Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

*   *  

 
 Azərbaycan türkcəsinin — ümumxalq Azərbaycan dilinin formalaşdığı dövrün sonlarına doğru 
Azərbaycanda (və  həmhüdud regionlarda) yazı dili olaraq türki fəaliyyət göstərir. Nəsimidən Füzuliyə 
qədər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri məhz bu dildə yazıb yaratmışlar. 
 Ümumtürk 
ədəbi dili (türki) barədə aparılmış araşdırmalar (xüsusilə 50-ci illərdən sonra) 
gözlərimiz önündə, min ilə qədər tarixi olan mükəmməl bir dil təzahürünün mənzərəsini cızır. Həmin dil 
təzahürü orta əsrlər türk bədii, elmi, ictimai-siyasi... təfəkkürünün  əsas ifadə forması olmuş, XVII—
XVIII  əsrlərdə isə milli (müasir) türk ədəbi dillərinin formalaşmasına  əhəmiyyətli təsir göstərmişdir. 
Ümumtürk ədəbi dilinin (türkinin) təşəkkülü, təkamülü — gələ-gələ regional xüsusiyyətlər kəsb etməsi, 
tənəzzülü — milli (müasir) türk ədəbi dillərinin formalaşması türkologiyanın aktual problemlərindən biri 
olaraq qalır: ümumtürk ədəbi dili (türki) nə zaman, hansı linqvistik, etnokulturoloji, sosial-siyasi əsaslar 
üzərində təşəkkül tapır? Nə cür inkişaf edir? Necə regionlaşır? Türkinin regionlaşması ilə milli (müasir) 
türk  ədəbi dillərinin təşəkkülü arasında hansı münasibətlər mövcuddur?.. kimi suallar müasir türk 
dilçiliyini, ümumən filologiyasını düşündürməkdədir. Və türkinin ümumtürk mədəniyyəti tarixində 
oynadığı rolun miqyasını təsəvvür etmək üçün təkcə onu demək kifayətdir ki, II minilliyin əvvəllərindən 
(Y. 
Balasaqunlunun "Kutadqu biliq"indən,  Ə. Yüqnəkinin "Atibət-ül-həqaiq"indən,  Ə. Yasəvinin 
"Divani-hikmət"indən) XVII-XVIII əsrlərə (...Əbülqazi xanın "Şəcəreyi-tərakiməsi"nə, bir sıra rəsmi-
işgüzar sənədlərə) qədər yüzlərlə, minlərlə bu və ya digər dərəcədə mükəmməl yazılı abidə  məhz bu 
dildə, yaxud onun müxtəlif (əsasən üç) regional təzahür formalarında qələmə alınmışdır. Orta əsrlərdə 
türk  şairləri, mütəfəkkirləri, ictimai-siyasi (dövlət) xadimləri... türkidə  nə  qədər böyük əsərlər 
yazmışlarsa, həmin əsrlərin türk katibləri, xəttatları, rəssamları da eyni dərəcədə böyük ustalıqla, şövqlə 
həmin əsərlərin üzünü köçürmüş, gözəl sənət nümunələri (əlyazma kitabları) yaratmışlar. 
 Lakin 
müəyyən cəhdləri çıxmaq  şərti ilə, ümumtürk ədəbi dili (türki) bu günə  qədər  ətraflı (və 
düzgün elmi metodologiya ilə) araşdırılmamışdır ki, bunun da səbəbləri əsasən aşağıdakılardan ibarətdir:  
 1) 
xüsusilə əsrimizin 30-cu illərindən etibarən türkologiyada hər bir müasir türk dilinin (eləcə də 
xalqının) tarixini "müstəqilləşdirmək", faktiki olaraq ümumtürk kontekstindən çıxarmaq, hər bir türk 
xalqı üçün "müstəqil" genezis uydurmaq tendensiyası mövcud olmuşdur;  
 
2) "sovet türkologiyası", ümumiyyətlə, türkcənin tarixini canlı funksional bir proses kimi, geniş 
mənada dünya mədəniyyəti tarixinin üzvi tərkib hissəsi kimi deyil, əlaqəsiz hadisələr yığımı, bir növ 
"muzey materialı" kimi təqdim etmiş, "tarixi qrammatika" hər yerdə "ədəbi dil tarixi"ni üstələmişdir;  
 
3) ümumtürkoloji miqyasda işləməyə, araşdırmalar aparmağa qadir olan kadrların yetişməsi üçün 
(xüsusilə milli respublikalarda) nəinki şərait yaradılmamış, əksinə, bu cür araşdırmalar Moskva tərəfindən 
ardıcıl olaraq məhdudlaşdırılmış və ciddi nəzarətə götürülmüşdür. 
 
Lakin bu bir həqiqətdir ki, ümumtürk ədəbi dili (türki) düzgün metodologiya ilə (və  hərtərəfli) 
öyrənilməsə, müasir (milli) türk ədəbi dillərinin mənşəyi, tipologiyası barədə az-çox elmi bir söz demək 
çətindir. 
 
Hər bir mükəmməl  ədəbi dil təzahürü kimi, türki də  təşəkkül, təkamül və  tənəzzül dövrləri 
keçirmişdir:  
 1. 
Təşəkkül dövrü (IX-XII əsrlər) . 
 2. 
Təkamül (regionallaşma) dövrü (XIII—XVI əsrlər) . 
 3. 
Tənəzzül (süqut) dövrü (XVII-XVIII əsrlər). Müşahidələr göstərir ki, ümumtürk ədəbi dilinin 
(türkinin) ilk, eyni zamanda yüksək normativliyə, funksional-üslubi imkanlara malik nümunələri XI—XII 
əsrlərdə meydana çıxır, bu isə o deməkdir ki, türki bu və ya digər  şəkildə  təxminən I minilliyin 
sonlarından (təxminən IX əsrdən) mövcuddur. I minilliyin sonu, II minilliyin əvvəllərində Türküstanda 
(xüsusilə  Şərqi Türküstanda) olduqca intensiv gedən ictimai-siyasi, etnokulturoloji proseslər türkinin 
formalaşmasına əsaslı təsir göstərir ki, həmin proseslər aşağıdakılardır:  
 a) 
müxtəlif türk etnoslarının — tayfalarının, yaxud boylarının, tayfa birliklərinin (türk budun), 
eləcə də mənşəcə türk olmayan türkdilli etnosların Türküstanda, xüsusilə onun Şərqində təmərküzləşməsi, 
Türküstanın çox sürətlə türklüyün etnocoğrafi mərkəzinə çevrilməsi;  
 b) 
yazı mədəniyyətinin (burada söhbət kağız üzərində yazıdan gedir) əvvəlki dövrlərlə müqayisə 
olunmayacaq qədər inkişaf etməsi, ərəb əlifbasının türk mədəni mühitində yayılması və s.  
 Türkinin 
təşəkkülünün etnolinqvistik şərti, XI əsrin böyük türkoloqu M. Kaşqarinin dahiyanə bir 
aydınlıqla göstərdiyi kimi, müxtəlif türk tayfa dillərinin ədəbi səviyyədə təmərküzləşmə-inteqrasiyasıdır. 
"Divani-lüğət-it-türk" müəllifi,  əsərinin  əsas ideyası olan həmin  ədəbi təmərküzləşmə-inteqrasiya 
mövqeyində duraraq, müxtəlif türk tayfa dillərinə  məxsus fonetik, leksik və qrammatik xüsusiyyətləri 
təbii haldan daha çox "normadan yayınma", "normanı pozma" kimi şərh edir. Bu isə o deməkdir ki, I 
minilliyin sonu — II minilliyin əvvəllərində (IX—XI əsrlərdə), bir tərəfdən, türk tayfa dillərinin (oğuz, 


qıpçaq, karluq-uyğur...) diferensiasiyası gedirsə (xalq dili səviyyəsində), digər tərəfdən, ədəbi dil, yaxud 
yazı dili səviyyəsində təmərküzləşmə-inteqrasiya güclənir. 
 V—X 
əsrlərdə Mərkəzi Asiyada geniş yayılan dialektfövqü (demək olar ki, ədəbi) dil təzahürləri 
türkinin təşəkkülü üçün mənbə olmuşdur; həmin dövrə aid yazılı abidələrin (qədim türk yazılı 
abidələrinin ) dili üzərindəki müşahidələr göstərir ki, qədim türkcə (türkiyə qədərki yazılı türkcə) kifayət 
qədər yüksək normativliyə malik olub, hansısa siyasi hegemonluğa çatmış bir tayfanın dili, yaxud 
müxtəlif türk tayfa dillərinin mexaniki (necə  gəldi) yığımı deyil, mükəmməl, mərkəzləşmiş, hətta 
konservativ bir epos dilidir. Bu dil ən azı şifahi şəkildə, yaxud şifahi ədəbi dil olaraq min illik bir təkamül 
dövrü keçmişdir ki, onun da ən azı yarısı yazılı dövrdür... 
 
Qədim türk yazılı abidələrinin dili də ümumtürkcədir, lakin bununla (qədim türkcə ilə ) türki 
arasında əsaslı fərqlər vardır:  
 a) 
qədim türkcə,  əsasən, V—X əsrlərdə yazı dili kimi işlənmiş, türk epos təfəkkürünün ifadəsi 
olan, xalq dili ilə əlaqəsi "üzülməmiş", dialektfövqü (demək olar ki, ədəbi) dil təzahürüdür, türki isə orta 
əsrlərin bundan sonrakı dövründə mövcud olmuş, daha geniş coğrafiyanı əhatə edən, daha çox stilizasiya 
imkanlarına malik, daha ədəbi dil təzahürüdür; 
 b) 
qədim türkcə, əsasən, öztürkcədir, türki isə geniş, intensiv və ardıcıl beynəlxalq ədəbi-mədəni 
dil münasibətləri meydanında olub, həmin münasibətləri (başqa dillərin təsirini) bilavasitə əks etdirir;  
 c) 
qədim türkcə run, sonra isə uyğur əlifbasında, türki isə əsasən ərəb əlifbasında yazılmışdır. 
 Bununla 
belə, türki qədim türkcənin varisidir. Və  həmin varislikdə uyğur yazılı abidələrinin 
(IX—XI  əsrlər) dili kifayət qədər  əhəmiyyətli mövqeyə malikdir; qədim türkcənin türkiyə, yəni 
keyfiyyətcə yeni hadisəyə "çevrilməsində" uyğur yazılı abidələrinin dili özünəməxsus keçid mərhələsi 
təşkil edir. Qədim türkcəni etnik (milli) zəmində saxlayan, "yad" ünsürlərin müdaxiləsinə, demək olar ki, 
imkan verməyən "qədim türklər"dən fərqli olaraq, uyğur türkləri türkcəni müxtəlif dillərin (Hind, Çin, 
Tibet, İran və s.) təsiri üçün açdılar, müsəlman türklər isə daha da irəli gedərək türkcəni ərəb, fars dilləri 
qarşısında, demək olar ki, müdafiəsiz qoydular. 
 I 
minilliyin 
sonlarında türkinin norma mənzərəsinin necə olacağını müəyyən edən həm linqvistik, 
həm də ekstralinqvistik prinsiplər qərarlaşır ki, bunlar əsasən aşağıdakılardan ibarətdir:  
 
1) I minilliyin ortalarında formalaşmış  qədim türkcənin, bu və ya digər dərəcədə "uyğur 
türkcəsi"nin norma-struktur, funksional-üslub ənənələri, "təcrübə"si davam etdirilir;  
 2) 
türkcə müsəlman dünyagörüşü, ideologiyası baxımından xüsusilə leksik-semantik sahədə 
müəyyən "redaktəyə" məruz qalır;  
 3) 
İslam xalqlarının — ərəblərin, farsların dillərinin türkcəyə  təsiri üçün geniş  mədəni-ideoloji 
meydan açılır;  
 4) 
ərəb əlifbası əsaslı bir dəyişikliyə uğramadan türkcənin (türkinin) əlifbası olur;  
 5) 
türkinin 
geniş coğrafiyada (Şərqi Türküstandan Avropanın içərilərinə  qədər) fəaliyyəti, 
müxtəlif regionlarda türk xalq (tayfa) dillərinin, yaxud ləhcələrinin təsirinə müxtəlif cür reaksiya verməsi 
ilə əlaqədar, onun (türkinin) regional təzahür formalarının təşəkkülü üçün şərait yaranır. 
 IX—XI 
əsrlərdə türkinin hansı etnolinqvistik əsasda təşəkkül tapdığını müəyyənləşdirməyə 
imkan verən ən mühüm mənbə M. Kaşqarinin "Divani-lüğət-it-türk"üdür. "Divan" müəllifi müxtəlif türk 
tayfa dilləri ilə yanaşı, həmin tayfa dillərinin (dialektlərinin) fövqündə dayanan "xaqaniyyə türkcəsi"ndən 
bəhs edir. "Xaqaniyyə türkcəsi" oğuz, qıpçaq və karluq-uyğur xüsusiyyətlərinin funksional 
inteqrasiyasından ibarət olub, XI—XII əsrlər türk ədəbi dilinin əsaslarını təşkil etməkdədir. 
 "Divani-lüğət-it-türk" türkinin mənbələri barədə elmi-linqvistik məlumat verməklə yanaşı, orta 
əsrlər türk, yaxud ümumtürk ədəbi dilinin (türkinin) ilk nümunələrini əks etdirir: 
 
Körklük topuğ özünqə, 
Tatlığ aşığ azınqa, 
Tutqıl qonuq ağırlığ, 
Yazsun çavın budunqa. 
 Yaxud: 
 
Bardı ərən qonuq bulub qutqa saqar, 
Qaldı alığ oyuq görüb evni yıqar. 
 
 XI—XII 
əsrlərdə M. Kaşqarinin "Divan"ı ilə  aşağı-yuxarı eyni dövrdə Y. Balasaqunlunun 
"Kutadqu biliq" (XI əsr),  Ə. Yüqnəkinin "Atibət ül-həqaiq" və  Ə. Yasəvinin "Divani-hikmət" (XII əsr) 
əsərləri meydana çıxır. Bu əsərlərin, eləcə də "Qurani Kərim"in türkcə tərcümə-təfsirlərinin (İslamın türk-
lər arasında daha sürətlə yayılmasına çalışan Buxara ruhaniləri bu zaman hətta mövcud ənənəni pozaraq 
"Quran"ın "ilahi" ərəb dilindən türkcəyə çevrilməsini təqdir edən fitva vermişdilər) dili türkinin təşəkkül-
formalaşma prosesinə əhəmiyyətli təsir göstərmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə