Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

 

46

polemik, interpretativ tənqidi təhlilə güzəştə gedir. Dərketmə formasındakı digər fərqlərlə yanaşı, 



həm də belə fərqli metodoloci istiqamətlərinə görə də tənqidi ədəbiyyatşünaslığın tərkib hissəsi 

saymaq mümkün deyil... 

 

      Çoxlarının üzərində təkid etdiyi, ifrat birtərəfliliklərdən xilas olmuş ən populyar konsepsiya - 



tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən konsepsiyadır ki, bu barədə yazımızın 

əvvəlində qısaca məlumat vermişdik. Lakin bu konsepsiya ilə də xüsusən iki cəhətinə görə 

razılaşmaq olmaz. Əvvələn, burada tənqidin bədiiliyi və elmiliyi vəhdət halında dərk olunsa da, 

yenə də o, spesifik idrak hadisəsi kimi yox, müvafiq şəklində gah ədəbiyyatın, gah da 

publisistikanın növü kimi təqdim edilir. İkincisi, "tənqid - bədiiliyin və elmiliyin sintezidir" 

tezisinin özündə nə isə bir mexaniki qovuşdurma, sxematizm vardır. Bu, dünyanın 

mənimsənilməsinin iki fərqli üsulunun, yəni gerçəkliyin obyektiv qanunlarını öyrənən elmin və 

varlığın obrazlı dərki olan incəsənətin hüdudları barədəki antitezanın tənqiddə birləşdirmə, calaq 

formasında təkrarı kimi görünür. Məsələ burasındadır ki, tənqiddə elmilik özünü bilavasitə 

elmdə olduğu kimi, bədiilik isə bilavasitə incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə 

elmi mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də. Xüsusilə tənqidin sol tərəfinə artırılan 

"bədii istilahı və onun daşı-dığı mahiyyət tənqiddə tamamilə özünəməxsusdur, onun məhz 

incəsənətdəki obrazlılığa qətiyyən aidiyyəti yoxdur. Çünki "bədii" tənqid incəsənətin 

bədiiliyindən törəmə deyil, onun hətta başqa şəkildə təzahürü də deyil. O, həmçinin, elmin və 

incəsənətin mexaniki birləşdirilməsi, qeyri-təbii hibridi, "xəlitəsi" də deyil. Halbuki onun 

mahiyyətini bəzən məhz elə bu şəkildə izah edirlər. - M.Boyko yazır ki, "...tənqid-elmdir" 

demək, burada nöqtə qoymaq olmaz. Tənqid - kompleksli hadisədir; o, mürəkkəb üzvi xəlitəyə 

daxil olan elementlər çoxluğundan ibarətdir". V.Kubilyus isə tənqidin "qapılarını" "müxtəlif 

elementlərin sintezi, canrların diffuziyası üçün açıq" hesab eləyir. Qəribədir, görəsən müəlliflər 

nəyin xatirinə "tənqid xurcununa" bu qədər "elementləri" doldururlar? Bu süni sintetizm kimə 

lazımdır?.. Axı, tənqid mahiyyətcə belə yığnaq xarakterli deyildir; bədiilik, elmilik və s... 

cəhətlər, müxtəlif elementlər birləşərək, sintez təşkil edərək "tənqid" deyilən bir şeyi quraşdırıb 

mövcudlaşdırmırlar. Əksinə, tənqiddə təzahür edən nə varsa (ən müxtəlif formalar, canrlar, təhlil 

yönləri, idraki təmayüllər...), bütün bunları elə onun öz daxili mahiyyətindən doğan 

xüsusiyyətlər kimi başa düşmək lazımdır, daha onları hardansa, hansı elm sahəsindənsə gəlmə 

xüsusiyyətlər, elementlər hesab etmək gərək deyil. Bir də, görəsən, niyə bizə elə gəlir ki, 

müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya mütləq incəsənət olmalıdır, ya da mütləq 

onların sintezi. Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə mürəkkəb olan ümumidrak 

hadisəsinə metafizik - imperativ yanaşmadır. Budda kanonları, "Bibliya", "Quran" yalnız dini 

kitabələrdirmi? Volterin nəsri, Dostoyevskinin "İdiot"undakı İppolitin və Mışkinin, "Karamazov 

qardaşları"nda Abid Zosimin, İvanın monoloqları yalnız bədii təfəkkürün məhsuludurmu; 

Platonun dialoqları, M.F.Axundovun "Kəma-lüddövlə məktubları", A.Kamyunun esseləri yalnız 

fəlsəfi  

 

 



      əsərlərdirmi! Vaqnerin "Bethoveni ziyarət"i yalnız xatirə-oçerkdirmi?! Xüsusilə müasir 

ictimai-fəlsəfi şüurda axı heç bir mütləq ayrıntı nəzərə çarpmır... İndi təfəkkür prosesində 

"ümumelmi, inteqrativ proseslər" gedir və bu müasir idrakın "xarakterik əlaməti" (Qott, Ursul, 

Semenyuk) olur. Deməli, tənqidin də özünəməxsusluğunu onun yalnız elmi, yalnız bədii 

olmasında, yaxud yalnız elmi-bədii sintetizmdə, elementlər xəlitəsində deyil, tənqidi idrakın öz 

qnoseoloci tipində, real daxili qanunauyğunluqlarında axtarmaq lazımdır. Nümunə üçün Yaşar 

Qarayevin "Tənqidi realizm: estetik ideal və müsbət qəhrəman" məqaləsinə müraciət edək: 

"...Mirzə Cəlil təsvir etmək üçün kəndlinin də qeyri-adisini, qəhrəmanını, igidini yox, ən adisini, 

"naturalını", "novruzəlisini" seçir. Zəmanənin qəhrəmanı kimi seçilən Novruzəlidə zamanın 

intellektual və ictimai həyatından bir iz, əsər-əlamət belə yoxdur. Məhz əsrlə Novruzəli 

arasındakı əlaqə və təzad baxımından Mirzə Cəlil Novruzəliyə daxili bir nəzər salır, bir həməsr, 

vətəndaş kimi onun varlığında sağlam, normal fəlsəfi-hüquqi mənada "şəxsiyyət" axtarır və 




 

47

tapmadığı bir keyfiyyətin olmadığı bir boşluğu təhlil edir... İctimai məzmunu cəhətdən bu qədər 



müflis Novruzəliyə ədibin marağının səbəbi də elə budur: hər bir real Novruzəlidə potensial bir 

müsbət qəhrəman mürgüləyir". Belə klassik tənqidi təhlildə elmi analizin harda başladığını, 

bədiiliyin harda qurtardığını, elmi və bədii aspektlərin necə vəhdət tapdığını, onları bir-birindən 

ayıran və qovuşduran nöqtələri müəyyənləşdirmək mümkündürmü?! Onları ağlın nəzəriyyə zoru 

ilə ayrı-ayrı anlayışlar kimi təqdim edəndə və tənqid konteks-tində birləşdirəndə, ortaya qəribə 

müddəalar çıxır; məsələn, V.Kubilyus "Tənqidin təbiəti ziddiyyətlidir" qərarına gəlir... Axı nə 

üçün?! Ona görə ki, V.Kubilyusun fikrincə, tənqid "həm elmi anlayışlara doğru qaçır", həm də 

"subyektiv əsaslarsız ötüşə bilmir", tənqid, eyni zamanda, "bədii yaradıcılıqla elmi analiz 

arasında rəqs eləyir" ...Tənqidi "bədii yaradıcılıq, elm və publisistikanın sintezi" sayan Litva 

tənqidçisinin bu son nəticələri tamamilə əsassızdır. Yaşar Qarayevin məqaləsindən 

götürdüyümüz parçada və saysız-hesabsız dəyərli tənqidi əsərlərdə biz belə bir ziddiyyətlə, bədii 

yaradıcılıqla elmi analiz arasındakı tərəddüdlə, "rəqslə", görəsən, niyə rastlaşmırıq?!. Uzun illər 

ədəbiyyat haqqındakı elmlərin metodologiya problemləri ilə məşğul olan A.S.Buşmin təhlil 

prosesində bədiiliyin və elmiliyin süni sinte-zinin qeyri-mümkünlüyünü, səmərəsizliyini, həm də 

qondarma olduğunu sübut etmişdir: "Bədii obrazı məntiqi anlayışlara calamaq olmaz, onu ancaq 

məntiqi anlayışların dilinə köçürmək olar. Elmi formada incəsənətin dərk edilməsi haqqındakı 

məsələni, bədii obrazların məntiqi anlayışlarla birləş-dirilməsi haqqındakı məsələ ilə 

eyniləşdirmək lazım deyil..." 

 

      ...Yox, tənqidin özünəməxsusluğu heç bir sintez və diffuziyada, təsadüfi məqamlarda, 



hansısa bir canr paradoksunda deyil, onun öz daxili-idraki strukturunda, sabit, uzunömürlü və 

eyni zamanda, daim inkişaf edən dialektik qanunauyğunluqlar sistemindədir. 

 

      Tənqidin çox mürəkkəb psixologiyası vardır. Burada təfəkkür fəaliyyəti ən özünəxas 



qaydada "işləyir". İbtidai, bəsit mühakimə xarakterli tənqidi təfəkkür insan şüurunun inkişafı 

prosesində formalaşaraq, fərdi-ləşərək, heç nəyə bənzəməyən, özünəməxsus mükəmməl, "tənqid 

orqanına" çevrilmişdir. Bu fəaliyyət növündə obyektivliklə subyektivliyin, hissi və rasional 

amillərin çox oricinal təzahür xüsusiyyətləri vardır. Adətən, idrak fəaliyyətində hissi-emosional 

amilin subyektiv mənbə ilə, rasional amilin isə obyektiv mənbə ilə bağlı olduğunu güman edirlər. 

Ən ümumi nöqteyi-nəzərdən varlığın obrazlı dərkində (incəsənətdə) ilkin idraki fəaliyyətin 

(hissi-emosional amil - subyektiv mənbə), elmi dərkində isə daha çox ikinci fəaliy-yət tipinin 

(rasional idrak - obyektiv mənbə) müəyyənedici olduğu şübhəsiz-dir. Bax, elə burada tənqidin 

elmdən və incəsənətdən fərqli cəhətləri meydana çıxır. Çünki tənqiddə biz həmin idraki fəaliyyət 

prosesinin başqa təzahürünü - yəni hissi-emosional aspektin obyektivliklə, rasional aspektin isə 

subyektivliklə qırılmaz bağlılığını müşahidə edirik. Bu paradoksdurmu? Xeyr. Tənqidin təfəkkür 

texnologiyası məhz belə qurulmuşdur; onda hissiyyatın obyektivliyi, rasional dəyərləndirmənin 

isə subyektivliyi xassəsi vardır; tənqidi təhlil prosesində rasional qiymətlər, meyarlar fərdiləşir, 

özünəoxşar olur, subyektiv məzmun və forma kəsb edir, bununla da, tənqidi ideya 

özünəməxsusluğu yaranır, ümumi nəzəri model özününküləşir, ona fərdiyyətin möhürü vurulur; 

subyektiv duyum və hissiyyat isə məhz incəsənətdə olduğu kimi obrazlı inikas formasında deyil, 

hissi-obyektiv, emosional dərketmə şəklində reallaşır. 

 

      Tənqidin spesifik idrak hadisəsi olmasının ən həlledici şərti isə, yəqin ki, onun öz metodoloci 



sistemini yarada bilməsidir. Tənqidin öz metodoloci sistemini yaratması zəruri təbii-tarixi 

qanunauyğunluqdur ki, fikrimizcə, bu proses hələ tam başa çatmamış və o tam 

mükəmməlləşməmişdir. Bu sistem indi fəal formalaşma prosesi keçirir. 

 

      Tənqidi metodun xarakterini müəyyənləşdirməyə çalışarkən, özü-müzü dağa-daşa salmağa, 



hansı bir sahəninsə metod sistemini tənqidə tətbiq etməyə ehtiyac yoxdur. Çünki tənqidin 

metodoloci əsasını elə ən ümumi halda estetikanın nəzəri bünövrəsinə, onun qanun və 

prinsiplərinə söykənən tənqidi metod - tənqidi düşüncə texnologiyası təşkil edir.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə