Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə42/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   38   39   40   41   42   43   44   45   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

 
ӘDİB ӘHMӘD YÜKNӘGİ 
Şair  Sәmәrqәnd  tәrәflәrindә  Yüknәg  kәndindә  dünyaya  gәlib  vә  Qaraxanlı  Dövlәtindә 
11-ci  әsrin  sonları  ilә  12-ci  әsrin  әvvәllәrindә  yaşayıb.  Hәyatı  ilә  bağlı  o  qәdәr  dә  kifayәtli 
mәlumat  yoxdur.  Ərәb  vә  Fars  dillәrini  mükәmmәl  öyrәnib,  tәfsir,  hәdis  vә  fiqh  kimi  İslami 
elmlәr  sahәsindә  tәhsil  alıb.  Əli  Şir  Nәvai  onunla  bağlı  olaraq  “Ədib  Əhmәd  әslәn  Türkdür  vә 
türklәr  arasında  onunla  bağlı  çoxlu  mәnqәbәlәr  yayılıb.  Onun  anadangәlmә  kor,  ancaq  fitri  bir 
zәkaya sahib qabiliyyәtli şәxs olduğu rәvәyat edilir” deyib (Banarlı I, 1971: 241).  
Yüknәginin  yazdığı  “Atabәtül  Hәqayiq”,  Xaqaniyә  Türkcәsi  ilә  yazılıb  vә  Mәlik  Dad 
Sipehsalar Mәhәmmәdә tәqdim edilib. Əsәr giriş hissәsindә 40 beyit, әsil mövzu vә son hissәdә 
101  dördlükdәn  ibarәtdir.  Yüknәgi,  әsәrini  yazma  sәbәbini  altı  bәyitlik  bir  qәzәl  ilә  açıqlayıb. 
Əsәrin  әsl  hissәsi  başdan  axıra  kimi  dördlüklәr  şәklindәdir.  Əsәrdә  elmin  bәhrәsi,  biliksizliyin 
zәrәrlәri, dilin qorunması, dünyanın faniliyi, tәvazö vә kibr, әliaçıqlıq vә xәsislik, hәrislik, kәrәm 
vә  himmәtin  yaxşılıqları  dilә  gәtirilib,  zәmanәnin  mәnfiliğindәn  şikayәt  edilib.  Əsәrin  tamamı 
512  misradan  ibarәtdir  vә  bu  yönüylә  “Qutadqu  Bilig”dәn  xeyli  kiçik  hәcmdәdir.  Ancaq  islam-


 
 
17 
 
türk  xarakterli  әdәbiyyata  mәxsus  ikinci  әsәr  olması  yönündәn  dil  tarixi  vә  әdәbiyyat  yönündәn 
hәddәn artıq dәyәrlidir. “Qutadqu Bilig” beytlәr şәklindә vә mәsnәvi tәrzindә yazılmış olmasına 
baxmayaraq  “Atabәtül  Hәqayiq”  dördlüklәr  şәklindә  yazılıb,  ancaq  vәzn  vә  qafiyә  yönündәn  o 
qәdәr  dә  mükәmmәl  deyil  (Banarlı  I,  1971:242-243).  Əxlaqi  vә  öyüd-nәsihәt  xarakterli 
olduğundan  tamamilә  hikmәt  tәrzindә  yazılıb.  Əsәrdә  Əhmәd  Yüknәgiyә  aid  olmayan  üç  hissә 
vardır. Birincisinin kim tәrәfindәn yazıldığı mәlum deyil. İkinci hissә “
Seyfi
” tәxәllüsü ilә şeirlәr 
yazan Seyfәddin Barlasa mәxsusdur. Üçüncü isә Əmir Teymur zamanında yaşamış dövlәt xadimi 
Arslan  Xoca  Tarkana  mәxsusdur  ki,  Arslan  Xoca,  Ədib  Əhmәd  Yüknәginin  anadangәlmә  kor 
olduğuna işarә edib.  
Əsәr  1906-cı  ildә  İstanbul  Darülfünun  müәllimi  Nәcib  Asim  bәy  tәrәfindәn  Ayasofya 
Kitabxanasından aşkar edilib vә 1918-ci ildә “Hitabәtül Hәqayiq” adıyla  İstanbulda nәşr edilib. 
Əsәrin müqayisәli vә mükәmmәl nәşri Rәşid Rәhmәti Arat tәrәfindәn hәyata keçirilib. Bu çapda 
әsәrin hәm indәksi hәm dә Uyğur hәrfli nüsxәsi dә çap edilib (Arat, 1992: 78-80).  
 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə