Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   ...   69

 Azərbaycan elmi, mədəniyyəti orta əsrlərdə üç dildə — türk, ərəb və fars dillərində yaranmışdır; 
bu isə o deməkdir ki, azərbaycanşünaslıqda türkologiya, semitologiya və iranşünaslıq birinci növbədə 
mətnşünaslıq xidməti göstərmək üçündür, qafqazşünaslığın bu baxımdan funksiyası xeyli məhdud olub, 
yalnız bir neçə mübahisəli "alban yazısı" üzərində düşünməkdən ibarətdir. Lakin nə semitologiya, nə 
iranşünaslıq, nə  də qafqazşünaslıq Azərbaycan mənbələri üzərində  işləyərkən mətnşünaslıq işindən 
kənara çox çıxmamalıdır. Müşahidələr göstərir ki, həmin sahələr öz funksiyasını "genişləndirib" 
mətnşünaslıq fəaliyyətindən kənara çıxarkən azərbaycanşünaslığa qeyri-elmi mülahizələr gətirir, onun 
elmi-metodoloji əsaslarını sarsıdır. 
 Bununla 
belə, azərbaycanşünaslığın elə sahələri vardır ki, orada türkologiya həlledici söz demək 
hüququna malik deyil — burada, hər şeydən əvvəl, Azərbaycan tarixinin qədim (türkləşənəqədərki) dövrü 
nəzərdə tutulur. Belə ki, xüsusilə e.ə. III—I minilliklərdə Azərbaycanda etnik münasibətlər, mədəniyyət, 
sosial-siyasi proseslər barədə mötəbər sözü həmişə qafqazşünaslar, iranşünaslar demişlər, daha əvvəlki 
dövrlər barəsində isə, son illərdə türkoloq-altayşünaslar daha çox danışmağa başlamışlar. 
 Azərbaycanın dövlət müstəqilliyi qazandığı, müasir dünya ilə əlaqələrinin yaranıb inkişaf etdiyi 
müasir dövrdə azərbaycanşünaslığın iqtisadi, sosioloji və politoloji aspektlərinin diqqəti daha çox cəlb 
etməsi  ənənəvi problemlərin unudulması hesabına deyil. Azərbaycanşünaslığın bir elm kimi tədqiqat 
hüdudları genişlənir, problemləri daha çox sosial praktikanın tələblərinə uyğunlaşır, təhlil metodları 
inkişaf edib zənginləşir. Və nəticə etibarilə, ənənəvi problemlərə baxışın texnologiyası da təkmilləşir. 
 Azərbaycanda milli dövlət quruculuğu prosesi sürətləndikcə azərbaycanşünaslığın problemləri 
daha bütöv, kompleks halında, biri digəri ilə qarşılıqlı əlaqədə qoyulur ki, bu, həmin problemlərin əsaslı 
şəkildə həlli üçün geniş ideoloji imkanlar açır... 
 Azərbaycanşünaslıq yalnız elmi-nəzəri, yaxud akademik bir sistem deyil, həm də get-gedə daha 
geniş yayılmaqda olan və Azərbaycan Respublikasının dövlət siyasətinə, dünyanın müxtəlif ölkələrində, 
təxminən 500 min kv.km-lik ərazisi olan tarixi Azərbaycanda məskunlaşmış azərbaycanlıların dünya-
görüşünə çevrilməkdə olan azərbaycançılıq ideologiyasının elmi-metodoloji əsasıdır. 


 
AZƏRBAYCAN... AZƏRBAYCANIN TÜRKLƏŞMƏSİ 
VƏ AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜLÜ 
 
 Azərbaycan — türk əsaslı Azərbaycan xalqının tarixi vətəni, dünyanın qədim etnokulturoloji 
mərkəzlərindən biridir. Azərbaycanlılar xalq, yaxud millət (superetnos) olaraq məhz Azərbaycanda 
formalaşmışlar. 
 Azərbaycan xalqının tarixi ümumtürk tarixinin üzvi tərkib hissəsidir, bununla belə, hər bir türk 
xalqı kimi, Azərbaycan xalqının da özünəməxsus formalaşma, inkişaf tarixi vardır. Araşdırmalar göstərir 
ki, bu tarix özündə iki mühüm dövrü: 1) diferensiasiya və 2) inteqrasiya dövrlərini birləşdirir. 
Diferensiasiya dövrü dedikdə türk etnosunun müxtəlif xalqlara (o sıradan Azərbaycan türklərinə, yaxud 
Azərbaycan xalqlarına) ayrılması prosesinin intensiv dövrü nəzərdə tutulur. İnteqrasiya isə Azərbaycan 
cəmiyyətinin etnik tarixinin sonrakı dövrlərinə aid olub, türk (və bir sıra qeyri-türk etnoslarının) 
konsolidasiyası, bütöv bir xalq təşkil etməsi prosesindən ibarətdir. Azərbaycan xalqının etnososial 
xarakteri diferensiasiya dövründə müəyyənləşsə də, həmin xarakterin bir sıra cizgiləri məhz inteqrasiya 
dövründə meydana çıxmışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan superetnosunun (eləcə  də 
Azərbaycan dilinin) təşəkkülündə, təkamülündə diferensiasiya-inteqrasiya münasibətləri kifayət qədər 
mürəkkəb təbiətə malikdir. Azərbaycanda (və  həmhüdud regionlarda) xalqın (və dilin) formalaşdığı 
dövrdə baş verən rəngarəng ictimai-siyasi hadisələr həmin mürəkkəbləşmə üçün əsas şərt olmuş, ölkədə 
"narahat" bir etnik proses getmişdir... 
 Azərbaycan xalqının tarixən məskunlaşdığı (superetnos olaraq formalaşdıgı!) coğrafiya müxtəlif 
dövrlərdə müxtəlif adlarla adlandırılsa da, "Azərbaycan" sözü daha geniş yayılaraq 500 min km
2
-ə qədər 
ərazinin  əsas adına çevrilmişdir. Azərbaycanşünaslıqda belə bir aydın təsəvvür vardır ki, "Azərbaycan" 
sözü "regionun tarixində görkəmli rol oynamış Atropatın adı" (İqrar Əliyev) ilə bağlıdır... Burada söhbət 
o dövrdən gedir ki, "Cənubi Azərbaycanın bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi 
bu və ya digər dərəcədə Atropatın hakimiyyəti altında idi" (İ. Əliyev). Və  həmin hökmdarın adı tarixi 
mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə çəkilsə də, onun (Atropatın) etnik mənsubiyyəti barədə heç bir mə-
lumat verilmir. 
 Atropatın hakimiyyəti dövründən başlayaraq Manna—Kiçik Mada (Midiya) öz sərhədlərini 
genişləndirərək Atropatena (Şərq mənbələrində Atropatakan) adlandırılmışdır... Akademik I. Əliyevin 
fikrincə, "həmin dövlətin meydana gəlməsinə kömək edən  əsas səbəblərdən birini bütün qədim tarix 
ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi, sosial, mədəni və siyasi 
səviyyəsinin çox yüksək olmasında axtarmaq lazımdır". 
 Atropatenanın etnolinqvistik mənzərəsi barədə müəyyən təsəvvür yaradacaq tarixi mənbələr, 
demək olar ki, yoxdur. Lakin e.ə. I minilliyin əvvəllərindən başlayaraq regionun iranlılaşması prosesi belə 
bir təkzibi çətin nəticəyə gəlməyə imkan verir ki, Atropatenanın əsas əhalisi iranlı olmuşdur. 
 
"Atropatena" ad-toponiminin antik (etimoloji) mənasını ilk dəfə atəşpərəst iranlılar, yaxud 
irandilli mühit unutdurdu. "Atropatena" (Atropatın yurdu) "Azərbaycan"a (odlar yurdu, müqəddəs odun 
qorunduğu məkana) çevrildi... Və görünür, iranlılar üçün "Azərbaycan"ın hansı konkret coğrafiyanı əhatə 
etməsi o qədər də maraqlı deyildi, onlar həmin  əraziyə  vətən kimi yox, ilahi bir məkan, hüdudsuz 
müqəddəs bir yer kimi baxırdılar. Mənbələr göstərir ki, Atropatena—Azərbaycanda çoxlu od məbədləri 
mövcud idi. Atəşpərəst iranlılar, hətta daha uzaqdan hindlilər buraya ziyarətə gəlirdilər. 
 Etiraf 
etmək lazımdır ki, "Azərbaycan" sözü türkdilli mühitdə  nəinki formalaşmamış, həmin 
mühitə çox sonralar — müsəlman intibahı dövründə daxil olmuşdur. Eramızın ilk əsrlərindən başlayaraq 
Azərbaycana və  həmhüdud regionlara gələrək burada məskunlaşan hun-qıpçaq türkləri dünyagörüşü 
etibarilə atəşpərəstlikdən çox uzaq olduqlarına görə "Azərbaycan" sözünün tarixən qazandığı ideoloji 
semantika üzərində, demək olar ki, düşünməmişlər. Bununla belə, iranlı  təsəvvürünün yaratdığı 
"müqəddəs Azərbaycan" obrazı müsəlman intibahı dövründən etibarən geniş yayılmağa başladı. Və qeyd 
etmək lazımdır ki, həmin təsəvvür regionun rəsmi dünyagörüşü olan İslama belə güzəştə getmədiyinə 
görə Azərbaycan müsəlman tarixçilərinin yaddaşında İslama qarşı ən çox müqavimət göstərmiş bir ölkə 
olaraq qalmışdır. Azərbaycan tarixşünaslığının banilərindən A. Bakıxanov "Azərbaycan" sözünü "Azər-
Babaqan" (Babəkin odu) kimi izah edir... Əlbəttə, burada söhbət tarixçinin nə dərəcədə səhv etməsindən 
getmir, ondan gedir ki, orta əsrlər müsəlman tarixşünaslığında Azərbaycanın  İslamaqədərki 
dünyagörüşləri ilə bağlılığı  təsəvvürü olduqca güclü olmuş, son dövrlərə  qədər yaşamış, hətta "müasir 
Azərbaycan" anlayışının formalaşmasına da təsir göstərmişdir. 
 "Azərbaycan"ın yunan-iran mənşəli deyil, məhz türk mənşəli bir söz olması barədə də müəyyən 
mülahizələr vardır.  Əlbəttə, yunan sözünə iranlı "interpretasiya"sı  nə  dərəcədə  təbii idisə, türk 
"interpretasiya"sı da o dərəcədə təbii sayıla bilərdi, lakin məsələ burasındadır ki, türk "interpretasiya"sı 
orta əsrlərdə deyil, XX əsrin 70—80-ci illərində meydana gəlmişdir... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə