Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə125/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   145
Azf-277620

Kimin olsa əgər bir şirin dili 
Tük ilə çəkər o dalınca fili. 
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların 
fəaliyyəti ilə bağlı danışanda, yazılı və ya şifahi formalarda rəy söyləyəndə 
həmişə “yumşaq” sözlər, ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də 
qüsurların üstündən keçmək, liberallıq göstərmək, kiməsə yaramaq mənasında 
başa düşülməməlidir. Burada qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər 
başqa tərzdə, haqqında danışılana humanist mövqedən, xeyirxah bir məqsədlə 
müsahibi daha çox işlətməyə, oxumağa, çalışmağa sövq etmək, həvəsləndirmək 
üçün münasib sözlər, ifadələr işlədilir. Milli qəhrəman, podpolkovnik Şirin 


224 
Mirzəyevlə bağlı televiziya verilişində döyüş dostları onun barəsində xatirələrini
danışırdılar. Onların hamısı qəhrəmanın bir məziyyətini - davranış və danışığını 
xüsusilə vurğulayırdılar. O, səmimi, qayğıkeş, insanpərvər idi. Silahla davrana 
bilməyən əsgərləri danlamazdı, öyrədərdi, hərəni bir dillə yola verərdi. Ona görə 
də Şirin Mirzəyev hamının əzizi idi. 
Şirin, nəzakətli danışmaq Allahın, peyğəmbərin buyruğudur. Həzrət Əli 
Əleyhissalam buiyurur: “Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, 
şirin danışın”. 
İnsan heç bir zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. 
Nəyəsə nail ola bilməmək, ədalətsizliklə qarşılaşmaq, xəstəliyə düçar olmaq və s. 
nəticəsində insanlar çox zaman sarsılır, bədbinləşir, çıxış yolunu tapa bilmirlər. 
Belə vəziyyətdə, kiçicik bir diqqət – ürəkdən təəssüflənmək, bir-iki təskinedici 
söz, ifadə (məs.: “Onun fikrini çəkməyin, düzələr”, “Hər şey yaxşı olacaq”, “Siz 
tezliklə sağalacaqsınız”, “Ümidinizi üzməyin”, “Sizin haqlı olduğunuzu həyat 
özü göstərəcək” və s.) müsahibin keçirdiyi gərginliyin azalmasına, daxilən 
sakitləşməsinə səbəb olur. Bəzən adamlar bir-biri ilə görüşdükdə “Nə yaman 
qocalmısan?”, “Gözümə bir təhər dəyirsən”, “Niyə belə arıqlamısan?”, 
“Xəstələnib eləməmisən ki?” kimi ifadələr işlədir və ya müsahibin xəstəliyi, onun 
fəsadları barədə əhvalatlar danışılır ki, bunlar eşidənin durumuna mənfi təsir edir, 
onun ovqatını korlayır. Bunun əvəzinə qohuma, dosta, tanışa rast gələrkən “Çox 
yaxşısınız”, “Siz heç dəyişməmişsiniz”, “Siz həmişə olduğunuz kimi bu gün də 
şən və gümrahsınız”, “Sizin xəstəliyiniz çox asan müalicə olunur”, “Sizin 
xəstəliyiniz yüngüldür” və s. kimi ümidverici və təskinedici ifadələri işlətmək 
daha yaxşı olar. Bu baxımdan da respublikamızın prezidenti mərhum H.Əliyevin 
nitqləri nümunəvidir. Xalqın, millətin sevinci, dərdləri, problemləri ilə yaşayan, 
daima onları düşünən dövlətimizin başçısı ümidverici və təskinedici ifadələri ilə
adamları yaşamağa, işləməyə, mübarizə aparmağa ruhlandırırdı. Məsələn, 
qaçqınlarla görüş zamanı onun işlətdiyi “Allah onlara rəhmət eləsin”, “Onların 
valideynlərinə, bacı-qardaşlarına, övladlarına Allah səbr versin”, “Allah sizə səbr 
versin”, “Allah sizi hifz etsin”, “Bir daha deyirəm, əminəm ki, o şəhidlərin qanı 


225 
yerdə qalmayacaq”, “Sizin dərdiniz mənim dərdimdir”, “Mən həmişə sizinləyəm”, 
“Sizin mıənəvi dayağınızam”, “Əmin ola bilərsiniz ki, bu ağır, dərdli günlər gəlib 
keçəcək” və s. kimi ürəkdən gələn ifadələr cəlayi vətən olmuş insanların 
dərdlərini yumşaldır, onları səfərbər edir, gələcəyə ümidini artırırdı. 
Adamlar, ümumiyyətlə, hər hansı formada onlara əmr edilməsini o qədər 
də xoşlamırlar. “Bu işi edin” və ya “Bu işi etməyin” əvəzinə “Bu barədə 
fikirləşin”, “Bu iş, sizcə, bir nəticə verə bilərmi?” kimi ifadələr işlətmək daha 
yaxşı olar. Nitq praktikasında müsahibə “Düzgün danışmırsan” kimi irad tutmaq 
məsləhət görülmür. Bunun əvəziə “Yaxşı olar ki, bu haqda bir qədər düşünə idin”, 
“Fikrini başqa şəkildə necə ifadə edə bilərsən?” və s. ifadələrdə qarşı tərəfə 
müəyyən istiqamət vermək olar. Bütün hallarda hər hansı suala cavab verilməsi, 
tapşırığın yerinə yetirilməsi üçün adamlara imkan yaratmaq lazımdır. Bu cür 
yanaşma qüsurların islahı işini xeyli asanlaşdırır, insanda öz gücünə inam yaradır, 
o özünün başqaları, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini dərk edir. 
Natiq 
mühakimə etmək, olanlara qiymət
vermək bacarığına yiyələn-
məlidir. İnsan təfəkkürünə, məntiqinə, reallığa əsaslanan mühakimənin digər 
sahələrdə olduğu kimi, dil ünsiyyətində, adamların qarşılıqlı münasibətində, bir-
birini anlaması və hər hansı bir fəaliyyətə cəlb olunmasında rolu olduqca 
böyükdür.
Mühakimə yürütmək baxımından insanları ümumi şəkildə də olsa bir neçə 
qrupa ayırmaq olar. Birinci qrupa daxil olanlar hər hansı məsələ barəsində öz qəti 
fikrini bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi yoxdur”, “Belə 
işə girişmək ağılsızlıqdır”, “Millətdən bundan artıq nə gözləmək olar”, “Torpaq-
larımızı geri qaytarmaq qeyri-mümkündür”, “Tələbəni kitab oxumağa alışdırmaq 
müşkül məsələdir” və s. Bu cür şablon, avtoritar xarakterli mühakimə dinləyicini 
razı salmır, çox zaman konfliktə gətirib çıxarır. 
Mühakimənin irrasional xarakterli digər formasında danışan hər hansı bir 
məsələdə özünü haqlı sayır, təqsiri başqasında görür: “Siz günahkarsınız?”, “Sizə 
görə biz geri qaldıq”, “Mən bu barədə sizi xəbərdar etmişdim”, “Sizi cəzalan-
dırmaq lazımdır” və s. Belə yanaşmanın problemin həlli üçün heç bir əhəmiyyəti 


226 
olmur. Bu nitq modelində məqsəd başqasını günahlandırmaq və öz qüsurunu 
pərdələməkdir. 
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyil edir və bəhs 
olunan məsələ barədə belə ümumiləşmə aparır: “Mən bilirdim ki, heç nə 
alınmayacaq”, “Mənimki həmişə gətirmir”, “Bunun başqa çarəsi yoxdur”, “Bunun 
axırı görünmür”, “Mən bunun belə olacağına əvvəlcədən bilirdim” və s. Uğur-
suzluğu təlqin edən bu cür mühakimə, nitq modeli dinləyicilərdə ümidsizlik 
yaradır, onları fəaliyyətsizliyə sövq edir, əhval-ruhiyyəyə mənfi təsir göstərir. 
Əgər bu nitq modelini müəllim işlədirsə (“Sən bunları bilməzsən”, “Sənin başın 
işləmir”, “Səndən heç nə olmayacaq” və s.) nəticə daha ağır olur. Öyrənən 
ümidsizliyə qapılır, öz imkanına, gücünə inamını itirir, oxumaqdan, öyrənməkdən 
birdəfəlik əl çəkir. Belə irrasional mühakimə kəskin, aftoritar tonla müşaiyət 
edildikdə dinləyicidə (dinləyicilərdə) emosional gərginliyi daha da artırır. 
Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs mühakimənin rasional formalarından, 
uyarlı nitq modellərindən istifadə etməyə çalışmalıdır. “Mən istəyirəm”, “Mən 
hesab edirəm”, “Mənə lazımdır”, “Bu mənim qəti fikrimdir”, “Ayrı cürə ola 
bilməz” və s. kimi irrasional nitq modelləri əvəzinə, dinləyicini razı salan, onları 
alternativ axtarmağa, öz fikir və rəyini bildirməyə sövq edən “Mən istərdim”, 
“Mən şad olardım”, “Sizin rəyinizi bilmək istərdik”, “Özümüz fikirləşməli, bir yol 
tapmalıyıq”, “Sizin fikrinizə şərikəm”, “Bu məsələdə özüm günahkaram, ona görə 
də səhvimi özüm düzəltməliyəm”, “Belə də olur”, “İnanıram ki, yaxşı düşünsək, 
hər şeyi yoluna qoya bilərik” və s. kimi modelləri işlətmək daha münasibdir, 
məqsədəuyğundur. 
Natiqin, mühazirəçinin mühakimələrinin auditoriyada konfliktə, emosio-
nal partlayışa gətiribb çıxarmaması üçün məsələnin konstruktiv həlli yolu axtarılıb 
tapılmalıdır. Əgər belə bir emosional diskomfort yaranmışsa, bu zaman mühazi-
rəçi problemin həlli ilə bağlı auditoriyaya müraciət etməli, iştirakçıların fikrini 
öyrənməlidir. Ola bilsin ki, dinləyicilər mühazirəçinin mühakimələri ilə razılaş-
masın. Lakin hər halda auditoriyadakı əvvəlki gərginlik azalır, dinləyici aqres-
sivliyi aradan qalxır. 


227 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə