Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

 

39

Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat tərəfindən geniş 



şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış, hadisələrə ikili, 

haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən diametral şəkildə bir-birinə 

əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. Postmodernist istehza onların hamısı ilə 

bu və ya digər dərəcədə baglıdır və həmin ənənələrə əsaslanır. Lakin bununla yanaşı, 

postmodernist istehza ilk növbədə XVIII əsrin əvvəllərində alman estetik fikrində təşəkkül 

tapmış romantik istehza konsepsiyasının bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda 

qayıdışı kimi dəyərləndirilə bilər. Məlum olduğu kimi, alman romantizmində (Şlegel 

qardaşlarının, müəyyən mənada Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin 

açıqlanmasının və həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa 

sivilizasiyası tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının 

əsas bədii vasitəsi hesab olunurdu. 

 

Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla “romantik istehza”nın əleyhinə 



çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə “mən”in özünə qapanması, onun 

bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir. Həm dünyaduyum forması, həm də 

bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-estetik fikirdə tamamilə yeni hadisə olsa 

da, Hegelin vaxtı ilə romantik istehzanın özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil 

etmək olar. Əhatə dairəsi etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə 

mövcud olan bütün dəyərlərə təsdiqedici - inkaredici mövqedən yanaşan postmodernist istehza 

total özgələşmə üçün şərait yaradır. 

 

Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən ilk 



baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə yardım edir. 

Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə ənənəvi olaraq öz adı ilə 

“möhür basması”nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi yozur. Mən isə bir vaxtlar bu faktı 

şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu ilk baxışdan bir-birinə zidd 

mülahizələrdən görəsən hansı dogrudur? Axı həqiqətən də sənətkar bir tərəfdən öz adını 

çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz ona - Füzuliyə məxsus olduğunu 

vurğulayır. Lakin digər tərəfdən bu əməllyyatla şair iki cür düşünən, iki müxtəlif dünyagörüş 

mövqeyində dayanan, biri müraciət edən, digəri birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır - 

özünütəsdiq özünüinkara çevrilir. Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni 

zamanda, onlar bir-birinə ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında 

ziddiyyət yoxa çıxır; onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist 

ruhunda istehzalı münasibət bəsləyir. Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz

məhdud Füzulini ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək 

imkanı verir. Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi 

onun ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik ovqat 

laylarının aşkarlanmasına gətirərdi. 

 

U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə 



diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına 

məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir: “Kişi bilir ki, 

qadına “mən səni dəlicəsinə sevirəm” sözləri ilə müraciət edə bilməz. Çünki o bilir ki, bu 

sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir ki, kişi bundan 

məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də çıxış yolu mövcuddur. 

Kişi deyə bilər ki, “Liala demişkən, mən səni dəlicəsinə sevirəm”. Bax, beləcə kişi saxta 

məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum söhbətlərin alınmayacağını ifadə 

edərək eyni zamanda qadını sevdiyini, hətta məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə 

davam etdiyini bildirir. Onların hər ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv 

edilməsi qeyri-mümkün olan keçmişin onlara meydan oxumasını qəbul edirlər. Onların hər ikisi 




 

40

şüurlu şəkildə və məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha 



məhəbbət haqqında danışmaq imkanı əldə edirlər”. 

 

Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə edərək 



oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında məlumatlandırmağa, hər halda

dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də eyni zamanda, həm sitat gətirdiyi yaxud 

iqtibas etdiyi müəllifi, həm potensial oxucularının hamısını, həm də xüsusilə özünü barmağına 

dolayıb ələ salmalı olur. Oxucu da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət 

bəsləməyə məcbur olur. Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və 

total istehza bərqərar olur. 

 

Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz buna 



görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı potensiala 

malikdir. 

 

Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə kimlərinsə 



dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və ya digər müəllifə 

məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə dəyişməlidir. Ənənəvi tənqiddə 

əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün məna variantlarını müəyyənləşdirən, özü 

isə əsərin hüdudlarından kənarda yerləşən xarici instansiyadır, bir növ yaratdığı “bədii dünyanın 

Allahıdır” və eyni zamanda, əsərinin bu gün və gələcəyin istənilən məqamında çıxarılan və 

çıxarıla biləcək bütün nəticələr üçün məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən xarici 

instansiya rolunu oynamasını və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: “Xarici səbəb 

bütün başqa səbəblərdən daha artıq səbəbdir”. 

 

Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini yenidən 



nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış prosesində yeni, son 

dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib gözlənilməz assosiasiyalara 

rəvac verə bilər. 

 

Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar əslində 



əsər yox, mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin aparıcı 

kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida tərəfindən təklif 

olunan bu neologizm “destruksiya” (”dağıtma”, “sökmə”) və “konstruksiya” (”quraşdırma”, 

“tikmə”) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində meydana gəlmişdir. Dekonstruksiya 

prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə - kompozisiya, süjet, üslub, psixologiya və 

sairə baxımdan sökmək və özümlü şərh əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir 

oxucu mətnin yaradıcısı statusunu qazanır. Məhz buna görə də “hər bir mətn daim (oxucu 

tərəfindən. - Q.Q.) burada və indi yazılır”‘. (R.Bart). 

 

Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində, 



postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən qoyulmuşdur; 

tədqiqatçı F.Dostoyevskinin “polifonik” (çoxsəsli) romanı konsepsiyasını təhlil edərkən onun 

əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud olan mətnlərlə dialoqa 

girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən görkəmli nümayəndəsi 

H.Gadamer də özünün “Həqiqət və metod” əsərində göstərirdi ki, hər bir deyim öz-özlüyündə 

yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir yerdə həqiqəti ortaya qoyur. 

Filosofun terminologiyasında “deyim” və “mətn” sinonim anlayışlar olduqlarına görə, onun da 

mətnin yalnız başqa mətnlərin kontekstində mövcud olması ideyasından çıxış etməsi nəticəsinə 

gələ bilərik. Bu faktların əsasında fransız postmodernist fikrinin nümayəndəsi Y.Kristeva 

“intertekstuallıq” anlayışını irəli sürmüş və göstərmişdir ki, “hər bir söz (mətn) başqa sözlərin 

(mətnlərin) kəsişdiyi yerdir”. Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə