Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

 
77 
v) mən heç vaxt şəxsiyyətin özünə həmlə etmirəm. Şəxsiyyətdən ancaq böyüdücü şüşə kimi istifadə 
edirəm. Bu böyüdücü şüşə ilə hamıdakı bəlaları böyüdüb göstərirəm. Yoxsa, konkret adamla mənim nə 
işim?! 
q) kiməsə həmlə edirəmsə, bu, mənim ona xeyirxahlığımdır, hətta təşəkkürümdür. 
 
Nitsşe çağındakı adamlarının əxlaqını bürümüş «suç», «gerçək», «əbədi həyat» (o biri dünyada) – 
anlayışlarını xəstəlik sayırdı və söyləyirdi ki, mən antixristianam, ona görə də xristianlığın mənəvi 
dəyərlərinə, nəyi yaxşı, nəyi pis saymasına düşmənəm. 
O, sevgini də tamam başqa cür anladırdı. «Sevginin fəlsəfəyə yaraşan tərifini yalnız mən sizə verirəm: 
sevgi işlətdiyi vasitələrə görə savaşdır, öz kökünə görə isə qadınla kişinin biri-birinə ölümcül nifrətidir». 
Nitsşe belə Nitsşeydi< 
 
 
İnsan problemi haqqında yekun sözü 
 
Biz insanın necəliyi ilə bağlı fəlsəfənin hansı düzənliklərə çıxdığını, hansı dolanbaclara, döngələrə 
düşdüyünü göstərmək üçün ayrı-ayrı çağlardan, Şərqdən və Qərbdən örnəklərə baxdıq. Bu səyahətimizdən 
sonra yenə kimsə soruşmaq istəyəcək: bəs, insan haqqında filosoflardan hansı doğru deyib, hansı düz 
göstərib? 
 
Bu soruya cavab vermək nəinki çətindir, yəqin ki heç mümkün də deyil. Bir fəlsəfi sistemdən başqasına 
baxanda doğrudan da başqasında çatışmazlıqları görmək olur. Məsələn, Kant maarifçilərə göstərir ki, 
eqoizmi, öz səadətini əxlaqi davranışın kökünə qoyanda hamıya aid, hamı üçün gərəkcə gücünü saxlayan 
qanunlara arxalanmırsan. Əxlaq insan münasibətlərini düzümə, düzgünlüyə salandır, ancaq hər kəs xoşbəxt 
olmaq üçün davrananda hərə bir tərəfə çəkir, dağıntı yaranır. 
Maarifçilər isə yəqin Kanta deyərdilər ki, sənin söylədiyin əxlaqlı adam, yəni öz xeyrini güdmədən 
yalnız borc duyğusundan çıxış edən adam, elə özün də boynuna alırsan ki, çox adamın bacardığı iş deyil. 
Əxlaq isə bir-iki nəfərin igidliyi yox, xeyli adamın münasibətlərini səliqəyə salacaq düzümləmə vasitəsi 
olmalıdır. 
Marksizm Kantı onda suçlaya bilər ki, yalnız tək-tək adamların əxlaqından danışır və adamları bir növ 
ideal baxımından əsl əxlaqa çağırır, hərçənd həm də başa salır ki, əgər bu əsl əxlaqı bilməsələr, nələrdən 
ziyan çəkəcəklər. Ancaq yenə də, Marksizmə görə, insanları filan cür olmağa çağırmaqla onları filan cür 
düzəltmək olmaz. Cəmiyyəti dəyişdirmək gərəkdir ki, insan da dəyişsin. 
Əvəzində Kant da Marksizmə deyə bilərdi ki, sənin insanın səbəblərin qırmancı ilə döyülə-döyülə 
dəyişir. Əsl əxlaqın daşıyıcısı, subyekti isə azad insan olmalıdır. Yəni adamın bu cür də, o cür də 
davranmağa azadlığı olanda hərəkətinə görə cavabdeh olur. Ancaq onun başqa cür davranmağa yolu 
yoxdursa, hərəkətinə görə məsuliyyəti də olmur, deməli, onu əxlaqın sözünə baxmamaqda suçlamaq da 
olmaz. 
Belə-belə yəqin ki, düşüncə dəyişməsi sonsuzluğacan uzana bilər. Kimlərsə bunu acı bağırsağın 
uzanmasına oxşada bilər. Ancaq sonsuzluğa uzanan söhbət doğrudan da maraqlıdır. Bunu «Fəlsəfə nə 
üçündür?» bölməsində söyləmişdik. İndi isə bir az başqa yöndə açaq. 
M. Bulqakovun «Ustad və Marqarita» romanının axırında Ponti Pilatla İsus Ay işığında gedə-gedə 
sonsuz, əbədi söhbətdə bulunurlar. Sokrat ölümdən qorxmurdu, deyirdi ki, ruhum Göy aləmində müdrik 
adamların ruhları ilə birlikdə olacaq və biz yaxşı söhbətlər edəcəyik.  
 
(Yəqin Sokratın arzuladığı aləmdə söhbətlərin sonu yox idi. Bu yerdə «Rəşid Şərif» adında gözəl bir 
rəssamın işi yada düşür. Həmin əsərdə alma boyda ulduzların arası ilə bir yol keçib qaranlıq dərinliklərdə 


 
78 
yox olur. Rəssam isə bu yol haqqında bizə belə demişdi: arzum var ki, öləndən sonra ruhum ürək dostumla 
əbədi söhbət edə-edə bu yolla getsin).  
Sonsuz söhbət elə bir söhbət ola bilər ki, heç vaxt darıxqanlıq gətirməsin, yerli-yerində yenilikdən təpgi 
alsın, dolana-dolana təzə-təzə düşüncə çalarlarına, məsələlərinə çıxsın. Fəlsəfi sistemlərin mədəniyyət üçün 
gərəyi onların insan haqqında sonsuz söhbətlərə yol açmasıdır. Dedik ki, yəqin mədəniyyətin bir ölçüsü də 
həmin mədəniyyətin məkanında nə qədər maraqlı söhbətlərin getməsidir. Əgər belədirsə, fəlsəfə insan 
haqqında maraqlı düşüncələr, söhbətlər üçün dürlü problemlər ortaya atır. Bax, beləcə, fəlsəfəni sevənlər, 
həm də fəlsəfi sistemdən özü-özlüyünə həzz alanlar insan haqqında bir fəlsəfədən başqasına adlaya-adlaya 
düşüncələrlə, dialoqlarla məşğul olurlar. 
Ancaq elə adamlar da var ki, fəlsəfədən özü haqqında, necə yaşaması, necə etməsi, necə dəyişməsi 
haqqında buyuruqlar almaq istəyir və bu zaman hansı fəlsəfi sistem ona doğma görünürsə, ona həm də 
doğru görünür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İkinci bölmə. Mədəniyyət 
 
Mədəniyyətin tərifi 
 
Fəlsəfədə insan problemindən mədəniyyət probleminə qapılar taybatay açıqdır. Ona görə də ya 
mədəniyyət problemindən insan probleminə girmək olar, ya da insandan mədəniyyətə çıxmaq olar. İndi də 
mədəniyyət dünyasına tərəf «yeriyək». 
Toplum yalnız insanların toplanması deyil, həm də insan eyləmlərinin və insanın eyləyib, 
düzəltdiklərinin toplusudur. Mədəniyyət anlayışının 259-dan çox tanımı var, biz onlardan birini – indicə 
söylədiyimizi seçdik. 
Avropa dillərində və Türkiyədə mədəniyyəti bildirmək üçün «kultura» (türk deyimində «kültür») 
işlədilir. Həmin söz latınca torpağın şumlanıb, hazırlanmasını bildirir. Torpaq üzərində insan iş görür, 
deməli, insanın xam torpağı şumlaması sonralar hansı bir məntiqləsə mədəniyyət anlayışına gətirib 
çıxarmışdır. Bizcə, burada məntiq belə idi: insan xam torpağı şumlamaqla iş görür və iş görəndə eyləmlə 
(etməklə, eyləməklə, fəaliyyətlə) məşğul olanda xam olan, hələ toxunulmamış, təbii vəziyyətində qalmış 
nəyisə özünə gərəkli yöndən dəyişdirir, mənimsəyir. 
Deməli, mədəniyyət anlayışı xam, ilkin, təbiətdəki kimi olanın insan tərəfindən dəyişdirilib, başqa 
biçimə, başqa dona salınmasını bildirir. Ona görə də bir çox mifoloji dünya görklərində, modellərində, 
fəlsəfi quramlarda Mədəniyyət Təbiətlə qarşılaşdırılır və bu qarşıdurmadan öz anlamını, tanımını qazanır.  
Bu baxımdan biz azərbaycanlıların ərəbcədən götürdüyü «mədəniyyət» sözü maraqlıdır. Ərəb dilində 
«mədinə (tun)» şəhər deməkdir. Deməli, mədəniyyət şəhərə xas olmağı bildirir. Səhradakı bədəvi ərəblərin 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə