Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

 
46 
olmur. Elə anlayışlar var ki, tanımdan qaçır, tanımdan yayınır. Məsələn, o düşünüb anladı ki, bütün 
gözəlliklər, bütün gözəl olanlar yaxşıdır. Pis gözəllik yoxdur. Onda gözəllik anlayışının bir tanıdıcısı, 
əlaməti kimi yaxşılığı yazdı ona. Sonra özündən soruşdu: bəs «yaxşılıq» nədir? Yəni yaxşılıq anlayışının 
tanımını, tərifini bilmək istədi. Tapdı ki, o şey ki məqsədinə yüksək cavab verir, yəni məqsədəuyğundur, 
yaxşıdır. Doğrudan da, dəmir qalxan qızıl qalxandan yaxşıdır, çünki qalxanın vəzifəsi qılınc zərbəsinin 
qabağını almaqdır və bu işə qızılın materialı dəmirdən az uyğundur. Deməli, dəmir qalxan daha yeydir. 
Bir sözlə, yaxşılıq məqsədə uyğunluqdur. Buradan çıxan sonuc: gözəllik yaxşıdır, deməli, gözəllik 
məqsədəuyğundur, deməli, gözəl nə varsa, məqsədəuyğun olmalıdır, deməli, nəsnəni, insanı gözəl edən 
onun məqsədəuyğunluğudur. 
Ancaq Sokrat bir olayda sübut etdi ki, özünün bu düşüncəsi düz deyil, məqsədəuyğunluq həmişə 
gözəllik vermir. Bu əhvalat domba, aralı gözləri, alnında şişi olan, başı daz Sokratın gözəl-göyçək oğlan olan 
Kritabulla söhbətində baş verdi. Qabaqca Sokrat Kritabula anlatdı ki, gözəllik məqsədəuyğunluqdur və 
sonra soruşdu:  
 
- Yaxşı sənin gözlərin gözəldir, yoxsa mənim? 
 
Kritabul cavab verdi: 
 
- Sözsüz, mənim gözlərim. 
 
Sokrat Kritabulun yadına saldı: 
 
- Axı, bayaq razılaşdıq ki, məqsədəuyğun olan gözəldir. İndi baxaq. Gözlərin məqsədi görməkdir. 
Mənim gözlərim biri-birindən çox aralıdır, deməli, mən yan-yörəmi səndən çox görürəm. Ona görə mənim 
gözlərim görmək məqsədinə daha çox cavab verir və deməli, sənin gözlərindən gözəl olmalıdır. Yaxşı, bəs, 
de görüm, sənin burunun gözəldir, yoxsa mənim? 
 
 
Kritabul yenə: 
 
- Sözsüz, mənim. – dedi. 
 
Sokrat isə:  
 
- Yo-ox – söylədi. Burunun vəzifəsi qoxulamaqdır. Mənim burun deşiklərim qabağa açılıb, burnum da 
dikdir, ona görə daha çox yerdən qoxu alır, deməli, daha gözəldir. Bəs, de, görüm, hansımızın dodaqları 
gözəldir? 
 
Kritabul bir də tərslik edib: - mənimki gözəldir, - dedi. 
 
Onda Sokrat yenə öz sübutunu verdi: 
 
- Dodaqların məqsədi öpüşdür. Mənim dodaqlarım daha iridir, ona görə də öpüşü daha dadlı olacaq, 
deməli, mənimkilər gözəldir. Yaxşı, Kritabul, de görüm, hansımızın ağzı gözəldir? 
 
Kritabul bu dəfə hirslənib, cavab verdi: 
 


 
47 
- Yəqin sənin bu kalafa ağzın daha gözəldir. Əgər ağızın vəzifəsi dişlək almaqdırsa, sənin yekə ağızın 
bunu mənimkindən yaxşı bacarar. Ona görə də ağızın yekə olduğu üçün gözəldir. 
 
Sokrat bu sözləri eşidəndə lağla Kritabula baxdı: 
 
- Onda sənin sözündən belə çıxır ki, eşşəyin ağzı mənimkindən daha gözəldir. 
 
Bu axırıncı dedisi ilə Sokrat göstərdi ki, gözəlliyin tanıdıcısı, əlaməti, səbəbi məqsədəuyğunluq ola 
bilməz, olsa, gərək eşşəyin ağızını insanınkından gözəl sayasan. 
Tarixdən bilirik ki, gözəllik anlayışını tanımlamaq Sokrata qismət olmadı, ancaq ondan sonra yunanlar 
bir şeyi yaxşı anladılar: insan «nə etməliyəm?» sualının qabağında düşünməlidir: - «Nəyi edirsənsə, onun 
anlayışını bilmək səni çaşqınlıqdan, vurnuxmadan qurtarar». 
İndiyə qayıtsaq, görərik ki, Sokratın qoyduğu məsələ hələ də köhnəlməyib. Minlərlə adam var ki, 
«mərdlik», «vətənsevərlik», «ədalət», «gözəl», «ağıllı», «əsl incəsənət» anlayışlarını bilmirlər, soruşanda nəsə 
qarmaqarışıq sözlər mızıldayırlar. Ancaq buna baxmayaraq, həmin məsələlərlə bağlı düşüncə söyləməyə, 
tələb etməyə, ekspert kimi danışmağa dilləri hamıdan uzun olur. 
 
 
Konfutsi bilib etmək haqqında 
 
Çox maraqlıdır, təxminən Sokratla bir çağda (miladdan öncə V yüzil) ancaq dünyanın o biri başında, - 
Çində yaşamış Kon Fu-szı da (Konfutsi də) eyni nəsnələri söyləmişdi. Çində anlayışa ad da deyirdilər, çünki 
anlayışlar həm nəsnəni tanıdıcılarına görə göstərməkdir, həm də tanıdıcılarına görə bildirməkdir 
(adlandırmaqdır). 
Konfutsi «adları düzəltmək» öyrətisini açmışdı. Söyləmişdi: - «Adları düzəltmək gərəkdir. Ərənlər 
bilmədikləri şeylərlə ehtiyatlı olurlar. Əgər adlar düz deyilsə, dediklərin də əsaslı olmayacaq. Əgər 
dediklərin əsaslı olmayacaqsa, işlərin də getməyəcək». 
 
Yeri gəlmişkən, Dədə Qorqud adlarla bağlı yanlışlıqlarını bildirəndə həm də «adları düzəltməklə» 
məşğul olur. O deyimlər belədir: 
 
İynəyə tikən demədim, mən Dədə Qorqud, 
Tikana sökən demədjim mən Dədə Qorqud, 
Gəlinə ayıran demədim, mən dədə Qorqud, 
Ayrana doyran demədim mən Dədə Qorqud. 
 
 
Kiniklər insan haqqında 
 
İnsan necə yaşamalıdır ki, bədbəxt olmasın, ruhu dinclik, sakitlik qazansın? Adi şüur «hər şeyim olsa, 
xoşbəxt olaram, sakitlik qazanaram» - deyir. Fəlsəfə isə anladır: onsuz da hər şeyin ola bilməz, onun üçün 
də çıxış yolu başqa yerdədir. 
Sinoplu Diogen (ki çəlləkdə yaşayırdı) hökmdara söyləmişdi: - «Bilirsən, səninlə mənim fərqim nədir? 
Səni duyğuların minib eşşək kimi sürür, mən isə duyğularımı minib sürürəm». 
Bu Diogen Sokratın tələbəsi olmuş afinalı Antisfenin yaratdığı kiniklər fəlsəfi məktəbindən idi. Antisfen 
müəllimi öləndən sonra Kinosarqda yaşamışdı. Məktəbin adı da bu şəhərin adından gəlirdi, ancaq vurğunu 
dəyişdirəndə «kin» it mənasını verirdi və yunanlar başladılar «kinik»i it anlamında işlətməyə. Onu da 
deyək ki, indinin «sinik» sözü, yəni müqəddəs heç nəyi olmayan adam mənasını verən «sinik» sözü «kinik» 
kəlməsindəndir. 


 
48 
Kiniklər dünyanın çətinliklərindən qurtulmağın əlacını avtarkiyada görürdülər. Avtarkiya insan 
ruhunun elə bir durumudur ki, tam özündə rahatlanıb, heç nədən asılı deyil, heç nə ilə maraqlanmır, heç nə 
ilə şirnikmir. Kiniklər hesab edirdilər ki, ruhu yalnız belə avtarkiya durumuna çatmış adam bilgədir, 
müdrikdir və onu yaşamın (həyatın) heç bir dərdi dəbərtməz. Antisfen deyərdi: «Mən dəli olaram, ancaq bu 
dünyadan ləzzət almaram».  
Nə üçün? Onun üçün ki, dünyadan ləzzət alan kimi dünyaya bağlanırsan, onun gərdişindən asılı 
qalırsan, dünya səni oyuncaq kimi atıb-tutur. 
Sinoplu Diogen çəlləkdə yaşayırdı, yayda isti qumun üstündə yumbalanırdı, qışda buz kimi soyuq 
heykəlləri qucaqlayırdı. Kiniklər varı, şanı sevmirdilər. Diogen itlərlə yaşayırdı, itlərə atılan sür-sümüyü 
sormaqdan, gəmirməkdən iyrənmirdi və deyirdi: «Günəş dünyadakı zir-zibilin üzərindən keçsə də 
çirklənmir. Mən də günəş kimiyəm, çevrəmdəki zibillikdən çirklənmirəm». 
Kiniklərin bu qəribə yaşayış tərzi ilə öz qutlarını sınaqdan keçirirdilər. Tamahsızlığın içində, 
eybəcərliklərdən iyrənməməyin sayəsində ruhlarını möhkəmləndirirdilər. 
 
 
Kirenaiklər insan haqqında 
 
Sokrat fəlsəfəsindən çıxan ikinci məktəb «Kirenaiklər» adlanırdı. Bu məktəbin yaradıcısı Kirenadan olan 
Aristipp idi. O, insan ruhunun asılısızlığını onun həmişə həzz vəziyyətində, xoşnutluqda olmasında 
görürdü. İnsan heç nədən qanını qaraltmamağı öyrənməlidir, hər şeydə həzz (yunanca hedone) üçün bir 
əsas görməyi bacarmalıdır. Müdrik yaşamın şərti vecsizlik, heç nəyə bağlanmamaq və nə iləsə üz-üzə 
çıxmalı olanda ona fikir verməmək, ya da ondan həzz almaqdır. 
Bir hökmdar Aristippə çoxlu pul verir. Yolda görür ki, qulu onları zorla daşıyır. Əmr edir yarısını yerə 
atsın. 
Kirenaik Fyodr deyirdi ki, lap məbədi yarmaqdan da ləzzət almaq gərəkdir. Ləzzət üçün oğurluq da 
etmək olar, vətən yolunda ölməmək də olar. 
Aristipp söyləyirdi: mənim ruhum ona görə azaddır ki, mən həzz almağın qulu deyiləm, həzz mənim 
qulumdur. Yəni həzz almağı haçan, nədə axtarmaq məndən asılıdır. 
 
 
Epikür insan haqqında 
 
Yunan filosofu Epikür də insan ruhunda xoşbəxtliyin özülünə həzzi qoyurdu. Sonralar buna görə 
Avropa din gələnəyində Epikür qarınqulu, ləzzət almaq üçün hər hoqqadan çıxan adam kimi verilmişdi. 
Uyğun olaraq epikürçülük də həmin anlamları bildirirdi. 
Əslində isə filosof göstərirdi ki, istəklər, həzzlər cürbəcürdür: var təbii və gərəkcəli istəklər. Bu istəklər 
adamı əzabdan qurtarır. Məsələn, susuzlayanda bir içim su, acanda bir tikə çörək istəmək.  
Var təbii olan, ancaq zəruri olmayan istəklər. Məsələn, yemək istəyi təbiidir, ancaq yeməyin cürbəcür 
bəzəkdə və dadda olmasını istəmək zəruri deyil və yemək elə olmasa, əzab doğurmaz.  
Elə istəklər və həzzlər də var ki, nə təbiidir, nə də zəruri. Məsələn, sənə heykəl qoyulmasını istəmək, ya 
da heykəl hədiyyə almaqdan xoşlanmaq. 
Epikür göstərirdi ki, bilgə, müdrik adam yalnız birinci növ istək və həzzlə, yəni təbii və zəruri olanla 
yetərlənir. Acsansa, çörəklə su yeyib-içməkdən həzz almağı bacarmalısan. Filosof, bax, belə həzzlə 
yaşamalıdır. 
 
 
Stoya məktəbi insan haqqında 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə