Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə45/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   41   42   43   44   45   46   47   48   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Yusif  Həmədani
,  iki  müridi  olan 
Əhməd  Yəsəvi
  vә 
Əbdülxaliq 
Qucduvani
yә  irşad  icazәsi  verib.  Hәmәdani  belәliklә  Türküstanda  Əhmәd  Yәsәvi  tәrәfindәn 
qurulan 
Yəsəviyyə
,  Qucduvani  tәrәfindәn  yaradılaraq  öncәlәri 
Xacəgah
  sonra  isә 
Nəqşibəndi
 
adını alan bu iki tәriqәtin yaranmasında baş rolu oynayıb.  
Mәnqәbәyә  әsasәn  Hz.  Mәhәmmәdin  әshabından  olan 
Arslan  Baba
  Peyğәmbәr  Hz. 
Mәhәmmәdin  işarәsi  ilә  Yesi  şәhәrinә  gedib.  Özünә  Pәyğәmbәr  tәrәfindәn  әmanәt  edilәn 
xurmanı axtarıb-taparaq Əhmәd Yәsәviyә verib. Onun tәlimi ilә maraqlanaraq yetişmәsindә baş 
rolu oynayıb (Akarpınar-Arslan, 2015:362-365).  
Yәsәvi  tәkkәlәri  Yuxarı  Türküstanda  xalq  әdәbiyyatının  inkişafında  önәmli  işlәr  görüb. 
Yәsәvilik, köçәri Türk mühitindә sürәtlә yayılaraq Seyhun çayından Xarәzmә kimi Asiya qitәsini 
bürüdü.  Monqol  işğalları  ilә  Xorasan,  İran  vә  Azәrbaycanda  yayılıb.  Xorasan  әrәnlәri  kimi 
adlanan  “alp  әrәnlәr”  Anadoluya  daxil  olaraq  XIII-cü  әsrdә  Bәktaşilik,  Babailik  vә  Heydәrilik 
kimi  tәriqәtlәrin  yaranmasında  baş  rolu  oynayıb.  Hәtta  mәnqәbәlәrdә  Əhmәd  Yәsәvinin,  Yunis 
Əmrәni, qaibdәn yollanan  mürşid kimi qәbul edilәn Hacı Bәktaş, Sarı Saltuq, Anadoludakı Əxi 
Tәşkilatının piri qәbul edilәn Əxi Əvran, Osman Qazinin qaynatası Şeyx Ədәbalı, Orxanqazinin 
mürşidi Geyikli Baba kimi sufilәri Anadolunun әlә keçirilmәsi üçün yolladığı dilә gәtirilir. 
Əhmәd  Yәsәvinin  Qәrbi  Türküstanda  Sayram  qәsәbәsindә  11-ci  әsrin  ikinci  hissәsindә 
dünyaya  gәldiyi  tәxmin  edilir.  Atası  İbrahim  adlı  bir  şeyxdir.  Öncә  anasını,  yeddi  yaşında  da 
atasını itirib, böyük bacısı ilә Yesi şәhәrinә gәdәrәk orda mәskunlaşıb. İlk tәhsilini burda alıb vә 
o  vaxtlar  Asiyada  İslam  dininin  mәrkәzi  qәbul  edilәn  Buxara  şәhәrinә  gedәrәk  Şeyx  Yusif 
Hәmәdaninin şagirdi olub, ona bağlanıb vә onunla birlikdә bir çox yeri gәzib-görüb. Şeyx Yusifin 
mәhәbbәtini qazanaraq onun üçüncü xәlifәsi olub. İlk iki xәlifәdәn sonra 1160-cı ildә Buxarada 
Yusif Hәmәdaninin postunda әylәşib, lakin bir müddәt sonra Yesi şәhәrinә qayıdıb vә burda bir 
tәkkә  açaraq  ölәnә  kimi  burda  yaşayıb  әtrafında  toplanan  insanlara,  müridlәrinә  tәsәvvüf 
düşüncәsini aşılayıb (Mengi,2015:41).  
Əhmәd  Yәsәvi  Yesi  şәhәrindә  tәsәvvüfü  yaydığı  illәrdә  Türküstanda  İslam  dini  dalğa-
dalğa yayılırdı. Yәsәvi bu illәrdә Türklәr arasında böyük nüfuz qazanıb. Dәrvişlәrinә mükәmmәl 
bildiyi Ərәb vә Fars dillәri ilә birlikdә dәrvişliyin dә әrkanını öyrәdib. Dәrvişlәrinә onların başa 
düşә bilәcәklәri sadәlikdә mәnzumәlәr yazaraq sәslәnib. Bu mәnzumәlәri digәrlәrindәn ayırmaq 
üçün onlara “hikmәt” deyilib. Bu hikmәtlәrin bir araya gәtirildiyi әsәrә dә “Divanı Hikmәt” adı 
qoyulub.  “Divanı  Hikmәt”dәki  mәnzumәlәr  Xaqaniyә  Türkcәsi  ilә  4+3  vә  4+4+4  durğulu  heca 
vәzni, yarım qafiyә vә rәdiflәrlә yazılıb. Bu hikmәtlәrdә xalq arasında yaşayan atalar sözlәrinin 
vә xalq deyimlәrinin atmosferi hakimdir. Yazılan mәnzumәlәrdә milli vә islami dәyәrlәr olmaqla 
iki  әsas  ünsür  özünü  göstәrir.  Onlarda  islam  bir  idәoloji,  milli  ünsürlәr  isә  biçim  yönündәn 
“Divanı Hikmәt”dә özünә yer  tapıb. “Divanı Hikmәt” İslam öncәsi xalq әdәbiyyatı gәlәnәyinin 
tәsәvvüfi  bir  görkәm  qazanmasından  ibarәt  olan  bir  әsәrdir.  Əhmәd  Yәsәvinin  hikmәtli  sözlәri 
Peyğәmbәrimiz  Hz.  Mәhәmmәdin  hәyatı  vә  möcüzәlәri,  İslam  mәnqәbәlәri,  dünyadan  şikayәt, 
qıyamәt  gününün  yaxınlığı,  dәrvişliyin  fәzilәtlәri  kimi  mövzulardan  ibarәtdir.  Onun  hikmәtli 
sözlәri  duyğu  vә  coşğunluq  yönündәn  müәyyәn  mәhdud  çәrçivәdә  olmalarına  baxmayaraq 
sufiyanә,  zahidanә  fikirlәrlә  bәzәndiklәrindәn  xalqın  ürәyinә  yol  tapıb  vә  yüz  illәr  boyu  öz 
tәsirini  davam  etdirib.  Bu  hikmәtli  sözlәrin  tamamında  Əhmәd  Yәsәvinin  inamı  vә  fikirlәri 


 
 
19 
 
hakimdir  (Yәsәvi,  2003:2-8).  Yәsәvi,  şәriәtin  nizamı,  tәriqәtin  imamı,  hәqiqәtin  tamamı  kimi 
qәlәmә verilib (Cafәroğlu-II,2015:67). 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə