Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə47/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   43   44   45   46   47   48   49   50   ...   130

menin dərkinə yönəlmişdir.  
Real  həyati  faktlara  söykənən  “Nəfhətül-əshar”  (1588-1589) 
əsəri  Muhyinin  qət  etdiyi  həyat  yolunun  panoraması  olmaqla,  ədibin 
qarşılaşdığı mütəfəkkir alim və ziyalıların təriqət ədəb-ərkanı ilə bağlı 
fəlsəfi  dünyagörüşünü,  seyri-süluk  yolçuluğuna  qədəm  qoyan  salikin 
ruhi iztirablarını ifadə edir. 
“Əxlaqi-kiram”  əsəri  müəllifin  fəzilətli  davranış  qaydalarının 
metodoloji təsvirinə əsaslanan didaktik müntəxabat olmaqla, valideyn-
övlad münasibətlərində qarşılıqlı hörmət və ehtiram prinsipini rəhbər 
tutan  öyüd  xarakterli  etik-estetik  qaydaların  təsviri  ilə  diqqəti  cəlb 
edir.  Haqq-ədalət  prinsipinin  məntiqi  şərhini  mövzu  edən  “Əxlaqi-
kiram”  əsərinin  Qahirə,  Nuru  Osmaniyə,  İstanbul  Universitet  nüsxə-
ləri  dəyərli  şəxsiyyətlərin  məşəqqətli  həyat  hekayələrini  də  özündə 
cəm edir (6, XVII). 
Təsəvvüfi ruhun hakim olduğu “Silsilətül-işk” əsəri Tanrı nuru-
nun  bəni-adəmdə  təcəlliyatını  önə  çəkməklə  ilahi  feyzin  qüdrətini, 
həqiqi  eşqin  müridin  bəsirət  gözünün  açılmasında  vacib  ünsür  oldu-
ğunu təfərrüatı ilə qeyd etmiş, cisim aləminin nəfs, bədən, ruh asılılı-
ğını şərtləndirdiyini tamamlamaqdadır. Müəllifin on beş yaşında ikən 
qələmə  aldığı  bu  əsərin  mövzusunu  sevgi  və  onun  əhəmiyyəti,  eşqlə 
bağlı hadisələr və “Məsnəvi”dən beytlər təşkil edir (6, XVIII). 
İnsanlar arasında kommunikasiya vasitəsi olan dil təbii intellek-
tual sistem kimi tarixi təhlil predmetidir. Təşəkkül etdiyi dövrdən eti-
barən  söz  və  səslərdə  təzahür  edən  dil  geniş  ifadə  imkanları,  yüksək 
səviyyəli  yazı  normaları,  üslub  çalarlığı  ilə  bəşər  mədəniyyətinin 
əvəzsiz məhsuludur. İstər nəzəri, istərsə də elmi konsepsiyaları özündə 
ehtiva  edən  dil  faktları  əsrlər  boyu  tarixi  proseslərə  məruz  qalmış, 
daha davamlı dil kateqoriyalarının, dil vahidlərinin formalaşması pro-
sesi  ilə  sabitləşmişdir.  Muhyi  Gülşəninin  müştərək  olaraq  türklər, 
farslar,  ərəblər üçün icad etdiyi  yeni  süni dilin  qayda və  prinsiplərini 
ehtiva  edən  “Lüğət  və  Qəvaid-i  Baleybilən”  əsəri  xalqlararası  dil 
birliyini  təbliğ  etməklə  ön  söz,  səkkiz  sinif,  bir  xatimə  və  on  kitab 
qisimlərilə  tamamlanaraq  dil  fərqliliyini  aradan  qaldırmaqla  müxtəlif 
din  və  mədəniyyətə  mənsub  olanları  birgə  ünsiyyətə  səsləyir.  Muhyi 
bu  dili  yaratmağın  vacibliyinə  diqqəti  yönəltməklə  müsəlmanlar  ara-
sında  din  birliyi  ilə  yanaşı,  dil  birliyinin  də  mühüm  əhəmiyyət  kəsb 
etdiyinə  toxunmaqla  ortaq  dil  anlayışını  prioritet  məsələ  səviyyəsinə 
qaldırır. Şərq aləmində süni dilin ilk qurucusu olaraq tarixə adını qızıl 
hərflərlə  yazdırmış  Muhyi  hərflər,  saylar,  sərf,  nəhv,  istilah,  məsdər 
başlıqları  adı  altında  əsəri  qruplaşdırmış,  Osmanlı  türkcəsinin  səs 


uyuşması,  fonetik  tərkibi,  etimoloji-terminoloji  spesifikası,  feil  kon-
sepsiyası  (şəxsə, zamana görə  dəyişmə), fonetik hadisə  və  qanunauy-
ğunluqların  formal  cəhətlərini  sıralamış,  ərəb  dilinin  söz  düzümünə 
əsaslanmaqla dilin qrammatik qaydalarının izahını osmanlı türkcəsin-
də vermişdir:  
I sinif – nümunələr (əmsilə)  
II sinif – əsas nümunələr ( əmsilətül-bina) 
 
III sinif – sərf və nəhv (morfologiya və sintaksis)  
IV sinif – hərflər (hüruf) 
V sinif – saylar (ədədlər) 
VI sinif – məsdərlər (məsadir) 
VII sinif – sözcüklər (lüğət)  
VIII sinif – terminlər (istilah) (10, XVI). 
Nəzəri  biliklərin  praktik  həllinə  xidmət  edən  nümunələr  türk, 
ərəb, fars dillərində qarşılıqları ilə ardıcıllıq təşkil edərək feili sifət, in-
diki zaman feillərinin əmələgəlmə yollarını əhatə etməklə, lüğət tərki-
binin  zənginləşdirilməsinə  şərait  yaratmışdır.  1966-cı  ildə  Midhət 
Sərtoğlu  tərəfindən  “Həyat.  Tarix”  məcmuəsində  nəşr  olunmuş  “İlk 
milletlerarası Dili Bir Türk İcat Etmişdi” məqaləsi ilə Muhyi Gülşəni 
xalqlarası  ortaq  dilin  yaradıcısı  olaraq  təqdim  olunmuş,  Mustafa 
Koçun zəhməti sayəsində çapdan çıxmış “Baleybilən” əsəri ədibə hə-
qiqi qiymətin dünya ictimaiyyəti tərəfindən verilməsinə vəsilə olmuş-
dur (5, 464). 
İcad  olunmuş  yeni  dil  üçün  tərtib  olunan  “Məsadir-i  əlsine-i 
ərbaa” əsəri türk, ərəb, fars dillərinin fonetik, leksik, qrammatik xüsu-
siyyətlərini  nəzərə  almaqla  morfoloji,  sintaktik  strukturun,  dil  qayda-
larının  müqayisəli  tədrisinə  əsaslanmışdır.  Nitq  hissələrinin  bölgü 
prinsipi  dil  vahidlərinin  leksik,  qrammatik  məna  çalarına  uyğun  apa-
rılmaqla  söz  birləşməsi,  cümlə,  hökm  arasındakı  sərhədlərin  məntiqi 
izahı qələmə alınmışdır.  
Dini  ehkamları  insanları  buxovlamayan,  ilahi  haqqa  qovuşma 
yolunda mənəvi bələdçi hesab edən, mənəviyyata dair düşüncələrində 
fəzilət təbliğ edən, intuitiv aləmin dərkinə pənah aparan Şeyx İbrahim 
Gülşəninin  həyat  fəlsəfəsini  əhatə  edən  “Mənaqib-i  İbrahim-i  Gül-
şəni” əsəri 36 illik gərgin əməyin məhsulu olmaqla qalmamış, fövqəl-
varlığın  kəramət  və  bacarığının  vəsfinə  yönəlmişdir.  Xəlvətiyyə  təri-
qətinin gülşəniyyə qolunun təsisçisi İbrahim Gülşəninin keçdiyi həyat 
yolunu  işıqlandırmaq təklifi Gülşəninin oğlu  Əmir Əhməd Xəyalinin 
şəxsi  təkidi  ilə  olmuş,  övliyanın  həyat  hekayəsinin  canlı  iştirakçısı 
olan oğlunun nəqli mənaqibin mövzu xəttini təşkil etmişdir. Tipik mə-


naqib  səciyyəsi  daşıyan  bu  əsər  dövrün  tarixi  geosiyasi  proseslərini 
yaxından  izləmiş,  sultanın  hakimiyyəti  dönəminin  xarakterik  faktla-
rına,  Yaxın  və  Orta  Şərq,  Türkiyə,  Misir,  Azərbaycan  torpaqlarında 
hökmran olan ədəbi-ictimai mühitin məkan və zaman konsepsiyasına 
əsaslanan təsvirini ifadə etməkdədir. İlkin variantda adı “Kalbi-kitabi-
əshabi-tərayik”  şəklində  təqdim  olunsa  da,  sonradan  mürşidi-kamil 
Əflakinin  “Mənaqibül-arifin”  əsərinə  mənəvi,  ruhi  bağlılıq  əsərin 
adında  dəyişiklik  edilməsinə  səbəb  olmuşdur.  Mənaqibdə  Şeyx  İbra-
him  Gülşəninin  mürşid  kimi  dini-ədəbi  fəaliyyəti,  qeyri-adi  bacarıq-
ları, sahib olduğu üstünlüklər, əhli-əyala qarşı nümayiş etdirdiyi hör-
mət  və  izzət,  təriqət  nümayəndələrinin  iman  və  ibadət  məqamı  şərh 
olunmuş, gülşənilərin zikr, ayin mərasimlərinin struktur keyfiyyəti öz 
əksini tapmışdır. 1426-1427-ci illərdə Bərdədə doğulduğu güman edi-
lən İbrahim Gülşəni mənaqibdə nəsil şəcərəsini Oğuz Ataya bağlaya-
raq ulu qəbilədən olması faktına xüsusi diqqəti cəlb etmiş, məntiq və 
fiqh elmində kamal sahib olan atasının adını iftixar hissi ilə çəkmişdir. 
“Şeyx  İbrahim  Gülşəninin  nəsəb-i  zahirisi  Oğuz  Ataya  irişür; 
Bu  vəchlə  ki  zikr  olunur:  Şeyx  İbrahim  Gülşəni  ibn  Mövlana  əş-şeyx 
Məhəmməd  ibn  Mövlana  Hacı  İbrahim  ibn  əş-şeyx  Şəhabəddin  ibn 
Aytoğmuş bin Güntoğmuş bin Qutlutoğmuş bin Oğuz rəhimühuməllah 
yedi  atayə  dəgin  Oğuz  nəslindən  olduğuna  kitablarında  işarət  etmiş-
dir”  (6,  13).  Uşaq  yaşlarından  Qurani-Kərimə  olan  vaqifliyi,  türkcə 
kitablardan  müxtəlif  təfsir  və  hədislərə  yiyələnməsi  tərbiyəsinə  atası 
kimi  talib  olan  əmisi  Seyyid  Əlinin  himayəçiliyi  altında  baş  tutmuş, 
əhli-sünnət nümayəndəsi olan Seyyid Əli miras qalmış kitablar sayə-
sində onun bəsirət gözünün açılmasında vasitəçi rolunu oynamış, uşaq 
yaşlarından etibarən kəramət bacarığının başlanğıcını qoymuşdur. 
“Beş yaşında ikən atası və dədəsi məqbərələrinə varub dərağuş 
edüb  təzərrü  edər  və  ağlar  imiş  və  der  imiş  ki  siz  Həqqə  qəribsiz, 
Həqq-i  Təaladan  bana  elmüllədindən  istəyiniz  ta  ki  kitaba  möhtac 
olmiyəm və illa yanınıza dəvət eylin ta dünyanı bilməkdən xilas olam, 
eşidənlər təəccüb edərlər imiş” (6, 16). 
Dövrün bir sıra dünyəvi biliklərinə agah olmaq marağı İbrahim 
Gülşəninin Mavərünnəhrə yola düşməsi, sənət və mədəniyyət mərkəzi 
Təbrizdə  Molla  Həsən  ilə  tanışlığının  başlanğıcı  olmuş,  qısa  zaman 
kəsiyində Ağqoyunlu hökmdarı Uzun Həsən ilə tanışlığı ona “tərxan” 
rütbəsinin  verilməsi  ilə  nəticələnmiş,  bununla  da  İbrahim  Gülşəninin 
saray  dairəsində  hörmət  və  ehtiramının  sürətlənməsinin  əsası  qoyul-
muş, adil idarəçilik bacarığına görə ordunun ruh yüksəkliyini artırmaq 
məqsədilə  hökmdarın  yadelli  ağalığına  qarşı  apardığı  bir  sıra  döyüş-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə