Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

tayfaları nəinki öz dillərini qoruyub saxladılar, eyni zamanda onu avtoxton əhali arasında geniş yaymağı 
bacardılar... 
 
Əlbəttə, bu mülahizə tamamilə yanlışdır. Hər  şeydən  əvvəl ona görə ki, hələ hun-qıpçaqların 
yürüşləri dövründə Azərbaycanın qədim əhalisi Şimal və Cənuba doğru sıxışdırılmış, müəyyən hissəsi isə 
yaşayış üçün qeyri-münasib yerlərdə daldalanmışdı, bu isə o demək idi ki, gəlmə türk tayfaları, xüsusilə 
oğuzlar heç bir "avtoxton əhali" ilə qaynayıb-qarışa, onların antropoloji əlamətlərini qəbul edə 
bilməzdilər... İkincisi, necə olur ki, I minilliyin ortalarında sayı sürətlə azalan, etno-sosial proseslərdə get-
gedə daha passiv iştirak edən qədim azərbaycanlıların antropoloji xüsusiyyətləri Azərbaycana, 
ümumiyyətlə, Ön Asiyaya axışan on, hətta yüz minlərlə türk tərəfindən qəbul edilir. 
 ...Və  nəhayət, necə  təsəvvür etmək olar ki, qədim dövrlərdə Azərbaycanda mövcud olmuş 
müxtəlif mənşəli dillərin heç biri Azərbaycanda məskunlaşan türklərin dillərinə təsir etmir, ancaq onların 
antropologiyasını əsaslı şəkildə dəyişdirir?.. 
 
Məsələ burasındadır ki, türklərin Azərbaycanda (və  həmhüdud regionlarda) məskunlaşdığı min 
ildən artıq bir dövrdə, hun-qıpçaqların müəyyən əlaqələrini nəzərə almasaq, azsaylı avtoxton əhali ilə elə 
bir etnososial münasibəti olmamışdır. Türklər təcrid olunmuş qeyri-türk mənşəli etnoslarla bu və ya digər 
şəkildə kontakta girməyə heç zaman xüsusi ehtiyac duymamış, yalnız həmin təcrid olunmuş etnoslar hər 
hansı sahədə (məsələn, hərbi sahədə) öz xidmətlərini təklif edərkən onlardan istifadə edilmişdir. 
Azərbaycanın qədim cəmiyyətinin müxtəlif mənşəli qalıqları  ən geci I minilliyin sonu — II minilliyin 
əvvəllərindən etibarən ölkədə, demək olar ki, heç bir sahədə nüfuza malik deyildilər... Lakin Səfəvilər 
dövründə, eləcə  də sonralar Azərbaycanın Qərbində köçəri həyatı yaşayan kürdlər məskunlaşmağa 
başladılar ki, onlar da öz dillərini, adət-ənənələrini saxlamaqla yanaşı, Azərbaycan türklərinin sosial-
siyasi, mədəni təsiri altında idilər. Ümumiyyətlə, XVI—XVIII əsrlərdə sürətlə formalaşan Azərbaycan 
xalqının etnik-kulturoloji əsaslarını Azərbaycanda məskunlaşmış türklər təşkil edirdilər... 
 Bizim 
fikrimizcə, Azərbaycanın müasir etnik-etnoqrafik mənzərəsi XVII—XVIII əsrlərdə 
müəyyənləşmiş, ondan sonra əsaslı bir dəyişikliyə  məruz qalmamışdır. Görünür, burada yalnız 
ermənilərin XIX əsrin  əvvəllərindən başlayaraq təcavüzkar siyasi məqsədlərlə Azərbaycanın müxtəlif 
yerlərində, o cümlədən də, Dağlıq Qarabağda məskunlaşdırılması istisna təşkil edir... Lakin məhz həmin 
dövrdən sonra ölkənin siyasi mənzərəsi çox tez-tez dəyişmiş, Azərbaycan müxtəlif dövlətlərin tərkibinə 
daxil olmuşdur ki, bu da xalqın formalaşmasına, heç şübhəsiz, kifayət qədər mənfi təsirini göstərmişdir. 
 Azərbaycan xalqının təşəkkülü tarixinin ikinci mərhələsində olduğu kimi, üçüncü mərhələsində 
də sosial-ideoloji məsələlərlə,  əsasən,  İslam dini məşğul olur, özünə bu və ya digər dərəcədə mövqe 
qazanmaq istəyən hər hansı digər dünyagörüşü formasını  qətiyyətlə  sıxışdırırdı. Hətta Azərbaycan  İnti-
bahının yüksək mərhələlərində belə son sözü o (İslam dini) demişdir. Ona görə də dövrün böyük düşüncə 
sahibləri belə özlərini azərbaycanlı, Azərbaycan türkü (hətta ümumən türk!) deyil, artıq qeyd etdiyimiz 
kimi, müsəlman (əhli-müsəlman) adlandırmaqda davam etmişlər. 
 ... 
Azərbaycan xalqının formalaşması yalnız müxtəlif türk (və bir sıra qeyri-türk) tayfalarının 
etnokulturoloji mərkəzləşməsinin nəticəsi olaraq bir inteqrasiya prosesi olmaqla qalmırdı, eyni zamanda 
mürəkkəb bir diferensiasiya prosesi idi. Belə ki, oğuz türkləri orta əsrlərin sonlarına doğru üç əsas 
coğrafiyada məskunlaşaraq sosial-siyasi, kulturoloji baxımdan fərqlənməyə başladılar. Və nəticə etibarilə, 
üç türk-oğuz xalqı formalaşdı: türkmənlər, Azərbaycan türkləri (azərbaycanlılar) və Anadolu türkləri... 
Lakin XVII—XVIII əsrlərdə  həmin xalqlar arasında etnoqrafik, mədəni, siyasi sərhədlər o qədər də 
müəyyən deyildi, hətta bir sıra türk-oğuz tayfaları öz milli-siyasi mənsubiyyətlərini təyin etməmişdilər. 
 Beləliklə, XVIII əsrdə Azərbaycan xalqının I minilliyin ortalarından başlayan təşəkkül prosesi 
sona çatır, həmin prosesin nəticəsi olaraq türk mənşəli Azərbaycan xalqı formalaşır ki, onun etnik 
tərkibinə hun-qıpçaq, oğuz türkləri (və bir sıra azsaylı qeyri-türk mənşəli etnoslar) daxil olurlar. Eyni 
zamanda, azərbaycanlıların yerləşdikləri coğrafiyanın hüdudları müəyyənləşir ki, həmin coğrafiya 
tədricən müxtəlif dövlətlərin  ərazisinə çevrilsə  də, məhz azərbaycanlılara (Azərbaycan superetnosuna) 
məxsusdur. 
 


 
 
AZƏRBAYCAN TÜRKCƏSİNİN FORMALAŞMASI. 
ÜMUMTÜRK ƏDƏBİ (YAZI) DİLİ: TƏŞƏKKÜLÜ, 
TƏKAMÜLÜ, TƏNƏZZÜLÜ... 
 
 
 Azərbaycan türkcəsi ümumtürk dilinin diferensiasiyası  nəticəsində  təşəkkül tapmışdır, bu isə o 
deməkdir ki, Azərbaycan türkcəsi, hər  şeydən  əvvəl, ümumtürkcənin varisidir. Lakin Azərbaycanın 
etnolinqvistik coğrafiyasının kifayət qədər mürəkkəb, rəngarəng olması  həmin  ərazidə tarixən heç də o 
qədər sadə olmayan etnolinqvistik proseslərin getdiyini göstərir. 
 
Qədim (ümum) türk dili təxminən e.ə. I minilliyin ortalarında Altay dilinin bölünməsi ilə əlaqədar 
olaraq təşəkkül tapıb formalaşmışdır. Həmin bölünmə prosesi isə, görünür, bir neçə min il davam etmişdir 
(e.ə. IV—III minilliklərdən e.ə. I minilliyə  qədər). Ona görə  də eramızdan  əvvəlki minilliklərdə 
prototürkcədən, yaxud Altay dilinin türk, monqol və tunqus-mancur "dialektlərindən danışmaq 
mümkündür. 
 
Altay dilinin türk, monqol, tunqus-mancur dillərinə diferensiasiyası uzun sürən elə bir mürəkkəb 
etnolinqvistik prosesdir ki, həmin prosesi bütün dəqiqliyi ilə  təsəvvürdə canlandırmaq, demək olar ki, 
mümkün deyil. Lakin bir məsələ aydındır ki, türk dili altay birliyindən ayrılanda onun (türkcənin) bir-bi-
rindən hələ çox fərqlənməyən daxili dialektləri mövcud idi. Həmin dialektlərin bəziləri ümumaltay 
xüsusiyyətlərini mühafizə etdiyi halda, bəziləri həmin  əlamətləri itirərək, artıq modern əlamətlər (yəni 
gələcək türkcənin əlamətlərini) qazanmışdı. Elə ona görə də eramızın ilk əsrlərindən başlayaraq türkcənin 
dialektləri müxtəlif inkişaf səviyyələri ilə diqqəti cəlb edir. 
 Bununla 
belə e.ə. I minilliyin ortalarından b.e. I minilliyinin ortalarına qədərki dövrdə  qədim 
(ümum) türk dilindən (bu cür bütöv bir şəkildə!) danışmaq tamamilə mümkündür, ancaq o şərtlə ki, 
qədim (ümum) türkcənin daxili dinamikası, diferensiasiya meyilləri inkar olunmasın. 
 
Qədim (ümum) türk dilinin normaları və funksional üslub imkanları barədə təsəvvürü qədim türk 
eposunu təşkil edən "Yaradılış", "Alp Ər Tonqa", "Oğuz kağan", "Göy türk", "Ərgənəkon", "Köç" və s. 
dastanlar, qədim türk (run) yazılı abidələri yaradır. Qədim türk dastanları  mətnşünaslıq səciyyəsinə, 
mühafizə olunma üsuluna görə bir-birilərindən fərqlənir — onların çox az bir hissəsi uzun zaman şifahi 
şəkildə xalq arasında dolaşmış, yalnız son dövrlərdə yazıya alınmışdır, əksər hissəsi isə orta əsrlərdə türk 
və ya qeyri-türk dilli mənbələrə  səpələnmişdir. Həmin mənbələrdə ya bilavasitə  əks olunmuş, ya da 
mətndə "gizlədilmiş" (məsələn,  Ə. Firdovsinin  "Şahnamə"sində olduğu kimi) türk epos təfəkkürünü 
(onun mətnlərini) bərpa işi elmi vəzifə kimi bu gün də qarşıda dayanmaqdadır. Qədim türk dastanlarının 
həcmi, mənzum, yaxud mənsur formada olması, dil-üslub xüsusiyyətləri barədə konkret məlumat azdır; 
mənbələrdə həmin əsərlərin, əsasən, "qısa məzmunu" və ya "süjeti mühafizə olunmuşdur... 
 I 
minilliyin 
ortalarından başlayaraq əvvəl qədim türk (run), sonra uyğur, daha sonra ərəb əlifbası 
ilə yazılmış ümumtürk abidələri qədim türk epos təfəkkürünün bilavasitə "təzyiq"i altında yaranmışdır. 
Qədim türkcəni yekunlaşdıraraq orta türkcənin (artıq müxtəlif türk dialektlərindən, dillərindən ibarət olan 
türkcənin) perspektivlərini nümayiş etdirən M. 
Kaşqari "Divan"ı ümumtürkcənin yalnız ifadə 
imkanlarının genişliyini, yüksək normativlik səviyyəsini deyil, həm də müsəlman dünyasında get-gedə 
artan mədəni, siyasi nüfuzunu təsdiq edir, "türk dili ilə ərəb dilinin atbaşı bərabər yürüdüklərini" göstərir. 
Və "Divani-lüğət-it-türk" müxtəlif türk tayfa dillərinin, dialektlərinin birinin digərindən az və ya çox 
dərəcədə fərqlənməsini göstərməklə kifayətlənmir, həmin dilləri, dialektləri birləşdirən ümumi cəhətləri 
daha çox təzahür etdirməklə müəllifin belə bir ideyasını uğurla əks etdirir ki, türklər nə qədər müxtəlif 
coğrafiyalarda yaşasalar da, nə qədər müxtəlif tayfalardan, boylardan ibarət olsalar da, ruhən (o sıradan da 
"dil ruhu" baxımından) bütöv hadisədirlər; əgər belə olmasa idi, yüksək dil mədəniyyəti olan M. Kaşqari 
"türk dili" əvəzinə "türklərin dilləri" deyərdi, "Divan"da tayfa dili xüsusiyyətləri ümumtürk xüsusiyyətləri 
ilə müqayisədə bu qədər cüzi yer tutmazdı. "Divani-lüğət-it-türk"ü ərəbcə yazmış müəllif yaxşı bilirdi ki, 
türk dilləri, dialektləri arasındakı fərq ərəb dilləri, dialektləri arasındakı fərqlə heç bir müqayisəyə gəlmir. 
 Bununla 
belə, qədim (ümum) türk dilinin artıq biri digərindən həm fonetik, həm leksik, həm də 
müəyyən dərəcədə qrammatik baxımdan fərqlənən dialektlərə, dillərə bölünməsi davam edir, qeyd etmək 
lazımdır ki, bu proses aşağıdakı amillərin təsiri ilə getmişdir: 
 1) 
türkcənin müxtəlif dialektlərə (nəticə etibarilə dillərə) bölünməsi üçün daxili meyili
 2) 
coğrafi ayrılma, təcrid olunma; 
 
3) ictimai-siyasi ayrılma, təcrid olunma (xüsusilə, müxtəlif türk dövlətlərinin meydana gəlməsi). 
 
Qədim (ümum) türk dilinin bölünməsi prosesi I minilliyin sonu, II minilliyin əvvəllərində əsasən 
üç türk dilinin (və bir sıra  aralıq dialektlərin) formalaşması ilə başa çatmışdır: qıpçaq  dili, oğuz dili, 
karluq dili. Lakin həmin dillər bir-birinə o qədər  yaxın və  əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə