Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   13   14   15   16   17   18   19   20   ...   69

dastanlarında (əslində, dastan süjetlərində ) nəinki  bir  sıra motivlər, hətta adlar belə  dəyişikliyə  məruz 
qalmış,  türk  adları Çin və ya İran adları ilə  əvəz edilmişdir... Bütün bunlarla bərabər, qədim türk 
dastanları qədim (ümum) türk eposunu "rekonstruksiya" etmək üçün hələlik yeganə mühüm mənbələrdir 
və onların hər biri üzərində ayrıca dayanmaq lazımdır. 
 
Qədim türk epos təfəkkürünün dəyərli məhsullarından biri "Yaradılış" dastanıdır. Yarandığı 
dövrdən min illər sonra yazıya alınmasına baxmayaraq (onu V. Radlov Altaydan yazıya almışdır), dastan 
qədim məzmununu mühafizə etmişdir. Bu isə Altay türklərinin XIX əsrdə də hələ qədim dövrlərin "əhva-
li-ruhiyyə"si ilə yaşamaları nəticəsində mümkün olmuşdur. 
 
Dastanda deyilir ki, bir vaxtlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən
sudan başqa görünən yox idi. Ağ  Ana göründü. O, Qara xana "yarat" deyib, yenidən suya daldı. Bunu 
eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. 
Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən 
Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Boğulurdu. Elədiyinə peşman 
olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi. 
 Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa 
da, Qara xan onun bir daha uçmayacağını nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, 
suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməmiş kişi torpaq gətirərkən fikirləşdi ki, özü 
üçün gizli bir dünya da yaratsın, ona görə də torpağın bir hissəsini ağzında saxladı. 
 Elə ki, ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa "böyü" deyə buyurdu. Torpaq 
böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan 
ona "tüpür!" deməsəydi, boğulub öləcəkdi. 
 Tanrı Qara xan dümdüz bir dünya yaratmışdı, lakin kişi tüpürəndə  ağzından çıxan torpaq 
bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə "Erlik" (şeytan) adını verib, özünün 
işıqlı dünyasından qovdu. 
 
Sonra yerdə doqquz budaqlı bir ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, bunlar 
doqquz insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb, Tanrı Qara xandan 
xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Lakin Erlik istəyindən dönmədi, 
insanları öz tərəfinə  çəkməyə başladı. Qara xan insanların ağılsızlığını, Erliyə aldanmalarını görüb 
acıqlandı və onları özbaşlarına buraxdı. Erliyi isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. 
Özü isə göyün on yeddinci qatını yaradıb, oraya çəkildi. Mələklərindən birini insanları qorumaq üçün yer 
üzünə göndərdi. 
 Erlik 
Tanrı Qara xanın qərar tutduğu gözəl göyü görüb, ondan icazə istədi ki, özü üçün bir göy 
yaratsın.  İcazə alıb yaratdı  və aldatdığı  şər ruhları öz göyündə yerləşdirdi. Lakin Qara xan görəndə ki, 
Erliyin təbəəsi onunkundan daha yaxşı yaşayır, mələklərindən birini göndərib həmin göyü dağıtdırdı. Göy 
yıxılıb dünyaya düşdü, dağlar, dərələr, ormanlar meydana gəldi. Və acıqlanmış Tanrı Qara xan Erliyi 
yerin ən aşağı qatına sürdü. Buyurdu ki, bu günəşsiz, aysız, ulduzsuz yerdə dünyanın sonuna qədər qalsın. 
Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə etməkdədir. Ondan bir qat aşağıda Bay 
Ölgün Altun dağda qızıl bir taxt üstündə oturub. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay ata 
oturmuşlar. 
 Göründüyü 
kimi, 
"Yaradılış" dastanında dünyanın yaranması barədə  qədim türklərin epik 
təsəvvürü  əks olunmuşdur; "xaosdan kosmosa" məntiqinə  əsaslanan həmin təsəvvürə bu və ya digər 
şəkildə dünya xalqlarının çoxunun eposlarında təsadüf olunur. Qədim türk eposuna görə dünyanın 
mənşəyində  hər iki başlanğıc — ideya ilə materiya vəhdətdə dayanır.  İdeya — Tanrı Qara xan 
materiyadan — sudan (əslində Ağ Ana obrazı göstərir ki, materiya da haradasa ideya kimi dərk olunur!) 
asılı olmayaraq mövcuddur və həyatın təşəkkülündə də Tanrı Qara xanın rolu aparıcıdır. Ancaq görünür, 
o, dünyanı ancaq xeyirxah hisslər, düşüncələr və əməllər dünyası kimi yaratmaq iqtidarında deyil; qədim 
türklər yalnız xeyirxahlığı Tanrı ilə bağlamış, bədxahlığın isə tanrı iradəsindən kənar olduğuna 
inanmışlar. Lakin "Yaradılış" dastanı onu da qeyd etməyə əsas verir ki, türk Tanrısı yalnız xeyirxahlığın 
deyil, bədxahlığın da mövcudluğuna müəyyən qədər rəvac verir, ancaq o halda işə qarışır ki, bədxahlıq 
xeyirxahlıqdan yüksəyə qalxmaq, dünyanı idarə eləmək, "kosmos"a hökm etmək iddiasına düşür. Qədim 
türk inanır ki, dünya bütünlükdə Tanrının iradəsinə tabedir, elə bir qüvvə yoxdur ki, onunla müqayisəyə 
gəlsin. 
 
"Alp  Ər  Tonqa"  dastanı  ən geci e.ə. I minilliyin ortalarında formalaşmış olsa da, həmin 
dastandan türkcə çox az şey — yalnız M. Kaşqari "Divan"ında qeydə alınmış ağı qalmışdır. Ancaq güman 
edilir ki, Turan hökmdarı Alp Ər Tonqa (Assuriya mənbələrində Maduva, Herodotun "Tarix"ində 
Madyes, İran mənbələrində Əfrasiyab) haqqında həm turanlılar (əslində türklər), həm də iranlılar arasında 
xüsusi dastan təşkil edəcək qədər əfsanələr, rəvayətlər dolaşmış, Ə. Firdovsi "Şahnamə"ni yazarkən İran 
mənbələri ilə yanaşı, türk mənbələrindən də istifadə etmişdir.  Ə. Firdovsiyə, haqqında söhbət gedən 
mövzuda  əsər yazmağı sifariş verən türk hökmdarı Sultan Mahmud Qəznəvi həmin mövzunun türklər 


üçün şərəf gətirən hadisələrdən bəhs etdiyini bilirdi, "Şahnamə" müəllifinin iranpərəst mövqe tutduğunu 
gördükdə isə qəzəblənmiş, şairi mükafatlandırmaqdan imtina etmişdir. 
 
Ə. Firdovsiyə, qismən də M. Kaşqariyə dayanaraq "Alp Ər Tonqa" dastanının qısa məzmununu 
aşağıdakı  şəkildə rekonstruksiya etmək mümkündür (rekonstruksiya zamanı Atsızdan istifadə 
olunmuşdur): 
 Turan 
hökmdarı Beşəng bir gün türk ulularını başına yığıb söylədi: "İranlılar bizə çox zülmlər 
vermişlər, türkün öc almaq zamanı  gəldi". Hökmdarın oğlu, köksü aslan kimi möhkəmlənmiş Alp Ər 
Tonqa irəli yeriyib, "Baba, öc almağa izin ver, mən gedim" — dedi. Beşəng izin verdi. 
 Alp 
Ər Tonqanın başçılığı altında türk-Turan ordusu yazda İrana girdi. Düşmənin ordusunu 
pozub, Dehistan qalasını aldılar. Hökmdar əsir düşdü. Alp Ər Tonqanın qardaşı Alp Aruz satqınlıq etdi. 
Alp Ər Tonqa onu öldürdü. 
 
İrana tabe olan Kabul ölkəsinin padşahı Zal iranlılara köməyə  gələrək, türk-Turan ordusuna 
böyük ziyan vurdu. Alp Ər Tonqa bundan acıqlanıb, dustaq saxladığı İran hökmdarını öldürdü. 
 
İran taxtına Zev keçdi. İranla Turan arasında savaş yenidən başladı. Qıtlıq oldu. İnsanlar qırılıb 
qurtarmasın deyə sülh bağladılar. İran torpaqlarının şimal hissəsi Turana qatıldı. 
 Zev 
öldükdən sonra türk-Turan ordusu yenidən  İrana girdi. Lakin bu dəfə Zalın oğlu Rüstəm 
onların qarşısına çıxdı. Alp Ər Tonqanın ordusunu dağıtdı. Az qala Alp Ər Tonqanı da yenəcəkdi, lakin 
türk bahadırları onu qurtardılar. Rüstəm Keyqubadı taxta çıxardı. Sülh bağlandı və Alp Ər Tonqa vətənə 
döndü. 
 
İran taxtına Keykavus çıxanda türk-Turan ordusu yenidən İrana girdi, ancaq bu dəfə də yardıma 
gələn Zal onları məğlub edib İrandan çıxardı. 
 
Keykavusun  əyləncələrlə  məşğul olduğunu bilən Alp Ər Tonqa yenidən  İran üzərinə yeridi. 
Keykavus oğlu Siyavuş ilə Rüstəmi onun qarşısına göndərdi. Qara qayğılı yuxu görən Alp Ər Tonqa sülh 
bağladı. Buxara, Səmərqənd və Çaçı düşmənə verib, Qanq şəhərinə çəkildi. Həmin sülhdən razı qalmayan 
Keykavus Siyavuşla Rüstəmə  qəzəbləndi. Rüstəm acıqlanıb, öz ölkəsinə getdi. Siyavuş isə Alp Ər 
Tonqaya sığınıb  əvvəl türk qəhrəmanlarından birinin qızı ilə, sonra isə Alp Ər Tonqanın gözəl qızı 
Firəngizlə evləndi. Birinci qadınından bir oğlu oldu, adını Keyxosrov qoydular. 
 Siyavuşu sevməyənlər onu Alp Ər Tonqaya çuğulladılar. Siyavuş öldürüldü. Alp Ər Tonqa 
ordusuyla öc almaq üçün yeridisə də, məğlub olub, Çin dənizinə qədər qaçdı. Turan yıxılıb yaxıldı. 
 Alp 
Ər Tonqa Turanın yıxılıb yaxıldığına, ordunun dağıldığına çox ağladı, öc almağa and içdi. 
Nəhayət, ordu toplayıb İrana yeridi, ölkəni darmadağın etdi. 
 Keykavus 
taxtı  nəvəsi Keyxosrova verdi. Keyxosrov türk-Turan ordusunu da dağıdıb dünyanın 
yarıdan çoxunu tutdu. Lakin onun əsas məqsədi Alp Ər Tonqanı məhv etmək idi. Ona görə də Turanın 
paytaxtı Qanqda qalada yaşayan ixtiyar Alp Ər Tonqanın üzərinə yeridi. İran ordusu Turan ordusunu 
yenib qalaya girsə də, Alp Ər Tonqa iki yüz bəyi ilə qaçıb Çin padşahının yanına getdi. Keyxosrov Turan 
hökmdarının ardınca düşdü. Onunla üz-üzə dayandılar. Alp Ər Tonqa Keyxosrova məktub yazıb təklif 
etdi ki, onun seçdiyi kənar bir yerdə  təkbətək döyüşsünlər. Keyxosrov təklifi qəbul etmədi. Ordular 
vuruşası oldular. Düşmən hiylə işlədib türk-Turan ordusunu yendisə də, Alp Ər Tonqa imkan tapıb yenə 
düşməndən qurtardı. Ordusunun dağılması, Çin hökmdarının ondan üz döndərməsi Alp Ər Tonqaya ağır 
təsir etdi, onu sarsıtdı. 
 Öz 
ölkəsinə qayıdıb dağda-daşda ac-yalavac dolaşan Alp Ər Tonqa bir mağarada acı günlər 
yaşayır, taleyinə yana-yana öz-özünə, tapdalanmış  vətəninə  ağı deyirdi. Türkcə danışdığını görüb onun 
kim olduğunu anladılar və tutmaq istədilər. Ancaq qaçıb suya atıldı. Keyxosrov məsələdən agah oldu. Alp 
Ər Tonqanı hiylə ilə sudan çıxarıb öldürdülər. 
 Turan 
hökmdarının ölümü türklər — turanlılar arasında böyük həyəcana səbəb oldu, onun 
ölümünə ağı deyib ağladılar, qan-yaş tökdülər: 
 
Alp Ər Tonqa öldümü, 
İssiz ajun qaldımı, 
Ödlək öcün aldımı, 
İmdi yürək yırtılur. 
 
Ödlək yaraq gözətti, 
Oğru tuzaq uzatdı, 
Bəglər bəgin azatdı, 
Qaçsa, kalı qurtulur? 
 
Ulaşıb ərən börləyü, 
Yırtıb yaka urlayu, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə