Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   11   12   13   14   15   16   17   18   ...   69

 1) 
XVII—XVIII 
əsrlərdən etibarən türk xalqları, yaxud millətləri (bununla əlaqədar olaraq türk 
milli  ədəbi dilləri) formalaşmağa başlayır ki, bu proses istər-istəməz ümumtürk ədəbi dilini (türkini) 
etnik-mədəni əsaslardan tədricən məhrum edir; 
 2) 
müstəqil türk dövlətlərinin meydana çıxması, həmin dövlətlərin az-çox sabit sərhədlərinin 
müəyyənləşməsi, milli intibah hərəkatı  və s. stixiyalı bir şəkildə olsa da bu və ya digər türk ədəbi dili 
üçün özünəməxsus sosial-kulturoloji inkişaf meyilləri müəyyən edir; 
 
3) türk xalqları, millətləri (və dövlətləri) arasındakı orta əsrlərə məxsus fəal iqtisadi, ictimai-siyasi 
və  mədəni-ədəbi  əlaqələr yeni dövrdə kifayət qədər passivləşir, bu cür əlaqə  zəifliyi türkinin tarixi 
coğrafiyasının dağılmasına gətirib çıxarır; 
 
4) ümumtürk mədəniyyət mərkəzləri süqut edir, bunun əvəzində isə ayrı-ayrı dillərin inkişafı 
üçün sosial-mədəni şərt olan milli mərkəzlər meydana çıxır və s. 
 XVII—XVIII 
əsrlərdə formalaşmaqda olan milli (müasir) türk dilləri ilə tənəzzül dövrü keçirən 
türki (onun regional formaları) arasında sıx, çoxspektrli əlaqələr olmuşdur. Türkinin yazı-kitab dili 
normaları ədəbiləşmə prosesi keçirən xalq-folklor dili üçün nümunə təşkil etmiş və beləliklə, milli türk 
ədəbi dilləri türkinin regional təzahür formalarının bilavasitə "nəzarəti" altında formalaşmışdır: 
 a) 
Şərq (Türküstan) türkisi — özbək, uyğur ədəbi dilləri; 
 b) 
Şimal-Qərb (qıpçaq)  əvvəl tatar, başqırd, sonra qazax, qırğız, kumık, daha sonra qaraçay — 
balkar, noqay, qaraqalpaq, altay ədəbi dilləri; 
 c) 
Cənub-Qərb (oğuz) türkisi — Azərbaycan, türk, türkmən ədəbi dilləri. 
 Ümumtürk 
ədəbi dili (türki), buraya qədər deyilənlərdən də göründüyü kimi, türk sistemli ədəbi 
dillər içərisində tarixi mövqeyinə (əhəmiyyətinə) görə heç biri ilə müqayisəyə gəlmir; Asiyanın şərqindən 
Avropanın qərbinə qədər müxtəlif mədəniyyət mərkəzlərində işlənən, müxtəlif xarakterli, üslublu yazılı 
abidələrdə  təzahür edən bu dil orta əsrlər türk təfəkkürünün  əsas ifadə forması kimi geniş yayılmış, 
dünyanın bir sıra mükəmməl ədəbi dillərinə meydan oxumuşdur. 
 Türki 
qədim türk ədəbi (epos) dili əsasında təşəkkül tapmış, xüsusilə II minilliyin birinci 
yarısında zəngin bir təkamül tarixi keçirmiş, həmin minilliyin ikinci yarısında isə müasir türk dillərinin 
formalaşması üçün nümunə verməklə öz tarixi-mədəni missiyasını başa çatdırmışdır. 


 
 
QƏDİM (ÜMUM) TÜRK EPOSUNDAN 
ORTA ƏSRLƏR TÜRK-OĞUZ EPOSUNA 
 
 
 Dünyada 
elə bir mükəmməl xalq yoxdur ki, onun özünəməxsus epik təfəkkürü (eposu!) olmasın. 
Epik təfəkkür (epos!) bu və ya digər xalqın təşəkkülü ilə meydana çıxıb formalaşır, bütün tarixi boyu 
həmin xalqa xidmət edir... Lakin heç də dünyanın eposu olan bütün xalqları onu (eposu) vaxtında yazıya 
alıb, özünün (və ümumən dünyanın) möhtəşəm Kitabını (yaxud kitablarını) yaratmırlar... Qədim 
şumerlərin "Gilqamış"ı, yəhudilərin "Tövratı, hindlilərin "Mahabharata"sı, "Ramayana"sı, yunanların 
"İliada"sı, "Odisseya"sı, farsların "Avesta"sı, ərəblərin "Quran"ı, qədim türk (run) kitabələri və s. yazıya 
alınmış eposlardır. 
 Eposunu 
yazıya almış, başqa sözlə, Kitaba çevirmiş qədim xalqlar həmin Kitabları zaman-zaman 
müqəddəsləşdirmiş, ilahiləşdirmiş, hətta onların "göydən gəlməsi"nə, "vəhy" mənşəli olmasına 
inanmışlar. Və bu, həqiqətən, müqəddəs Kitablar əsrlər, minilliklər boyu eyni mənşəli, yaxud (və daha 
çox!) müxtəlif mənşəli xalqları birgə yaşayış qaydalarına, ictimai nizam-intizama, əxlaqa, mənəvi 
zənginliyə, humanizmə və s. dəvət etmiş, müxtəlif dillərə çevrilməklə ümumbəşəri dəyər qazanmış, bu və 
ya digər istiqamətdə təfsir olunmuş, bir Kitabın işığında minlərlə kitab yazılaraq həmin kitabın məzmunu, 
ideyaları  təbliğ edilmişdir. Lakin bu kitablar, təfsirlər,  şərhlər... heç zaman epos təfəkkürünün məhsulu 
olan möhtəşəm Kitabın yerini verə bilməmiş, sirrini, "sehr"ini axıracan açmaq gücündə olmamışdır. 
 Müxtəlif dövrlərdə dünyanın müxtəlif dillərində (və  təbii ki, müxtəlif regionlarda) meydana 
çıxmış eposların (və Kitabların) ideya-məzmunca yaxınlığı heyrət doğurur, hələ onu demirik ki, bir sıra 
müxtəlif eposların (və Kitabların) personajları da eynidir. Həmin yaxınlıqlar (və eyniliklər) müxtəlif nə-
zəriyyələrin yaranmasına səbəb olmuş, lakin etiraf etmək lazımdır ki, heç bir nəzəriyyə bu mürəkkəb 
problemə tam aydınlıq gətirə bilməmişdir... 
 Bununla 
belə, tamamilə aydındır ki, müxtəlif dillərə, mədəniyyətlərə, xalqlara bölünmüş 
Dünyanın bütövlüyü, vəhdəti barəsində bəhs etmiş böyük mütəfəkkirlər (İ. Kant, G. V. Hegel,  
K. Marks) hər hansı halda haqlıdırlar. 
 Dünya 
epos 
mədəniyyətinin üzvi tərkib hissəsi olan türk epos mədəniyyəti üç mərhələdən keçir: 
 1. 
Qədim türk epos mədəniyyəti. 
 2. 
Orta 
əsrlər türk epos mədəniyyəti. 
 
3. Yeni dövr türk epos mədəniyyəti. 
 
Qədim türk epos mədəniyyəti e.ə I minilliyin ortalarından b.e. I minilliyinin ortalarına qədərki 
dövrü  əhatə edir. Həmin mədəniyyətin yazıya transformasiyası isə I minilliyin ikinci yarısına (V—X 
əsrlərə) düşür. Bu dövrdə formalaşan yazı dili orta əsrlər boyu müxtəlif regional tiplərə malik türkinin 
əsasında dayanır. 
 Orta 
əsrlər türk epos mədəniyyəti qədim türk epos mədəniyyətindən fərqli olaraq diferensial 
hadisədir — I minilliyin ortalarından II minilliyin ortalarına qədər mövcud olan həmin mədəniyyət 
aşağıdakı formalarda təzahür edir: 
 I. 
Mərkəzi Asiya, yaxud Türküstan eposu. 
 II. 
Şimal-Qərb, yaxud qıpçaq eposu. 
 III. 
Cənub-Qərb, yaxud oğuz eposu. 
 
Nə mərkəzi Asiya, yaxud Türküstan eposu, nə də Şimal-Qərb, yaxud qıpçaq eposu formalaşdığı 
dövrdə yazıya alınıb Kitaba çevrilmişdir. Cənub-Qərb, yaxud oğuz eposu isə türk-oğuz xalqlarının 
(birinci növbədə Azərbaycan xalqının) mədəniyyət tarixinə "Kitabi-Dədə Qorqud"u vermişdir. Ümumiy-
yətlə, orta əsrlərdə türk dünyasında  ən mükəmməl eposların (və Kitabların) məhz oğuzlar tərəfindən 
yaradılmasının nəticəsidir ki, "oğuznamə" anlayışı meydana çıxıb yayılmışdır. Oğuz türkləri hər cür 
kitabı deyil, bilavasitə xalq təfəkkürünün məhsulu olan kitabları "Oğuznamə" adlandırmışlar. 
 "Oğuznamə"lər həm mövzularına, həm də ideya-estetik xarakterlərinə görə  əslində 
"Türknamə"lər olub, ümumən türk epik təfəkkürünü əks etdirirlər. 
 
Yeni dövrün türk epos mədəniyyəti həm qədim türk, həm də orta əsrlər türk (Mərkəzi Asiya, 
qıpçaq, oğuz) epos mədəniyyətləri ilə  əlaqədə olsa da, kifayət qədər orijinal hadisədir. Qeyd etmək 
lazımdır ki, heç də bütün müasir türk xalqları  təşəkkül dövründə özlərinə  məxsus mükəmməl epos 
yaratmamışlar; bu isə, görünür, onun nəticəsidir ki, həmin xalqlarda (söhbət mükəmməl eposu olmayan 
türk xalqlarından gedir) təşəkkül prosesi lazımi sosial-mənəvi səviyyədə getməmişdir. Lakin özbəklərin 
"Alpamış", qırğızların "Manas", qazaxların "Koblandı Batır", Azərbaycan türklərinin (eləcə  də Türkiyə 
türklərinin, türkmənlərin) "Koroğlu" eposları  nə  qədər qədim mənbələrdən nəşət etsələr də, həmin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə