Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə50/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   46   47   48   49   50   51   52   53   ...   130

 
Məlum  olduğu  kimi,  Nizami  yaradıcılığında  ədalətli  şah  obrazı 
və  bu  səpkidə  aparılan  ideoloji  istiqamət  İntibah  dövrünün  aktual 
problemlərindən  sayılırdı.  Hakimiyyət,  idarəçilik  strukturu  və  bütün 
bu sistemin ədalət prizmasındakı fəaliyyəti nəinki sırf renessans dönə-
minin,  eləcə  də  orta  əsr  ictimai-siyasi  mühitinin  real  məzmunlu  gös-
təricisi idi.  
 
Altımdakı at məndən də çox rəqs edirdi
Bütün yolu qələm kimi səcdə edirdim. 
Pərgar kimi başımla yol gedirdim, 
O yolda qarşıma çıxan hər düşərgədə
Şahın dövlətinə dua eşidirdim. 
Hər bulaqdan ki, təzə su içirdim
Şahın canına dua edirdim. 
Hər bir dağdan, çaydan əsən dövlət küləyi
Şahın mərhəmətindən müjdə verirdi. 
O həzrətin müşk ətrindən hər addımda 
Ayağımın altındakı torpaq xam ənbər olurdu (3, 349). 
 
Nizami  Gəncəvinin  üslub  və  ideologiyasına  xas  hökmdar  anla-
yışı ən yüksək məziyyətləri ilə fərqləndirilir. Müxtəlif bənzətməli mü-
qayisələrlə hətta şahın hüzuruna doğru yol alan atın belə xüsusi şövqlə 
çapmasını  mənalandırır.  Ətrafdan  gələn  alqış  və  dualar  özü  də  daxil 
olmaqla  hökmdara  ünvanlanmaqla  səciyyələndirilir.  Əslində  hökm 
icra edən bir şəxsin üstün keyfiyyətlərə malik olması Nizami irsi üçün 
həlledici mahiyyət daşıyır. 
Eyni mövzu aktuallığını qorusa da, mahiyyət dəyişkənliyinə uğ-
rayaraq  maarifçilik  zəminindəki  bir  mühit  üçün  tamamilə  fərqli  mə-
qamları  və  Mirzə  Şəfi  təqdimatında  qeyd  olunan  proseslər  yenə  də 
dövr ahənginə uyğun şəkildə reallıqla səsləşən çağırışlarla yadda qalır: 
 
Tale bir töhfəni edərsə halal, 
Onu əldə şərab, gülər üzlə al. 
Özün bacarmasan gər bunu, heç vaxt, 
Səni padşah da, edəmməz xoşbəxt (2, 46). 
 
Mirzə  Şəfinin  bədii  tərzdə  vurğuladığı  kimi,  öz  dövrünün  si-
tuasiyalarına uyğun və haqlı olaraq həyati meyarlardan cəsarətlə bəh-
rələnmə hakim mövqedəki hansısa şəxsdən asılılığa dəlalət etməməli-


dir.  Doğrudur,  Vazeh  əsrində  padşah  titulu  mövcud  olmasa  da,  hara-
dasa klassik ənənəyə sadiq qalaraq, bu xüsusda müəllif sırf insan me-
yarının  üstünlüyünü  göstərməklə,  sıravi  sayılanların  da  özünəməxsus 
qüdrətə  malikliyini  xatırlatmışdır.  Bəlkə  elə  buna  görə  görkəmli  şair 
daha bir hikmətində qeyd edilən məqamlara aydınlıq gətirmişdir: 
 
Şahların ziynətli hədiyyəsinə, 
Təriflə vurarıq daha da ziynət. 
Ancaq təbiətin min töhfəsinə
İnanın, vermərik bir dəfə qiymət (2, 35). 
 
Ümumiyyətlə,  şah  və  hökmdar  mövzusu  Mirzə  Şəfi  irsi  üçün 
aparıcı  xətt  daşımasa  da,  yenə  də  müəyyən  istiqamətlərlə  mütərəqqi 
zəmində əsaslandırmalar göstərilmişdir. Bu istiqamətlər də əsasən mü-
vafiq qarşılaşdırma və təzadlıq doğuran məqamlarla qabaqcıl ideyanın 
meydana çıxmasına xidmət etmişdir. 
İntibah  dövrünün  ənənələrinə  uyğun  olaraq,  insanları  daha  çox 
bəşəri  meyarlara  səsləyən  ədəbi  mühit  XIX  yüzilliyin  ictimai  sfera-
sında  tamamilə  fərqli  situasiyaları  bəlirləyir.  Artıq  bu  yüzillik  bəşəri 
ideyalar  zəminindəki  ziyalılığı  və  elmi  potensialı  əsas  götürərək  din 
çərçivəsinə  aid  müəyyən ideoloji istiqamətlərin  mövcudluğundan  ya-
yınmışdır. Gəlin baxaq, əgər İntibah dövründə hansısa elmə aidiyyatı 
olmayan birisinin dini proseslər baxımından insani meyarlara üstünlük 
verməsi  labüd  sayılırdısa,  Mirzə  Şəfi  dövründə  bu  məqamlar  sırf 
təhsilə meyillik və öz növbəsində cəsarətli olma məziyyətlərini təlqin 
edirdi. XII əsrdəki dini bağlılıq intibah zəminində çözülərək, mütərəq-
qiləşdirilmiş  və  insan  amilinin  fonunda  sistemli  şəklə  salınmışdır. 
Vazeh dövrü üçünsə, dini təlqinlərin mövhumi səciyyəyə gətirilməsi, 
ruhani  mövqeyində olanların şəxsi  maraq dairəsindəki  şərti iş  rejimi, 
eləcə də şəriətçiliyin xürafat qismindəki təbliği aparıcı xəttə sahib idi. 
Artıq  burada  konkret  şəkildə  şah  titulu  və  rəiyyət  təzadı  görünməsə 
də,  ziyalı-cahil  və  ziyalı-dindar  (mövhumatçı)  qarşılaşması  həlledici 
rolunu qoruyurdu.
 
Beləliklə,  istər  Nizami  Gəncəvi  yaradıcılığı,  istərsə  də  Mirzə 
Şəfi  irsinin  həlledici  qayəsini  təşkil  edən  din  və  dünyəvilik  mövzu-
sunu sistemli şəkildə ümumiləşdirməyi doğru sayıram. Hər iki mütə-
fəkkir-şairin dövri təfəkkürə uyğun seçimi haqlı təəssüratlar əks etdir-
məkdədir. Sözsüz ki, ilk olaraq dahi Nizami irsinə müraciət edib gör-
kəmli  hikmət  ustadının  həmin  mövzudakı  dəyərləndirməsini  gözdən 
keçirməliyik.  


Nizami Gəncəvidə din və dünyəvi anlayış sistemi: 
 
  hökmdar 
İnsan:    sıravilər 
   ↓  
  ümumi anlayış 
  qanunauyğunluq 
Din :   
 itaət və ya tapınma 
 ədalət (cəza yöntəmi) 
   ↓ 
 bütövlük 
Dünya:    yaşam (təfərrüatları ilə) 
 son (ölüm) və ya nəticə 
 
İnsan  dinə  tabedir,  din  isə  dünyaya.  Dünya  anlayışı  ilə  hər  iki 
məfhum  çözülməyə  an  gözləyir.  Başqa  sözlə,  din  bir  nəzəriyyədir. 
İnsan olmadan bu nəzəriyyə aktivliyini qətiyyən mühafizə edə bilməz. 
Yaşaması  və  davamlı  fəaliyyəti  birbaşa  bəşər  nümayəndəsindən  asılı 
şəkildə  gerçəkləşərək,  təkcə  mənəvi  aləmin  deyil,  eləcə  də  hakimlik, 
iqtidarlıq qüdrətinin belə varlığından yararlanmağa əsaslanmışdır. Ey-
ni zamanda dinin qarşımıza bəşəri meyarların etik qayda-qanun məc-
musu  qismində  çıxması  da  inkaredilməzdir.  Əslində  inanc  olmadan 
insanın uçuruma sürüklənməsi an məsələsidir. Təbii ki, söhbət sağlam 
və  məntiqli  tapınmadan  gedərək,  əsla  mövhumi  məziyyətləri  qəbul 
etməməkdir. Əks təqdirdə, inancsızla xürafatçının qətiyyən fərqi mü-
şahidə edilməzdi. 
O  ki  qaldı  dahi  mütəfəkkirlərimizin  bu  barədəki  ədəbi  qeyd-
lərinə,  dövrün  tələblərinə  uyğun  cərəyan  etmiş  müvafiq  fərqliliklər, 
onların  ayrı-ayrılıqda  doğruluğuna  şübhə  yaratmır.  Əgər  Nizami  əs-
rində dini ideologiyalar İntibahın yaranmasına maneçilik törətmirdisə, 
maarifçilik  ideyalarının  bərqərar  olduğu  bir  dönəmdə  isə  mövhumi 
meyillər  həddindən  çox  aqressivliyi  ilə  seçilərək,  mövcud  ədəbi  pro-
seslərə zərbə vurmaqla yadda qalırdı. 
Mirzə Şəfi Vazehdə din və dünyəvi anlayış sistemi: 
 
  mütərəqqi 
Dünya   → inkişaf edən 
  
  əbədi 
  
  cahil 
İnsan  
 ruhani (dindar) 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə