Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

 

41

mətnlərin eklektik toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar 



etdikləri meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif 

semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdir...  

 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2008/12/13/qorxmaz-quliyev-filoloji-elmler-



doktoru  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

42

Rahid Ulusel 



 

“TƏNQİDİN METODOLOJİ PROBLEMLƏRİ” 

 

 

Tənqid haqqında hədsiz rəylər ixtilafını nisbətən modelləşdirilmiş halda aşağıdakı müddəalar 



şəklində qruplaşdırmaq mümkündür: I. Bir sıra tədqiqatçıların fikrincə, tənqid - "ədəbiyyatdır", 

onun "tərkib hissəsidir", "komponentidir". Y.Borev "Ədəbi prosesdə tənqidin rolu haqqında" 

məqaləsində yazır: "Bədii tənqid ədəbiyyat və incəsənətin tərkib hissəsidir, o, xüsusi tələbat 

əsasında və cəmiyyətin incəsənəti xüsusi istehlakı əsasında... bədii prosesin özündən törəyir". 

V.Kocinov da bu fikrin tərəfdarı kimi çıxış edir: "Ciddi desək, "tənqid və ədəbiyyat" 

qarşıqoyulması düzgün deyildir. Tənqid və söz sənətini əlaqələndirmək olar, ancaq tənqid və 

ədəbiyyat ayrılmazdır, çünki tənqid ədəbiyyatın özünün tərkib hissəsi, cəhəti, komponentidir, 

həm də "aparıcı", təşkiledici komponentidir".  

     II. Başqa bir fikrə görə, tənqidi fəaliyyətin əsasını yalnız publisistika təşkil edir və hətta o, 

publisistikanın növüdür. Məsələn, Y.Surovtsev "tənqidi fəaliyyətin təbiətini", "elmi-publisistik 

şəkildə" müəyyənləşdirir və qeyd edir ki, tənqidçi "məhz publisistcəsinə yazır". Tənqidi 

ədəbiyyatın komponenti hesab edən V.Kocinov da "tənqid və publisistika arasında prinsipial 

fərq" görmür və belə bir fikir irəli sürür: "gtənqidi publisistikanın növü kimi, əxlaqi-etik, elmi, 

fəlsəfi, pedaqoci, iqtisadi, siyasi, hüquqi publisistika və sairlə bir cərgəyə daxil olan "ədəbi 

publisistika" kimi müəyyənləşdirmək, ümumən tam düzgündür". Y.Surovtsev və V.Kocinovun 

tənqid üçün irəli sürdükləri elmi-publisistik konsepsiyasının yarımçıqlığını S.Əsədullayev 

"Prometeylə Orfeyin ittifaqı" adlı məqaləsində haqlı olaraq tənqid edib. Bu konsepsiya həm də 

ona görə bitərəflidir ki, o, tənqidin yalnız bir diqqətəlayiq xassəsini əsas tutur. Çünki tənqiddə 

publisistik keyfiyyət var. Bunu heç cür inkar etmək olmaz. Lakin həmin keyfiyyət tənqidi 

fəaliyyətin müəyyən məqamlarında özünü qabarıq büruzə verir, amma tənqidin bütün təzahür 

formalarında, tənqidi idrak prosesində həlledici amil ola bilmir. Y.Surovtsev və V.Kocinovun 

nöqteyi-nəzəri həm də ona görə düzgün deyildir ki, onlar tənqiddə yalnız ictimai bünövrəni əsas 

tuturlar. V.Kocinov yuxarıdakı fikirlərinə onunla haqq qazandırmağa çalışır ki, incəsənət ictimai 

hadisədir, publisistika da ictimai hadisəyə münasibətdir. Ona görə də ictimai hadisə olan 

incəsənətə münasibət tənqidi də publisistikanın bir növünə çevirir. Fəlsəfə psixologiya və bir çox 

digər elm sahələri də ictimai hadisələri öyrənmirlərmi?! Onda belə çıxır ki, bunlar hamısı 

publisistikanın növləri imiş...  

 

      Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi bildirək. V.Kocinov tənqidin ictimai-ədəbi 



həyatdakı rolunu qiymətləndirərkən ifrata varır: "Əgər birdən tənqid mövcudluğunu 

dayandırsaydı, onda ədəbiyyat da yox olardı". Buradan belə çıxır ki, biz, tutalım, "XII əsr 

ədəbiyyatı" deməkdə və onun tarixən var olduğunu təsdiq etməkdə haqsızıq, çünki bu dövrdə 

"ədəbiyyat" yox, "ədəbiyyatın materialı", "sırf söz sənəti" olmuşdur. Belə çıxır ki, Nizami 

haqqında əsil ciddi elmi-tənqidi fikir 700-800 il sonra söylənildiyi üçün o dövrün ədəbiyyatını 

"ədəbiyyat" adlandırmaq qeyri-mümkündür. 

 

      III. Üçüncü fikrə görə, "tənqid - elmdir" (vaxtilə A.S.Puşkin də belə hesab edirdi), 



"ədəbiyyatı öyrənən elm sahələrindən biridir". 

 

      IV. Lap yaxın vaxtlara qədər belə bir dördüncü fikir də mövcud olmuşdur ki, ədəbiyyat 



nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid ədəbiyyatşünaslıq "üçlüyünü" təşkil edir. Çox 

acınacaqlı haldır ki, indi artıq heç kimin təsdiq etmədiyi, üstündə təkid etmədiyi bu müddəa 

Azərbaycanda buraxılan orta və ali məktəb dərsliklərində heç bir dəyişiklik edilmədən, son 

dərəcə doqmatik, sxematik halda tədris edilir. 

 



 

43

      V. Beşinci fikrə görə, tənqid həm elm, həm də ədəbiyyatın xüsusiy-yətlərini özündə 



birləşdirir, bədiiliyin və elmiliyin qovuşuq nöqtəsi olur. Hətta məsələnin belə qoyuluşu bəzən 

çox metafizik tezis şəklini alır: "Tənqid ədəbiyyatın növüdür. O özünün analiz obyekti kimi 

emosional olmalıdır. Bununla yanaşı o, estetikanın, daha doğrusu, elmin növüdür". Qeyd edək 

ki, tənqidi ədəbiyyatın bir hissəsi sayan bir çox alimlər, eyni zamanda, tənqiddə bədiilik və 

elmiliyin vəhdətini də təsdiq edirlər. V.Kubilyus belə hesab edir ki, "tənqid bədii yaradıcılıq, 

elmi analiz və qəzet felyetonunun (ənənəvi mənada) qovuşuğunda yaranmışdır". "Tənqidi əsərin 

stilistikası bədii yaradıcılıq, elm və publisistikanın sintezi nəticəsində meydana çıxmışdır". Prof. 

S.Əsədul-layev də yazır: "...Bizcə, tənqidi elmin və incəsənətin qovuşması və birliyi sa-yan 

konsepsiya həqiqətə daha çox yaxındır. Tənqidin mahiyyəti cüttər-kiblidir, o, elmin və 

ədəbiyyatın xüsusiyyətlərini özündə birləşdirir. Ədəbi tənqid ədəbiyyat, elm və estetikanın 

qovuşduğu nöqtədə inkişaf edir". 

 

      ...Bəli, tənqid haqqında müxtəlif fikirlərin ən ümumi mənzərəsi, təxminən, belədir və ən 



ümumi aspektdə baxdıqda, tənqidin dəyərləndiril-məsi yolunda həmin təhlillərdəki əsas 

müddəaların bitkin forması kimi üç mərhələni görmək mümkündür: 

 

      1. Tənqid - incəsənətdir, ədəbiyyatdır, bədiidir. 



 

      2. Tənqid - elmdir, ədəbiyyatşünaslıq hissəsidir, elmidir. 

 

      3. Tənqid bədiiliyi və elmiliyi özündə birləşdirən a) ədəbiyyatdır; b) elmdir; c) 



publisistikadır. 

 

      1-ci və 2-ci mərhələdə bir-birilə nisbi əkslikdə olan cəhətlər qarşı-qarşıya qoyulur, 3-cü 



mərhələdə isə bu ifrat qarşıqoyulma aradan qaldırılır, tənqidin mahiyyəti vəhdət halında dərk 

olunur. Y.Borevin "tənqid elmi və bədii təfəkkürün birləşmə sahəsidir" tezisi tənqiddə bədiiliyin 

və elmiliyin vəhdətini təsdiq edən konsepsiyanı dəqiq, müxtəsər elmi model formasında əks 

etdirir... 

 

      Lakin tənqidin mahiyyəti barədə irəli sürülən bütün bu fikir, tezis və konsepsiyaların, demək 



olar ki, əksəriyyəti üçün xas olan ümumi bir çatışmazlıq var; o da tənqidi nəyə isə bağlamaq, 

nəyin isə tərkib hissəsi, kom-ponenti hesab etmək cəhdidir. Düzdür, tənqidin özünəməxsusluğu 

haqqında çox danışılır, lakin müəlliflər bu özünəməxsusluğu təqdir etsələr də, yenə də onu gah 

ədəbiyyatın, gah ədəbiyyatşünaslığın, gah estetikanın, gah da publi-sistikanın tərkib hissəsi 

sayırlar. Olsa-olsa, ona nəyin tərkibindəsə, nəyin daxilindəsə muxtariyyət verilir. Halbuki tənqid 

nə ədəbiyyatın, nə ədəbiyyat-şünaslığın, nə estetikanın, nə də publisistikanın növüdür. Əksinə, 

elə həmin bu sahələrlə və digər təfəkkür hadisələri ilə yanaşı mövcuddur; onlarla tam bərabər 

hüquqlu münasibətlərdədir. Xüsusilə son yüzillikdə ümumidrak sistemində öz yerini 

fərdiləşdirən, özünəməxsus nəzəriyyə və metodologiya-sını yaratmaqda olan tənqid spesifik 

idrak hadisəsi kimi bu gün tamamilə formalaşmış və şübhəedilməz dərəcədə müstəqilləşmişdir...  

 

      Məlumdur ki, hələ bədii və fəlsəfi şüurun vəhdətdə olduğu zamanlarda onların ilkin 



birgəliyində sonralar müstəqil inkişaf yolunu müəyyənləşdirmiş estetika, ritorika, sosiologiya, 

filologiya və s. kimi tənqidin də rüşeymləri olmuşdur. Təkcə elə bu fakt göstərir ki, tənqid 

qnoseoloci mənşəyinə görə də digər ictimai şüur hadisələri ilə asılı münasibətdə yox, 

bərabərhüquqlu münasibətdə olmuş və bu şəkildə də inkişaf etmişdir. Lakin bununla belə, yalnız 

"rüşeymlərin" təzahür etdiyi dövrü - tənqidin əsaslı yaranma dövrü yox, olsa-olsa bünövrətapma

özülyaratma dövrü hesab etmək olar... Bu dövrün tənqidçi tipi, şərti desək, filosof-tənqidçi idi. 

 

      Tənqidin yaranışında və özünümüəyyənləşdirməsində ən davamlı mərhələ - ictimai-fəlsəfi 



elmlərin ikinci diferensiasiyası zamanından, yəni vahid elmi sistemdə estetikanın və 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə