Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

Sıkrıb ünü yurlayu. 
Sığtab gözü örtülür... 
 
 "Alp 
Ər Tonqa" dastanı "Şahnamə" müəllifi tərəfindən "təhrif edilsə" də, burada türk hökmdarı 
Alp Ər Tonqanın cahangirlik ehtirasları, vətənpərvərliyi, haqq-ədalət (dünya nizamı) uğrunda mübarizəsi 
və s. heç də tamamilə itirilməmişdir. Tanrının iradəsi ilə hərəkət edən hökmdar məqsədinə tamamilə nail 
olmuşdur: hökmdar taledən qaça bilmir, bədxahlıqla öldürülür və "dünya yiyəsiz, sahibsiz qalır". 
 Dastanda 
qədim türklərin geniş coğrafi təfəkkürü, dünyada gedən miqyaslı ictimai-siyasi 
proseslərə nəzarət edə bilmək bacarığı, dövlətçilik təsəvvürləri və s. əks olunur. 
 M. 
Kaşqari "Divan"ındakı parçalar göstərir ki, "Alp Ər Tonqa" dastanı iri həcmli mənzum bir 
əsər imiş, I minilliyin sonu — II minilliyin əvvəllərinə qədər türklər arasında onun müəyyən hissələrini, 
yaxud hamısını əzbər bilən ozanlar olmuşdur. 
 "Oğuz kağan"  dastanı  qədim türk eposunun ən mükəmməl təzahürlərindən biri, bəlkə  də 
birincisidir. Dastanın e.ə. I minilliyin sonlarında formalaşdığını güman etmək olar. Eramızın birinci 
minilliyində türklər arasında geniş yayılmış, təxminən həmin minilliyin sonu II minilliyin əvvəllərindən 
etibarən daha çox oğuz türklərinin epik tarixi funksiyasında çıxış etsə  də, mənşəyi, tipologiyası 
baxımından ümumtürk miqyaslı hadisədir. 
 "Oğuz kağan" dastanının ideya-məzmunu, poetik xüsusiyyətləri barədə kifayət qədər təsəvvür 
yaradan aşağıdakı əsas yazılı mənbələr mövcuddur: təxminən XIII əsrdə uyğur əlifbası ilə Türküstanda 
yazılmış kiçik bir mətn (əvvəldən də, sondan da naqisdir), F. Rəşidəddinin XIV əsrə aid farsca "Came ət-
təvarix" kitabında böyük bir hissə, bizə  gəlib çıxan nüsxəsi XVI əsrə aid (XI əsr mənbəsindən üzü 
müəyyən redaktə ilə köçürülən) "Kitabi-Dədə Qorqud", XVII əsrdə  Əbülqazi xan Xivəlinin yazdığı 
"Şəcəreyi-tərakimə" və s. 
 Uyğur əlifbası ilə yazılmış mətnin qısa məzmunu: 
 ...Ay 
kağan günlərin bir günü hamilə olub, bir oğlan uşağı doğur. Gözləri ala, saçları, qaşları qara 
bu gözəl oğlan anasının ilk südünü əmib daha əmmir, dil açıb çiy ət, bişmiş yemək, şərab istəyir. Qırx 
günə böyüyür, ayağı öküz ayağına, beli qurd belinə, köksü ayı köksünə oxşayır. Bədəni başdan-başa tüklə 
örtülü imiş. 
 
İlxıya baxır, at minir, xalqa əziyyət verən vəhşi heyvanları ovlayırdı. Yenilməz bir igid idi. 
 
Oğuz bir gün Tanrıya yalvararkən göydən bir işıq düşdü. Yüyürüb gördü ki, işığın ortasında gözəl 
bir qız oturub. Qızı sevib aldı. Günlər, gecələr keçdikdən sonra qızın Oğuzdan üç oğlu oldu: birinə Gün, 
ikincisinə Ay, üçüncüsünə Ulduz adı qoydular. 
 Yenə günlərin birində Oğuz ova getdi. Göl ortasında bir ağac gördü. Ağacın koğuşunda gözəl bir 
qız oturmuşdu. Oğuz onu görəndə ağlı başından getdi. Qızı aldı. Günlər, gecələr keçəndən sonra o da üç 
oğlan doğdu: birinin adını Göy, ikincininkini Dağ, üçüncününkünü Dəniz qoydular. 
 
Oğuz xalqı başına yığıb, yemək-içmək verdi. Məclisin sonunda dedi: 
 
Mən sinlərqə boldum kağan, 
Alalınq ya, takı qalqan. 
Tamqa bizqə bolsun buran, 
Kök börü bolsun qıl uran. 
 
Təmir çidalar bol orman
Av yirdə yirisin qulan, 
Takı taluy, takı müren, 
Kün tuq bolqıl, kök qurıqan. 
 
 Sonra 
hər tərəfə elçi göndərib xəbər çatdırdı ki, mən hər yerin, hamının hökmdarı — kağanı 
oldum. (Yəni Tanrı özü məni kağan seçdi. Kim mənə baş əysə, hədiyyələrini qəbul edib, onu özümə dost 
sayaram, kim itaət etməsə, düşməndir, üstünə qoşun çəkərəm.) 
 Sağ tərəfdə hökmdarlıq edən Altun kağan baş əydi, itaət elədi, sol tərəfdə hökmdarlıq edən Urum 
kağan boyun qaçırdı. Oğuz kağan hirslənib onun üzərinə yeridi. 
 Qoşun Buz dağının  ətəyində dayandı. Səhər açılanda Oğuz kağanın çadırına bir işıq düşdü. 
İçindən böyük bir erkək göy qurd çıxıb, "Ey Oğuz, mənim arxamca gəl" — dedi. Oğuz kağan qoşunu ilə 
qurdun arxasınca getdi, İtil çayına çatdı. Urum kağan ilə vuruşub qoşununu yendi, kağan qaçdı. Oğuz 
kağan onun ölkəsini ələ keçirdi. 
 
Oğuz kağan yoluna davam etdi. Göy qurd yenə də öndə gedib yol göstərirdi. Kağan Hind, Tanqut, 
Suriya və s. ölkələri döyüşlə aldı, bir sıra yerlərə, igidlərə  ad  verdi.  Uluğ Türük adlı bir ağıllı qocanı 
özünə baş vəzir elədi. 


 Uluğ Türük bir gün yuxuda bir qızıl yay, üç gümüş ox gördü. Yay gündoğandan günbatana qədər 
uzanmışdı, üç gümüş oxsa şimala doğru uçurdu. 
 Uluğ Türük yuxusunu Oğuz kağana danışıb "Tanrı bütün dünyanı sənin törəmələrinə bağışlasın" 
deyir. Oğuz kağan baş  vəzirin sözünü bəyənir. Üç oğlunu gündoğana, üçünü də günbatana göndərir. 
Böyük oğullar bir qızıl yay, kiçik oğullar üç gümüş ox tapıb gətirirlər... Oğuz kağan yayı böyük oğlanları-
na, oxları da kiçik oğlanlarına verir. 
 Qurultay 
çağırıb xalqla yeyib-içib məsləhətləşdikdən sonra ölkəsini oğulları arasında bölüşdürür. 
Və onlara deyir: 
 
Ay oğullar, köp mən aşdum, 
Uruşqular köp mən gördüm. 
Çıda bilə oğ köp mən atdum, 
Ayğır birlə köp yürüdüm, 
 
Düşmanlarumnı ıqlaqurdum, 
Dostlarumnı mən kültürdüm, 
Kök tenqriqə mən ötədim... 
Sənlərqə bire men yurdum. 
 
 
Oğuz kağan Tanrı  mənşəlidir, mərkəzləşmiş türk cəmiyyətinin (dövlətinin) epik yaradıcısı, 
hökmdarı və hamisidir. Onun Tanrı mənşəyi ilə yanaşı Tanrı tipologiyası da vardır ki, bu da özünü, hər 
şeydən əvvəl, göy qızları ilə evlənməsində göstərir. Oğuza (və onun xalqına) yol göstərən, onu düşmən 
üzərində  qələbəyə aparan, türklərin cahan dövləti yaratmasına kömək edən Göy Qurd da Oğuzun 
bilavasitə Tanrı himayəsində olduğunun ifadəsidir. 
 "Oğuz kağan" dastanının türk epik ənənəsində həm ideya-estetik, həm də forma-poetik baxımdan 
möhkəm yer tutması dastandan bəhs edən, demək olar ki, bütün araşdırmalarda qeyd olunmuşdur. Türk 
epos təfəkkürünü, görünür, "Oğuz kağan" dastanı (yaxud dastanları) qədər sistemli əks etdirən, bu 
dərəcədə mükəmməl bir əsərə təsadüf etmək çətindir. 
 
"Şu" dastanı Makedoniyalı İsgəndərin Türküstana yürüş etdiyi dövrün hadisələrindən bəhs edən 
və görünür, I minilliyin əvvəllərində ümumtürk eposu əsasında formalaşmış bir əsərdir ki, ondan 
rəvayətlər şəklində müəyyən əhvalatlar M. Kaşqari "Divan"ında öz əksini tapmışdır. 
 
Dastanda deyilir ki, İsgəndər Səmərqəndi keçib, türk torpaqlarına girəndə türklərin hökmdarı Şu 
adlı bir gənc idi. Balasaqunda Şu qalasında böyük bir ordu ilə oturmuşdu. Kimsədən xəbərsiz bir dəstə 
göndərmişdi ki, İsgəndər ordusunun hərəkətlərinə nəzarət etsin. 
 
Şunun bir gümüş hovuzu vardı.  İçərisində qazlar, ördəklər üzürdülər. Gənc hökmdar isə onları 
seyr edib dincəlirdi. Ordu başçıları ondan soruşanda ki, "İsgəndər gəlir, nə edək? Döyüşəkmi, ya?..", o, 
cavabında dedi: "Bu qazlara, ördəklərə baxın, görün necə üzürlər".
 
 
Xalq gördü ki, dünya hökmdarın vecinə deyil, nə döyüşə hazırlaşır, nə də bir yana qaçmaq fikri 
var.
 
 
Şunun göndərdiyi öncüllər gəlib xəbər gətirdilər ki, İsgəndərin qoşunları yaxınlaşır. Hökmdar 
gecə ilə yürüş  əmrini verdi. Hazırlıqsız xalq əlinə  nə keçdisə minib Şunun arxasınca getdi. Minik tapa 
bilməyən 22 kişi ailəsi ilə yurdda qaldı. Onlar nə edək deyə düşünərkən daha iki kişi ailələri ilə oraya ya-
xınlaşdı. Dedilər ki, bu hərif (İsgəndər) gəldi-gedərdi, necə olsa çıxıb gedəcək, yurdumuzu tərk etməyək. 
Həmin iki kişiyə "qal aç" dedilər, onların övladları indi "qalac" (kalaç/xalaç) adlanır.
 
 
İsgəndər qoşunu ilə gəlib haqqında söhbət gedən 22 kişini gördü. Onların üzlərindəki əlamətlərə 
baxıb, kimsədən soruşmadan "türk manənd" dedi (yəni "türkə bənzəyirlər" ). İsgəndərin həmin sözü ilə bu 
kişilərin adı "türkmən" olaraq qaldı. Türkmənlər 24 boydur. 2 boy qalaçlardır ki, onlar 22 boy əsl 
türkmənlərdən fərqlənirlər.
 
 Türklərin hökmdarı Şuya gəlincə, o, Çin tərəfinə keçdi. İsgəndər də onun ardınca düşdü. Uyğurda 
Şu  İsgəndərin önünə  gənclərdən ibarət bir qoşun göndərdi. Onlar İsgəndərin öncüllərinə gecə basqını 
edib, onları məğlub etdilər.
 
 Sonra 
İsgəndər Uyğurda  şəhərlər saldı. Bir müddət oralarda qaldıqdan sonra çəkildi getdi. 
İsgəndər gedəndən sonra Şu geriyə döndü. Balasaquna gəlib  Şu  şəhərini saldı. Oraya tilsim qoydurdu. 
İndiyə qədər leyləklər o şəhərin önünə gəlir, ancaq o yana keçə bilmirlər. Tilsim öz qüvvəsini bu günə 
qədər saxlayır.
 
 
Qədim türk dastanlarında,  əfsanələrində Makedoniyalı  İsgəndərlə bağlı  əhvalatlara təsadüf 
olunması dünyanın böyük cahangirinin yürüşlərinə, yəni konkret tarixi hadisələrə türk epos təfəkkürünün 
reaksiyasını göstərir: həmin reaksiyanın məzmununu bu cür ümumiləşdirmək olar ki, Makedoniyalı  İs-
gəndər nə qədər məğlubedilməz sərkərdə, nə qədər müdrik hökmdar olsa da, türk dünyası üçün "gəldi-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə