Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

Qafqazın  Şimalı ilə  əlaqələrini get-gedə itirirdilər. Beləliklə, Azərbaycanda etnolinqvistik 
konsentrasiyanın əsasını təşkil edəcək etnik komponent formalaşmışdı. 
 
Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, buna da səbəb qıpçaqların 
Şimali Qafqazı  və  ətraf regionları  əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. 
Ümumiyyətlə, qıpçaqlar I minilliyin ortalarından başlayaraq müxtəlif mənbələrdə müxtəlif adlarla 
adlanmışlar: beçeneqlər, kumanlar, poloveslər, xəzərlər... Buraya həmin dövrdən (I minilliyin 
ortalarından ) etibarən qıpçaqlaşmış hun tayfalarının (sabir-suvar, avar, bulqar...) mənbələrdə artıq o 
qədər də tez-tez xatırlanmayan adlarını da əlavə etmək lazım gəlir. 
 
Və prinsip etibarilə, I minilliyin sonu, II minilliyin əvvəllərinə qədər müxtəlif dövrlərdə Şimaldan 
(əsasən Dərbənd keçidindən) Azərbaycana gələn türk tayfalarının hamısı yazılı  mənbələrin yaddaşında 
nəticə etibarilə qıpçaq türklərinə məxsus dil xüsusiyyətlərinin daşıyıçısı kimi qalmışlar. Bunun aşağıdakı 
səbəbləri vardı:  
 
a) I minilliyin ortalarına qədər Azərbaycana yürüş edən (burada məskunlaşan, yaxud geriyə — 
Şimali Qafqaza qayıdan) türklər — hun türkləri qıpçaqların bilavasitə varisi olmuşlar;  
 
b) I minilliyin ikinci yarısında Azərbaycana yürüş edən (əsasən, burada qalıb məskunlaşan) 
qıpçaqlar o qədər böyük qüvvə idilər ki, özlərinə qədərki hər hansı qeyri-qıpçaq xüsusiyyətini (əgər var 
idisə!) unutdurdular. 
 Araşdırmalar göstərir ki, ilk orta əsrlərin Bizans, erməni və gürcü mənbələrində bu və ya digər 
münasibətlə işlənmiş türk sözləri onların dilinə məhz qıpçaq türkcəsindən keçmişdir — həmin sözlər nə 
qədər dəyişikliklərə məruz qalsa da, yenə qıpçaq türkcəsinin fonetik xüsusiyyətlərini əks etdirir: ot//xot, 
voçxor//koçxor, alp, xaqan, xatun, tenq, çiçək, arık, tarxan, ayıt  və s. Qıpçaq türkləri Qafqazın nə 
Şimalında, nə  də  Cənubunda (Şimali Azərbaycanda) heç bir yazılı abidə qoymamışlar. Türküstanda 
yaşayan oğuzlardan, karluqlardan fərqli olaraq, görünür, hunların və onların bilavasitə etnokulturoloji 
varisi-davamı olan qıpçaqların yazısı,  əlifbası olmamışdır.  Əslində,  İslamın qəbulu ilə  əlaqədar  ərəb 
əlifbası türk dünyasında geniş yayıldığı dövrdə də qıpçaqlar (xüsusi şəraitə düşmüş məmlükləri çıxmaq 
şərti ilə ) yazı-pozuya o qədər fikir verməmiş, bir sıra praktiki xarakterli yazılı abidələr (əsasən, lüğətlər) 
yaratmaqla kifayətlənmişlər. Bununla belə, onların zəngin şifahi ədəbiyyatları (və mükəmməl şifahi ədəbi 
dilləri!) olmuşdur. 
 I 
minilliyin 
sonlarına doğru qıpçaqlar Azərbaycandakı etnosiyasi mövqelərini artıq yavaş-yavaş 
itirir, oğuz fütuhatı öz gücünü bütün aydınlığı ilə hiss etdirirdi. 
 M. 
Kaşqari "Divani-lüğət-it-türk"də türk tayfalarının, xalqlarının Qərbdən Şərqə doğru aşağıdakı 
şəkildə yerləşdiklərini qeyd edir: "Bizans-Rum ölkəsinə  ən yaxın olan boy beçənəkdir, sonra qıpçaq, 
oğuz, yemək, başqırt, başmil, qay, yabaqu, tatar, qırğız gəlir. Qırğızlar Çin ölkəsinə yaxındırlar". VII—
VIII əsrlərdə öz passionarlıq dövrünə qədəm qoyan karluq türkləri Türküstandan qıpçaq türklərini Şimal-
Qərb, oğuz türklərini isə  Cənub-Qərb istiqamətində  sıxışdırmağa başladılar. Və beləliklə, oğuzların 
Azərbaycana VII—XI əsrləri əhatə edən kütləvi axınları başlandı. Həmin axınlar IX—XI əsrlərdə o qədər 
güclü oldu ki, onlara Azərbaycandakı qıpçaq türkləri (ümumən, Azərbaycan əhalisi) nə hərbi-siyasi, nə də 
mənəvi müqavimət göstərə bildi. İslamı qəbul etmiş, onun bayrağı altında sıx birləşmiş oğuz türklərinin 
Azərbaycana, buradan da Kiçik Asiyaya yürüşləri, xüsusilə Azərbaycanda, demək olar ki, maneəsiz 
keçdi. Lakin müəyyən ictimai-siyasi stabillik yarandıqdan sonra qıpçaq xanları, məlikləri bir neçə  əsr 
ərzində Azərbaycanın  Şimalında məskunlaşmağa çalışan oğuz  əsilzadələrinə qarşı, uğursuz da olsa, 
mübarizə aparmış, hətta yeri gəldikcə, qeyri-türk mənşəli xalqlar, tayfalar ilə müəyyən dostluq 
əlaqələrinə, mənəvi-siyasi ittifaqa belə girməkdən çəkinməmişlər. 
 Azərbaycan dilinin milli əsaslar üzərində yenidən formalaşdığı XVII—XVIII əsrlərə qədər onun 
lüğət tərkibində qıpçaq sözlərilə oğuz sözlərinin paralelliyi (sinonimliyi) mövcud olmuşdur: ata-baba, çöl-
yazı, çağırmaq-oxumaq, aytmaq-demək, payız-güz, yaxşı-iyi//yey, getmək-varmaq, etmək-qılmaq, 
vermək-sunmaq, doymaq-qanmaq, bayır-dişarı, çatdırmaq-ilətmək, isti-sıcaq, qabaq-qarşı, mən-bən və s. 
XVII—XVIII  əsrlərdə  həmin paralellik Türkiyə türkcəsində yalnız oğuz komponentinin, Azərbaycan 
türkcəsində isə bir halda oğuz, digər halda qıpçaq komponentinin xeyrinə aradan qalxır, bu isə o deməkdir 
ki, Azərbaycan etnolinqvistik təfəkküründə hər iki türk etnosunun mənəvi-mədəni marağı bu və ya digər 
həcmdə, keyfiyyətdə ehtiva olunmuşdur. 
 XI—XII 
əsrlərdə (və  əslində sonrakı  əsrlərdə  də) Azərbaycana "gəlmə" oğuzların "yerli" 
qıpçaqlardan üstünlüyü yalnız Azərbaycan miqyaslı bir hadisə deyildi. Və ümumiyyətlə, Azərbaycanda 
gedən etnosiyasi proseslər (həmin proseslərin  ən mühüm nəticəsi olan Azərbaycan xalqının təşəkkülü 
hadisəsi!) ümumən türk dünyasında özünü göstərən daha möhtəşəm proseslərin tərkib hissəsi idi. Lakin 
çox təəssüf ki, uzun zaman Azərbaycan dili tarixinin əksər araşdırıcıları  məsələnin bu cəhətinə fikir 
verməmiş, genişmiqyaslı etnosiyasi proseslərin Azərbaycan miqyasındakı  əks-sədasını öyrənməklə öz 
işlərini bitmiş hesab etmişlər ki, bu da Azərbaycan xalqının (və dilinin) təşəkkülü kimi əhəmiyyətli bir 
məsələnin lazımi səviyyədə araşdırılmasına imkan verməmiş, tədqiqatlar olduqca dar coğrafi miqyasda 


aparılmışdır. Ona görə də Qafqazda mövcud olan müasir superetnosların — azərbaycanlıların, gürcülərin 
və ermənilərin etnik tarixinin eyni bir metodologiya ilə tədqiqinə çalışılmışdır. 
 Bizim 
fikrimizcə, orta əsrlərdə Azərbaycanda baş verən mürəkkəb etnolinqvistik proseslər 
aşağıdakı geniş (dünya!) miqyaslı hadisələrin bilavasitə təsiri ilə getmişdir:  
 1) 
Eramızın ilk əsrlərindən etibarən hun türklərinin  Şərqdən Qərbə yürüşləri.  Şimali Qafqazın, 
ümumən Dəşti-Qıpçağın "türkləşməsi", Azərbaycanda  əvvəl hun türklərinin, sonra isə  qıpçaqların 
məskunlaşması.  
 
2) I minilliyin sonu, II minilliyin əvvəllərində qıpçaq erasının bitib, oğuz erasının başlanması — 
İslamı qəbul etmiş oğuz türklərinin bütün Türküstana, Azərbaycana, Kiçik Asiyaya yayılması, qıpçaqların 
Şimali Qafqazdan Azərbaycana müdaxilələrinin dayanması, oğuzların beynəlxalq miqyasda nüfuzunun 
güclənməsi, qıpçaqların dünyadan təcrid olunması.  
 3) 
Orta 
əsrlərin sonlarında oğuz türklərinin tarixi bütövlüyünün təbii olaraq dağılması, 
Azərbaycanın əsasən oğüzlardan ibarət cəmiyyətinin etnolinqvistik hüdudlarının müəyyənləşməsi.  
 
Və beləliklə, Azərbaycan etnokulturoloji sisteminin formalaşması ilə həmin sistemin coğrafiyası 
da müəyyənləşir; əsasən oğuz türklərinin məskunlaşdığı Türkmənistan—Azərbaycan—Türkiyə arasında 
mədəni-mənəvi sərhədlər qərarlaşır, bunun nəticəsi olaraq Azərbaycandakı  oğuz türklüyü daxili 
(Azərbaycandaxili) həyat yaşamağa tədricən daha çox şərait  əldə edir, Azərbaycan xalqının (və 
etnokulturoloji sisteminin) formalaşması prosesində qıpçaq türklüyü ilə oğuz türklüyü arasında çoxtərəfli 
ünsiyyət miqyası müəyyənləşir, yəni həmin ünsiyyət artıq müəyyənləşmiş coğrafiyada gedir. 
 Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin  ən gərgin dövrü IX—XI əsrləri  əhatə edir; həmin 
dövrün etnosiyasi, linqvokulturoloji proseslərini  əks etdirən "Kitabi-Dədə Qorqud"da qıpçaq-oğuz 
münasibətləri ümumi şəkildə qeyri-müəyyən coğrafiyada deyil, Azərbaycan (əsasən onun Şimalındakı 
hadisələrdən bəhs etməklə) miqyasında təqdim olunur. Bu isə o deməkdir ki, "Kitab"da (ümumiyyətlə, 
"Kitabi-Dədə Qorqud" dastanında) ümumtürk epos təfəkkürü, əgər belə demək mümkünsə, hüdudlanır — 
həmin "hüdudlanma" özünü aşağıdakı sahələrdə xüsusilə göstərir:  
 
1) regionun ictimai-siyasi mənzərəsinə, problemlərinə uyğunlaşma; 
 
2) regionun coğrafiyasına, landşaftına, toponimiyasına uyğunlaşma; 
 
3) regionun dil-dialekt normalarına yaxud xüsusiyyətlərinə uyğunlaşma. 
Qıpçaq-oğüz münasibətinin bu və ya digər  şəkildə  məhz Azərbaycan miqyasında həll edilməsi 
formalaşmaqda olan Azərbaycan superetnosunun, eyni mənşəli olmalarına baxmayaraq, biri digərindən 
artıq ayrılmış çoxsaylı qeyri-türk komponentlərini də hərəkətə gətirirdi. Onlar həmin superetnosun üzvi 
tərkib hissəsi, ölkənin tam hüquqlu sahibi kimi öz məhdud fəaliyyət coğrafiyası olan dillərini saxlamaqla 
yanaşı, ümumünsiyyət dilindən — Azərbaycan türkcəsindən istifadə edirdilər... 
 
Və  nə  qədər paradoksal olsa da, xüsusilə XI-XII əsrlərdə Azərbaycanda  ədəbi dil olaraq fars 
dilinin geniş  işlənməsi, bir sıra tədqiqatçıların güman etdiyi kimi, heç də ölkə  əhalisinin  əksəriyyətinin 
İran mənşəli etnoslardan ibarət olmasının, yaxud Atropatena və ya Sasanilər dövrü dil-ünsiyyət ənənələri-
nin hələ (XI—XII əsrlərə  qədər!) davam etməsinin nəticəsi deyildi. Saraylarda, mədəniyyət 
mərkəzlərində farsdilli mühiti yaradan farslar deyil, oğuz türkləri idilər ki, türk dili tarixinin görkəmli 
tədqiqatçısı  Əhməd Cəfəroğlu məhz bu işlərinə — türk dilini fars, ərəb dilləri qarşısında müdafiəsiz 
qoyduqlarına görə fundamental "Türk dili tarixi" kitabında onları qınayır, lakin böyük türkoloq nəzərdən 
qaçırır ki, bu, türklərin (oğuz-səlcuqların) ana dilinə laqeydlikləri, yaxud böyük mədəniyyət qarşısında 
heyranlıqları, həmin mədəniyyətləri təqlid etmələri deyildi, onlar həm bir türk, həm bir fars, həm də bir 
ərəb kimi düşünmək, özlərini ümumən müsəlman mədəniyyətinin daşıyıcısı kimi aparmaq, bütövlükdə 
müsəlman dünyasına hökm etmək istəyirdilər. Halbuki XI—XII əsrlərdə Azərbaycanda "yerli" qıpçaq 
türklərinin elitası, "gəlmə" oğuz türklərindən fərqli olaraq, türk dilindən başqa hər hansı bir dilə üstünlük 
vermirdilər. 
 Azərbaycanda, xüsusilə onun Şimal dağlıq regionlarında təcrid olunmuş  şəkildə yaşayan qeyri-
türk mənşəli etnoslar (qeyd edək ki, onların əksəriyyəti Qafqaz mənşəlidir) kifayət qədər qədim hadisədir. 
Və tarixən "bir sıra sıxışdırılmış xalqlar çölləri, düzləri qaliblərə tərk edərək dağlara çəkilməli olmuşlar
ona görədir ki, qədim xalqların, dillərin qalıqlarına yer kürəsinin hər yerində  məhz dağlarda, yaxud 
qurunun təcrid olunmuş guşələrində  təsadüf edilir" (İ. Q. Herder).  Bununla  belə, həmin qədim etnoslar 
Azərbaycan xalqının (və dilinin) təşəkkülü prosesində o qədər də  fəal iştirak etməmişlər, onları  təcrid 
olunmuş  həyat tərzindən, çox sonrakı dövrlərin sosial intensivliyi çıxarmış, ümummilli hərəkata qoş-
muşdur. 
 Beləliklə, türk mənşəli Azərbaycan dili eramızın ilk əsrlərindən etibarən Azərbaycanda 
məskunlaşan hun türklərinin, sonra buraya Şimaldan gələn qıpçaqların (əsasən VII—IX əsrlər), Cənubdan 
gələn oğuzların (əsasən IX—XI əsrlər) etnolinqvistik konsentrasiyası  nəticəsində formalaşmış, qədim 
dövrlərdən Azərbaycanda yaşayan müxtəlif mənşəli (Qafqaz, İran, türk) etnosların ümumi ünsiyyət 
vasitəsi olaraq geniş yayılıb inkişaf etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə