Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

 
83 
münasibəti ilıq olmalıydı. Freyd həm materialistdir, həm də ateist. Ancaq di gəl ki, Sovetlər Birliyində nə 
vaxtdan bəri Freyd ən tənqid olunan düşünərlərdən olmuşdu. 
İndisə bu Avstriya psixoloqunun insan konsepsiyasından mədəniyyət haqqında öyrətini necə 
çıxarmasına baxaq. 
Ziqmund Freyd insan psixolojisini üç qata ayırır. Onların adı belədir: 
 
Üst-Mən (Super Eqo) 
Mən (Eqo) 
O (İbid) 
 
Düşünərin anlatdığına görə, «Mən» «O»nun üz, ön hissəsi, örtüyü kimi formalaşıb. «O» canlı orqanizmin 
canlılığını, yaşamını saxlayan instinktlər, ilkin çağırışlar bölgəsidir. «O» davamlı həzz almaq üçün həmişə 
nələrisə istəyəndir (seksual istəklər, yemək istəyi və s.). Bunun üçün də həmin «O» özündən qıraqdakı 
dünya, gerçəkliklə ləzzət götürmək ilişgisində olur.  
Gerçəklikdən «O»ya dürlü qıcıqlar gəlir. Bax, bu qıcıqlarla «O»dan çıxan istəklərin toqquşduğu, 
rastlaşdığı bölgədə «Mən»in strukturları formalaşır. Biz «Mən»imizi çox vaxt bədənimizlə eyniləşdirib 
anlayırıq. Düşünürük ki, «Mən» bu bədən və bədənin içinə toplananlardır. Freyd bədənin üzəri hissəsini 
(səthini) xüsusi seçir, söyləyir ki, dişarıdan gələn təsirlər burada qıcıqlar oyadır. Deməli, dişarının qavrayışı 
baş verir. «Mən» dişarı qavrayışla içəri qavrayışın rastlaşması əsasında formalaşır. Bu rastlaşma, 
çarpazlaşma isə ən öncə gövdənin üzərində olur. Ona görə də Freyd söyləyir: «Mən» ən öncə gövdəyə 
aiddir (gövdəsəldir), deməli, üzdəki, üzərdəki «qabıqdır». 
«Mən» «O» ilə dünyanın, gerçəkliyin arasında durur. «O»nun ilkin çağırışlarından biri həzz almaq 
prinsipindən çıxır. Ancaq canlı varlıq yalnız həzz almaq prinsipi ilə dünyaya girsə, çoxlu acılar çəkər. Çünki 
heç də hər şey həzz vermək üçün ona əyilməyəcək və deməli, hər dəfə canlı varlıq istədiyini almayanda 
acılar çəkəcək. Bax, bunun üçün də «Mən» «O»nun həzz almaq prinsipinin qarşısına «gerçəklik prinsipinin» 
şərtlərini qoyur. Yəni bu şərtlər «O»ya deyir ki, reallıqla hesablaş. Reallıqla hesablaşmaq üçün də yeri 
gələndə həzz almaq istəyini sonralaşdırmağı bacar! 
Bu, Ziqmund Freydin insan psixologiyasında «Mən» ilə «O» arasındakı ilişgini anlatmaq üçün verdiyi 
bir açımdır. Onun başqa açımı: körpə oğlanın istəklərinin ilkin obyekti (hədəfi) ananın döşləri olur. Ana 
döşləri bu dünyada dayaq axtarmağın ilkin örnəyidir. Paralel olaraq körpə oğlan atasını da mənimsəyir, 
ancaq anadan fərqli olaraq o, atasını identifikasion (eyniləşdirmə) yolu ilə mənimsəyir. Yəni atasını özünə 
oxşada-oxşada anlayır. Dörd-beş yaşında uşaq seksuallığı oyanmağa başlayanda oğlan atası ilə özünü bir 
hədəfə, yəni anaya yönəlmiş iki istək kimi görür və onun üçün də ataya qısqanclıq, atada rəqib görmək onu 
bürüyür. Atasına, artıq, öz istəklərini həyata keçirmək qarşısında durmuş əngəl kimi baxan uşaq ona qarşı 
düşmənçilik duymağa başlayır. 
Freyd oğlan uşağının anasına bu istəyini və atasına bu düşmənçiliyini Edip kompleksi adlandırır. Çünki 
yunan mifologiyasına görə, Edip özü də bilmədən, qisməti beləymiş, atasını öldürüb, anasına ər olur. 
Freydə görə, Edip olayı uşaq seksuallığının mif dilində bilinməsidir, ona görə də uşaq seksuallığının bu 
tərəfinə o, Edip kompleksi deyir. 
Uşağın bilinci əxlaqla tanış olduqca, həndəvərini bildikcə görür ki, həzz almaq istəyindən törəmiş Edip 
kompleksi onun toplum içində yaşamını dəhşətli biabırçılıqlara düçar edəcək. Uşağın «Mən»i gerçəklik 
prinsipinin basqısı (təzyiqi) ilə Edip kompleksini bilincindən sıxışdırıb, bilincaltına (bilmədiyimiz 
bildiklərimiz yığılmış psixi «zirzəmiyə») salır. Bax, bu bilincaltını Freyd «O» (İbid) adlandırır.  
Edip kompleksinin çərçivəsində «O» obyekt kimi gördüyü anaya üz tutmuşdur. İndi isə, yəni əxlaqi 
tərbiyə prosesində bu kompleks dağılır və «O» həmin kompleksi içinə alıb, gizlədir. Bəs psixika indi hansı 
obyektə tutulsun? Əgər anaya olmazsa, onda atanı obyektə çevirib ona üz tutmaq olar. Ataya belə 
bağlanmaq insanın iç dünyasında «Üst-Məni» yaradır. «Üst-Mən», bir yandan, «Mən»ə buyurur ki, atan 
kimi ol, ikinci yandan da, hədələyir ki, «sən atan kimi ola bilməzsən, ona görə də atanın etdiklərini yapma». 


 
84 
«Üst-Mən» ideal «Mən»dir, yəni ideal kimi çağırır ki, mənə oxşa, ancaq həm də xatırladır ki, ideala çatmaq 
olmaz, deməli, sən heç vaxt mənim kimi olmayacaqsan. 
Freyd göstərir ki, «Üst-Mən» Vicdan oluban «Mən»in üzərində xaqanlıq edir və həmçinin, bəlkə də, 
bilincsiz olaraq suç duyğusu kimi durur. Ona görə suç duyğusu kimi durur ki, insan körpəliyində atasına 
rəqibi, düşməni kimi baxmaqla onun qarşısında günaha batmışdı. Doğrudan da, vicdan və günah duyğusu 
biri-birinə qovuşuqdur və Freyd bu qovuşuğun səbəbini çox ilginc açır. 
Beləliklə, «Mən» insan psixolojisində dişarı dünyanın, xarici aləmin nümayəndəsi olur, «O» içəri 
dünyanı təqdim edir, «İdeal Mən» isə bütün yüksək varlıqdan tələb olunanlara cavab verir. Ata haqqında 
həsrəti, ata qarşısındakı günah duyğusunu özündə gizlədən «Üst-Mən», Freydə görə, dinlərin yaranmasının 
kökündə durur.  
Doğrudan da, dinlərin çoxunda Tanrı yiyəlik edən, buyuruq verən ataya oxşayır. Fikir verirsinizmi, 
materialist fəlsəfə kimi Marksizm dinin səbəbini, - din isə önəmli mədəniyyət sahəsidir, - toplumun maddi 
özüllərində axtarırdı. Deyirdi ki, əmək alətlərinin, – əmək alətləri isə toplumun maddi, material əsaslarıdır, - 
primitivliyi insanı təbiət gücləri qarşısında yazıq edir. Və sonucda din yaranır, insana elə gəlir ki, təbiət 
qarşısında gücsüz qalanda təbiət qüvvələrinin yiyəsi olan Tanrılara yalvarmaqla, tabe olmaqla 
təhlükələrdən qurtulmaq olar. Psixoanaliz isə Marksizmdən fərqli olaraq dinin özülünü insan 
psixolojisindəki «Üst-Mən»dən çıxarır. 
Freyd göründüyü kimi insan psixolojisindən dinə doğru çox incə, naxışvari səbəb-nəticə cızığını çəkir. 
Avstriya psixoloqunun fikrincə insan mədəniyyəti insan varlığının nə heyvani, bioloji əsasları varsa, onların 
üstündə ucalmaq sayəsində mümkün olub. Mədəniyyət başdan-ayağa insan bədəninin və psixikasının ilkin 
çağırışlarının ödənilməsi qarşısına divarlar qoymaq sayəsində, yəni ilkin çağırışları basqılamaq (başından 
vurmaq) əsasında qurulub, çünki mədəniyyət bunu etməsəydi, yalnız ilkin çağırışlar, bədən istəkləri ilə 
hərəkət edən adamlar cəmiyyətdə cəm ola bilməzdilər.  
Ancaq insan biolojisinin çağırışları, istəkləri qarşısına əngəllər qoyan mədəniyyətin öz qorxusu var. 
Mədəniyyət formaları ilkin çağırışları geri itələyəndə onlar bilincaltına sıxışdırılırlar (yəni «Ona» keçirlər) və 
burada qaldıqca, işlənmədikcə güc toplayırlar. Güc (enerji) axırda o qədər çoxala bilər ki, püskürüb, insanın 
bütün mənəviyyatını dağıda bilər. Freydə görə, nevrozlar çox vaxt belə püskürmənin sonucu olur. Və ilkin 
istəklərin qorxusundan qurtulmağın bir yolu sublimasiondur, yəni ilkin çağırışları dolayı işlətmək, ilkin 
çağırışları dolayı ödəməkdir. «Sublimə etmək» latınca ilkin anlamına görə həm «uca tuturam» mənasını 
verir, həm də əl-kimyaya keçərək bərk maddənin duru vəziyyətin üstündən adlayaraq buxar halına 
keçməsini bildirir. Bu kəlmə Freydin dilində bədən istəklərinin enerjisini mədəniyyət, yaradıcılıq 
məqsədlərinə yönəltmək anlamını verdi.  
Avstriya alimi seksuallıqla bağlı olana «libido» deyirdi, seksuallıqla bağlı istəkləri isə libidioz istəklər 
adlandırırdı. Ona görə də söyləyirdi: mədəniyyət libidioz istəklərin sublimasionudur. Bu yerdə o, «qadın və 
mədəniyyət» problemini qoyurdu. Yazırdı ki, ilk öncə dişi öz balalarını yaşada bilmək üçün, balalarını 
qorumağa gücü çatacaq erkəyin yanında qalır və onun dediklərinə boyun əyir. Bu andan ailə fenomeninin 
özülü qoyulur. Ailə isə mədəniyyətin təməllərindən birinə çevrilir. Beləliklə, qadın ailənin və ailə ilə bağlı 
olan seksual yaşamın, həyatın mənafeyini saxlayan insan kimi mədəniyyət tarixində özünü göstərir. Ancaq 
elə bu cür də mədəniyyətlə ziddiyyətə girir. 
Biz bilirik ki, tarix boyu mədəniyyət bölgələrinin böyük yaradıcıları kimi həm səviyyə, həm də say 
baxımından qadınlar kişilərə xeyli «uduzublar». Bu faktın dürlü açımı var. Freydin açımına görə, səbəb 
odur ki, ilkin çağırışları sublimə etməkdə qadınların bacarığı kişilərə baxanda xeyli aşağıdır. Mədəniyyət isə 
güclü yaradıcılıq tələb edir. Ona görə də bunu kişilər öz üstlərinə götürməli olublar. 
Yaradıcılıq özü üçün çoxlu enerji istəyir. İnsan isə bitib-tükənməz psixi enerjinin yiyəsi deyil, ona görə də 
libidonu məqsədə uyğun paylamaqla mədəni yaradıcılığı davam etdirmək olar. Deməli, kişilər yaradıcılıqla 
məşğul olmaq üçün enerjini, əsasən, qadınlara verdikləri seksual paydan almalı olurlar. Beləliklə, 
mədəniyyətdə yaradıcılıq tələbləri qadını ikinci plana sıxışdırır və ona görə qalın mədəniyyətlə düşmən 
münasibətə girir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə