Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

 
85 
Ərini devrimçi (inqilabi) hərəkatdan çəkindirən, ailə naminə riskli həyat keçirməyə qoymayan, xalq üçün 
yaşamaq əvəzinə ailə üçün qazanmağa yönəldən qadın tipini hamımız yaxşı bilirik. Freyd isə bu hadisəni 
gözlənilmədən yuxarıda göstərdiyimiz incəliklərlə açır. Göründüyü kimi, Marksizm, Freydin yaratdığı 
Psixoanaliz gündəlik şüurun vasitələri ilə çata bilməyəcəyimiz yerlərə gedib çıxır, toplumun, mədəniyyətin 
nə, necə olması ilə bağlı maraqlı strukturları olan modellər verir. 
Yenə də biz görürük ki, hər model nə qədər gözəl, inandırıcı görünsə də çatışmazlıqlardan qurtulmur, 
hansı hadisələrinsə doğurduğu suallara cavab verə bilmir. 
 
 
 
 
 
 
 
 
 
Üçüncü bölmə. Filosoflar 
 
 
Tez-tez Kantın və Klassik alman fəlsəfəsinin başqa nümayəndələrinin, məsələn, Şellinqin, Hegelin 
fəlsəfədən, estetikasından olan əsərlərini dilimizə çevirməyin nə qədər gərəkli olması haqqında sözlər 
eşidirik. Düz fikirdir. Ancaq indi biz götürüb onları hazırlıqsız, başdansovdu dilimizə çevirsək (artıq, belə 
tərcümələr var), güman ki, hətta mütəxəssislərin də çətin anlayacağı mətnlər ortaya çıxacaq. Kantın, 
Şellinqin, Hegelin özəl düşüncə yöntəmi (tərzi) onların özgün (orijinal) deyim tərzindən bilinir. Deməli, 
azərbaycanca bu deyim tərzini tutmaq gərəkdir ki, həmin düşüncə tərzini də dilimizdə verə bilək.  
Ancaq bu, uzun hazırlıq tələb edir. Hazırlıq deyəndə nəyi nəzərdə tuturuq? Hər şeydən öncə Kantın, 
Şellinqin, Hegelin fəlsəfi-estetik düşüncələrini Azərbaycan dilinə doğmalaşdırmaq, özümsəmək gərəkdir. 
Adi danışıq intonasiyası ilə, normal savadı olan adamın anlayacağı şəkildə Kantdan, Şellinqdən, Hegeldən 
çoxlu yazılar yazılmalı və oxunmalıdır. İndi belə bir yazını biz Kantdan, - bu Könisberqli filosofdan 
başlamaq istərdik. 
 
Kantın fəlsəfəsi və estetikası 
 
Kant şüurun iki işi haqqında 
 
Könisberqli filosofun estetikadan geniş danışdığı əsər «Hökm yürütmək bacarığının tənqidi» adlanır 
(yunanca bizim «tənqid» kimi çevirdiyimiz «kritika» ilk öncə incələmək, təhlil etmək anlamını verir).  
Ancaq qabaqca bir az Kantın fəlsəfəsindən danışmaq gərəkdir, çünki onun estetikası onun fəlsəfəsindən 
məntiqi bir «ritmlə», «addımlarla» çıxıb açılır. Bir də deyək ki, Kant fəlsəfəsinin bəzi ideyalarını kitabımızın 
öncəki səhifələrində söyləsək də yenidən təkrar etməkdən qorxmuruq. Kant fəlsəfəsi yetərincə çətindir və 
onu dəfələrlə azərbaycanca mənimsəməyi «məşq etmək» bizim üçün də, oxucu üçün də eyni dərəcədə 
xeyirlidir. 
Kant bilincin, düşünmək işinin iki yönünü açıb-göstərir. Birincisi, duyduqlarımızı (eşitdiklərimizi, 
gördüklərimizi, toxunduqlarımızı) anlamağa çalışırıq və ya duyuyabilinər nəsnələri anlamaq istəyirik. Kant, 
beləcə, duyuyabilinər nəsnələr dünyasına «bizim təcrübəmiz» deyir. Onun üçün belə də söyləmək olar: 
bilmək-anlamaq işinin bir yönümü odur ki, şüurumuz təcrübəmizi düşünməklə məşğul olur. 
Sonra Kant «Təmiz zəkanın tənqidi» əsərində göstərir ki, bilincimizin ikinci bir «xasiyyəti» də var. O, 
duyuyabilinməz, yəni duyulması nə birbaşa, nə də dolayı yolla mümkün olan hadisələri də düşünməyə can 


 
86 
atır (aydın məsələdir ki, belə hadisələr duyuyabilinməzdirlərsə, bilmək olmaz, doğrudanmı onlar var, yoxsa 
onlar bilincimizin «hadisə» adı altında yaratdığı aldanışlar, illüziyalardır). 
Şüurumuz elmi yolla, yəni məntiq-sübutla, tutalım, Tanrının varlığını-yoxluğunu anlamağa çalışır. Və ya 
istəyir belə suallara elmi doğruluğu olan cavablar tapsın: dünyanın başlanğıcı var, ya yox? Yoxsa nə 
başlanğıcı, nə də sonu var? 
Kant yazır ki, Tanrının nə olmasını, nə də olmamasını, dünyanın başlanğıcını, ya sonsuzluğunu elmi 
yolla düşünə bilmərik. Çünki onları görüb-eşidə bilmərik, yəni onlar təcrübəmizin içinə girə bilmir, 
təcrübəmizin hədəfi olmur. Halbuki əsl elm duyulası, görüləsi şeylər dünyasında iş görə bilir. Yanılan kimi 
təcrübəyə baxıb, özünü düzəldir. Ona görə də yalnız təcrübəni elmi yolla düşünmək olar. Yalnız təcrübə ilə 
bağlı hamıya sübut olunan, deməli, hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar.  
Kant, bax, belə biliyi, yəni hamının doğru saydığı, saya biləcəyi biliyi obyektiv adlandırır. Göstərir ki, 
təcrübəmizi düşünən bilincimiz bu işi anlayışlar vasitəsilə, məsələn, «səbəb-nəticə», «münasibət», «zərurət» 
kimi anlayışlar vasitəsi ilə görür. Belə şüuru o, təfəkkür də (ruscaya «rassudok» kimi çevirirlər) adlandırır. 
Deməli, təfəkkürümüz anlayışlara əsaslanaraq təcrübəmizi düşündüyü üçün elmlə məşğul olur, anlaya 
bilir. Duyulması heç cürə mümkün olmayan hadisələri düşünməyə çalışan şüur isə bu işini ideyalar, 
məsələn, «Tanrı», «sonsuzluq», «azadlıq» kimi ideyalar vasitəsilə görür. Bu şüur forması ağıl, zəka və ya 
təmiz düşünüşdür (ruscaya «razum» kimi çevrilir). 
Kant yazır ki, bütün öncəki filosoflar arasında ona görə düşüncə barışmazlığı olub və ona görə onlar 
obyektiv (hamının doğru saya biləcəyi) fikrə gəlməyiblər ki, anlayışlarla deyil, təcrübəni deyil, ideyalarla 
transendent olanı (yəni həmişə təcrübədən «o tayda» qalanı) düşünməyə can atıblar. Fəlsəfə bu 
«dumandan» çıxıb, «ayılsa» elmə çevrilər. 
Bəs bu dumandan ayılmaq üçün fəlsəfə nəyi bilməlidir? 
 
 
Kant fəlsəfəsində «özündə qalan nəsnə» və  
«bizə bilinənlər» 
 
Bu dumandan ayılmaq üçün fəlsəfə bilməlidir: birincisi, onu ki biz anlayanda bilincimizdən dişarıda 
olan nəsnələri yox, qavrayışımızda, şüurumuzda bizə bilinənləri anlayırıq.  
Hamımız ona öyrəşmişik ki, nəsnənin görünüşü onun özünə «yapışıqdır», onun özününküdür. Kant isə 
deyir, biz nəsnənin özünü deyil, görünüşünü bilirik. Yəni şüurumuzda peyda olan şeyin özü deyil, 
görünüşüdür. Şeyin özü isə həmişə özündə qalır və əgər özündə qalan bizə keçmirsə, onun özünü necə 
bilmək olar? 
Kant şüurumuzda bilinən görünüşü nəsnənin öz şəkli, görkü saymır. Ona görə də bu görünüşü şeyin 
özündən ayırdığı üçün, onlar arasında keçilməz uçurum qoyduğu üçün bu görünüşü görüntü 
adlandıracağıq. 
Bəs özündə qalan və heç vaxt özünü bizə göstərməyən şeyi Kant necə adlandırır? Buna o, noumen deyir 
(bu söz Platonda qavrayışa «bilinənlərə» qarşı duraraq dünyanın özündəki nəsnələri, qavrayışla yox, ağılla 
tutulanları bildirirdi). Azərbaycan dilində Kantın «noumen» termini ilə bağlı «özündəşey» qəbul olunub. 
Ancaq klassik dilimizdə gözəl bir söz – «nəsnə» sözü işlənib. Bu kitabda biz «nəsnə»ni indiyənəcən «şey»in, 
«cisim»in qarşılığı kimi işlətmişik. Ancaq Kantın fəlsəfəsi ilə bağlı «nəsnə»ni «noumenin», «özündə qalan 
nəsnə»nin qarşılığı kimi söyləyəcəyik, çünki «nəsnə» nə olduğu bilinməyən nəsədir, Kant üçün də 
«noumen» nə olduğunu heç vaxt bilmədiyimiz özlərində qalmış şeylərdir.  
Könisberqli filosof haqlı olaraq göstərirdi ki, təcrübə və ya duyularla bilmək hələ tam anlamaq, elmi 
şəkildə bilmək deyil. Bəs onda necə olur ki, biz elmi şəkildə obyektiv biliklər qazanırıq? Kant soruya belənçi 
cavab verir: anlayışların transendantlığı sayəsində. İndisə transendantlıq probleminə baxaq. 
 
 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə