Şeyxülislam Yəhyanın bir həcvində Nəfiyə kafir deməyinə
şairin verdiyi cavab divan şeirində çox məşhur həcv nümunəsi sayılır.
Şeyxülislam Yəhyanın şeiri:
Şimdi xeyli sühənvəran içrə,
Nəfi manəndi var mı bir şair.
Sözləri səbayi-müəlləqadır
İmrül-Qeys kəndidür kafir.
Nəfinin cavabı:
Bizə kafir demiş müfti əfəndi,
Tutalı bən ana diyəm müsəlman.
Varulduqda yarın ruzı-cəzaya,
İkimiz də çıxaruz anda yalan (1, 250).
Əsasən divanında eyni zamanda da “Sihamı-qəza”nın bəzi nüs-
xələrində olan bu qitə ilə Nəfi həqiqətən həcv yazmaqdakı ustalığını
bir daha ortaya qoymuşdur. Ancaq belə nümunələr olduqca azdır.
Şeirlərin əksəriyyəti isə daha çox tənqid etdiyi insanların qüruru ilə
oynayır, onların xarici görkəmlərinə tənə edir. Bu baxımdan onun Für-
sətini həcv etdiyi qəsidəsi tənqidçilərin olduqca etirazına səbəb
olmuşdur:
Ana bənzərdi gər sürsə yüzinə zərbəçav iblis,
Ana bənzərdi gər cinni olaydı kəhrüba-talat (1, 200).
“Sihamı-qəza”da “Dər haqqı Məhməd Əli” başlığı ilə yer alan
bir qitədə isə tənqid edilən şəxsin söyüldüyünün şahidi oluruq:
Görmədim səncileyin rindi-cəhan-didə gidi,
Birə nazük, birə axmaq, birə vadadə gidi.
Sən də İtri gibi xarlıqda qalup gər şimdi,
Taib olsan nicə olurdı birə varidə gidi (1, 247).
Şir gürcü Məhməd Paşaya yazdığı “A köpək” rədifli həcvində də
çox təhqiramiz sözlər istifadə edir, tənqid etdiyi şəxsi söyməkdən də
çəkinmir:
Molla Sultana zıbıqçıbaşı da olsa əgər,
Görünür bana yenə cariyədən kəm a köpək (1, 161).
Nacinin,
Neylədim sana Yusifi-xarrat köpək oğlu,
Arxalığı tək köynəyi dörtqat köpək oğlu (12, 54b) və ya
Arzıma quş qıl ey panbuq atanın balası,
Qələt etdim bu sözi maliqanın balası .
Kəbirin ya tulanın ya da omanın balası,
Ayının, ya köpəyin, ya da çobanın balası (12, 72b).
Nacinin eyni zamanda simvollarla yazdığı həcvləri də vardır.
Onun “Mığ-mığ”, “Şalaq” və s. rədifli həcvləri diqqət çəkir.
Rəhm qıl canıma aman mığ-mığ,
Ey səsi zurnadan yaman mığ-mığ.
Nə qədər sordunuz hücum eyləyim ,
Qalmayubdur tenimdə can mığ-mığ (12, 36a) və ya
Yenə gəldi bazara meyvələrin şahı şalaq.
Kinayə və imadan tutmuş təhqir, söyüşə qədər uzanan Naci və
Nəfi həcvlərinin çoxundakı kobud ifadələr, bu əsərləri ədəbi nümunə
kimi dəyərləndirməyi əngəlləyir. Bütün bunlara baxmayaraq, istər
“Sihanı-qəza”, istərsə Naci həcvləri satirik şeirin gözəl nümunələrin-
dən də xali deyildir. Bunlar şairlərin həcv ustalıqlarını sübut edən nü-
munələrdir.
Nəzər xoş eylə bax hökmi-xudanı fəhm et,
Nə buyurmuş bizə gör ayəti-hökmü Quran (12, 41a).
Nacinin ibrətamiz misraları onun dərin zəkaya malik olduğunu
təsdiq edir.
Yıxma bir qəlbi ki, Allah öz əli ilə tikmiş,
Bu səbəbdən deyilübdür ona beytül-rəhman (12, 41b).
Heç kəsə qalmayacaq mülki- Süleyman Naci (12, 71a).
M.İbrahimov yazır: “Komik və satirik əsərlər bizdə orta əsrlər-
dən başlayaraq həcv formasında inkişaf etmişdir. Həcv, əsasən, geniş
ictimai mündəricəyə, dərin tənqidi, öldürücü xüsusiyyətə malik ol-
muşdur. İndi ictimai məzmunlu həcvi söyüş və şəxsi nifrətin ifadəsi
kimi izah etmək halları olduqca yanlış və ədəbiyyat tariximiz üçün
zərərlidir. Xeyir, həcvi ancaq bir adama qarşı şəxsi nifrət motivləri ilə
izah etmək olmaz. Ümumiyyətlə, şərq ədəbiyyatı, bilxassə Azərbay-
can ədəbiyyatının tarixi inkişaf şəraiti və xüsusiyyətləri gülüşün, sati-
ranın həcv şəklində meydana çıxmasına səbəb olmuşdur” (13, 15-16).
Aydın Abıyev “Türk ədəbiyyatında satira” monoqrafiyasında
göstərdiyi kimi hər cür həcvi satirik şeirin təməlində, inkişafında ilkin
mərhələ olaraq qəbul etmək çətindir” (14). Qaba ifadələr söyüş və təh-
qirlərlə dolu olan sırf şəxsi maraqları ifadə edən heç bir ümumiləş-
dirmə gücünə malik olmayan nümunələri böyük ədəbiyyata aid etmək
düzgün olmazdı. Bununla belə əgər konkret həcvdə paxıllıq, bədxah-
lıq, nadanlıq, cəhalət, rüşvətxorluq, rəzalət, satqınlıq, ədalətsizlik kimi
naqis əməllər pislənirsə, belə nümunələrin ictimai mahiyyətini dan-
maq olmaz. Orta əsr şairlərinin yaradıcılığında daha çox ictimai təsir
vasitəsi kimi diqqəti cəlb edən, mənfilikləri pisləyən, yeri gəldikcə la-
ğa qoyan həcvə münasibət sonrakı dövrlərdə heç də birmənalı olma-
mışdır. Bir çox sənətkarların özü də həcvi az qala hədyan saymış,
ondan yalnız düşmənlərini sancmaqdan ötrü istifadə etməyə çalışmış-
dır. Bu baxımdan XIX əsrin görkəmli sənətkarı Q.Zakirin “yol gedə
bilməyəcək əhli-vilayət nədən” misrası ilə başlayan şeirlərindən aşa-
ğıdakı misraları göstərmək olar:
Həcvü-hədyan ilə ovqad keçirdin Zakir,
Qorx o gündən olasan ta bəədəd (15, 44).
Bütün bunlara baxmayaraq, həcv bir janr kimi inkişaf edərək
özünün ən qüvvətli töhfələrini vermişdir. Nəfi və Nacinin həcv sahə-
sindəki müvəffəqiyyəti bunu bir daha sübut edir.
ƏDƏBİYYAT
1.
Akkuş M. Nefi ve Siham-ı Kaza. Ankara, Akçağ yayınları, 1998.
2.
Karahan A. Nefi Divanından Seçmeler. Ankara, Kültür Bakanlığı, 1992.
3.
Şirvani Seyid Əzim. Əsərləri. III cild. Tərtib edən: Süleyman Rüstəmov.
Bakı, “Elm” nəşriyyatı, 1974.
4.
Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I cild. Transliterasiya
edən: Ruqiyyə Qənbər qızı. Bakı, “Elm” nəşriyyatı, 1981.
5.
Qarayev N. XIX əsr Azərbaycan ədəbi məclisləri. “Nurlan”, Bakı, 2010.
Dostları ilə paylaş: |