Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə31/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

 
65 
- Əlimdə vacib işim olmasaydı, camiyə tüpürməyi sənə göstərərdim. 
 
İslam müsəlmandan paklığı tələb edir. Bektaşi isə bədənini kiri ilə özbaşına buraxıb, istədiyini yapırdı. 
Sarığı, üst-başı kirli olan Bektaşidən birisi soruşur: 
 
- Baba, niyə sarığını yumursan? 
 
- Yenə kirlənəcək. 
 
- Yenə yuyarsan. 
 
- Yenə kirlənər. 
 
- Yenə yuyarsan. 
 
- Pəki, amma bu dünyaya sarıq yumaq üçün gəlmədim ya-a! 
 
Bu olaylardan biz görürük ki, təsəvvüf əhli cismaniliyi, nəsnəlliyi bütün əyər-əskiyi, konkret görkləri ilə 
dini məsələlərə ala bilərdi, təki nəticəsi gülüş, qorxu doğuran əcaiblik olsun. 
Başqa bir obrazda İslamın zahirinə uyarsız olan qəribəliyə çatmağı böyük sufi mürşüdü Təbrizli Şəms 
verir: - «Əgər Kəbəni birdən-birə aradan götürsəydilər, adamlar görərdi ki, biri-birinin könlünə sitayiş 
edirlər».  
Bu, təsəvvüfdə sufilərin başqasına, insana necə baxmasına örnəkdir. Sufizmdə ideyaya, məntiqə əsasən 
aparılan qəribə düşüncə axtarışları ona gətirib çıxarırdı ki, məsələn, Quranda pislənən, Musa peyğəmbərin 
düşməni olan Fironu İbn-Ərəbi mömin kimi doğrultmağa çalışırdı. 
 
 
Sufizmdə Allaha qovuşmaq 
 
Sufizmdə insanın Allahın əli ilə yaranışını eniş, Allaha can atmasını qalxış adlandırırdılar. Bu qalxış 
həqiqətə doğru qəribəliklərlə dolu səyahət idi. İnsanın qalxışı üçün nələr etmək gərək idi? Bunu təsəvvüf 
zənginliklə açırdı. Sufizm bilgə olmaq istəyənə belə yol göstərirdi: 
 
a) Bilməlisən ki, bütün olanlar Allahın işidir; 
b) bilməlisən ki, bütün əlamətlər (sifətlər) Allahın sifətləridir; 
v) bilməlisən ki, hər şey Üstün Varlıqdan var olub. 
 
Bütün bunları bilib, bunun əsasında yaşamaq zikrlə yaşamaqdır. İslamda zikr həmişə Allahı anmaqdır. 
Danışığımızdakı «Allah bilir», «inşallah», «bismillah» və s. zikrin dilimizdə formulalarıdır. 
Zikr edən insanın ruhunda, ən axırda, Allahın adından, Allahın varlığı haqqında düşüncələrdən savayı 
heç nə qalmır. Həmin insanın bilinci bütünlüklə Allah haqqında düşüncələrlə örtülür. Onun üçün də 
təsəvvüf tələb edirdi: - «Özündə öl ki, Allahda var olasan», yəni səndə səndən heç nə qalmayanda, səndə 
Allah haqqında düşüncələr, duyğulardan savayı heç nə qalmayanda, sənin özlüyün yox olur. Bax, bu 
hallarında sufilər «Mən haqqam» (Ən əl-həq, yəni mən Tanrıyam) deyə bilərdilər, çünki məndə özümdən 
heç nə qalmayıbsa, məni yalnız Allah bürüyübsə, «mən Allaham» deyəndə «Allah haqqında düşüncələrdən 
savayı məndə heç nə yoxdur» demək istəyirəm. Onun üçün də sufi ərənləri (yetkinliyə çatmış kişiləri) 
Allaha qovuşmağın üç pilləsini (məqamını, dayanacağını, durağını) sayırdılar: 
 


 
66 
Biliş 
Görüş 
Oluş 
 
Yəni biliyə vasitə kimi, Allahla görüşə yollayan arac kimi baxırdılar. Yollanandan sonra Görüş gəlirdi və 
burada sufi Allahın gözəlliyinə (gözünün qabağına gələn gözəlliyinə) vəcdlə tamaşa edib, bayılırdı. Görüş 
Oluşla, yəni əsl varolumla, Allahda dirilməklə sonuclanırdı (ilk Xristianlıqda da əsas ideya bu idi ki, 
indiyənəcən suçlara batmış adamlar özlərində ölüb İsusda dirilməliydilər). 
Sufi oluş məqamında Allahın sonsuz ümmanında qətrə kimi düşüb, əriyirdi, əsl varlıqda ərimiş olurdu. 
Bundan sonra isə o yenidən adamlar arasına qayıdıb, artıq, başqalarına Allah nurunu çatdıra bilərdi (oxşar 
qayıdış Buddizmdə də vardı). Və adamlar arasında bu yaşayışında sufi arifləri (ərənləri) yaxşı bilirdilər ki, 
«varlığını haqqa vermək, varını xalqa verməkdir». Sufi üçün yaşamaq vəzifəsi «Doğruları haqdan alıb xalqa 
vermək idi». 
Biz gözdən keçirdiyimiz bütün bu faktlarda, – sufi özünübildirmələrində, sufi özgələrinibilmələrində, 
sufi Allahıbilmələrində Əcaibliklərə, gizlilərə, sirlə üzə çıxanların oyununa sufilərin böyük həzzlə, böyük 
maraqla, tamahla baxmasını görürük. Belə baxış Dao bilgəsində olmazdı, çünki o çox sakit, boşluğa, 
susqunluğa dalmış idi. Belə baxış Buddizm bilgəsində olammazdı, çünki dünyada olanlara o, gözlərini çox 
kilidləmişdi. Sufi isə o qədər Allah gözəlliyinə aşiq, cazibəli idi ki, ona cəzb əhli deyirdilər. 
Sufi gözünə görünən Allah gözəlliyindən vəcdə gəlib, özünü, hər şeyi unudurdu. Bu vaxt Allahın 
sonsuzluğunda yox olurdu. Özünə gələndə isə bu sonsuzluq halından heç nə deyə bilmədiyi üçün, bu 
sonsuzluq halından dərin bir xoşbəxtliyi, ruh dincliyini, nəsə zənginliklərə batıb-çıxmış adam duyğusunu 
gətirdiyi üçün deyirdi ki, fəna, bəqa halında idim. «Fəna» yoxluğu bildirir, «bəqa» isə fəna vəziyyətinə 
düşmüş sufinin əbədiliyə, həmişəliyə düşməsini bildirir. Hər ikisi onu bildirir ki, sufi öz «Mən»indən azad 
olmuşdur. Bax, burada sufi Daoya dalmış, Nirvanaya keçmiş müdriki çox andırırdı. Ancaq yenə də sufi 
üçün Allah nə Dao idi, nə də Nirvana. O, Allah ümmanına dalanda özünü Daodakı, Nirvanadakı kimi 
duyurdu. Başqa durumunda isə Allahı, – gözəlliyi, sonsuz bilinc, duyuş dolğunluğu olan ən Uca Şəxs kimi 
görürdü. Və sufi bu Şəxsin vurğunu idi. Öz gizlisində (ürəyində) Onunla söhbət edirdi, Ona eşqini sübut 
edirdi. Bu Sevgili Varlığın sevgisinə layiq olmaq üçün özünün də bir az zəngin olmasını hər halda 
göstərməyə çalışırdı.  
Kişi öz sevgisində özünün dərin olmasını, yaxşı olmasını, sevgiyə bununla layiq olmasını göstərmək 
üçün olmazın işlərini edir. O ki qaldı, sevgi Allaha ola. Sufi bütün qəribəlikləri ilə sirli eyləmləri, edimləri 
ilə, gizlilərlə oyunları ilə gizlilər gizlilərinin Ümmanı Allaha yaxınlığını göstərirdi (həm özünə, həm 
başqalarına). 
 
 
Sufi yaradıcılıqla yaşayandır 
 
Yaradıcılıq olanın təkrarı deyil, yeniliyi tapmaqdır. Allah yaradıcı Varlığını bu əcaib, paradoksal 
dünyanı, insanı yaratmaqla gerçəkləşdirmişdir. Sufi də eləcə yaşayışını yaradıcılıqla yaşayırdı. Bütün ünlü 
sufilərin həyatı qəribəliklər zühur edən yaradıcılıqla, Şəriətə uymayan və sığmayan əcaibliklərlə doludur. 
Ona görə də Məcnun və sevgilisi uğrunda Xristianlığa keçmiş Şeyx Sənan sufilərə belə doğma idi. Ona görə 
də təsəvvüf Nizamiyə, Nəsimiyə, Füzuliyə belə doğma idi. 
Təsəvvüf öz fəlsəfəsi ilə insanda aşağıda söyləyəcəklərimizi açmışdı və anlatmışdı ki, səndə bütün 
bunlar var və gözlərini bunlara aç! 
 
 
Fəlsəfə insanda gündəlik şüurun ağlına gəlməyən  
tərəfləri açır 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə