Nigar Hüseynova


Әsərləri   Movlana әsәrlәrini Fars dilindә yazıb.  Məsnəvi



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə48/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   44   45   46   47   48   49   50   51   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

Әsərləri
 
Movlana әsәrlәrini Fars dilindә yazıb. 
Məsnəvi 
(Movlana  bu  әsәrini  Hüsamәddin  Çәlәbinin  arzusuna  uyaraq  yazıb). 
Mәsnәvi,  Anadoluda  әsrlәrdәn  bәridir  insanların  zövqlә  oxuduğu  vә  qulaq  asdığı  әxlaqi 
dәyәrlәrlә dolu bir әsәrdir. Tәsәvvüf anlayışı ilә yazılan әsәrdә eşq, sәbr, cәhd, tәvәkkül, elm, 
idrak,  hәqiqәt,  surәt,  mәna,  tәqlid,  hicab  kimi  yüzlәrlә  sözün  anlamını  mәsnәvidә  tapmaq 
mümkündür. 7-ci әsrdәn 13-cü әsrә kimi İslam  dünyasında yaranan  fikirlәrin tәkamülü; Hz. 
Mәhәmmәdin  hәdislәrinin  gerçәklәşmәsi;  xalqın  dilindәki  sözlәr,  hekayәlәr  mәsnәvidә  öz 
әksini tapıb. 
Mәsnәvi,  “Hakim  Sәnai”  vә  sufi  şair  “Fәridüddin  Əttar”ın  “İlahinamә”,  “Mәntiqüt 
Tayr”,  “Əsrarnamә”  adlı  әsәrlәrini  tәqlid  edәrәk  yazıb.  Əsәr  tamamilә  öyrәdici 
mahiyyәtdәdir, 26  min beytdәn artıqdır. Mәsnәvi, İslam tәsәvvüf  әdәbiyyatının әn tanınmış 
örnәyidir (Köprülü, 1986:247). 
Divanı  Kəbir
  (Böyük  dәftәr  anlamındakı  bu  әsәri  müxtәlif  sahәlәrә  mәxsus 
şeirlәrindәn ibarәtdir). Divan, Mövlananın  ikinci mәnzum әsәridir. Digәr әsәrlәrinә nisbәtlә 
lirizm  bu  әsәrindә  daha  güclü  şәkildә  özünü  göstәrir.  Mövlana  “Divanı  Kәbir”dә  daha  çox 
tәsәvvüf  eşqini  dilә  gәtirib.  Əsәrdә  Şәms  Tәbrizinin  tәsiri  aydın  şәkildә  özünü  göstәrir. 
Divanda rübailәr dә yer tutub (Mengi,2015:53).  
Məktubat
 (Bu әsәrini başda Sәlcuqlu hökmdarlarına vә dövrün idarәçilәrinә nәsihәt 
mәqsәdi ilә yazıb. Əsәrdә 147 mәktub vardır).  
Fihi  Ma  Fih 
(Onun  içindәki  içindәdir  anlamındadır).  Mövlananın  müxtәlif 
mәclislәrdә  etdiyi  çıxışlardan  ibarәtdir.  Əsәri  oğlu  Sultan  Vәlәd  yığaraq  bir  araya  gәtirib. 
Mövlana bu әsәrini Muinüddin Süleyman Pәrvanәyә bağışlayıb.  
Məclisi Səba
 (Mövlananın yeddi mәclisdә etdiyi çıxışlardan ibarәtdir. Orda müxtәlif 
hәdislәr şәrh edilib. Hüsamәddin Çәlәbi vә ya oğlu Sultan Vәlәd tәrәfindәn qeydә alınıb).  
  


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə