Nigar Hüseynova


TÜRK  XALQLARI  ӘDӘBİYYATININ  İLK  KLASSİKLӘRİ:Mahmud  Kaşğari



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə40/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   36   37   38   39   40   41   42   43   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

TÜRK  XALQLARI  ӘDӘBİYYATININ  İLK  KLASSİKLӘRİ:Mahmud  Kaşğari, 
Yusif Xas Hacib Balasaqunlu, Әhməd Yüknəgi 
Kaşqarlı  Mahmud  Türkcәnin  vә  Türkologiyanın  әn  görkәmli  nümayәndәsi, 
Türkologiyanın  yaradıcısıdır.  O,  İslam  dinini  ilk  olaraq  rәsmi  şәkildә  qәbul  edәn  Qaraxanlı 
dövlәti xanәdanına mәnsubdur. Aparılan axırıncı araşdırmalara görә 1008-ci ildә Opal bölgәsindә 
dünyaya  gәlib  vә  1105-ci  ildә  dә  burada  dünyasını  dәyişib,  Qaraxanlılara  mәxsus  ailә 
qәbristanlığında dәfn edilib (Sәrtkaya, 1999:130-132). 
1055-ci  ildә  babası  Mәhәmmәd  Yağan  Tәkin  ilә  öz  qardaşı  Şәrqi  Qaraxanlı  Dövlәtinin 
hökmdarı  Süleyman  Arslan  xan  arasında  müharibә  yaranıb,  Süleyman  Arslan  xan  әsir  düşüb. 
Mәhәmmәd  Yağan  Tәkin  Şәrqi  Qaraxanlı  taxtını  әlinә  keçirib,  18  ay  hakimiyyәt  sürüb  vә  bu 
müddәtdәn  sonra  taxtı  könüllü  olaraq  oğlu  Hüseyn  Çağrı  Tәkinә  tәhvil  vermәk  mәqsәdilә  toy 
tәşkil  edib.  Mәhәmmәd  Yağan  Tәkin  xanın  kiçik  arvadı  taxt-tac  öz  oğlu  İbrahim  Tәkinә  qalsın 
deyә  ziyafәt  zamanı  Mәhәmmәd  Yağan  Tәkin  vә  bәzi  şahzadaların  yemәyinә  zәhәr  qoyaraq 
onların hәlakına sәbәb olub. Kaşqarlı Mahmudun atası Hüseyn Çağrı Tәkin dә bu tәxribat zamanı 
zәhәrlәnәrәk  hәlak  olub.  Hadisәdәn  dәrhal  sonra  Qaraxanlı  taxtına  namized  olacaq  kim  varsa 
aradan  götürülüb  vә  İbrahim  xan  tәk  başına  qalaraq  taxtın  sahibi  olub.  Kaşqarlı  Mahmud  da 
tәqibdәn  yaxa  qurtarmaq  üçün  Qәrbi  Qaraxanlı  torpaqlarına  üz  tutaraq  hadisәlәrin  gedişatını 
izlәmәyә başlayıb, ancaq yeni xaqanın xәfiyyәlәri onu tutmaq üçün hәr yerdә axtarıb. O da uzun 
müddәt gizli hәyat tәrzi sürüb vә yerini daimi olaraq dәyişdirib, özünü araşdırıcı alim vә sәyyah 
kimi tanıdıb (Əskәr, 2008:29-30). 
Kaşqarlı  Mahmud,  Mәdrәsәi  Sәciyәdә  riyaziyyat,  astronomiya,  dil,  әdәbiyyat,  tarix, 
coğrafiya, kimya, fәlsәfә, hüquq, tәbabәt, ilahiyyat vә psixologiya kimi sahәlәrdә mükәmmәl bir 
tәhsil  alıb,  Ərәbcә,  Farsca  vә  Soğdcanı  öyrәnib,  Farabi,  İbn-i  Sina,  Biruni  kimi  görkәmli 
alimlәrin  vә  Çin,  Hind  müәlliflәrinin  әsәrlәrini  oxuyaraq  xaqan  namizәdi  kimi  yetişdirilib 
(Cafәroğlu, 2015:16-20).  
Paytaxtda yaranan çevriliş hәrәkatından sonra kimliyini gizlәdәrәk Türk boyları arasında 
dolanıb  onlar  arasında  yaşayan  adәt-әnәnәlәri,  yer  adları,  tayfa  adları  ve  danışdıqları  şivәlәr 
haqda  gәniş  mәlumat  yığaraq  qeydә  alıb.  Türk  tayfaları  arasında  dolanaraq  hazırladığı  “Divanı 
Lüğatit Türk” adlı әsәrini әdәbi örnәklәrlә zәnginlәşdirib.  
Xaqaniyyә  Türkcәsi  ilә  yazdığı  әsәrini  dörd  ildә  başa  çatdırıb.  Bu  әsәrin  yazılmasından 
mәqsәd  әrәblәrә  Türkcәni  öyrәtmәkdir.  Əsәrdә  7500-ә  qәdәr  Türkcә  kәlmәnin  әrәb  dilindәki 
qarşılıqları  qeyd  edilib.  Əsәrdә  Türkmәn,  Oğuz,  Çigil,  Qırğız  kimi  Türk  tayfalarının  dillәri 


 
 
16 
 
tanıdılıb.  Əsәrdә  dördlüklәrdәn  ibarәt  400  qәdәr  şeir,  atalar  sözlәrindәn  örnәklәr  tәqdim  edilib. 
Əsәr Türkcәnin ilk lüğәti vәsfindәdir (Mәngi,2015:32-33).

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə