Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   ...   69

 
İ. Əliyevin Azərbaycan tarixi, o cümlədən Azərbaycan xalqının etnogenezi barədəki  ən 
mübahisəli (bizim fikrimizcə isə  ən yanlış!) qənaəti bundan ibarətdir ki, "Azərbaycan" anlayışının 
özünün, habelə onunla bağlı olan etno-mədəni, ictimai və siyasi səciyyəli hadisələrin və halların 
başlanğıcı  Vətənimizin tarixinin məhz Atropatena dövründə qoyulmuşdur. Qədim Azərbaycan 
dövlətçiliyinin, qədim Azərbaycan, daha dəqiq Atropatena—Mada xalqının mənşəyi məhz buradandır". 
 ...Azərbaycan xalqının  əsasında "Atropatena—Mada xalqı"nı görmək türk etnoslarının 
Azərbaycan xalqının formalaşmasındakı həlledici rolunu inkar etmək deməkdir ki, bu da ciddi metodoloji 
qüsurdur... 
 
Azərbaycanın müxtəlif regionlarında təcrid olunmuş İran (eləcə də Qafqaz) mənşəli etnoslar bu 
günə qədər mövcuddurlarsa, onda türklər kimi (və nə zaman) assimilyasiya etmişlər?.. Atropatena—Mada 
etnosu, xalqı (daha doğrusu, superetnosu) barədəki nəzəriyyə, görünür, paniranizmin ideologiyasının 
təzahüründən başqa bir şey deyil. Əgər belə olmasaydı, e.ə. I minillikdə Ön Asiyanın geniş çöllərinə 
səpələnmiş İran etnoslarının təmərküzləşdiyi yer olaraq məhz Azərbaycanın cənubu seçilməzdi... Həmin 
cəhdin məlum tarixi faktlara deyil, müasir ideologiyalara, təsəvvürlərə, maraqlara əsaslandığını 
İ. Əliyevin belə bir mülahizəsi də  təsdiq edir: "Biz... Azərbaycan xalqının  əcdadları  sırasında diyarın 
yalnız  ən qədim sakinlərinin deyil, habelə  gəlmə irandilli madalıların da adını  çəkirik. Madalıların bu 
torpağa gəlişinə  qədərki tarix də, müəyyən dərəcədə bizim tariximiz, xalqımızın tarixidir. Hazırda türk 
dillərindən birində danışan azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə Hind-
Avropa aləminə bağlanır, iranlılarla, hindlilərlə, germanlarla, slavyanlarla və başqa xalqlarla qohumluğa 
yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə  İran mədəniyyətinin də varislərinə çevrilir, irandilli 
xalqlarla birgə bu zəngin aləmə, eposa, Avestaya, zərdüştlük təliminə  və bir çox digər tarixi-mədəni 
dəyərlərə sahiblik hüququ qazanırlar". 
 
Məsələ burasındadır ki, azərbaycanlıları — Azərbaycan xalqını Avestanın, zərdüştlüyün, 
ümumiyyətlə,  İran mədəniyyətinin, doğrudan da, "zəngin aləm"inin varisi elan etmək onu (Azərbaycan 
xalqını) həqiqətən mənsub olduğu başqa bir zəngin aləmdən — qədim türk eposundan, hun-türk 
dövlətçilik  ənənələrindən, tanrıçılıq dünyagörüşündən uzaqlaşdırmaq, kökünə,  əslinə yadlaşdırmaq 
məqsədindən irəli gəlir ki, həmin "metodologiya" Azərbaycanda XX əsrin 30-cu illərindən etibarən 
xüsusi olaraq işlənib hazırlanmış, ardıcıl bir şəkildə  həyata keçirilmişdir... Azərbaycan xalqı kutilər, 
lullubilər, hurrilər, mannalılar, albanlar vasitəsilə Qafqaza, madalılar-atropatenalılar vasitəsilə  İrana 
(ümumən Hind-Avropa), qıpçaqlar, oğuzlar vasitəsilə Türk dünyasına bağlanmalı olsa, onda gərək 
azərbaycanlıları, bir sıra "azərbaycanşünaslar" kimi, konqlamerat, eklektik bir "xalq", müxtəlif mənşəli 
etnosların tarixi "ittifaq"ı elan edək. Həmin məntiqlə yanaşsaq, ingilislər də, fransızlar da, almanlar da, 
ruslar da mürəkkəb etnik tərkibə malikdirlər, ümumiyyətlə, dünyada müstəqil etnokulturoloji sistemlər 
mövcud deyil, etnoslar bir-birinə qarışmışlar. 
 ..."Atropatena—Mada 
xalqı"nın (eləcə də dilinin!) mövcudluğuna şübhə edən akademik  
Ə. S. Sumbatzadə tamamilə doğru olaraq göstərir ki, III əsrdə Sasanilər dövləti tərkibinə daxil olana 
qədər Atropatena müxtəlif dillərdə danışan tayfalardan, yaxud xırda xalqlardan ibarət idi. Və eyni 
zamanda bütün latın, yunan və sonrakı dövrə aid erməni mənbələrində, bir qayda olaraq, "Atropatena", 
"Atropatakan" ölkə adına tez-tez rast gəldiyimiz halda, "atropatanlılar", yəni xalq adına olduqca az 
təsadüf olunur... Beləliklə, Mannada, Midiyada olduğu kimi, Atropatenada da o dərəcədə  əhəmiyyətli 
etnik konsolidasiya prosesindən söhbət gedə bilməz ki, onun nəticəsində az-çox mərkəzləşmiş bir etnik 
birlik — xalq yaranmış olsun. "Atropatena—Mada xalqı" barədəki nəzəriyyənin tənqidə dözməyən daha 
bir sıra tərəfləri vardır... Məlum olduğu kimi, eramızın ilk əsrlərindən (hətta bir sıra əsaslandırılması çətin 
olan mülahizələrə görə, e.ə. I minilliyin sonlarından!) etibarən Azərbaycana (və həmhüdud regionlara) ilk 
hun-türk tayfaları axışmağa başladılar. Qafqazın şimalından cənubuna hərəkət edən həmin tayfaların əsas 
məqsədləri burada məskunlaşmaq yox, sadəcə Ön Asiyanı, o cümlədən Azərbaycanı yağmalayıb yenidən 
Qafqazın şimalına, Qıpçaq çöllərinə qayıtmaq idi. Müxtəlif xarakterli mənbələrin verdiyi məlumata görə, 
hun-türklərin Qafqazın cənubuna, hətta Ön Asiyanın içərilərinə hücum etdikləri I minilliyin birinci 
yarısında onların qarşısında duracaq bir etnosiyasi qüvvə yox idi. Ümumiyyətlə, qədim dövrün sonlarına 
doğru Azərbaycanda (və  həmhüdud regionlarda) etnik konsolidasiyadan çox, etnosiyasi dağılma, 
parçalanma prosesi gedirdi ki, həmin proses tədricən burada məskunlaşan hun-qıpçaqlar üçün əlverişli 
sosial-siyasi şərait yaratdı. 
 Beləliklə, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanın etnik tarixini 
aşağıdakı dövrlərə bölmək olar: 
 I. 
E.ə. V minillikdən e.ə. III minilliyin ortalarına qədər — etnik "qeyri-müəyyənlik" dövrü. 
 II. 
E.ə. III minilliyin ortalarından e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə qədər — Qafqaz 
etnoslarının geniş yayıldığı dövr. 
 III. 
E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən eramızın I minilliyinin ortalarına qədər — 
İran etnoslarının geniş yayıldığı dövr. 


*   *  

 
 ... 
Azərbaycan xalqının təşəkkülünün birinci mərhələsini hun-qıpçaq türklərinin Azərbaycanda 
məskunlaşması təşkil edir. 
 Hun-qıpçaqlar eramızın başlanğıcında Qafqazın şimalında, ümumən Böyük Çöldə, yaxud Qıpçaq 
çöllərində yayılaraq bu yerlərin əsas sakinlərinə, hətta belə demək mümkünsə, sahiblərinə çevrildilər. Və 
çox keçmədi ki, onlar Qafqazın cənubunda da göründülər... Hun-qıpçaqlar müxtəlif sosial-siyasi bir-
liklərdən ibarət olsalar da, onların etnik tərkibi, demək olar ki, eyni idi, eyni dilin bir-birindən az 
fərqlənən dialektlərində danışırdılar. 
 Hun-qıpçaqlar eramızın ilk əsrlərində,  əsasən, Azərbaycanın  şimalında — Albaniyada 
məskunlaşmışdılar. Cənuba bir sıra uğurlu yürüşləri olsa da, görünür, Böyük Çöldən çox aralanmaq onları 
təmin etmirdi və bir məsələni də nəzərə almaq lazımdır ki, hun-qıpçaqlar həmin çöl boyu Şərqdən Qərbə 
gedirdilər. Bu hərəkət istiqaməti onların həyat tərzinə  həm uyğun idi, həm də Ön Asiyadakı etnososial 
sıxlıq (maneə!) burada mövcud deyildi. 
 Azərbaycanda (Qafqazın cənubunda) məskunlaşan hun-qıpçaqlar,  əsasən, savirlərdən, 
bulqarlardan və xəzərlərdən ibarət idi. Və I minilliyin ortalarında onlar Albaniya ərazisində o qədər geniş 
yayılmışdılar ki, akademik Z. Bünyadovun verdiyi məlumata görə, Xəlifə I Müaviyyə Azərbaycanın 
ərəblər tərəfindən işğalı zamanı bu ölkənin necə bir ölkə olması barədə maraqlanarkən qoşun komandanı 
demişdi: "Azərbaycan qədimlərdən türk ölkəsidir, onlar tərəfindən məskunlaşdırılmışdır". Yeri gəlmişkən 
qeyd edək ki, Azərbaycanda məhz "qədimlərdən" türklərin yaşaması haqqında fikir I minilliyin ortalarına 
aid Qafqaz mənbələrində bu və ya digər dərəcədə yayılmışdır. Bizim fikrimizcə, həmin anaxronizm 
türklərin regionda tutduqları böyük sosial-siyasi mövqeyin təsiri altında yaranmışdı. 
 Hun-qıpçaqlar Azərbaycanın cənubunda da bu və ya digər dərəcədə  məskunlaşmışdılar... Lakin 
Şimalda siyasi hakimiyyət bilavasitə onların  əllərində idi. Cənubda isə Iran etnosları. hələ  də üstünlük 
təşkil edirdilər. 
 III 
əsrdə Azərbaycanın cənubu — Adurbadaqan Sasanilər dövlətinin tərkib hissəsinə çevrilir. 
Əvvəllər Adurbadaqanın etnik coğrafiyası Atropatenanın etnik coğrafiyası ilə, demək olar ki, əsas 
parametrləri ilə üst-üstə düşürdü. Lakin sonralar burada hun-qıpçaqlar da müəyyən mövqe tutmağa 
başladılar. Qafqaz etnosları isə  əksinə, Cənubdakı etnosiyasi mövqelərini tamamilə itirmişdilər... 
Adurbadaqan  əhalisinin  əksəriyyətini təşkil edən  İran etnosları, Atropatena dövründə olduğu kimi, 
müxtəlif dialekt, yaxud tayfa dillərində danışırdılar: bunlar indiyə  qədər Azərbaycanda yaşayan talış, 
kürd, azəri və s. xalqların, tayfaların babaları idilər. Və orta əsrlərin əvvəllərindən etibarən formalaşmağa 
başlayan fars dili (eyni zamanda fars etnik ünsürləri) Adurbadaqanda geniş yayılmışdı. Ümumiyyətlə, 
həmin dil sonralar da Azərbaycanın həm cənubunda, həm də  şimalında yalnız yüksək təbəqələrin, 
sarayların  ünsiyyətində istifadə edilmiş, xalq kütlələri arasında yayılmamışdı... 
 ...Hun-qıpçaqların Qafqazın cənubunda sosial-siyasi nüfuzlarının gücləndiyi  əsrlərdə erməni 
kilsəsinin rolu yüksəlirdi, gürcü tayfaları da türklərin ilk gəlişləri dövründə yaratdıqları hərc-mərclikdən 
istifadə edib ərazilərini cənub-şərqə doğru genişləndirirdilər... 
 
Ərəb hücumları dövründə də Azərbaycanda türklüyün mövqeyini yüksəldən  əsas mənbə  Şimali 
Qafqaz, Böyük Çöl olaraq qalırdı. Şimaldan gələn xəzər-türk hücumlarının qarşısını almaq üçün ərəblər 
də sasanilər kimi sədd çəkməli, xüsusən sərhəd qarnizonları saxlamalı olurdular. Və görünür, hun-
qıpçaqların sərbəst hərəkətinə mane olan bu cür tədbirlər erməni kilsəsinə, eləcə  də gürcü tayfalarına 
Qafqazın cənubunda kifayət qədər geniş  fəaliyyət imkan verirdi... Lakin sasanilər kimi ərəblər də 
türklərin Cənuba enişinin qarşısını almaq iqtidarında deyildilər — VII—VIII əsrlərdə xəzər türkləri ərəb 
qoşunlarını  dəfələrlə darmadağın edib, Azərbaycanın  şimalında məskunlaşmışdılar.  Ə. S. Sumbatzadə 
göstərir ki, ərəblərlə  xəzərlərin intensiv bir şəkildə gedən müharibələri dövründə "Azərbaycanın köklü 
əhalisinin — atropatenalıların, albanların... törəmələrinin sayı  əhəmiyyətli dərəcədə azalmaya məruz 
qaldı".  Şübhəsiz ki, hərbi-siyasi passionarlıq dövrü keçirən  ərəblərlə  xəzərlərin, ümumən türklərin 
qarşılaşdıqları, çoxəsrlik müharibələr apardıqları bir dövrdə qeyri-passionar etnosların müdafiə olunmaq 
imkanları demək olar ki, yox idi. Və  ərəblərin istila etdikləri  əraziləri xüsusilə vilayətlərlə bölmək, 
etnosların hərəkətini məhdudlaşdırmaq cəhdləri Qafqazın cənubunu artıq özününkü sayan türkləri — 
xəzərləri təmin etmirdi. Onlar Azərbaycanın çöllərində  sərbəst dolaşmaq istəyirdilər...  Ərəblərə qarşı 
mübarizədə, təbii ki, yalnız Şimaldan — Böyük Çöldən gələn türklər — xəzərlər deyil, müəyyən mənada 
artıq "yerli" adlana bilən türklər — savirlər, bulqarlar, xəzərlər də iştirak edirdilər. Görünür, IX əsrdəki 
məşhur Babək hərəkatında həmin türklər də bu və ya digər dərəcədə rol oynamışdılar. Bu hərəkatın əsas 
tərkibi, çox güman ki, "qədim azərbaycanlılar"dan ibarət idi. Çünki ərəblərin təbliğ etdiyi İslamla 
barışmayacaq dinləri məhz onlar daşıyırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə