Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə42/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   38   39   40   41   42   43   44   45   ...   130

1972. Ölçüsü: 30x20 sm, həcmi 405 vərəqdir. Səhifə uzunluğu 13 sm, 
qoşa sütunda maili yazılmaqla sətir sayı 20-dir. Cildi qəhvə rəngli də-
ridir.  Bu  məcmuədə  Zati,  Əhməd  Paşa,  Necati,  Baqi,  Şeyxi,  Yəhya 
bəy,  Fiqani,  Fevri,  Xəyali,  Katibi,  Sultan  Süleyman,  Behişti,  Üsuli, 
Nevi,  Nabi  və  başqa  şairlərin  qəsidə,  mərsiyyə,  müsəddəs,  tərcibənd, 
müstəzad  və  qəzəllərindən  nümunələrin  olduğu  bildirilmişdir  (3,  II, 
263). 
8.  Topqapı  Sarayı  Muzeyi  Kitabxanası  (İstanbul).  Şifri:  R-
1973.  Ölçüsü:  33x18  sm,  həcmi  221  vərəqdir.  Səhifələrdə  sətir  sayı 
müxtəlifdir. Məcmuənin  28b və 184a vərəqlərində iki rəsmin olduğu 
qeyd olunmuşdur. Cildi qəhvə rəngli dəridir. Məcmuədə Bəzmi, Fəzli, 
Niyazi, Yəhya bəy Dukaqini, Nevi, Baqi, Fateh Sultan Məhməd, Cəm 
Sultan, İbrahim Gülşəni, Xəyali, Behişti, Füzuli və b. şairlərin mənzu-
mələri vardır. Bununla yanaşı məcmuədə ərəb dilində bir çox nəsr nü-
munələrinin; məktub surətləri və taziyanələrin (qısa satirik şeir növü) 
olduğu da göstərilmişdir (3, II, 264). 
9.  Topqapı  Sarayı  Muzeyi  Kitabxanası  (İstanbul).  Şifri:  K-
1762. Ölçüsü: 20x13,5, həcmi 103 vərəqdir. Kağızı ahərli, bəzi səhifə-
lərdə  təliq  və  bəzilərində  nəstəliq  xətt  növlərindən  istifadə  olunmuş-
dur.  Sətir  sayı  müxtəlifdir.  Cildi  qəhvərəngli  dəridir.  Bu  məcmuədə 
“Quran”dan  beş  ayə,  türk  və  ərəb  dillərində  dualar,  hədislər;  Feyzi, 
Cevri, Nəsimi, Baqi, Mühibbi, Necati, Yəhya bəy Dukaqini, Niyazi və 
başqa  məşhur  şairlərin  qəzəl  və  təxmisləri  yer  aldığı  kataloqda  qeyd 
olunmuşdur (3, II, 325). 
10Topqapı  Sarayı  Muzeyi  Kitabxanası  (İstanbul).  Şifri: H-
1073. Qəhvə rəngli dəri cilddə olan məcmuənin ölçüsü 27,5x14,5 sm, 
həcmi 77 vərəq, xətti nəstəliq, kağızı ahərlidir (3, II, 251). 
11.  Adana  Xalq  Kitabxanası.  Şifri:  301.  Ölçüsü:  20,2x13 
(13x8,5) sm, həcmi 197 vərəqdir. Hər səhifədə sətir sayı 15 olan məc-
muə  qalın  yerli  əsmər  kağıza  nəsx  xəttilə  köçürülmüşdür.  Başlıqlar 
qırmızı mürəkkəblə verilmişdir. Məcmuə kül rəngli meşin yeni bir cil-
din  içindədir.  Məcmuənin  3b-də  Güvahinin  “Pəndnamə”sindən  bir 
nəqlin  olduğu  göstərilmişdir.  65b-də  Yəhya  bəy  Dukaqininin  “Şahü 
Gəda” əsərindən üç beyt, 127a-dan etibarən isə “Şahü Gəda”nın ümu-
milikdə davamının verildiyi qeyd olunmuşdur (4, II, 302). 
Məcmuələrlə  yanaşı  bir  çox  cünglərdə  də  Yəhya  bəyin  şeirləri 
ilə  qarşılaşırıq.  Bunların  bir  qismi  AMEA  Məhəmməd  Füzuli  adına 
Əlyazmalar İnstitutunda qorunur. Cünglərin qısa paleoqrafik təsvirini 
aşağıdakı şəkildə verməyə çalışmışıq: 
1. Şifri: A-298/2743. Əlyazması tünd qəhvəyi meşin cildə tutul-


muş  cüngün  ölçüsü  11x18  sm,  həcmi  112  vərəq,  xətti  nəstəliq-şi-
kəstədir. Cüngün 67b səhifəsindən 110a səhifəsinədək nəsrlə yazılmış 
bölüm yer almışdır.Yəhya bəyin şeirləri cüngün 9b, 42a səhifələrində 
verilmişdir (6). 
2. Şifri: Б-2310/15205. Ölçüsü 14x25 sm, həcmi 246 vərəq, xətti 
nəstəliqdir. Əvvəldən və sondan naqis olan bu cüng cildsizdir. Sərlöv-
hələri  qırmızı  mürəkkəblə  yazılmışdır.  Yəhya  bəyin  şeirlərindən  nü-
munələr cüngün 228a səhifəsində verilmişdir (7). 
3. Şifri: A-369/13918. Ölçüsü 11x18 sm, həcmi 121 vərəq, xətti 
nəstəliq olan  cüng  əvvəldən və sondan naqisdir.  Əlyazma mətni qara 
mürəkkəblə iki sütunda yazılıb, zərli çərçivəyə alınmışdır. Cüngün bə-
zi  səhifələrinin  kənarlarında  müxtəlif  şəkillər  təsvir  olunmuşdur  (8a, 
11a,  47a,  48a,  50a,b,  119a  və  s.).  Yəhya  bəyin  şeirləri  cüngün  25a-
25b, 41a-42a, 68a, 76a-77b, 88b-89a, 97b-98a səhifələrində yer almış-
dır (8). 
4.  Şifri:  Б-1160/7600,  ölçüsü  16x20  sm,  həcmi  38  vərəq,  xətti 
nəstəliqdir.  Əlyazma  qara  meşin  cilddədir.  Mətn  qara,  başlıqları  qır-
mızı mürəkkəblə yazılmışdır. Hicri 1247-ci il tarixli qeyd vardır. Yəh-
ya bəyin şeirlərindən nümunələr 9a səhifəsində verilmişdir (9). 
5.  Şifri:  A-426/13375.  Ölçüsü  14x20  sm,  həcmi  43  vərəqdir. 
Xətti  nəstəliq  olan  cüng  medalyonlu  tünd  qəhvəyi  meşin  cildə  tutul-
muşdur. Şairin şeirləri cüngün 24a səhifəsində yer almışdır (10). 
Yəhya  bəyin  şeirləri  xalq  tərəfindən  çox  sevilmiş  və  bəyənil-
mişdir.  Onun  “Divan”ında  yer  alan  məşhur  poeziya  nümunələri, 
əsərlərindən  götürülmüş  müəyyən  hissələr  klassik  Şərq  poeziyasında 
əhəmiyyətli  yerə  malik  olan  cünglərdə  də  qeyd  olunmuşdur.  Məlum 
olduğu kimi, cünglər tərtib olunarkən buraya cüngü tərtib edən şəxsin 
zövqündən və cüngün yazıldığı dövrün tələbindən asılı olaraq müxtəlif 
şairlərin ayrı-ayrı nəzm nümunələri salınır. Yəhya bəyin şeirləri də bu 
zövq  və  dövrün  tələbləri  daxilində  zaman-zaman  tərtib  olunmuş 
cünglərin  səhifələrini  bəzəmişdir.  Belə  ki,  Əlyazmalar  İnstitutunda 
qorunan  klassik  Şərq  poeziyasına  aid  cünglər  üzərində  araşdırmalar 
apararkən  burada  Yəhya  bəyə  aid  bir  çox  nəzm  nümunəsinə  rast 
gəldik. Konkret olaraq burada qorunan beş cüngdə Yəhya bəyə aid 70-
dən  çox  qəzəl,  mürəbbe,  azadə  və  s.  kimi  şeir  nümunəsi  ilə  qarşılaş-
dıq.  Tədqiqata  cəlb  etdiyimiz  ilk  material  A-298  şifrəli  cüngdür  və 
burada yer alan poetik nümunələr isə əsasən farscadır. Cüngdə Azəri, 
Agəhi,  Büsati,  Bəhayi,  Əmir  Xosrov  (Dəhləvi),  Zülali,  Nəvai, 
Gülşəni, Rumi, Niyazi, Feyzi, Fəzli və s. kimi şairlərin farsca qələmə 
aldıqları  çox  sayda  nəzm  nümunələri  yer  almışdır.  Çox  maraqlı  bir 


məqamı  qeyd  etmək  yerinə  düşər  ki,  bu  cüng  tərtib  olunarkən  divan 
tərtib  etmə  prinsipləri  əsas  götürülmüşdür.  Məlumdur  ki,  klassik 
poeziyada  divan  tərtib  edilərkən  nəzm  nümunələri  qafiyənin  son 
hərfinə əsaslanaraq ərəb əlifbasının hərf sıralamasına görə ardıcıllıqla 
verilir  və  burada  da  bu  prinsipə  əsasən  eyni  hərflə  bitən,  ayrı-ayrı 
şairlərin  qəzəllərindən  götürülmüş  beytlər  vasitəsilə  şeirlər 
quraşdırılmış  və  çox  maraqlı  kompozisiyalar  yaradılmışdır.  Cüngün 
10b  vərəqində  ا”  (əlif)  hərfi  ilə  bitən  İsməti,  Nəvai,  Əhli,  Fəxri  və 
Caminin yazdığı beytlərdən ibarət səkkiz beytlik qəzəlin altıncı beyti 
Yəhya  bəyə  aiddir  (6,  10b).  Bundan  başqa  eyni  cüngün    (zad) 
hərfi  ilə  bitən  misralardan  ibarət  şeirlər  hissəsində  Hüsami,  Cami  və 
Firştəyə  aid  olan  beytlərdən  ibarət  qəzəlin  üçüncü  beyti  də  Yəhya 
bəyə  aiddir  (6,  42a).  A-426  şifrəli  cüngdə  isə  şairin  aşağıda  verilmiş 
beytlə başlayan qəzəli qeyd olunmuşdur: 
 
Döndü murad üzrə fələk, dövran bəzmidir bu gecə
Saqi dolandır sağəri seyran bəzmidir bu gecə (10, 24a). 
 
Eyni cüngün 24b vərəqində isə şairin: 
 
Niyazi-ərzi-hacətdə uca dərgahımız vardır 
Canü-dildən münacatə bizim Allahımız vardır, – 
 
beyti  ilə  başlayan  daha  bir  qəzəli  yer  almaqdadır  (10,  24b).  Cüngdə 
Acizi,  Lətifi,  Rövşəni,  Fəzli,  Füzuli,  Xətai,  Hafiz,  Şəmsi  və  s.  kimi 
şairlərə  aid  poetik  nümunələr  də  yer  alır.  Araşdırma  apardığımız 
cünglər içərisində A-369 şifrəli topluda Yəyha bəyə aid olan daha çox 
nəzm  nümunəsi  ilə  qarşılaşdıq.  Burada  şairə  aid  olan  “Aydə  bir  kəz 
görünürsən qürreyi-qərra gibi, Yerdə buldum gökdə istərkən səni İsa 
gibi”“Əhli-haluz sanma ey zahid bizi, xaliləriz, Gönlümüz alçaqdur 
amma hümməti-aliləriz” (8, 76a-77b), “Qulunam zülm eyləmə dövlətli 
sultanım  mədəd,  Yalnız  qaldım,  qərib  oldum  mədəd,  xanım  mədəd!” 
(88b-89a), “Tiri-cövri gibi girdi qanimə, Söylə ey badi-səba canimə” 
(8, 97b-98a) beytləri ilə başlayan üç mürəbbe, “Aydə bir kəz görünür-
sən  qürreyi-qərra  gibi,  Yerdə  buldum  gökdə  istərkən  səni  İsa  gibi”
(bu  qəzələ  yazılmış  bir  mürəbbe  də  burada  yer  alır),  “Dörta  yanım 
aldı fərayadü ğəm” kimi nəzm nümunələri yer alır (8). 
B-2310  şifrəli  başqa  bir  cüngdə  də  Yəhya  bəyə  aid  daha  çox 
nəzm  nümunəsinə  yer  verilmişdir.  Bunlardan  biri  də  Qanuni  Sultan 
Süleymanın tərəfindən tikdirilmiş bir məscidə yazılmış maddeyi tarix 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə