Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə46/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   42   43   44   45   46   47   48   49   ...   130

elementləri,  bədii  fikrin  obrazlı  təsviri  ilə  məhdudlaşmır,  dövr  üçün 
xarakterik dil qaydaları,  nitq etiketləri, söz kombinasiyaları və müra-
ciət formalarını təfsilatı ilə dəyərləndirir.  
Türklər  arasında  Orta  Asiya  kultunu  təmsil  edən  Xoca  Əhməd 
Yəsəvinin  mistik  qabiliyyətləri,  mürşiddə  fani  olmaqla  başlayan  Al-
lahda baki olmaqla başa çatan müridin ruhi-mənəvi təbiəti, pirin ilahi 
əxlaq  haqqında  fikirləri  mənaqiblər  üçün  zəmin  olmuş,  möcüzəvi 
bacarıq xalq kütləsi arasında övliyaya inam hissinin doğması prosesini 
təmin  etmişdir.  Xoca  Əhməd  Yəsəvinin  erkən  yaşlarından  etibarən 
nümayiş etdirdiyi kəramətlər (qeybə çəkilmək, gələcəkdən xəbər ver-
mək,  yoxu  var  etmək,  varı  yox  etmək,  çətin  məkanları  aşmaq)  təkkə 
həyatının mistik təsvirini verməklə təriqətin yayılma arealını genişlən-
dirmiş,  həmçinin  o,  ünvanına  səsləndirilən  ağır  ittihamlara  hikməta-
miz  münasibət  bildirərək,  dərgahda  gender  bərabərliyinin  qorunma-
sına ciddi-cəhd göstərmişdir.  
İlahi eşqin yenilməz carçısı Mövlanə Cəlaləddin Ruminin mənə-
vi kamillik yolunun, daxili ruhi vəziyyətinin təsvirinə əsaslanan “Mə-
naqib-i  Sipehsalar” dövrün təsəvvüfi düşüncə tərzi,  səma, tövhid, hə-
qiqi  eşq,  cəzbə  halının  canlı  əksinə  xidmət  etmiş,  mütləq  həqiqətin 
qəlbdə  zühur  etməsi  fikrinin  məntiqi  təsdiqinə  yönəlmişdir.  Allahı 
mütləq dərkedilməz kimi qəbul edən Rumi onu bütün məlum şeylərin 
yaradıcı kimi  təqdim etməklə insan ağlının isə mahiyyəti dərk etmək 
gücündə olmadığını ifadə edirdi (3, 476).
 
Mövlanə Cəlaləddin Rumi-
nin  müridlər  toplusunun,  nəsil  şəcərəsinin  təzahür  etdiyi  “Mənaqib-i 
Sədrəddin-i Konevi” də “Amellerin tartılacağı mizan haktır”, “Cennet 
ve  cehennem  haktır”  fikrini  rəhbər  tutan  nəvəsi  Hz.Sədrəddin  Kone-
vinin dini-irfani ibarələri, mövləvilik təriqəti əhlinin musiqiyə və şeirə 
olan  meyili,  dərgahdakı  və  zaviyələrdəki  ayin  forması,  fəzilətli  dav-
ranış nümunələri qələmə alınmışdır.  
Bəktaşi  dərvişlərinin  böyük  qüdrətinin  tərənnümünə  yönələn 
“Mənaqib-i Hacı Bəktaş-i Vəli”də bəktaşi müridlərinin zikr məclisləri, 
Hacı  Vəli  Bəktaşın  təsəvvüfi  dünyagörüşü,  qəlbin  şeytani  və  nəfsani 
düşüncələrdən  təmizlənməsi,  digər  varlıqların  unudularaq  Allahın 
anılması, mütləq həqiqətin qəlbi nurlandırması kimi vacib xüsusiyyət-
lər üzə çıxarılmış, buna paralel olaraq müridlərin ilahi həqiqətin dərki 
naminə əqli-küllə doğru cəzbəsi, ruhi və mənəvi irəliləyiş məqamı da-
vam etdirilmişdir.  
İlahi  gözəlliyi  mütləq  varlığın  sahib  olduğu  ilahi  ünsür  olaraq 
dəyərləndirən, batini xəlvət, vəhdəti-vücud, əqli-küll, təsəvvüfi düşün-
cə  tərzi  ilə  bağlı fəlsəfi  baxışları inanc və  dünyagörüşündə  cəmləşən, 


Şərqdə  ilk  süni  dil  hesab  olunan  “esperanto”nun  yaradıcısı  Muhyi 
Gülşəninin doğum  tarixi  qaynaqlara  əsasən 1528-1529-cu illərə təsa-
düf edir və Ədirnə şəhərində anadan olduğu qeyd edilir. Sufi Xəlilin 
zülm və istibdadından cana gələn şirazlı tacir babası Ədirnə şəhərində 
məskən  salmaqla  Məhəmməd  Muhyinin  erkən  dini  və  dünyəvi  bilik-
lərə buradakı mədrəsələrdə yiyələnməsinə şərait yaratmış, ərəb və fars 
dillərinə  vaqif olması  üçün geniş  imkanlar  açmışdır.  İstanbulda  yaşa-
yıb dəftərdar vəzifəsində çalışan qardaşının yanına yollanan on səkkiz 
yaşlı  gənc  parlaq  qabiliyyəti  sayəsində  dövrün  mötəbər  şəxsiyyətləri 
olan  Şeyxülislam  Əbu  Səid  Əfəndi,  Muhyiddin  Karamani,  Sürurinin 
diqqətini cəlb etməyə müvəffəq olmuş, bəzilərinin dini-irfani dərsləri-
nin  iştirakçısı  kimi  zəngin  bilik  ehtiyatlarına  yiyələnmişdir.  Təsadüfi 
deyil  ki,  erkən  yaşlarından  əbcəd  hesabına  dair  mükəmməl  bacarığı 
ona Seyxülislam Əbu Səid Əfəndi tərəfindən “sahib-i tarix” titulunun 
verilməsi  ilə  nəticələnmiş,  dövrünün  saray  nümayəndəsi  olan  Heydər 
ağa ilə dostluq münasibətləri ədəbi məclislərdə iştirakını təmin etmək-
lə yanaşı, şairlik bacarığının saraya yol tapması üçün vəsilə olmuşdur 
(5, 464). Onun cahan şahı Sultan Süleyman Qanuniyə həsr etdiyi türk-
cə  və  farsca  qəzəlləri  dövrün  poetik  ənənələrindən  yetərli  dərəcədə 
agah olan hökmdarın riqqətinə səbəb olmaqla yanaşı, saray dairəsində 
Muhyinin qüdrətinin tanınması üçün fürsət olmuşdur. Osmanlı fəthləri 
dövründə  1552-1553-cü  illərdə  Misir  qazısının  naibi  rütbəsi  ona  hə-
valə  olunmuş,  Şeyx  İbrahim  Gülşəninin  oğlu  Əhməd  Xəyali  ilə  dəf-
tərdar  İsgəndər  Çələbi  vasitəsilə  tanışlıqdan  sonra  naib  vəzifəsindən 
uzaqlaşmaq  istəsə  də,  Baki  əfəndinin  xahişi  əsasında  istəyindən  əl 
çəkmişdir.  Əhməd  Xəyalinin  təsəvvüfi  baxışlarından  vəcdə  gələn 
Muhyi onun müridi kimi irşadına qəbul olunmuş, qısa müddət ərzində 
ailə  bağlılıqları  ilə  mürşidinə  meyil  etmişdir.  Göy  qübbəsinin  sirli 
aləminə, kainatın yaradılış mexanizminə olan marağı onu Cəmaləddin 
Həzrəci ilə qarşılaşdırmış, nücum elminin dərinliklərinə vararaq astro-
nomik bilikləri əxz etməklə fiziki proses, qanunauyğunluqları şərtlən-
dirməyə  çalışmışdır.  Vəhdəti-vücud  nəzəriyyəsinin  banisi  Muhyiddin 
İbnül-Ərəbinin  bəşər  tarixini  lərzəyə  salan  “Füsusul-hikəm”  əsərini 
ömrünün  son  illərində  şərh  etməyə  cəhd  göstərən  Muhyi  Gülşəni 
Allahın  məxluqat  içində  insana  xüsusi  dəyər  verdiyi  qənaətinə  gəl-
məklə  insan  ümmətinin  davamlı  ibadət,  şəriət  ehkamları,  mücahidə 
dolu  həyat  fəlsəfəsinin  tədqiqinə  maraq  nümayiş  etdirir.  Mənbələrə 
istinadən vəfat tarixi 1605-1606-cı illəri əhatə edən Muhyi Gülşəninin 
poetik  yaradıcılığı  irfani,  təsəvvüfi  baxış  prizmasından  ilahi  həqiqət-
lərin  daxili  duyğularla  qavranılmasını  şərtləndirən  ruhi  mənəvi  feno-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə