Nigar Hüseynova


GÜNEY AZӘRBAYCAN ӘDӘBİYYATI



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə51/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   47   48   49   50   51   52   53   54   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

GÜNEY AZӘRBAYCAN ӘDӘBİYYATI
 
Güney  Azәrbaycan,  Azәrbaycanın  bir  parçasıdır.  Azәrbaycan  coğrafiyası  1813-cü  ildә 
Gülüstan,  1828-ci  ildә  dә  Türkmәnçay  Anlaşması  ilә  ikiyә  bölünüb.  Talış  dağları  vә  Araz  çayı 
sәrhәd  olmaq  şәrti  ilә  Rusiya  vә  o  vaxt  indiki  İran  coğrafiyasında  hökmran  olan  Qacar  dövlәti 
arasında  bölüşdürülüb  (Okumuş,  2002;  427).  Güney  Azәrbaycan  әdәbiyyatı  da  bu  tarixdәn 
başladılmalıdır.  
 Görkәmli  alim  mәrhum  Cavad  Heyәt  dә  “Azәrbaycan  Ədәbiyatı  Tarihi”  adlı  әsәrindә 
Müasir  Güney  Azәrbaycan  әdәbiyyatı  mәsәlәsinә  toxunaraq  onu, 
Məşrutiyət  Dönəmi

Pəhləvî 
Dönəmi
 vә 
Müasir Dönəm
 şәklindә üç hissәyә ayırıb (Hәyәt, 1990:426). 
1905-ci ildә Sәttar Xan vә Bağır Xanın rәhbәrliyindә başlayan Mәşrutә Hәrәkatı 1911-ci 
ilә  kimi  davam  edib.  Bu  dönәmdә  Güney  Azәrbaycanda  dil  vә  әdәbiyyat  sahәsindә  önәmli 
addımlar  atılıb,  Güney  Azәrbaycan  Türklüyü  öz  ana  dilinә  vә  milli  mәnsubiyyәtinә  sahib 
çıxmağın lәzzәtini dadıb. Ancaq bu hәrәkat Rusiya vә İngiltәrәnin ortaq dәstәyi ilә mәhv edilib.  
Güney  Azәrbaycan  әdәbiyyatı,  orda  yaranan  tarixi  olaylar  vә  Qüzey  Azәrbaycan 
Cümhuriyyәtindәn  ayrı  fikirlәşilә  bilmәz.  Azәrbaycanın  ikiyә  bölünmәsindәn  sonra  Qüzey 
Azәrbaycanda  1918-ci  ilin  may  ayının  28-ci  günü  Mәmmәdәmin  Rәsulzadә  vә  silahdaşlarının 


 
 
24 
 
cәhdlәri  vә  Osmanlı  Dövlәtinin  dә  kömәyi  ilә  Azәrbaycan  Cümhuriyyәti  yaranıb.  Ancaq  bu 
dövlәt,  imperialist  Çar  Rusiyasının  yerindә  qurulan  Bolşevik  Rusiyanın  qarnını  ağrıtmağa 
başlayıb. Çünki Azәrbaycanın müstәqilliyi digәr Türk xalqlarına da örnәk ola bilәrdi. Bu sәbәblә 
27 Nisan 1920-ci il tarixindә Azәrbaycan işğal edilib, on minlәrlә insan mәrhәmәtsizcәsinә qәtlә 
yәtirilib.  
20-ci  әsrin  әvvәllәrindә  Mәmmәd  Əmin  Rәsulzadә  ilә  birlikdә  İranı  Nev  adlı  qәzeti 
çıxararaq  xalqını  şüurlandıran  Şeyx  Mәhәmmәd  Xiyabani  dostları  ilә  әl-әlә  verib  Azәrbaycan 
Cümhuriyyәtinin  işğalından  öncә  9  Nisan  1920-ci  il  tarixindә  Güney  Azәrbaycanda  paytaxt 
Tәbriz olmaq şәrti ilә Azadistan Dövlәtini yaradıb. Xiyabani bir çıxışında belә deyib: “
And olsun 
şərəfimə ki, o millətin ki istiqlalı yoxdur, heç bir şeyi yoxdur!
” (Altaylı, 1995:1). 
Ancaq  Xiyabaninin  Azadistan  Dövlәti  altı  ay  qәdәr  yaşaya  bilib,  Şah  idarәsi  hәm 
Ruslardan,  hәm  dә  İngilislәrdәn  dәstәk  alıb  bu  dövlәti  aradan  götürüb,  Xiyabani  vә  yoldaşları 
vәhşicәsinә qәtlә yetirilib. 
Müstәqillik  tәrәfdarı  Mәhәmmәd  Taqi  Xan  Pesyan,  Heydәr  Xan  Əmoğlu  hәrәkatları  da 
eyni qayda ilә mәhv edilib. 
II-ci  Dünya  Müharibәsi  Güney  Azәrbaycan  üçün  döngә  olub.  İran,  qüzeydәn  Ruslar, 
güneydәn  İngilislәr  tәrәfindәn  işğal  edilib.  Rus  işğalı  1941-ci  ilin  Sentiyabr  ayının  11-ci  günü 
Tәbrizin  tutulmasıyla  başlayıb.  Mir  Cәfәr  Pişәvәri,  guya  sosializmi  mәnimsәdiyinә  görә  Şah 
tәrәfindәn  salındığı  Kaşan  Zindanından  çıxarılıb.  O  da  Tәbrizә  gedәrәk  Azәrbaycan  Muxtar 
Cümhuriyyәtini  1945-ci  ilin  Novruz  Bayramı  günü  elan  edib.  Ardınca  rәformlar  hәyata  keçirib, 
Türkcә  rәsmi  dil  olub.  Tәbrizdә  universitet  yaradılıb,  Türkcә  qәzetlәr,  jurnallar  çap  olunub,  ana 
dildә  dәrsliklәr  yazılıb  (Arazoğlu,  2000;127).  Şah  bu  dәfә  hәm  İngiltәrә,  hәm  dә  Amerikadan 
dәstәk alaraq Tәbrizi işğal edib. Sovetlәr Birliyi dә Güneydәki müstәqil Azәrbaycan dövlәtindәn 
narahat  olduğundan  ordusunu  ölkәdәn  çıxarıb.  Şahın  qüvvәlәri  Tәbrizdә  sәnәt  vә  әdәbiyyatla 
bağlı  әsәrlәri  kitabxanalardan  meydanlara  daşıyaraq  od  vurub.  Yazıçılar,  siyasәtçilәr,  şairlәr 
nahaq yerә güllәlәnib, sürülüb. Pişәvәri ilә yaxın dostları Bakıya pәnah gәtirib, ancaq bir müddәt 
sonra o da mәxfi tәşkilatın mәmurları tәrәfindәn qәtlә yetirilib, adına da yol qәzasında hәlak oldu 
deyilib.  
Güney  Azәrbaycanda  1945-ci  ildә  başlayan  yeni  anlayışda  vәtәn,  müstәqillik,  birlik  vә 
bәrabәrlik, millәt kimi terminlәr şeirdә daha çox dilә gәtirilmәyә başlayıb. 
Şah, 1979-cu ildә ölkәni tәrk edib getsә dә yerindә yaranan Xomeyni rejimindә dә Güney 
Azәrbaycan Türklüyü öz arzusuna qovuşa bilmәyib.  
Azәrbaycan Cümhuriyyәtindә yaranan hәr bir әdәbi vә tarixi hadisә Güney Azәraycanda 
çox  qısa  müddәtdә  öz  әksini  tapıb.  1921-ci  ildә  Molla  Nәsrәddin  Jurnalının  Tәbrizә  daşınması, 
Güney  Azәrbaycanda  әdәbi  mühitin  formalaşmasında  önәmli  rol  oynayıb.  Jurnal,  Bayramәli 
Abbaszadә,  Mirzә  Əli  Möcüz  kimi  şairlәri  öz  әtrafında  yığaraq  burada  çağdaş  anlayışın 
yaranmasını tәmin edib. 
Klassik şeiri davam etdirәn Heyran Xanım, Şükuhi, Nәbati, Raci vә Dilsuz kimi  şairlәr 
bu dönәmdә Fars dilindә qәzәllәr yazıb, ancaq әsrin tәlәblәrindәn uzaq qalıblar. 1930-cu illәrdәn 
sonra Mirzә Əli Möcüz, Şәhriyar,  Mәhәmmәdәli Sәffәt, Hәbib Sahir, Pәrvin Etisami, Mirmehdi 
Etimadın üsyankar şeirlәri Güney Azәrbaycanda ayrı bir atmosfer yaradıb.  
20-ci  әsrdә  Güney  Azәrbaycan  şairlәri  böyük  işlәr  görüb.  Bunlardan  Şәhriyar,  Coşğun, 
Mir Tağı Milani, Aşıq Hüseyn Cavan, Mәhәmmәd Biriya, Hәmid Nutqi Aytan, Mәhәmmәd Bağır 
Niknam,  Balaş  Azәroğlu,  Mәhәmmәd  Taqi  Zehtabi,  Haşim  Tәrlan,  Əli  Tudә,  Yahya  Şeyda, 
Hökümә  Billuri,  Mәdinә  Gülgün,  Söhrab  Tahir,  Bulud  Qaraçorlu  Sәhәnd,  Sönmәz  (Kәrim 
Mәşrutәçi),  Əli  Tәbrizi,  Savalan  (Hәsәn  Mәcitzadә)  әn  tanınmış  şәxsiyyәtlәrdir.  Ancaq  Güney 
Azәrbaycanda  çağdaş  әdәbiyyatın  özülünü  qoyanlar  Hәbib  Sahir,  Cavad  Heyәt  vә  Şәhriyar 
göstәrilә bilәr. 


 
 
25 
 
Güney  Azәrbaycan  şairlәrinin  әn  öndә  gedәni,  şübhәsiz  ki  Mәhәmmәd  Hüseyn 
Şәhriyardır. Şәhriyara sözün hәqiqi mәnasında millәt fәdaisi demәk yerinә düşәrdi. O, öz xalqının 
problemlәrini,  müstәqilliklә  bağlı  hәsrәtini  qәlәmiylә  usta  bir  şәkildә  dilә  gәtirib.  O,  sәnәtin  bir 
millәtin  müstәqilliklә  bağlı  anlayışının  formalaşmasında  vә  zirvәyә  yüksәlmәsindә  nә  qәdәr 
önәmli rol oynadığını aydın şәkildә göstәrib. Bir örnәk kimi “Sәhәndim” adlı şeirinin bir yerindә 
dediyi; 
“Dedin Azәr elinin bir yaralı nisgiliyәm mәn 
Nisgil olsam da gülüm bir әbәdi sevgiliyәm mәn 
Yad mәni atsa da öz gülşәnimin bülbülüyәm mәn 
Əbәdiyyәt gülüyәm mәn. 
Elimin Farsıca da dәrdini söylәr diliyәm mәn” misralarını göstәrmәk kifayәt edәr. 
Günәy  Azәrbaycan  әdәbiyyatında  Şәhriyardan  sonra  adı  ön  plana  çıxan  ikinci  şәxsiyyәt 
Bulut  Qaraçorlu  Sәhәnddir.  Sәhәnd  1926-cı  ildә  Azәrbaycanın  elm  vә  mәdәniyyәt  yurdu 
Marağada  dünyaya  gәlib.  Atası  o  qәdәr  dә  tәhsili  olmayan  bir  insan  olub.  Sәhәnd,  azsavadlı 
zәhmәtkeş  ata  vә  anasının  nağılları,  söhbәtlәri,  öyüdlәri  ilә  böyüyüb.  Pişәvәrinin  rәhbәrliyi  ilә 
Güney  Azәrbaycan  Milli  Hökumәtinin  yaranması  vә  ardınca  imperiya  siyasәti  güdәn  dövlәtlәr 
tәrәfindәn mәhv edilmәsi gәnc Sәhәndin ruhunda yaranan sevinc tәlatümlәrini dayandırıb vә onu 
mәyus edib. Sevinc vә iftixarla yazdığı şeirlәrini davam etdirә bilmәyib. 
Qаrğış zәmаnәnin qаnunlаrınа 
Qаrğış ürәklәri аyırаnlаrа 
Qаrğış insаnlаrı qәfәsә sаlıb 
Bәşәr hüququndаn dәm vurаnlаrа. 
Pişәvәri hәrәkatının yaranmasından sonra qoyulan senzur vә qadağalar Sәhәndin ruhunda 
fırtınalar yaradıb.  
Tаlеyimә sәn bах! 
Düşüncәlәrim yаsаq, 
Duyğulаrım yаsаq, 
Kеçmişimdәn söz аçmаğım yasaq, 
Gәlәcәyimdәn dаnışmаğım yаsаq. 
Ata-babamın adın ç
әkmәyim yasaq,
 
Anamdan ad aparmağım yasaq, 
Bilirsәn..! 
Anadan doğulandan belә 
Özüm bilmiyә-bilmiyә 
Dil açıb danışdığım dildә  
Danışmağım da yasaq imiş, yasaq..! 
Sәhәnd,  Dәdә  Qorqud  Dastanlarıyla  alim  dostu  Mәhәmmәd  Əli  Fәrzanә  vasitәsilә  tanış 
olub. On il üstündә işlәyәrәk dastanları nәzmә çәkib vә adını “Sazımın Sözü” qoyub. Sağlığında 
iki cildi böyük çәtinliklәrlә çap olunub, qalan  iki cildi isә 1979-cu  ildә infarkt keçirib dünyasını 
dәyişdikdәn sonra çap olunub.
  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə