr, әfsanәlәr vә Mani kosmoqoniyası yer tutub. Buddizmә mәxsus әxlaqi dәyәrlәrә 
malik  “
Altun  Yaruq
”  adlı  әsәrin  orijinal  dili  Sanskritcәdir  vә  Uyğur  Türkcәsinә  Çincәdәn 
tәrcümә edilib. 31 hissәdәn ibarәt olan “Altun Yaruq” Budda dini vә Buddanın hәyatı ilә bağlı 
mәlumat tәqdim edir. 
Uyğur  Türkcәsi  ilә  yazılan  bir  digәr  әsәr  dә  “
Səkkiz  Yükmək
”dir.  Əsәrin  dili  sadә, 
cümlәlәr  qısa  vә  aydın  şәkildә  yazılıb.  Əsәr  W.Bang,  A.V.Gabain  vә  Rәşid  Rәhmәti  Arat 
tәrәfindәn  çap  edilib.  Bir  digәr  Uyğurca  әsәr  Turfanda  tapılan  “İki  Qardaşın  Hekayәti”dir  ki, 
Monqolca-Türkcә әlyazma әsәrdir (Banarlı, 1971:75-77).  
 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə