Nigar Hüseynova


QӘDİM TÜRK ӘDӘBİYYATI: POEZİYA VӘ NӘSR



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə36/333
tarix13.05.2022
ölçüsü1,46 Mb.
#86929
1   ...   32   33   34   35   36   37   38   39   ...   333
SON -Dünya Edebiyatı (Türk Xalqları Edebiyatı) (1)

QӘDİM TÜRK ӘDӘBİYYATI: POEZİYA VӘ NӘSR 
İslamdan qabaqkı dövrdә Türklәr Bozqır Mәdәniyyәtini yaradıb (Kafәsoğlu, 1998: 213-
214).  Bu  mәdәniyyәtin  әn  önәmli  ünsürlәri  at,  ox  vә  yay  idi.  Kaşqarlı  Mahmudun  “Divanı 
Lüğatit  Türk”  adlı  әsәrindә 
quş  qanadı,  Türk  atı  ilə 
tәrzindә  bir  atalar  sözü  vardır  (Kurnaz, 
2004:103).  Türklәr  atla  hәm  azuqәlәrini  tәmin  edir,  hәm  uzaqları  yaxın  edir  hәm  dә  onunla 
düşmәn  üstünә  axınlar  edәrәk  qәlәbә  çalırdı.  Mifoloji  çağlardakı  dastan  qәhrәmanları  bu 
mәdәniyyәtin  axınçı  tipini  tәmsil  edir.  İslamdan  öncәki  dövrü  qiymәtlәndirәrkәn  dә  Bozqır 
Mәdәniyyәti vә bu mәdәniyyәtin әsas ünsürlәri nәzәrә alınaraq qiymәtlәndirilmәlidir. 
İslamdan qabaqkı dövrün әdәbiyyatı dil, ifadә, duyğu vә zövq yönündәn milli xarakterli 
bir әdәbiyyatdır. Bu dövr dә Göytürk vә Uyğur olmaqla iki hissәyә ayrılır, ancaq bu bölünmә dә 
yazılı әdәbiyyata görәdir, çünki İslamdan qabaqkı dönәmdә şifahi әdәbiyyat örnәklәri yaradılıb 
(Mәngi, 2015:16).  
İslamdan öncәki çağlarda Türk әdәbiyyatı yad tәsirlәrdәn uzaq, dil saf olduğundan yad 
sözlәrlә çirklәnmәmişdi. Ədәbiyyat, Bozqır Mәdәniyyәtinin atlı köçәri hәyatını әks etdirirdi. O 
dövürdәn qalma әsәrlәrin әksәriyyәti anonim idi. Əsәrlәrin tamamında millәtin ortaq düşüncәsi 
vә duyğusu hakimdi. Nәzm tәrzi dördlüklәrdәn ibarәtdi vә qafiyә sistemi dә 
aaab, cccb
 şәklindә 
idi.  Şeirlәr  heca  vәznindә  yazılır,  çoxluqla  yarım  qafiyә  işlәdilirdi.  Ən  qәdim  әsәrlәrdә  belә 
inkişaf etmiş bir dil hakimdi. O dövrün әsәrlәrindә vәtәn, tәbiәt, el sevgisi, böyüklәrә hörmәt әn 
başda gedәn mövzulardı (Köprülü, 1981:81-82).  
Qәdim Türk şairlәri, Tunqusların 
Şaman
, Monqol vә Buryatların 
Bo
 vә ya 
Buguə
, Saxa 
Türklәrinin 
Oyun
, Altay Türklәrinin 
Qam
, Qırğızların 
Baxsı
 vә ya 
Baxşı
, Oğuzların 
Ozan
 dediyi 
şәxslәrdi.  Onlar  xalq  arasında  hәdsiz  dәyәr  verilәn  insanlardı.  Bunlar  sәhrkarlıq,  rәqqaslıq, 
musiqişünaslıq,  xalq  hәkimliyini  icra  edәn  vә  dövlәtin  әn  etibar  etdiyi  kәslәrdi.  Onların 
müәyyәn  zamanlarda  vә  mәkanlarda  özlәrinә  mәxsus  libasları,  musiqi  alәtlәri  vardı.  Bunlar 
müәyyәn vaxtlarda Tanrıya, göydәki hami ruhlara qurban tәqdim edir, ölәn şәxsin ruhunu yerin 
yeddi  qat  tәrkinә  yollaya  bilir,  cinlәrin  әmәllәri  olan  pisliklәrә,  xәstәliklәrә  vә  ölümlәrә  mane 
ola bilir, xәstәlәri müalicә edir, bәzi ruhları göyün müxtәlif qatlarına yollaya bilirdilәr (Köprülü, 
2004:71-72). 
 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə