Nitq mədəniyyətinin əsasları


Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək, mühakimə



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə124/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   145
Azf-277620

Rəy söyləmək, münasibət bildirmək, məsləhət vermək, mühakimə 
yürütmək tərzi.
İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə 
münasibət bildirir, rəy söyləyirlər. Orta və ali məktəb praktikasında rəy söyləmək, 
münasibət bildirmək məzmun və formasına görə müxtəlifdir, rəngarəngdir. Şagird 
danışığına, oxusuna, yazılı işlərinə rəy vermək, ali məktəbdə tələbə nitqini 
məzmun və forma baxımından qiymətləndirmək, yoxlama, kurs işi və sairəyə rəy 
vermək, başqasının nitqinə münasibət bildirmək, istiqamət vermək və s. Bu iş ali 
məktəb həyatında açıq dərsləri müzakirə etmək, elmi işlər, müdafiə olunacaq 
əsərlər barədə fikir söyləmək və s. formalarda daha geniş bir şəkildə tətbiq 
olunur. Həm şifahi, həm də yazılı formada verilən rəylər, söylənilən fikirlər 
fəaliyyət və işin məzmunundan, keyfiyyətindən, iş görənin şəxsiyyətindən asılı 
olmayaraq bütün hallarda dilin etik ölçülərinə uyğun olmalı, hissiyyata, mənliyə 
toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi, istərsə də yazılı şəkildə 
rəy verilərkən, münasibət bildirilərkən “İş yararsızdır”, “Tarixdən xəbəri yoxdur”, 
“Hətta sözləri sətirdən-sətrə keçirə bilmir”, “Boş və mənasız fikirlərdir” və s. 


222 
kimi ifadəılərin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa tərzdə, 
məsələn: “Təfərrüata yol verilmişdir”; “Bəzi fikirlər aydın deyildir”; “Bu barədə 
daha əsaslı faktlar gətirmək olardı”; “Bir qədər səthilik nəzərə çarpır”; “Bu 
hissənin yenidən işlənilməsi məsləhətdir” və s. kimi ifadə etmək olar və lazımdır. 
Bəzi müəllimlərin şagird və tələbələrin cavabları barədə söylədikləri “Sən 
qanan şey deyil”, “Savadsızın birisən”, “Sən bunları başa düşməzsən”, 
“Tupoysan”, “Dünyadan xəbərin yoxdur”, “Əhsən sənin başına”, “Qorxuram ki, 
bu səndə alınmaya”, “Səndən heç nə çıxmayacaq” və s. kimi təhqiranə, neqativ 
rəylərlə, replikalarla heç cür razılaşmaq olmaz. Belə ifadələr şagird, tələbə və 
başqalarının şəxsiyyətini alçaldır, onu qəlbən incidir, təhqir edir, öz gücünə 
inamını azaldır. Belələri cavab verməkdən, fikrini bildirməkdən çəkinir, əksər 
hallarda susmağı üstün tuturlar. 
Sorğular göstərmişdir ki, bu cür neqativ qiymətləndirmə (ustanovka) 
nəticəsində adamların, xüsusən uşaq və gənclərin 90 faizində öz gücünə 
inamsızlıq yaranır. Psixoanalitiklər təsdiqləmişdilər ki, istədiklərinə nail ola 
bilməyənlərin – uğursuzların əksəriyyətinin şüurunda “açıq fraza” (“bu mənim 
işim deyil”, “bacarmaram”, “əlimdən gəlməz” və s.) olur ki, onu valideynlər, 
müəllimlər yaradırlar. Bu qəbildən olanlar hər hansı bir qərarı qəbul etmək 
istədikdə həmin fraza ona təsir göstərir, mane olur. Bu baryeri dəf etmək az-az 
adamlara nəsib olur. Görkəmli şairimiz N.Xəzrinin kiçik bir xatirəsi bu baxımdan 
xarakterikdir. “Ədəbiyyata gəlməyim sevindirici olmayıb. Bunun kiçik bir 
tarixçəsi var. Abdulla Şaiqin qardaşı müəllimim olub. Bizdən hansı sənətin sahibi 
olacağımızı soruşdu və bunu yazılı şəkildə ona təqdim etdik. Mən şair olmaq 
istədiyimi yazdım. Cavabları yığdı, sonra da başladı oxumağa. Uşaqların əksə-
riyyəti sürücü olmaq istədiyini yazmışdı. Mənim arzum isə gülüşlə qarşılandı. 
Müəllim sinfin qarşısında: “Durun ayağa Sabir gəlir, Vurğun gəlir, bah Ələkbərin 
oğlu şair olacaq” dedi. Bütün sinif başladı gülüşməyə. Mən də kitablarımı 
götürüb getdim evə. Qalxdım evimizin damına, başladım ağlamağa. Bir neçə 
gündən sonra divar qəzetində şeirim çıxdı. Gördüm, uşaqlar toplaşıb yenə gülü-
şür, hətta deyirlər ki, “Buna bax e, qafiyəsi də var. Özü yazmayıb, kimdənsə 


223 
oğurlayıb”. Bu hadisədən sonra da xeyli ağlamışdım. Amma bunun mənə çox 
köməyi oldu. Özümə inam yarandı, onlarla prinsip aparmağa başladım. Öz-özümə 
deyirdim ki, “mən şair olacağam”. Sonra şəhərə gəldim və Nurəddin Babayevin 
köməkliyi ilə “Günəş” adlı şeirim “Azərbaycan pioneri” qəzetində çap olundu. 
Bundan sonra uşaqlar dedilər ki, daha bunun qabağında durmaq olmaz. Mənim ilk 
qazancım da məhz bu qəzetdən olub. Həmin şeirə görə, o vaxtın pulu ilə 4 manat
aldım”. 
Müəllim özünün aqressiv replikası, mənfi rəyləri ilə zəif oxuyan, bəsit 
düşünən şagirdin, tələbənin əl-qolunu sındırmamalıdır. Bunların əvəzində elə 
ifadələr işlədilməli, qüsurlar elə bir tərzdə göstərilməli, nəzərə çarpdırılmalıdır ki, 
(məsələn, “Cavabın pis deyil”, “İstəsən öyrənərsən”, “Bir az çox oxumaq, 
çalışmaq lazımdır”, “Bilmədiyin şeyi danışma”, “Bir qədər ətraflı danışmağa 
çalış”, “Fikirlərini ümumiləşdir”, “Konkret danışsan daha yaxşı olar” və s.) cavab 
verən razı qalsın, öz gücünə inamı artsın, onda oxumağa, öyrənməyə, cavab 
verməyə, mübahisəli məsələlərin izahatında iştirak etməyə səy yaransın. Belə bir 
humanistliyin müqabilində şagird və ya tələbə daxilən razı qalır, müəllim onun 
nəzərində yüksəlir, özünü borclu sayan şagirdin (həm də tələbənin) fəalliği nəzərə 
çarpacaq dərəcədə artır. Sədi demişkən:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə