Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   ...   69

 
Əsrlər boyu Azərbaycana gəlmiş müxtəlif dilli tayfa və xalqlar (skiflər, saklar, alanlar, hunlar, 
sabirlər, xəzərlər, oğuzlar və b.) da Azərbaycan xalqının etnogenezisində böyük rol oynamışlar. 
Azərbaycan xalqının, dilinin formalaşması etnogenezin son mərhələlərində — orta əsrlərdə davam 
etmişdir" (Azərbaycan tarixi, Bakı, I c, 1998, s. 33—34). 
 
Göründüyü kimi, bu "konsepsiya" Azərbaycan xalqının mənşəyi barədə  hər cür volyuntarist 
nəzəriyyənin ortaya çıxması üçün münbit metodoloji şərait yaradır. Və bu "konsepsiya" yalnız səhv deyil, 
həm də mürtəcedir, xalqa öz keçmişini, etnik mənşəyini unutdurmaq "ehtiyac"ından irəli gəlmişdir. 
Ümumiyyətlə, azərbaycanşünaslığın sürətlə formalaşdığı 30-cu illər Azərbaycanda, bütövlükdə sovetlər 
birliyində türkçülüyə qarşı amansız mübarizə dövrüdür ki, həmin tendensiya özünü yuxarıda haqqında 
bəhs etdiyimiz "konsepsiya"da da göstərir. Burada hunlardan, sabirlərdən, xəzərlərdən, oğuzlardan və 
başqalarından bəhs olunur, lakin bunların eyni bir etnosa — türklərə aid olduğu deyilmir. Məqsəd ondan 
ibarətdir ki, Azərbaycan xalqının etnik tərkibində türklüyün yeri minimuma, köçəri gəlmələrin qeyri-türk 
mənşəli aborigenlərə sistemsiz təsiri səviyyəsinə endirilsin. Əlbəttə, bu cür tendensiyalı, xüsusi (həm də 
artıq öz nüfuzunu itirmiş!) ideoloji məqsədlə quraşdırılmış metodlarla elmi azərbaycanşünaslıq yaratmaq 
mümkün deyil. 
 
Qədim dövrlərdən başlayaraq Azərbaycanda və həmhüdud regionlarda müxtəlif mənşəli etnoslar 
(qafqazlılar, iranlılar, türklər və b.) yaşayırlar. Onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini indiyə qədər 
qoruyub saxlasalar da, ölkədə aparıcı etnokulturoloji mövqe ilk orta əsrlərdən etibarən Azərbaycan 
türklərinə  məxsusdur. Məsələ isə burasındadır ki, həmin türk etnosları Azərbaycana müəyyən bir dövr 
ərzində  tədricən gəlib məskunlaşmış, xalq olaraq məhz burada (Azərbaycanda!), qeyri-türk etnoslarının 
əhatəsində formalaşmışlar. Müasir Azərbaycan dilinin, xüsusilə  şimal regionlarında hun-qıpçaq tayfa 
dillərinin elementlərinin mövcudluğu bunu təsdiq edir. Buraya həmin regionlarda bu günə qədər mühafi 
zə olunan bir sıra qədim hun-qıpçaq antropoloji, etnoqrafik, etnopsixoloji göstəricilərini də əlavə etmək 
olar. Azərbaycanda, xüsusilə onun cənubunda son türk məskunlaşmaları XVII—XVIII əsrlərə aiddir. 
 Azərbaycanda qədim etnik birliklər, heç şübhəsiz, olmuşdur — bunların  əsasən Qafqaz, İran, 
yaxud (Hind-İran) mənşəli olmalarını da inkar etmək çətindir. Lakin orta əsrlər boyu formalaşan 
Azərbaycan xalqı türk mənşəlidir, türk etnik-mədəni sisteminin üzvi tərkib hissəsidir, Azərbaycanın 
müxtəlif etnik mənşəli qədim mədəniyyətlərinin birbaşa deyil, dolayısı ilə varisidir: ingilislər kimi, 
fransızlar kimi, almanlar kimi, ruslar kimi... 
 Azərbaycan xalqının etnogenezi, ümumən Azərbaycanın etnik tarixi ilə bağlı məsələlərdən biri də 
ölkənin türkləşməsi məsələsidir ki, bu da bir çox mübahisələrin obyekti olmuş, bu gün də olmaqdadır. 
Məsələ bu cür qoyulur: Azərbaycanda türklər qədim dövrdən yaşayırlar, yoxsa buraya orta əsrlərdə gəl-
mişlər? 
 Görünür, 
qədim dövrlərdə Azərbaycanda türklər, yaxud prototürklər ya heç olmamış, ya da 
ölkənin mürəkkəb etnik münasibətləri sistemində diqqəti cəlb etməmişlər. Hər şeydən əvvəl ona görə ki, 
e.ə. II—I minilliklərdə türklər, yaxud prototürklər Mərkəzi Asiyanın, sonralar Türküstan adlanan geniş 
çöllərində  məskunlaşmışdılar. Türklərin Qərbə yürüşləri, Avrasiya boyu yayılmaları eramızın ilk 
əsrlərində başladı ki, Azərbaycanda da türkləşmənin əsası məhz bu dövrdə qoyuldu. Bununla belə, qeyd 
etməliyik ki, Azərbaycanda türklərin, yaxud prototürklərin daha qədim dövrlərdən yaşadığını söylə-
yənlərlə yanaşı, onların bu ölkəyə II minilliyin əvvəllərində, yəni çox sonralar gəldiklərini sübut etməyə 
çalışanlar da vardır. Lakin araşdırmalar göstərir ki, Azərbaycanın türkləşməsi aşağıdakı  mərhələlərdə 
getmişdir: 
 I 
mərhələ — Azərbaycanda hun-qıpçaq türklərinin yayılması (I minillik). 
 II 
mərhələ — Azərbaycanda oğuz türklərinin yayılması (II minilliyin birinci yarısı). 
 Azərbaycanın türkləşməsi ölkənin etnik tarixi üçün elə bir həlledici hadisədir ki, onu təfsilatı ilə 
öyrənmədən Azərbaycanda gedən etnik proseslərin mahiyyətini dərk etmək çətindir. Məsələnin mahiyyəti 
isə ondan ibarətdir ki, Azərbaycanda türklərin sayı artdıqca yerli əhali ölkənin əsasən dağlıq regionlarına 
təcrid olunurlar. Çünki türklər çöl həyatına adət etmişdilər... Və onların böyük mənəvi mədəniyyətinin, 
yüksək dövlətçilik təcrübəsinin mövcudluğu artıq süqut dövrü keçirən qeyri-mütəşəkkil yerli əhalidən 
nəyisə öyrənməyi mümkünsüz edirdi. Xüsusilə  oğuz türkləri Azərbaycanın qədim tarixinə tamamilə 
laqeyd idilər. Hər şeydən əvvəl, ona görə ki, İslamı qəbul etmiş, onun qılıncı missiyasını öz üzərlərinə gö-
türmüş  oğuz türkləri üçün hər hansı tarixin elə bir əhəmiyyəti yox idi, onların özlərinin tarix yaratmaq 
dövrü idi... 
 Türklər Azərbaycanda və  həmhüdud regionlarda nə  qədər böyük ictimai-siyasi nüfuza malik 
olsalar da, Qafqaz, İran və b. etnosları bilavasitə  sıxışdırmadılar. Ümumiyyətlə, onlar Qərbdən  Şərqə 
doğru yayıldıqları böyük bir dövrdə heç bir etnosa qarşı düşmənçilik münasibəti göstərməmiş,  əksinə, 
özünü yerli hesab edən xalqlarla sıx  əlaqələr yaratmağa çalışmışlar. Lakin hər yerdə olduğu kimi, 
Azərbaycanda da passionarlıq dövrünü artıq keçirmiş qeyri-türk mənşəli müxtəlif etnoslar özlərini nəinki 
türklərdən, hətta həmtayfalarından belə  təcrid etməyə meyilli olmuşlar. Məsələn, Qafqazlılardan udilər, 


buduqlar, xınalıqlar.., İran etnoslarından talışlar, tatlar... bu cür özünütəcridə nümunə ola bilərlər. Onlar 
sosial-mədəni, iqtisadi-təsərrüfat əlaqələrinə çox sonralar cəlb edilmişlər. 
 Azərbaycanda yaşayan qeyri-türk mənşəli müxtəlif etnoslar, xalqlar yalnız Azərbaycan türkcəsi 
əsasında deyil, eyni zamanda (və bəlkə də daha çox) Azərbaycan türklərinin tarixi birləşdiricilik missiyası 
əsasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər. Bu hadisə artıq 
kifayət qədər zəngin tarixə malikdir... Və həmin tarixə, onun uğurlarına qarşı çıxanların aqibəti göstərdi 
ki, Azərbaycan xalqı etnik tərkibcə mürəkkəb olsa da, kifayət qədər bütöv, mütəşəkkildir. Lakin bir sıra 
etnik, mədəni problemlər vardır ki, onlar ardıcıl olaraq həll edilməli, həm Azərbaycan türklərinin, həm də 
Qafqaz,  İran mənşəli etnosların etnoqrafiyasına, adət-ənənələrinə hörmətlə yanaşılmalı, milli münaqişə 
ocaqlarının yaradılmasına yol verilməməlidir. Müşahidələr göstərir ki, sivilizasiyanın yüksək səviyyədə 
inkişaf etdiyi regionlarda belə bu və ya digər dərəcədə narazı etnik hisslər müxtəlif formalarda 
münaqişələr törətməyə qadirdir. 
 Azərbaycanlılar, başqa sözlə, Azərbaycan türkləri, məlum olduğu kimi, Azərbaycan Respublikası 
ilə yanaşı, İranda, Türkiyədə, Rusiyada, Gürcüstanda və s. yerlərdə yaşayırlar. Belə bir faktı xatırlatmaq 
kifayətdir ki, İranda (Cənubi Azərbaycanda) yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının 
əhalisindən üç-dörd dəfə çoxdur, digər ölkələrdə daimi yaşayan azərbaycanlıların sayı isə yüz minlərlə, 
hətta milyonlarladır. Ümumiyyətlə, dünyada əlli milyona qədər azərbaycanlı, yaxud Azərbaycan türkü 
mövcuddur ki, onlar eyni bir etnik, kulturoloji tarixin hadisəsidir. Bununla belə, etiraf etmək lazımdır ki, 
əlaqəsi intensiv olmayan müxtəlif regionlarda, müxtəlif dövlətlərin ərazilərində yaşamış azərbaycanlıların 
etnik psixologiyasında, həyat tərzlərində, ictimai-siyasi dünyagörüşlərində, dillərində  və s. müəyyən 
fərqlər yaranmağa başlamışdır. Bunlar xalqın, millətin bütövlüyünə  mənfi təsir göstərən, onun etnik, 
kulturoloji kompleksini zədələyən hadisələrdir. Azərbaycan Respublikasının dünya azərbaycanlılarının 
birliyi uğrunda başladığı mübarizə, heç şübhəsiz, böyük ictimai-siyasi əhəmiyyətə, geniş perspektivə 
malikdir. 
 Azərbaycanşünaslıq nə dilçilik, nə  ədəbiyyatşünaslıq, nə  mədəniyyətşünaslıq, nə  də 
tarixşünaslıqdır. Onun (azərbaycanşünaslığın) işi həmin elmlərin hər birinin, eləcə  də bir sıra digər 
elmlərin faktlarından, nəticələrindən, ümumi müddəalarından istifadə etməklə Azərbaycan (və 
Azərbaycan xalqı!) haqqında ümumi elmi təsəvvür yaratmaqdan, Azərbaycanın (və Azərbaycan 
xalqının!) dünyadakı universal mövqeyini müəyyənləşdirməkdən ibarətdir. Elə etnososial, etnokulturo-
loji  əlamətləri müəyyənləşdirməkdən ibarətdir ki, onların məhz Azərbaycana (və Azərbaycan xalqına!) 
mənsubluğu bir kompleks olaraq şübhə doğurmasın... Lakin bir məsələ  də var ki, bütün bunlar 
Azərbaycanın (və Azərbaycan xalqının) mədəni-mənəvi, siyasi-ideoloji mənafeyinə xidmət etməlidir. 
Halbuki bir sıra hallarda bu və ya digər etnos, xalq məhz həmin etnosu, xalqı "idarə etmək", onun daxili 
işlərinə qarışmaq, gələcəyini hansısa lobbi, yaxud missioner maraqları baxımından "həll etmək" üçün 
öyrənilir. Bu cür kvaziazərbaycanşünaslıq, yaxud antiazərbaycanşünaslıq böyük elmin tələblərinə cavab 
vermək iqtidarında olmasa da, müəyyən elmi-nəzəri, praktik problemlər yaradır ki, biz son illərdə belə 
problemlərlə  dəfələrlə qarşılaşmalı olmuşuq. Məsələn, Azərbaycandakı etnik münasibətləri, dini 
problemləri, bir sıra sosial-iqtisadi məsələləri və s. öyrənib, ölkədə ictimai harmoniyanı pozmaq, 
etnososial destabilizasiya yaratmaq iddiasına düşmüş, hətta bəzi hallarda buna nail olmuşlar. 
 Sual 
olunur: 
azərbaycanşünaslığın metodoloji "qida mənbəyi" rolunda daha çox hansı elm sahəsi 
çıxış edir — türkologiya, iranşünaslıq, semitologiya, yaxud qafqazşünaslıq? 
 
Şübhəsiz, türkologiya!... 
 Azərbaycan xalqının tarixini dərindən öyrəndikcə türkologiya azərbaycanşünaslığın nəinki 
metodoloji "qida mənbəyi"nə, bütövlükdə kontekstinə çevrilir. Və bizim fikrimizcə, azərbaycanşünaslıq 
getdikcə daha çox türkologiyanın üzvi tərkib hissəsi olacaqdır. Bununla belə, nə iranşünaslığı, nə semi-
tologiyanı, nə qafqazşünaslığı azərbaycanşünaslıqdan ayrı  təsəvvür etmək mümkün deyil. 
Azərbaycanşünaslığın elə problemləri vardır ki, həmin elm sahələrinin bilavasitə  iştirakı olmadan 
keçinmək olmaz. 
 
Və ümumiyyətlə, türkologiya ilə yuxarıda haqqında söhbət gedən elm sahələrinin (iranşünaslıq, 
semitologiya, qafqazşünaslıq və s.) əməkdaşlığı  ənənəvi xarakter daşıyır, yalnız azərbaycanşünaslıqla 
məhdudlaşmır. Bununla belə, təcrübə göstərir ki, həmin elm sahələri Azərbaycan dili, ədəbiyyatı, mədə-
niyyəti ilə türkoloji kontekstdən kənar olaraq "sərbəst" elmi nəticələr çıxararkən, bir qayda olaraq, ciddi 
səhvlərə yol verirlər. Məsələn, böyük Nizaminin yaradıcılığı ilə uzun müddət yalnız iranşünaslığın 
məşğul olması bunu göstərdi. Şairin yaradıcılığının qədim (ümum) türk mənbələri bütünlüklə diqqətdən 
kənarda qaldığından onun təbliğ etdiyi fəlsəfi-estetik ideyaların tarixi kökləri indiyə  qədər 
müəyyənləşdirilməmiş qalmışdır. Qədim türk eposu, tanrıçılıq dünyagörüşü, Əl-Fərabi ət-Türkinin fəlsəfi 
görüşləri barədə aydın təsəvvürə malik olmayan bir iranşünas üçün Nizaminin poetikası, demək olar ki, 
anlaşılmazdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə