Nigar Hüseynova



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə41/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   37   38   39   40   41   42   43   44   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

 
 
YUSİF XAS HACİB
 
Böyük bir elm vә әrdәm sahibi olan Yusif Xas  Hacib Balasaqunda 1015-1017-ci  illәrdә 
dünyaya  gәlib,  ancaq  qәti  olaraq  hansı  ildә  dünyaya  gәldiyi  mәlum  deyil.  O  vaxtlar  Balasaqun 
şәhәri  “Kuz-Ordu”  adını  götürüb.  Balasaqun  şәhәri  adı  dastanlarla  anılan  bir  Türk  yurdudur  vә 
Qaraxanlı  dövrünün  tanınmış  mәdәniyyәt  mәrkәzlәrinin  başında  dayanıb.  Ancaq  Yusuf  Xas 
Hacibin gәncliyini harda başa vurduğu qәti olaraq aydın deyil. Onun İbni Sinanın tәlәbәsi olduğu 
da irәli sürülüb (Banarlı I, 1971: 230-231). 
Toplumun  böyük  hörmәt  vә  mәhәbbәtini  qazanan  şair  Balasaqun  şәhәrindә  riyaziyyat, 
hәndәsә,  astronomiya,  tibb,  әdәbiyyat  vә  dil  sahәsindә  mükәmmәl  bir  tәhsil  alıb,  lakin  hansı 
mәdrәsәdә  tәhsil  aldığı  mәlum  deyil.  Əlli  yaşlarında  yazmağa  başladığı  “Qutadqu  Bilig”  adlı 
әsәrini 18 ayda Kaşqarda bitirib. Əsәrini 1070-ci ildә hökmdar Tabqaç Uluğ Buğra Xana tәqdim 
edib (Cafәroğlu, 2015: 42-43). Uluğ Buğra Xan әsәri oxuduqdan sonra çox bәyәnib vә ona “Uluğ 
Xas Hacib” ünvanını, yәni vәzir müavini vәzifәsini verib. 
Qutadqu  Bilig,  “Hökmranlıq  Biliyi”  mәnasındadır,  mәsnәvi  tәrzindә  yazılan  vә 
siyasәtnamә  deyilәn  növün  ilk  әsәridir.  Əsәrdә  istifadә  edilәn  bir  çox  söz  bu  gün  dә  dilimizdә 
işlәdilir. Türklәrin İslam dinini qәbul etmәsindәn sonra qәlәmә alınan ilk әsәr olub alleqorik vә 
didaktik xarakterlidir. 
“Qutadqu Bilig” o dövrün әdәbi әsәr vәsfinә malik ilk örnәkdir. Əsәr “Şahnamә” vәzni 
kimi  qәbul  edilen  “fәulün-fәulün-fәulün-fәul”  qәlibi  ilә  yazılıb.  Bu  da  әsәrin  Fars  әdәbiyyatının 
tәsirindә  yaradıldığını  göstәrir.  Əsәr  6645  beyitdәn  ibarәtdir.  Mәsnәviyә  daha  sonra  77  beyitlik 
mәnzum müqәddәmәnin әlavә edildiyi irәli sürülüb (Mәngi, 2015:29).  
Xas Hacib yazdığı әsәrinin dilini “xan tilinçә” yazdım deyә işarә edib (Cafәroğlu, 2015: 
33) vә әsәrә bu sözlәrlә başlayıb: “Bayat atı birlә sözüg başlatım= Yaradan, yetişdirәn vә köçürәn 
rәbbim olan Tanrının adıyla sözә başladım” (Kaçalin, kulturturizm.gov.tr:3- orhunyazitlari.com). 
Əsәrin Uyğurca olan ilk nüsxәsi 1439-cu ildә Heratda әldә edilib. İkinci nüsxәsi isә Ərәb 
dilindәdir. Əsәri ilk dәfә Radloff tәrәfindәn 1900-cü ildә çap etdirib.  
Çinlilәr  “Qutadqu  Bilig”ә  “Ədәbül  Müluk”,  Maçinlilәr  (Şәrqi  Türküstan  vә  Tarım 
çayının  cәnubqәrbindәki  dağlıq  bölgәlәrdә  yaşayan  Türk  tayfaları)  ona  “Ayinül  mәlmәkәt”, 
mәşriqlilәr  (şәrqlilәr)  “Zinәtül  Ümәra”,  İranlılar  “Şahnamәi  Türki”,  Turanlılar  isә  “Qutadqu 
Bilig” deyib (Cafәroğlu, 2015:42).  

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə