Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə47/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   43   44   45   46   47   48   49   50   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

MÖVLANA 
Mövlana  Cәlalәddini  Rumi  1207-ci  ildә  Bәlh  şәhәrindә  dünyaya  gәlib.  Əsl  adı 
Cәlalәddindir.  Atası,  o  dövrdә  Bәlh  bölgәsinin  әn  tanınmış  alimlәrindәn  biri  olan  vә 
“Sultanüs  ulәma”  ünvanlı 
Bahaəddin  Vələd
dir.  Anası  isә 
Mömünə  Xatun
dur.  Bahaәddin 
Vәlәd,  Xarәzm  bölgәsi  Monqol  işğalına  mәruz  qalmazdan  qısa  bir  müddәt  öncә  ailәsi  ilә 
birlikdә  Bәlhdәn  ayrılaraq  İrana  gedib.  Orda  tanınmış  mütәsәvvif  Fәridüddin  Əttar  ilә 
görüşüb, daha sonra
 Hicaza vә Mәkkәyә ordan da Şam yoluyla Anadolu Sәlcuqlu dövlәtinin 
әn  qüdrәtli  dövründә  Anadoluya  daxil  olub.  Ailәsi  qısa  müddәtli  olsa  da  Anadolunun 
müxtәlif  yerlәrindә  yaşayıb  daha  sonra  da  Qaramana  gedәrәk  bir  müddәt  burada  yaşamalı 
olub. 1221-ci ildә Anadolu Sәlcuqlu Sultanı Əlәәddin Keykubadın dәvәtinә uyaraq Konyaya 
gәdәrәk  orda  mәskunlaşıb.  Konyada  mәdrәsәdә  müәllim  işlәyib  vә  burada  böyük  hörmәt 
qazanıb  1230-cu  ildә  dә  dünyasını  dәyişib  (Mengi,2015:51).  Bahaәddin  Vәlәdin  tәlәbәsi 
Seyyid Bürhanәddin Mühәqqiq Tirmizi Mövlana Cәlalәddini Ruminin müәllimi olub vә ona 
tәsәvvüf  elmini  öyrәdәrәk  yetişdirib.  Mövlana,  bir  tәrәfdәn  tәdris  ilә  mәşğul  olarkәn  digәr 
tәrәfdәn dә müәllimindәn zahidanә mәlumatlar alaraq düşüncә dünyası şәkillәnib. Mövlanaya 
9  il  dәrs  deyәn  müәlliminin  vәfatı  ona  böyük  tәsir  edib  vә  Mövlana  öz  daxili  dünyasına 
çәkilәrәk  toplumdan  tәcrid  olub.  Onun  bu  tәnha  yaşayışı  1244-cü  ilә  kimi  davam  edib.  Bu 
tarixdә Konyaya gәlәn Şәms Tәbrizi ilә tanışması Mövlananın hәyatında dönüş nöqtәsi olub 
(Köprülü, 1986: 246).  
Şәms  Tәbrizi,  böyük  bir  sufi  dәrviş  olmaqla  birlikdә  insanları  cәzb  etmә  qüdrәtinә 
malikdi.  Onun  azad  fәlsәfi  düşüncәlәri  vә  qüdrәtli  şәxsiyyәti  Mövlanaya  böyük  tәsir 
bağışlayıb.  Mövlana  onun  tәsirindә  qalaraq  öncәki  zahid  vә  sufi  anlayışını  buraxıb  “Sәma” 
rәqslәrinә başlayıb. Ancaq o vaxt bir çox sufi alim sәma rәqsini islamda haram qәbul edirdi, 
bu sәbәblә Şәms Tәbriziyә qarşı bir atmosfer yaranıb. Şәms dә bunu hiss edәrәk Mövlanaya 
xәbәr vermәdәn Şama üz tutub, lakin Mövlana böyük oğlu Sultan Vәlәdi yollayaraq tәkidlә 
Konyaya  qayıtmasını  ist
әyib
.  Ancaq  Ş
әms  qayıtdıqdan  sonra 
Mövlananın  ortanca  oğlu 
Əlәddinin mәdrәsәni tәsәvvüfә tәrcih etmәsi sәbәbi ilә aralarında fikri zıddiyәt yaranıb. Şәms 
dә  özüylә  bağlı  yaranan  narazılıqlar  vә  әleyhdarlarının  çoxalması  sәbәbiylә  bir  daha 
qayıtmamaq üzrә 1247-ci ildә Konyadan ayrılıb gedib (Banarlı I, 1971: 310).  


 
 
20 
 
Şәms Tәbrizinin sirr olub yoxa çәkilmәsi Mövlanaya çox pis tәsir edib. İki dәfә Şam 
şәhәrinә  gedәrәk  Şәmsi  axtarıb,  ancaq  tapa  bilmәyib.  Böyük  bir  elm  vә  ürfan  sahibi 
olduğundan tale ilә barışıb vә Şәmsin itkin düşmәsi sәbәbiylә әn toxunaqlı qәzәllәrini yazıb. 
Şәmsә  duyduğu  mәhәbbәti  götürmәyәnlәr  onun  gedişiylә  Mövlananın  onlarla 
maraqlanacağını  zәnn  etsә  dә  elә  olmayıb.  Mövlana  bu  dәfә  zәrgәrlik  edәn  Sәlahәddini 
Zәrkub  ilә  yaxın  dost  olub.  Zәrkub,  Şәmsin  düşüncәlәrinә  böyük  dәyәr  verәn  vә  onun 
davamçısı sayılan birisiydi. Mövlana, Zәrkubu özünә xәlifә seçib vә qızını oğlu Sultan Vәlәd 
ilә evlәndirib. On il Sәlahәddini Zәrkub ilә dostluq edәn Mövlana onun vәfatı ilә tәkrar tәnha 
qalıb.  Bu  dәfә  Hüsamәddin  Çәlәbini  özünә  vәliәhd  seçib  vә  ömrünün  axır  on  beş  ilini 
Mәsnәvi  adlı  әsәrini  yazmaqla  başa  vurub.  Mövlana  1273-cü  ildә  Konyada  Haqqa  köçüb 
(Şentürk-Kartal, 2014;109-110).  
Mövlana,  ömrü  boyu  dövlәt  xadimlәrindәn  vә  böyük  şәxsiyyәtlәrdәn  hörmәt-izzәt 
görüb.  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə