Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   12   13   14   15   16   17   18   19   ...   69

xalqların təşəkkülü dövründə formalaşmışdır. Ona görə də həmin eposların əsas məqsədi milli təşəkkül 
ərəfəsində etnomənəvi təmərküzləşmə ideyasının təbliğindən ibarətdir. 
 Azərbaycan xalqının yeni dövr epos mədəniyyətinin  ən mükəmməl hadisəsi, heç şübhəsiz, 
"Koroğlu" dastanıdır ki, çoxlu variantlara, yaxud variasiyalara malikdir. Lakin "Koroğlu" tək deyildir, 
orta  əsrlərin sonu — yeni dövrün əvvəllərində  təşəkkül tapıb formalaşmış onlarla dastan vardır; həmin 
dastanların qəhrəmanı öz həqiqəti uğrunda meydan açıb döyüşən igid deyil, "eşq  əri"dir, sufi aşiqdir, 
yaxud aşıqdır. Ona görə də bu dastanlar mükəmməl epik təfəkkür faktına — eposa çevrilə bilməmişlər... 
Lakin folklorşünaslıqda "məhəbbət dastanları" adlandırılan həmin lirik-romantik əsərlər də haqqında 
söhbət gedən yeni dövr epos təfəkkürünə əsaslanır; sadəcə, intibah dövrünün İnsana maraq, fərdin daxili 
aləminə nüfuz fəlsəfəsi bu cür "eposdan yayınma"lara rəvac verir. 
 Azərbaycan "Koroğlu"su yarandığı dövrdən başlayaraq dəfələrlə yazıya alınmış, lakin orta əsrlər 
türk-oğuz eposu kimi kitaba çevrilə bilməmişdir. Bununla belə, "Koroğlu" eposunun (eləcə də ümumən 
XVI—XVII əsrlər aşıq ədəbiyyatının şifahi) dili XVII—XVIII əsrlər Azərbaycan yazı dilinin bilavasitə 
əsasında dayanmışdır. Və  nəticə etibarilə yeni dövrün Azərbaycan kitabları (bunları daha çox xalq 
kitabları adlandırmaq mümkündür) meydana çıxmışdır. XVII—XVIII əsrlərdə yazıya alınmış dastanlar 
("Koroğlu"dan "Şəhriyar"a qədər) genezisi etibarilə xalq (aşıq) dilinin hadisəsi olsa da, orta əsrlər türk 
yazı dilinin (türkinin) bir sıra tipoloji xüsusiyyətlərini qəbul etmişdir. 
 Beləliklə, Azərbaycan xalqı biri digərinin bilavasitə (genetik) davamı olan aşağıdakı eposların 
varisidir: 
 1. 
Qədim türk eposu. 
 2. 
Orta 
əsrlər türk-oğuz eposu. 
 
3 Yeni dövr türk-oğuz-Azərbaycan eposu. 
 
Və həmin eposların hər biri öz kitab ekvivalentini təqdim edir: 
 1. 
Qədim türk (əsasən run) yazılı abidələri. 
 2. 
"Kitabi-Dədə Qorqud". 
 3. 
Azərbaycan xalq kitabları. 
 "Epos" 
sadəcə dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-
estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan-potensiyadır. Onu tam halında bərpa etmək 
mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-
estetik, poetexnoloji, linqvistik və s. komponentlərin üzvi vəhdətindən ibarətdir. 
 
Qədim türk eposu, araşdırmalar göstərir ki, təxminən e.ə. I minilliyin ortalarında formalaşmışdır; 
həmin dövrə  qədər türk eposunun hansı tarixi, ictimai-kulturoloji mərhələlərdən keçib gəldiyi barədə 
məlumatlar ya çox azdır, ya da yoxdur. I minilliyin türk eposu (ümumən mədəniyyəti) isə e.ə. V minil-
likdən başlayaraq gələn Turan-Altay mədəniyyətinin varisi idi — türk, monqol və tunqus-mancur eposları 
kimi, tarixi bir diferensiasiyanın nəticəsi idi. 
 
Odur ki, türk eposunun mənşəyi barədə danışarkən türk mifologiyasına diqqət yetirmək zəruridir. 
Bu barədə mükəmməl araşdırmalar mövcuddur. (Z. Göyalp, B. Ögəl, M. Seyidov...) 
 
Həmin araşdırmalar belə bir nəticə  çıxarmağa imkan verir ki, protürk-türk mifologiyası 
konkretlikdən (naturalizmdən) mücərrədliyə (analitizmə) doğru inkişaf etmiş  və bu proses türk 
təfəkkürünü tanrıçılığa gətirib çıxarmışdır. "Tanrı" ideyası (dünyagörüşü) formalaşana qədər mifik 
təfəkkürün hansı inkişaf dövrlərindən keçməsi protürk mifologiyasının kifayət qədər mübahisəli 
məsələlərindən biridir. 
 Bununla 
belə, "Tanrı" ideyasının məhz müəyyən təkamül prosesinin məhsulu olması heç bir 
mübahisə doğurmur. Həmin ideya epos təfəkkürünün formalaşması ilə stabilləşərək türk epos 
təfəkkürünün təkamül səviyyəsini müəyyən etmişdir. 
 Tanrıçılıq dünyagörüşünün müəyyənləşməsi ilə ona qədərki bütün etnik-ideoloji idrak formaları 
tanrıçılığa tabe olur, mifologiya bundan sonra məhz bu mükəmməl dünyagörüşünün (tanrıçılığın) 
"məntiqi" ilə yaşayır, onu tamamlayır və qədim türk cəmiyyətində kütləvi düşüncədən fərqli olaraq, "pro-
fessional" düşüncə (yuxarı silkin, cəmiyyətin yüksək təbəqələrinin düşüncəsi) daha çox tanrıçılığa 
əsaslanır. 
 
Qədim türk eposu təxminən eyni dövrdə təşəkkül tapan və türkçülük təfəkkürünün ideya-estetik 
əsasını təşkil edən tanrıçılıq elə bir mükəmməl ideoloji-mənəvi sistemdir ki, qədim türk mədəniyyətini (o 
cümlədən ədəbiyyatını) həmin sistemdən kənarda izah etmək mümkün deyil. Çünki qədim türk idrakının 
ən böyük əsəri həmin idrakın gəlib çıxdığı "Tanrı" ideya-obrazıdır ki, onu türk varlığı özünün bütün 
potensial imkanı ilə yaratmış,  ən azı minillik (e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin 
ortalarına qədər) ictimai və  mənəvi həyat təcrübəsinin etnik (universal) idrak metodologiyasına 
çevirmişdir. 
 Tanrı — göylər aləmi ilə bağlıdır: lakin türkün yaşadığı torpağın da, cəmiyyətin də, qəbilənin də 
taleyini Tanrı müəyyənləşdirir.  Əgər Tanrı istəməsə, kimsə türk cəmiyyətinin hökmdarı (kağanı) ola 


bilməz. Ona görə  də türklərdə  həm də hökmdar kultu mövcud olmuş, hətta tanrıçılığın tənəzzülündən 
sonra da yaşamışdır. 
 
Ola bilsin ki, tanrıçılıq özünəqədərki mifoloji dünyagörüşünü tamamilə inkar etmək gücündə 
olmamışdır. Lakin o, mahiyyət etibarilə, türk düşüncəsində, ən azı, təkallahlılığın ərəfəsi idi. Türküstanda 
geniş yayılmış  əfsanəyə görə, Allahın rəsulu Məhəmməd meraca çıxdığı gecə peyğəmbərlər arasında 
tanımadığı bir şəxsi görmüş və Cəbrayıldan onun hansı peyğəmbər olduğunu soruşmuşdu. Cəbrayıl cavab 
vermişdir ki, o, peyğəmbər deyil, 333 il sonra Türküstanı dinimizə döndərəcək Satuq Buğra xanın 
ruhudur... Peyğəmbər yerə endikdən sonra Satuq Buğra xana dua etmiş, əsabənin xahişi ilə yerdə də onun 
qırx məsləkdaşının ruhu ilə görüşmüşdür. 
 Türklərin İslamı qəbul etdiyi dövrün tarixçiləri yazırdılar ki, türklər həmişə tək bir Tanrıya inanır, 
ərəblərin də eyni Allaha inanmaları onları İslama yaxınlaşdırırdı. 
 
Zəngin türk mifologiyası və şamanizm türk eposunda tanrıçılıq qədər böyük rol oynamamışdır və 
oynaya da bilməzdi. Mükəmməl epos təfəkkürü üçün tək bir Allah (tək bir hökmdar, tək bir qəhrəman!..) 
lazım idi. Ona görə  də  qədim türk eposunun (müxtəlif mənbələrdə bu və ya digər  şəkildə mühafizə 
olunmuş dastanların) əsas qəhrəmanları "Tanrı" obrazının transformları olan hökmdar-qəhrəmanlardır ki, 
onların iradəsi həmin dastanı yaradan epos təfəkkürünün (xalqın, etnosun, etnik-mədəni sistemin və s.) 
bilavasitə iradəsidir. Tanrı türk insanını, türk cəmiyyətini, türk dövlətini (və türk hökmdarını) hifz edir. 
 I 
minilliyin 
ortalarında Hun-türk dövləti dağılır. Şərqdə oğuzların Göy türk (tanrı türk), Qərbdə 
isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdən başlayaraq türklərin diferensiasiyası münbit 
coğrafi-sosial mühitə düşüb güclənir. I minilliyin ikinci yarısında bir-birindən həm iqtisadi-ekoloji həyat 
tərzinə, həm də müəyyən qədər dünyagörüşünə görə  fərqlənən oğuz, qıpçaq və karluq-uyğur birlikləri 
formalaşır. Qıpçaqlar əsasən Qərb, oğuzlarla karluq-uyğurlar isə əsasən Şərq dünyası ilə bağlı idilər, lakin 
haqqında söhbət gedən diferensiasiya türklüyün daxili kontaktlarının aktivliyini heç də tamamilə 
sarsıtmır. 
 
Qərbdə  əvvəl xristianlığın, sonra İslamın,  Şərqdə  İslamın (oğuzlar arasında), buddizmin və 
manixeyizmin (karluq-uyğurlar arasında) yayılması  qədim (ümum) türk eposuna həmin dinlər — 
dünyagörüşləri ilə  əlaqədar müəyyən motivlər, ideyalar gətirir.  Əsasən V—X əsrlərdə baş verən həmin 
mənəvi-ideoloji kontaktların nəticəsində türk eposu Şərqdə Çin—Tibet, Hind—İran,  ərəb, Qərbdə isə 
German, Skandinav, slavyan eposları ilə qarşılaşır. 
 IX—XI 
əsrlərdə  aşağıdakı türk etnik-kulturoloji regionları formalaşır ki, bu da qədim (ümum) 
türk eposunun diferensiasiyası üçün etnik-ictimai şərt olur: Sibir, Türküstan (yaxud Mərkəzi Asiya), 
Ural—Volqaboyu, Şərqi Avropa, Qafqaz—Kiçik Asiya. 
 Beləliklə, qədim türk eposunun zənginliyi, ideya-estetik mükəmməlliyi tanrıçılığın fəlsəfi idrak 
imkanlarının genişliyi ilə, türklərin tarixinin, iqtisadi, ictimai və siyasi həyatlarının zənginliyi, 
çoxtərəfliliyi, fəallığı ilə, nəhayət, türklərin Altaydan Avropanın içərilərinə qədər geniş bir coğrafiyada, 
müxtəlif xalqlarla, etnoslarla fəal  əlaqədə olub, ümumdünya proseslərində ardıcıl iştirak etmələri ilə 
bilavasitə bağlıdır. 
 
Məhz bütün bunların vəhdətdə təsirinin nəticəsidir ki, qədim türk epik ənənəsi həm Şərq, həm də 
Qərb xalqlarının epos təfəkkürünə,  ədəbiyyatına, mədəniyyətinə  təsir göstərməklə yanaşı, xüsusilə I 
minillikdə, Şərq epik-mədəni ənənələrinin Qərbə daşınmasında çox mühüm rol oynamış, təxminən min il 
ərzində Şərqlə Qərb arasında əsas mənəvi-kulturoloji ötürücü olmuşdur. 
 
Qədim türk epos təfəkkürünün müxtəlif mənbələrdə zəmanəmizə qədər gəlib çıxmış əsas əsərləri 
aşağıdakılardır:  "Yaradılış", "Alp Ər Tonqa", "Oğuz Kağan", "Göy türk", "Ərgənəkon", "Şu", 
"Siyen-pi", "Köç" və s. dastanları. 
 
Həmin  əsərlər mətnşünaslıq səciyyəsinə, mühafizə olunma üsuluna görə bir-birilərindən 
fərqlənirlər — onların çox az bir hissəsi uzun zaman şifahi  şəkildə xalq arasında dolaşmış, yalnız son 
dövrlərdə yazıya alınmışdır;  əksər hissəsi isə orta əsrlərdə türk və ya qeyri-türk dilli mənbələrə 
səpələnmişdirlər, həmin mənbələrdə ya bilavasitə əks olunmuş, ya da mətndə "gizlədilmiş" (məsələn,  
Ə. Firdovsinin  "Şahnamə"sində olduğu kimi) türk epos təfəkkürünü (onun mətnlərini) bərpa etmək işi 
elmi vəzifə kimi bu gün də qarşıda dayanmaqdadır. 
 
Qədim türk dastanları,  əsasən, e.ə. I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos 
ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etik-estetik əhval-ruhiyyəsi də onlarda 
öz əksini tapmışdır. Aparıcı ovqat, dünyagörüşü, etnik-ictimai emosiya isə məhz dastanların formalaşdığı 
dövrə aiddir. 
 "Qədim türk dastanları" bir anlayış kimi bir də ona görə  şərtidir ki, onların həcmi, mənzum, 
yaxud mənsur formada olması,  dil-üslub xüsusiyyətləri barədə konkret məlumat yoxdur;  artıq qeyd 
edildiyi kimi, mənbələrdə həmin əsərlərin, əsasən, "qısa məzmunu" və ya "süjeti mühafizə olunmuşdur. 
Belə  məzmun və süjetlərin özü də bir sıra hallarda ya tam deyil, ya da "müasirləşdirilmiş", müəyyən 
məqamları  təhrifə  məruz qalmışdır. Çin və ya İran mənbələrində mühafizə olunmuş  qədim  türk 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə