dastanlarında (əslində, dastan süjetlərində )
nəinki bir sıra motivlər, hətta adlar belə dəyişikliyə məruz
qalmış,
türk adları Çin və ya İran adları ilə əvəz edilmişdir... Bütün bunlarla bərabər, qədim türk
dastanları qədim (ümum) türk eposunu "rekonstruksiya" etmək üçün hələlik yeganə mühüm mənbələrdir
və onların hər biri üzərində ayrıca dayanmaq la
zımdır.
Qədim türk epos təfəkkürünün dəyərli məhsullarından biri "Yaradılış" dastanıdır. Yarandığı
dövrdən min illər sonra yazıya alınmasına baxmayaraq (onu V. Radlov Altaydan yazıya almışdır), dastan
qədim məzmununu mühafizə etmişdir. Bu
isə Altay türklərinin XIX əsrdə də hələ qədim dövrlərin "əhva-
li-ruhiyyə"si ilə yaşamaları nəticəsində mümkün olmuşdur.
Dastanda deyilir ki, bir vaxtlar yalnız Tanrı Qara xan və su vardı.
Qara xandan başqa görən,
sudan başqa görünən yox idi.
Ağ Ana göründü. O, Qara xana "yarat" deyib, yenidən suya daldı. Bunu
eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular.
Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən
Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman
olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.
Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa
da, Qara xan onun bir daha uçmayacağını nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki,
suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü
üçün gizli bir dünya da yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı.
Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa "böyü" deyə buyurdu. Torpaq
böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı.
Qara xan
ona "tüpür!" deməsəydi, boğulub öləcəkdi.
Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq
bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə "Erlik" (şeytan) adını verib, özünün
işıqlı dünyasından qovdu.
Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar
doqquz insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb, Tanrı Qara xandan
xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi,
insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların ağılsızlığını, Erliyə aldanmalarını görüb
acıqlandı və onları özbaşlarına buraxdı. Erliyi isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu.
Özü isə göyün on yeddinci qatını yaradıb, oraya çəkildi. Mələklərindən birini insanları qorumaq üçün yer
üzünə göndərdi.
Erlik
Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb,
ondan icazə istədi ki, özü üçün bir göy
yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki,
Erliyin təbəəsi onunkundan daha yaxşı yaşayır, mələklərindən birini göndərib həmin göyü dağıtdırdı. Göy
yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi
yerin ən aşağı qatına sürdü. Buyurdu ki, bu günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın.
Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay
Ölgün Altun dağda qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay ata
oturmuşlar.
Göründüyü
kimi,
"Yaradılış" dastanında dünyanın yaranması barədə qədim türklərin epik
təsəvvürü əks olunmuşdur; "xaosdan kosmosa" məntiqinə əsaslanan həmin təsəvvürə bu və ya digər
şəkildə dünya xalqlarının çoxunun eposlarında təsadüf olunur. Qədim türk eposuna görə dünyanın
mənşəyində hər iki başlanğıc — ideya ilə materiya vəhdətdə dayanır. İdeya — Tanrı Qara xan
materiyadan — sudan (əslində Ağ Ana obrazı göstərir ki, materiya da haradasa ideya kimi dərk olunur!)
asılı olmayaraq mövcuddur və həyatın təşəkkülündə də Tanrı Qara xanın rolu aparıcıdır. Ancaq görünür,
o, dünyanı ancaq
xeyirxah hisslər, düşüncələr və əməllər dünyası kimi yaratmaq iqtidarında deyil; qədim
türklər yalnız xeyirxahlığı Tanrı ilə bağlamış, bədxahlığın isə tanrı iradəsindən kənar olduğuna
inanmışlar. Lakin "Yaradılış" dastanı onu da qeyd etməyə əsas verir ki, türk Tanrısı yalnız xeyirxahlığın
deyil, bədxahlığın da mövcudluğuna müəyyən qədər rəvac verir, ancaq o halda işə qarışır ki, bədxahlıq
xeyirxahlıqdan yüksəyə qalxmaq, dünyanı idarə eləmək, "kosmos"a hökm etmək iddiasına düşür. Qədim
türk inanır ki, dünya bütünlükdə Tanrının iradəsinə tabedir, elə bir qüvvə yoxdur ki, onunla müqayisəyə
gəlsin.
"Alp Ər
Tonqa" dastanı ən geci e.ə. I minilliyin ortalarında formalaşmış olsa da, həmin
dastandan türkcə çox az şey — yalnız M. Kaşqari "Divan"ında qeydə alınmış ağı qalmışdır.
Ancaq güman
edilir ki, Turan hökmdarı Alp Ər Tonqa (Assuriya mənbələrində Maduva, Herodotun "Tarix"ində
Madyes, İran mənbələrində Əfrasiyab) haqqında həm turanlılar (əslində türklər), həm də iranlılar arasında
xüsusi dastan təşkil edəcək qədər əfsanələr, rəvayətlər dolaşmış, Ə. Firdovsi "Şahnamə"ni yazarkən İran
mənbələri ilə yanaşı, türk mənbələrindən də istifadə etmişdir. Ə. Firdovsiyə, haqqında söhbət gedən
mövzuda əsər yazmağı sifariş verən türk hökmdarı Sultan Mahmud Qəznəvi həmin mövzunun türklər
üçün şərəf gətirən hadisələrdən bəhs etdiyini bilirdi, "Şahnamə" müəllifinin iranpərəst mövqe tutduğunu
gördükdə isə qəzəblənmiş, şairi mükafatlandırmaqdan imtina etmişdir.
Ə. Firdovsiyə, qismən də M. Kaşqariyə dayanaraq "Alp Ər Tonqa" dastanının qısa
məzmununu
aşağıdakı şəkildə rekonstruksiya etmək mümkündür (rekonstruksiya zamanı Atsızdan istifadə
olunmuşdur):
Turan
hökmdarı Beşəng bir gün türk ulularını başına yığıb söylədi: "İranlılar bizə çox zülmlər
vermişlər, türkün öc almaq zamanı gəldi". Hökmdarın oğlu, köksü aslan kimi möhkəmlənmiş Alp Ər
Tonqa irəli yeriyib, "Baba, öc almağa izin ver, mən gedim" — dedi. Beşəng izin verdi.
Alp
Ər Tonqanın başçılığı altında türk-Turan ordusu yazda İrana girdi. Düşmənin ordusunu
pozub, Dehistan qalasını aldılar. Hökmdar əsir düşdü. Alp Ər Tonqanın qardaşı Alp Aruz satqınlıq etdi.
Alp Ər Tonqa onu öldürdü.
İrana tabe olan Kabul ölkəsinin padşahı Zal iranlılara köməyə gələrək,
türk-Turan ordusuna
böyük ziyan vurdu. Alp Ər Tonqa bundan acıqlanıb, dustaq saxladığı İran hökmdarını öldürdü.
İran taxtına Zev keçdi. İranla Turan arasında savaş yenidən başladı. Qıtlıq oldu. İnsanlar qırılıb
qurtarmasın deyə sülh bağladılar. İran torpaqlarının şimal hissəsi Turana qatıldı.
Zev
öldükdən sonra türk-Turan ordusu yenidən İrana girdi. Lakin bu dəfə Zalın oğlu Rüstəm
onların qarşısına çıxdı. Alp Ər Tonqanın ordusunu dağıtdı. Az qala Alp Ər Tonqanı da yenəcəkdi, lakin
türk bahadırları onu qurtardılar. Rüstəm Keyqubadı taxta çıxardı. Sülh bağlandı və Alp Ər Tonqa vətənə
döndü.
İran taxtına Keykavus çıxanda türk-Turan ordusu yenidən İrana girdi, ancaq bu dəfə də yardıma
gələn Zal onları məğlub edib İrandan çıxardı.
Keykavusun əyləncələrlə məşğul olduğunu bilən Alp Ər Tonqa yenidən İran üzərinə yeridi.
Keykavus oğlu Siyavuş ilə Rüstəmi onun qarşısına göndərdi. Qara qayğılı yuxu görən Alp Ər Tonqa sülh
bağladı. Buxara, Səmərqənd və Çaçı düşmənə verib, Qanq şəhərinə çəkildi. Həmin sülhdən razı qalmayan
Keykavus Siyavuşla Rüstəmə qəzəbləndi. Rüstəm acıqlanıb, öz ölkəsinə getdi. Siyavuş isə Alp Ər
Tonqaya sığınıb əvvəl türk qəhrəmanlarından birinin qızı ilə, sonra isə Alp Ər Tonqanın gözəl qızı
Firəngizlə evləndi. Birinci qadınından bir oğlu oldu, adını Keyxosrov qoydular.
Siyavuşu sevməyənlər onu Alp Ər Tonqaya çuğulladılar. Siyavuş öldürüldü. Alp Ər Tonqa
ordusuyla
öc almaq üçün yeridisə də, məğlub olub, Çin dənizinə qədər qaçdı. Turan yıxılıb yaxıldı.
Alp
Ər Tonqa Turanın yıxılıb yaxıldığına, ordunun dağıldığına çox ağladı, öc almağa and içdi.
Nəhayət, ordu toplayıb İrana yeridi, ölkəni darmadağın etdi.
Keykavus
taxtı nəvəsi Keyxosrova verdi. Keyxosrov türk-Turan ordusunu da dağıdıb dünyanın
yarıdan çoxunu tutdu. Lakin onun əsas məqsədi Alp Ər Tonqanı məhv etmək idi. Ona görə də Turanın
paytaxtı Qanqda qalada yaşayan ixtiyar Alp Ər Tonqanın üzərinə yeridi. İran ordusu Turan ordusunu
yenib qalaya girsə də, Alp Ər Tonqa iki yüz bəyi ilə qaçıb Çin padşahının yanına getdi. Keyxosrov Turan
hökmdarının ardınca düşdü. Onunla üz-üzə dayandılar. Alp Ər Tonqa Keyxosrova məktub yazıb təklif
etdi ki, onun seçdiyi kənar bir yerdə təkbətək döyüşsünlər. Keyxosrov təklifi qəbul etmədi. Ordular
vuruşası oldular. Düşmən hiylə işlədib türk-Turan ordusunu yendisə də, Alp Ər Tonqa imkan tapıb yenə
düşməndən qurtardı. Ordusunun dağılması, Çin hökmdarının ondan üz döndərməsi Alp Ər Tonqaya ağır
təsir etdi, onu sarsıtdı.
Öz
ölkəsinə qayıdıb dağda-daşda ac-yalavac dolaşan Alp Ər Tonqa bir mağarada acı günlər
yaşayır,
taleyinə yana-yana öz-özünə, tapdalanmış vətəninə ağı deyirdi. Türkcə danışdığını görüb onun
kim olduğunu anladılar və tutmaq istədilər. Ancaq qaçıb suya atıldı. Keyxosrov məsələdən agah oldu. Alp
Ər Tonqanı hiylə ilə sudan çıxarıb öldürdülər.
Turan
hökmdarının ölümü türklər — turanlılar arasında böyük həyəcana səbəb oldu, onun
ölümünə ağı deyib ağladılar, qan-yaş tökdülər:
Alp Ər Tonqa öldümü,
İssiz ajun qaldımı,
Ödlək öcün aldımı,
İmdi yürək yırtılur.
Ödlək yaraq gözətti,
Oğru tuzaq uzatdı,
Bəglər bəgin azatdı,
Qaçsa, kalı qurtulur?
Ulaşıb ərən börləyü,
Yırtıb yaka urlayu,