Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

həm də  cənubu artıq oğuz türklərinin yaratdıqları  Səlcuqlar imperiyasının tərkibinə daxil oldu... İm-
periyanın aydın sərhədləri olmasa da, sahəsi həm kifayət qədər böyük idi, həm də get-gedə genişlənirdi. 
XI  əsrdə, eləcə  də XII əsrin  əvvəllərində  oğuz türkləri Azərbaycanın (və  həmhüdud regionların) etnik 
simasını tamamilə dəyişdirdilər. İstər türk (qıpçaq), istər İran, istərsə də Qafqaz etnoslarının, xalqlarının 
oğuzlara göstərdiyi müqavimətin heç bir əhəmiyyəti yox idi. Çünki ümumiyyətlə, II minilliyin 
əvvəllərindən başlayan türk-oğuz fütuhatı elə bir hadisə idi ki, onun qarşısını almaq, sadəcə olaraq, 
mümkün deyildi. 
 
Oğuz türkləri, haqqında söhbət gedən dövrdə Azərbaycanı bütünlüklə türkləşdirdilər, daha 
doğrusu, I minilliyin ilk əsrlərindən başlayan həmin proses (Azərbaycanın türkləşməsi!) II minilliyin ilk 
əsrlərində min ildən sonra keyfiyyətcə başa çatdı. Oğuzlar müxtəlif tayfalardan ibarət idilər. Həmin 
tayfalar xeyli dərəcədə diferensial xüsusiyyətlər daşıyırdılar... Lakin səlcuqların başçılığı altında 
toplaşmış oğuzlar hərbi-siyasi baxımdan olduqca həmrəy idilər ki, bu da onların genişmiqyaslı qələbəsini 
təmin edən əsas şərtlərdən biri sayıla bilər. 
 XI—XII 
əsrlərdə Azərbaycanda məskunlaşan oğuz tayfaları arasında bir-birini inkar edən iki 
proses gedirdi: a) bir tərəfdən ümumi-sosial siyasi məqsədlər naminə tayfa müxtəlifliyi tədricən aradan 
qalxır; b) digər tərəfdən diferensiasiya (müxtəliflik) güclənirdi... Birinci hadisə Azərbaycanın daha çox 
cənubunda, ikincisi isə daha çox şimalında özünü göstərirdi... Səbəbi o idi ki, Azərbaycanın  şimalında 
oğuz tayfaları olduqca mürəkkəb etnik şəraitə düşmüşdülər, həmin şərait onların birləşməsini, "ideoloji" 
baxımdan hazırlıqlı (və hiyləgər!) qonşulara müqavimət göstərə bilməsini tələb edirdi. Cənubda isə daxili 
çəkişmələr daha güclü idi. 
 ...XII 
əsrin 30-cu illərində Azərbaycanda Atabəylər dövləti yarandı. Azərbaycanın etnokulturoloji 
tarixində əhəmiyyətli rol oynamış həmin dövlət monqol-tatar hücumlarına qədər mövcud oldu. Atabəylər 
dövründə Azərbaycan ərazisinin çox hissəsi bütöv bir dövlətin tərkibində birləşmiş, Azərbaycan xalqının 
təşəkkülü tarixində yeni mərhələ başlamışdı... Hakimiyyətdə olan səlcuqlar fars dilinə xüsusi diqqət verib 
sarayda, bir qayda olaraq, həmin dildə danışsalar da, geniş xalq kütlələri fars dilini bilmir, yalnız 
türkcədən istifadə edirdilər. Məsələnin məhz bu cür olduğunu göstərən faktlardan biri Azərbaycan 
türklərinin (oğuzların) yaratdıqları möhtəşəm "Dədə Qorqud" eposudur. Eposda gəlmə müsəlman 
oğuzlarla yerli qeyri-müsəlman (bütpərəst, tanrıçı, xristian və s.) qıpçaqlar, Qafqaz, yunan etnosları, 
xalqları arasındakı tarixi münaqişə, müharibələr öz əksini tapmışdır. "Dədə Qorqud"un bizə gəlib çıxmış 
əlyazmaları bir neçə əsr sonrakı dövrlərə aid olsa da, eposun dili ilə "Kitabın ("Kitabi-Dədə Qorqud"un) 
dili, üslubu arasında elə bir fərq yoxdur... 
 Eposda 
cərəyan edən hadisələrin coğrafiyası  əsasən Qafqazın cənubunu, müəyyən dərəcədə isə 
Anadolunun  şərqini  əhatə edir — hiss olunur ki, oğuzlar Qafqazın cənubunda artıq möhkəmlənmiş, 
onların qarşısında Qərbə doğru yeni hərəkət üfüqləri açılmışdır... 
 
İslamı qəbul etmiş oğuzların Azərbaycanda, Şərqi Anadoluda yayılması orta əsrlər üçün səciyyəvi 
bir formada — İslam bayrağı altında gedirdi. VII—IX əsrlərdəkindən (yəni  ərəblərdən!!) fərqli olaraq 
XI—XII  əsrlərdə  oğuz türkləri "ərəblərin dini "ni daha israrla təbliğ edir, onun bütün dünyada 
yayılmasına daha çox inanırdılar... Və  təsadüfi deyil ki, türklər  İslamı Qafqazda, Kiçik Asiyada
Balkanlarda həm geniş təbliğ etdilər, həm də hərbi-siyasi yolla qəbul etdirib yaydılar. 
 Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi, bir tərəfdən, ölkənin tamamilə türkləşməsi ilə 
səciyyələnirsə, digər tərəfdən  İslamın qarşısıalınmaz bir sürətlə ölkədə mövcud olmuş bütün dini 
dünyagörüşü formalarını (o cümlədən də Tanrıçılığı) sıxışdırıb, aparıcı mövqeyə keçməsi ilə xarakterizə 
olunur. Və xüsusi olaraq qeyd etmək lazımdır ki, İslam dini həm Azərbaycan türklüyü üçün müəyyən 
dərəcədə diferensial keyfiyyətə çevrildi, həm də ölkəyə səpələnmiş (təcrid olunmuş) İran, Qafqaz mənşəli 
etnosları həmin türklük ətrafında birləşdirən güclü amillərdən biri (bəlkə də birincisi!) oldu. Xatırladaq ki, 
XIX əsrin sonu, XX əsrin əvvəllərinə qədər azərbaycanlılar çox hallarda sadəcə "müsəlman" adlanırdılar. 
 ...Monqol-tatarların XIII əsrin ortalarına doğru Azərbaycanı istila etməsi ölkədə (və  həmhüdud 
regionlarda) gedən fəal etnik proseslərə böyük təsir göstərdi... Monqol-tatar yürüşü dövründə 
Azərbaycana müxtəlif türk tayfaları  gəldilər ki, bu da Azərbaycanda türklüyün sıxlığını bir qədər də 
artırdı. Xüsusilə öz milli-etnik mənliyini itirmiş saraylar, mədəniyyət mərkəzləri dağıdıldı. Və məhz XIII 
əsrin sonlarından etibarən Azərbaycanda türkdilli yazılı ədəbiyyatın inkişafı üçün ideoloji şərait yarandı. 
 
Monqol-tatar ordusunun tam əksəriyyəti türklərdən ibarət idi. Onların qurduqları dövlətlər də türk 
dövlətçilik  ənənələrinə  əsaslanır, o qədər də böyük olmayan "inzibati qüvvə" ilə böyük bir imperiyanı 
idarə etmək təcrübəsi verirdi. Və monqol-tatar xaqanlarının, hakimiyyətinin həyat tərzi öz sadəliyinə görə 
səlcuq saraylarındakı  dəbdəbədən  əsaslı  şəkildə  fərqlənirdi. Birincilər min illər boyu yaşadıqları köçəri 
həyat "realizm"ini davam etdirir, "romantik" xülyalardan (o cümlədən də poeziyadan) elə bir zövq 
almırdılar... Onların qonşulara (düşmənlərə!) münasibətdə istifadə etdikləri "diplomatiya" da olduqca 
aydın idi: monqol-tatarlar "çevik güc"ə arxalanırdılar... 


 
Qaraqoyunlular, bunun ardınca isə  Ağqoyunlular dövründə Azərbaycanda (və  həmhüdud 
regionlarda) oğuz türklərinin etnosiyasi mövqeyi bir qədər də gücləndi...Bununla belə müxtəlif oğuz-
türkmən tayfalarının bir-birinin ardınca Azərbaycana gəlməsi ölkədə gedən etnosiyasi mərkəzləşmə-
mütəşəkkilləşmə prosesinə hər halda mənfi təsir göstərirdi. 
 ...Ümumiyyətlə, XI əsrin əvvəllərindən XV əsrin sonu, XVI əsrin əvvəllərinə qədərki mərhələdə, 
yəni Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycana gələn oğuz türkləri farsları 
daha da cənuba, Qafqaz etnoslarını isə daha da şimala sıxışdırdılar. Onların Azərbaycandakı mövqeyi qısa 
bir müddətdə o qədər gücləndi ki, xilafəti tez-tez narahat edən qıpçaqlar belə oğuz türklərinə müdaxilə 
edə bilmədilər. Ermənilər, gürcülər, dağıstanlılar isə həmin güc (oğuz türklüyü!) qarşısında tamamilə aciz 
idilər... Oğuz türkləri Azərbaycandan keçib Anadoluya yürüş etdilər. Və bir neçə  əsr  ərzində yunanları 
yarımadadan tamamilə  sıxışdırıb çıxartdılar ki, həmin dövr, əslində Türkiyə türklərinin bir xalq olaraq 
təşəkkülü tarixinin ilk mərhələsi idi. 
 Hun-qıpçaq türkləri kimi oğuz türkləri də öz öhdələrinə Azərbaycanın qədim əhalisinin qalıqlarını 
assimilyasiya etmək — türkləşdirmək missiyasını götürməmişdilər.  Əslində onların buna ehtiyacları da 
yox idi. Xüsusilə böyük kütlələr halında Azərbaycana, ümumən Ön Asiyaya axışan oğuz türklərinin sayı 
"aborigenlər"in sayından müqayisə edilməyəcək qədər çox, hərbi qüdrətləri isə intəhasız idi... Regiona 
oğuz türkləri ilə yanaşı karluk türkləri də  gəlmişdilər ki, bu, əsasən  Əmir Teymurun yürüşləri dövrünə 
təsadüf edir. 
 
Oğuz türkləri Azərbaycanın yerli (tarixi!) mədəniyyətinə xüsusi qayğı ilə yanaşdılar. Onların 
xüsusilə yüksək təbəqəsi Sasanilər dövründən qalmış  dəbdəbəli saray həyatını ilk əsrlərdən hətta 
dirçəltdilər, artıq qeyd edildiyi kimi, farsca danışıb-yazmağa, mədəniyyətcə farslaşmağa başladılar ki, 
belə bir etnosun (oğuz türklərinin) kimisə türkləşdirəcəyi barədə düşünmək tamamilə absurddur... XI—
XIII, eləcə də XIV—XV əsrlərdə oğuz fütuhatı geniş bir coğrafiyanı bürüdüyündən Azərbaycanın etnik-
etnoqrafik sərhədlərini müəyyənləşdirmək çox çətindir. Həmin dövrdə Azərbaycan hər tərəfdən oğuz-türk 
mühiti ilə əhatə olunmuşdu. Və onun etnokulturoloji yüksəlişində bu mühit həlledici rol oynayırdı. Belə 
ki, haqqında söhbət gedən dövrdə etnik tipologiya baxımından Azərbaycanın "daxil"i "xaric"indən o 
qədər də seçilmir, demək olar ki, xüsusi əlamətlər daşımırdı. Lakin düşünmək olmaz ki, oğuz türkləri hər 
yerdə, bütün sərhəd boyu Azərbaycan hüdudlarından kənara çıxmışdılar. Məsələn, Qafqazın cənubunda 
ermənilər, gürcülər müxtəlif "diplomatiya" üsullarından istifadə edərək ərazilərini genişləndirir, vaxtaşırı 
kifayət qədər ciddi cəzalandırılmalarına baxmayaraq, xüsusilə gürcülər (adətən, "yerli" türklərlə — 
qıpçaqlarla ittifaqa girərək) Gəncəyə qədərki Azərbaycan torpaqlarını zəbt etməyə çalışırdılar. 
 Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində Azərbaycan daxilində yaşayan qeyri-
türk mənşəli etnoslar passiv vəziyyətdə idilər ki, bunun da əsası  hələ birinci mərhələdə qoyulmuşdu... 
Həmin etnoslar arasından çıxmış hökmdar sülalələrinin (məsələn, Şirvanşahların) ilk nəsillərinin olması 
da vəziyyəti dəyişə bilmirdi, çünki oğuz türklərinin müzəffər yürüşləri (və  məskunlaşmaları) 
Azərbaycanın (və  həmhüdud regionların) etnik mənzərəsinin  əsaslarını artıq tamamilə müəyyən etmiş, 
kiçik miqyaslı etnik proseslərin həmin mənzərədə  əhəmiyyətli bir dəyişiklik etməsinə imkan yarat-
mamışdır. 
 Azərbaycan xalqının təşəkkülü prosesi birinci mərhələdə olduğu kimi, ikinci mərhələdə də feodal 
dağınıqlığı  şəraitində gedirdi — II minilliyin birinci yarısında ölkə (ümumiyyətlə, region) əsaslı 
türkləşmədən sonra monqol-tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların hücumuna 
məruz qalmışdı ki, həmin hücumlar Azərbaycanda türk etnoslarının sıxlığını gücləndirsə də, sosial, siyasi, 
mədəni stabilləşməyə mane olur, artıq qeyd etdiyimiz kimi, xalqın təşəkkülü prosesini ləngidirdi. Bir-
birinin ardınca Azərbaycana axışan türk tayfaları özlərilə  əsrlər boyu yaşamış olduqları, yaxud 
Türküstandan Azərbaycana qədər keçib gəldikləri yerlərin həyat tərzini, etnoqrafiyasını, az-çox fərqli 
mədəniyyətlərini, dünyagorüşlərini, hətta toponimiyasını  gətirirdilər. Və onlar yeni coğrafi  şəraitə  nə 
qədər sürətlə uyğunlaşsalar da, özlərinəməxsusluqlarını da qoruyub saxlamağa çalışırdılar... 
 Beləliklə, orta əsrlərin sonlarına doğru — XV əsrin sonu, XVI əsrin  əvvəllərində Azərbaycan 
ərazisində türklərin çəkisi sürətlə artdı. Və onlar Azərbaycan cəmiyyətinin mütləq  əksəriyyətini təşkil 
etməyə, müxtəlif dövlətlər qurmağa, mərkəzləşməyə (konsentrasiyaya) başladılar. Bununla da 
Azərbaycan xalqının təşəkkülü tarixində ikinci mərhələ bitib, üçüncü mərhələnin bir sıra  əlamətləri 
meydana çıxdı... 
 Azərbaycan xalqının formalaşması tarixində üçüncü — sonuncu (həlledici!) mərhələ XV əsrin 
sonu, XVI əsrin  əvvəllərindən başlayır. Və  məhz həmin tarixin hökmüdür ki, bu zaman Azərbaycan 
Səfəvilər dövləti yaranır... Səfəvilər dövlətini, görünür, birinci növbədə Azərbaycan türklərinin (ümumən 
cəmiyyətinin) etnosiyasi, ideoloji-mənəvi birləşməsi, mərkəzləşməsi ehtiyacı doğurdu. 
 
Səfəvilər dövlətinin banisi I Şah  İsmayılın sosial bazasını, professor Oqtay Əfəndiyevin 
göstərdiyi kimi, eyni bir milli maraq ətrafında birləşmiş müxtəlif oğuz tayfaları (ustaclı,  şamlı,  əfşar, 
türkmən, bayat, təkəli, zülqədər, qacar, varsaq, rumlu...) təşkil edirdilər. Təbii ki, həmin tayfalar bir-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə