Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə48/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   44   45   46   47   48   49   50   51   ...   130

lərin şəxsən iştirakçısı olmuşdur. Şiraz əhalisinə qarşı zülm və aman-
sızlıq  nümayiş  etdirən  Sufi  Xəlilin  İbrahim  Gülşəni  tərəfindən  haqq 
yoluna  gətirilməsi,  ədalətli  hökmranlıq  uğrunda  çağırışları  səmərəsiz 
qalmamış, despotun ibrət alması ilə yanaşı,  İbrahimin övliya qabiliy-
yətinin  nümayişinə  də  yol  açmışdır.  Təriqət  şeyxləri  üçün  səciyyəvi 
məkan aşmaq kəraməti İbrahim Gülşəninin Şiraza səfəri zamanı özünü 
göstərmiş,  əlverişsiz  hava  şəraitinə  baxmayaraq,  məsafənin  qısalma-
sına, Sufi Xəlilinin qorxunc vaqeəsinin şeyx tərəfindən məntiqi yozul-
masına aydınlıq gətirilmişdir.  
Yolda qonulan bəglər şeyxi əlub toğri Sultan Xəlilə gətürirlər; 
Sultan  təzim  və  təkrim  edüb  bəglər  içində  sorar  ki,  Təbrizdən  qaç 
gündür  çığəli?  Şeyx  der  ki,  on  yedi  gündür  Sultan  Xəlil  gülüb  baqi 
məsalih  dəxi  buna  görə  səhihdir  der:  pəs  şeyx  der  ki,  bən  ömrümdə 
kəzb  söyləmədim  və  kəzb  edəni  dəxi  sevməzəm  əmma  “həmmətur 
ricalə  təqləül  cibal”  bəlkə  təqləül  biz  bir  andə  gəlsək  dəxi  bəid  de-
gildir iştə sizin gibilərə şahid deyüb yazılan hökmi divan bəginin əlinə 
verər çün tarixini oqurlar xəcil olurlar və sultan der ki, böylə qışda ki, 
sular  və  yollar  tonmuş  ola  bir  ayda  dəxi  gəlmək  müşküldür;  bu 
kəramət və vilayətdür deyüb sakit olur” (6, 34). 
Zaviyəyə  gələn  insanların  yuxusunun  öncədən  öz  vaqeəsində 
məlumu  olması  İbrahim  Gülşəninin  dərgahına  pənah  gətirən  naçar 
xalq  kütləsinin  ondan  mədət  umması,  düşdüyü  müşküldən  yaxa  qur-
tarmaq  üçün  əhalinin  pirə  sonsuz  yalvarış  və  etimadı,  xəstəlik  əsiri 
olanların şəfa tapması mənaqibdə əks olunmaqla yanaşı, Misirə gəlişi 
zamanı məmluk sultanı tərəfindən Müaviyyə mədrəsəsində ona hücrə 
ayrılması,  irşad  fəaliyyətinə  başlaması,  işğalçılıq  yürüşləri  zamanı 
Osmanlı  sultanı  Yavuz  Səlimin  şeyxin  hal-əhvalı  ilə  maraqlanması, 
Qahirədə  asitanə  tikintisi  üçün  dövlət  xəzinəsindən  vəsaitin  ayırması 
“Mənaqib-i İbrahim-i Gülşəni” əsərində mədh olunmaqdadır.  
Əruz vəzninin müxtəlif bəhrlərindən (həzəc, rəməl, xəfif, rəcəz) 
yararlanaraq  poetik  irsin  zəngin  örnəklərinin  yer  aldığı  “Mənaqib-i 
İbrahim-i  Gülşəni”  əsərində  XV-XVI  əsrlərin  mədəni,  siyasi  vəziy-
yəti, Uzun Həsən, Sultan Süleyman Qanuni, Sufi Xəlil, Mövlanə Cəla-
ləddin  Rumi,  Hüseyn  Bayqara,  Muhyiddin  İbnül-Ərəbi  kimi  tarixi 
şəxsiyyətlərin  fəaliyyətləri  istər  müsbət,  istərsə  də  mənfi  istiqamətdə 
qiymətləndirilmiş,  dövləti  sosial-iqtisadi  tərəqqiyə  səsləyən  meyarlar 
müzakirə  olunmuşdur.  İbrahim  Gülşəninin  simasında  təriqət  əhlinin 
Haqqa,  ədalətə inamı, riyazətlə məşğul olan dərvişlərin gündəlik həyat 
tərzi,  müridlərin  mürşidi-kamilin  fəzilətlərinin  məntiqi  dərki,  cümlə 
masivadan uzaqlaşıb mütləq varlıqda  fani olmaq  kimi ideyaları  əlaqə-


ləndirən “Mənaqib-i İbrahim-i Gülşəni” əsəri XV-XVI əsrlər Azərbay-
can  mədəni  intibahının,  iqtisadi  yüksəlişinin,  hərbi  qüdrətinin,  dövlət-
çilik ənənələrinin göstəricisi olub dəyərli tapıntı rolunu oynamaqdadır. 
  
ƏDƏBİYYAT 
 
1.
 
Rıhtım M. Seyid Yəhya Bakuvi. Bakı: “Elm və təhsil”, 2013. 
2.
 
Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: “Elm və təhsil”, 2011. 
3.
 
İslam (ensiklopedik lüğət). Bakı: “Elm”, 2013. 
4.
 
Bayat  F.  Övliya  menkabeleri  və  türk  dərvişlərinin  kəraməti.  Bakı:  Folklor 
İnstitutu , 2013. 
5.
 
Koç M. Osmanlıda Esperanto-İlk Yapma Dil Baleybelen-İlk Yapma Dilin 
kurucusu  Muhyi-i  Gülşeni.  Osmanlı  Kültür  ve  sanat.  İstanbul:  Yeni 
Türkiye yayınları, 1999, cilt 9.  
6.
 
Muhyi-yi  Gülşeni.  Menakib-i  İbrahim-i  Gülşeni  ve  Şemlelizade  Ahmed 
Efendi Şive-i tarikat-i Gülşeniye. (yayınlayan Tahsin Yazıcı) Ankara: Türk 
Tarih Kurumu Basımevi, 1982.  
 
Hajar Sultanova 
 
MUHYI – THE FIRST FOUNDER OF THE  
ARTIFICIAL LANGUAGE IN THE EAST 
 
Summary 
 
The  article  deals  with  Muhyi  Gulshani,  the  first  founder  of  the  artificial 
language  in  the  East  who  was  a  mystic  poet.  He  described  the  ritual  spaces  of  the 
order  in  his  poetry  and  was  under  the  influence  of  the  works  of  Muhyiddin  Ibn-ul 
Arabi. Mystic poet reflected spiritual life, divine love, the doctrine of vahdati-vujud 
in his literary activity. Muhyi Gulshani defended human rights, divine beauty in his 
poems. His religious, philosophical views are reflected in his all works. 
 
Хаджар Султанова  
 
ПЕРВЫЙ СОЗДАТЕЛЬ ИССКУСТВЕННОГО  
ЯЗЫКА НА ВОСТОКЕ МУХЙИ 
 
Резюме 
 
Мухйи  Гюлшани  (1529-1606)  был  одним  из  известных  деятелей  брат-
ства  Гюлшанийа  (родился  в  Эдирне).  Он  является  создателем  языка  балиби-
лен.  Будучи  знатоком  фонетических,  лексических,  грамматических  особен-
ностей  арабского, персидского, тюркского языков,  он создал общий язык для 
мусульман,  на  котором  творил  свои  произведения.  В  поэзии  Мухйи  отобра-
жены такие темы, как ритуальный обряд братства, обязанности муршида, нор-
мы поведения мюрида, зикр, аскетизм дервишей и др. 
 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Aynur MİRİŞLİ 
AMEA Gəncə Bölməsi 
bengu.mirishli.18@mail.ru
 
 
 
NİZAMİ HİKMƏTİ VƏ VAZEH MÜDRİKLİYİ 
 
Açar  sözlər:  Nizami  Gəncəvi,  Azərbaycan  İntibah  ədəbiyyatı,  aforizmlər, 
hikmətli sözlər, Nizami hikməti, Mirzə Şəfi Vazeh, Vazeh müdrikliyi 
Key  words:  Nizami  Gancavi,  Azerbaijan  Renaissance  literature,  aphorisms, 
wise words, Nizami’s wisdom, Mirza Shafi Vazeh, Vazeh’s wisdom 
Ключевые слова: Низами Гянджеви, литература эпохи Возрождения в 
Азербайджане,  афоризмы,  мудрость  Низами,  Мирза  Шефи  Вазех,  мудрость 
Вазеха
 
 
M.Ş.Vazeh irsinin Şərqin Xəyyam, Sədi, Hafiz kimi məşhur mü-
təfəkkir-alimlərinin  fəlsəfi  üslub  və  poetik  tərzindən  bəhrələndiyi 
dəfələrlə qeyd edilmişdir. Azərbaycan şairlərindən isə yalnız Məhəm-
məd  Füzulinin  bu  klassiklərin  xatırlanmasında  adı  çəkilmişdir.  Hətta 
Bodenştedtin  Vazeh  haqqındakı  məlumatlarında  da  Mirzə  Şəfinin 
Füzuliyə olan böyük rəğbəti diqqətə çatdırılmışdır. Ədəbi proseslərdə 
sələflərdən  iqtibasetmə  və  onların  yaradıcılıq  üslubundan  yararlanma 
məqamlarının  geniş  yayılması  məlumdur.  Bu  proseslərin  sayəsində 
həm  orijinallığın mühafizə  olunması,  həm  də  müəllifin  yeni  bir məz-
mun sərgiləməsi reallaşmışdır. Zahirən bənzərlik və ya oxşarlıq səciy-
yəsi  daşıyan  iqtibas,  yaxud  bəhrələnmələrin  mövcudluğu  xüsusi  əhə-
miyyət kəsb etmişdir. Adətən eyni ideologiya və eyni milli mənsubluq 
aparıcı  dəyər  qismində  çıxış  edərək  müxtəlif  dönəmlərdəki  şair  və 
mütəfəkkirləri vahid istiqamətə yönləndirməyə xidmət göstərmişdir. 
Doğrudur,  Nizami  yaradıcılığını  dövri  tələblərə  xas  və  əlimiz-
dəki  əsərlərinə  əsasən  sadəcə  fars  dilində  təqdim  etmək  mümkündür. 
Mirzə  Şəfi  irsində  isə  doğma  dil  elementlərinin  varlığına,  kifayət 
dərəcədə olmasa da, rast gəlmək mümkündür. Əslində daha çox maraq 
doğuran  amil  dil  ünsürü  deyil,  müxtəlif  əsrlərdə  yaşamış  iki  gəncəli 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə