Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə117/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   145
Azf-277620

“Çox 
danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi 
hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına 
imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən 
sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə 
məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü 
qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. 
Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq 
asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. 


209 
Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, 
mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla 
izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı 
kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra 
qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə 
gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar 
lazım olduqda tərəddüd göstərməməlidir. Nəlayiq sözlər işlətməməli, dilini söyüşə 
öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, 
məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə 
münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü 
oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli 
və gözəl bir tərzdə göstərmək olar. 
Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir 
etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu 
gördükdə üstünlüyü ona verməlidir. 
Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca
uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, 
danəşıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona-
buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır”. 
Şifahi xalq ədəbiyyatı nümunələrində, klassik, eləcə də müasir yazıçıların 
əsərlərində, maarifçilərin tərtib etdikləri dərslik və vəsaitdə Xaqani, Nizami, 
Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, 
M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun və başqaların\ın əsərlərində N.Tusinin “Əxlaqi-
Nasiri”, A.Bakıxanovun “Nəsihətnamə”, Mir Mövsüm Nəvvabın “Nəsihətnamə”, 
M.T.Sidqinin “Həkimanə sözlər”, M.S.Yusifzadənin “Ata-baba nəsihətləri” kimi 
didaktik yazılarda danışıq etikasına dair xalqın təfəkkür tərzindən, etik görüşlə-
rindən yaranan qiymətli fikirlər, mülahizələr, nümunələr olduqca çoxdur, onların 
əksəriyyəti təkrarolunmazdır, orijinaldır. Lakin çox təəssüf ki, onlar tədqiq olunub 
oxucuların, xüsusilə bu sahə ilə məşğul olanların istifadəsinə verilməmişdir. 
Həmin nümunələr əsasında tarixən işlənib hansı səbəbdənsə arxaikləşən ifadə-


210 
lərin, nitq etiketlərinin bugünkü baxımdan yararlı və uyarlı sayılanları ortaya 
çıxarılsa, danışıqda işlədilsə, bu, nitqin etik normalarının zənginləşməsinə səbəb 
olardı. 
Nəzakətli danışıq, eləcə də onu tamamlayan hərəkətlər də başqa normalar 
kimi müəyyən sistemə malikdir. Bura nitqin müraciət, dinləmə, sualvermə, 
söhbətəqoşulma, suala cavabvermə, şad və bəd xəbəri çatdırma və s. qaydaları 
kimi komponentlər daxildir. Nəzakətli nitq, hərəkət, davranış mədəniyyətimizin 
çox mühüm amillərindəndir. Bu hərəkətlər şəxsiyyətlərarası münasibətlərin 
tənzimlənməsi, nizamlanması və inkişafında həmişə mühüm əhəmiyyət kəsb 
etmiş, insanların mədəniyyətinin və mənəviyyatının ümumi səviyyəsi haqqında 
təsəvvür yaratmışdır. 
Müstəqillik qazandığımız, adamların öz ana dilində ünsiyyət saxladığı 
indiki dövrdə nəzakətli danışıq qaydalarına əməl etmək xüsusilə vacib sayılır. 
Vətənimizi, ölkəmizi, xalqımızı sivil, mədəni bir ölkə, xalq kimi dünyaya 
tanıtmaqda digər amillərlə yanaşı, mədəni danışığın, yüksək nitq mədəniyyətinin 
də rolu böyükdür. Bu baxımdan respublikamızın prezidenti İ.Əliyevin çıxışları, 
nitqləri hamıya nümunədir. İ.Əliyev cənabları Avropa Şurası Parlament Assam-
bleyasının 2004-cü il yay sessiyasının iclasında çıxış etdikdən sonra Şuranın sədri 
Piter Şuder dinlədiyi nitqlə bağlı demişdi: “Cənab Prezident, olduqca gözəl 
çıxışınıza görə sağ olun. Assambleya və Avropa Şurasına ünvanladığınız nəzakətli 
sözlərə görə sağ olun”. 
Adamlar həmişə, hər yerdə mədəni ünsiyyətinə, nəzakətli danışığına görə 
təqdir olunmuş, müsahibinin (və ya müsahiblərinin) nəzakətli sözləri, ifadələri ilə 
“mükafatlandırılmışlar”. 
Nitqin etik qaydalarından danışılarkən bu məsələ ilə bağlı olan, onu 
tamamlayan nəzakətli hərəkətlər barəsində də bəhs açmağa ehtiyac duyulur. 
Nəzakətli hərəkət, rəftar, davranış mənəviyyatımızın çox mühüm komponent-
lərindən biridir. İctimai-mədəni irsimizin nəsildən-nəslə keçən, qorunub saxla-
nılan davranış normaları, ənənələri şəxsiyyətlərarası münasibətlərin tənzim 
olunmasında, nizamlanmasında və inkişafında həmişə mühüm əhəmiyyət kəsb 


211 
etmiş, korrekt davranış xalqın mənəviyyatının ümumi səviyyəsi haqqında təsəvvür 
yaratmışdır. 
İnsanlar nəzakətli hərəkətləri görmüş və əxz etmişlər. Bu hərəkətlərlə 
(böyük gələndə ayağa durmaq, nəqliyyatda və digər yerlərdə böyüyə, uşağa, 
qadına yer vermək, danışanı axıracan dinləmək, ictimai yerlərdə - məclisdə, süfrə 
başında, yığıncaqlarda özünü aparmağı bacarmaq, ağsaqqalların, valideynlərin 
yolunu gözləmək, böyüyün üzünə ağ olmamaq, əlilə, xəstəyə, şikəstə kömək 
etmək, salam vermək və salam almaq, böyük olan yerdə siqaret çəkməmək, 
yayılıb oturmamaq və s. hər kəs başqalarına hörmət etdiyini nümayiş etdirməyə 
çalışır.
Adamların şüurluluğu və mədəni səviyyəsinin yüksəldilməsi, şəxsiyyət-
lərarası münasibətlərin inkişaf etdirilməsi, insanın əhvali-ruhiyyəsi, bunun əmək 
fəaliyyətinə təsiri və s. kimi məsələlər daima cəmiyyətin, dövlətin diqqət 
mərkəzində olmuşdur. Ölkə prezidenti İ.Əliyevin “Azərbaycan Respublikası 
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnformasiyalar üzrə Dövlət 
Agentliyinin yaradılması və dövlət orqanaları tərəfindən vətəndaşlara göstərilən 
xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il iyulun 13-də 
imzaladığı sərəncamda göstərilən xidmətlərin daha keyfiyyətli həyata keçirilməsi,
vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, 
vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları əməkdaşları üçün etik 
kursların təşkili, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarığının yaradıl-
ması və təkmilləşdirilməsi məqsədilə treninqlərin həyata keçirilməsinin təşkili 
kimi məsələlər mənəviyyatımızın bu sahəsinin inkişaf etdirilməsi baxımından son 
dərəcə mühüm əhəmiyyət kəsb edir. “Doğrudan da, hamı bir-biri ilə nəzakətlə 
dolansa, bir-birinə qayğıkeşlik göstərib başqalarının suallarına diqqətlə cavab 
versə, məmnuniyyətlə bir-birinə hörmət və kömək etsə, xəstələri və qocaları 
çətinliklərdən qurtarmağa çalışsa, təsəvvür edin ki, yaşayış nə qədər asan və gözəl 
olar” (40, 32). 


212 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə