Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

birindən o qədər də fərqlənmirdilər... Onlar Səfəvilərdən əvvəl də bu və ya digər dərəcədə siyasi ittifaqda 
olmuş, xüsusilə Qaraqoyunluların, Ağqoyunluların dövründə daha sıx birləşmişdilər. Və bu baxımdan 
Səfəviləri hətta özündən əvvəlki Azərbaycan dövlətlərinin bilavasitə varisi hesab etmək olar. Lakin onu 
da etiraf etmək lazımdır ki, XV əsrdəki kimi, Səfəvilər dövründə də Azərbaycan türk tayfaları hakimiyyət 
uğrunda mübarizədən əl çəkməmişdilər, yerli hakimlər — tayfa başçıları həm bir-birləri ilə münaqişəyə 
girir, həm də Səfəvilər sarayının intriqalarında fəal iştirak edirdilər. 
 I 
Şah İsmayıl (və onun xələfləri) yalnız hakimiyyətlərinin əsas dayağı olan türk tayfalarına deyil, 
ölkə daxilində bu və ya digər dərəcədə nüfuza malik qeyri-türklərə  də  həm sarayda, həm də orduda 
müəyyən yer verirdilər. Bu baxımdan talışları, kürdləri xüsusi qeyd etmək lazım gəlir...  Əlbəttə, 
Səfəvilərin həmin siyasəti təsadüfi deyildi, Azərbaycan cəmiyyətinin etnosiyasi təmərküzləşmə 
ehtiyacından irəli gəlirdi. Və dövlət quruculuğu sahəsində böyük istedadı olan Səfəvilər bu ehtiyacı 
nəzərə almaya bilməzdilər... I Şah İsmayıl (və onun sələfləri!) tərəfindən əsası qoyulmuş dövlətin kifayət 
qədər güclü ideologiyası vardı, "qızılbaşlıq" adlandırıla bilən həmin ideologiya köçəri türk əsilzadələri 
arasında geniş yayılmışdı. Ona görə də Səfəvilər böyük bir coğrafiyada — Azərbaycanda (və həmhüdud 
regionlarda) yaratdıqları dövləti idarə etmək üçün tədricən ordudan daha az istifadə edirdilər.  Əslində, 
haqqında söhbət gedən "qızılbaşlıq" ideologiyası ordunun özündə də böyük birləşdirici rola malik idi. 
 
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna  şübhə etmək, onu, ümumiyyətlə, (?) İran 
dövləti saymaq özünü qətiyyən doğrultmur — O. Əfəndiyevin qeyd etdiyi kimi, dövlətin əsasını qoyanlar 
da, onun yüksəlişini təmin edənlər də Azərbaycanda artıq məskunlaşmış köçəri türk tayfaları idilər; Sə-
fəvilərin dövlətçilik düşüncəsi, inzibati idarə sistemi bütünlüklə qədim türk dövlətçilik ənənələrindən irəli 
gəlirdi. Və dövlətin mərkəzi olan Təbrizdə (o cümlədən də sarayda), orduda türkcə danışırdılar. I Şah 
İsmayıl (və onun xələfləri) ənənəni "pozaraq" bir sıra fərmanlarını farsca deyil, məhz türkcə vermişdilər... 
 Azərbaycan Səfəvilər dövləti bir əsrdən sonra — XVI əsrin sonu, XVII əsrin  əvvəllərində öz 
tarixi tipologiyasını itirsə də, Azərbaycan xalqının formalaşmasında, demək olar ki, həlledici rol oynadı. 
XVII əsrin əvvəllərindən başlayaraq, ümumiyyətlə, regionda nə qədər böyük siyasi hərc-mərclik olsa da, 
xalqın etnik, sosial-siyasi, mədəni konsentrasiyası prosesi kəsilmədi, bu və ya digər şəkildə davam etdi. 
Hətta Azərbaycanın xanlıqlara parçalandığı XVIII əsrin ikinci yarısında da Azərbaycanın mənəvi-ruhi 
bütövlüyü güclənməkdə idi. 
 ... 
Azərbaycan xalqının formalaşması geniş miqyaslı milli intibah hərəkatı ilə müşayiət 
olunurdu... Yalnız belə bir faktı qeyd etmək lazımdır ki, XVI əsrin əvvəllərindən başlayaraq Azərbaycan 
ədəbiyyatının  şedevrləri meydana çıxdı: "Koroğlu" eposu, xüsusi yaradıcılıq enerjisinin məhsulu olan 
aşıq sənəti, xalq dastanları... Və həmin əsasda formalaşan milli yazılı ədəbiyyat, M. V. Vidadi,  
M. P. Vaqif...  Azərbaycan intibahı yalnız dil, ədəbiyyat və  mədəniyyəti  əhatə etmirdi, bütövlükdə milli 
təfəkkürü, xalqın ruhunu hərəkətə  gətirmişdi.  İtaliya, Fransa, İspaniya...  İntibahı kimi, Azərbaycan 
İntibahı da xalqın etnososial, siyasi-ideoloji mədəni təmərküzləşməsinin ən mühüm göstəricilərindən biri 
sayıla bilər. 
 XVII—XVIII 
əsrlərdə Azərbaycan dili — Azərbaycan türkcəsi demokratik təfəkkürün ifadə 
forması olaraq yalnız azərbaycanlılar arasında deyil, Azərbaycanda yaşayan digər xalqlar arasında da 
geniş yayılmış ünsiyyət vasitəsi idi. Ermənilər, gürcülər, dağıstanlılar... Azərbaycan sənətkarlarını təqlid 
edərək Azərbaycan türkcəsində yazıb-yaradır, möhtəşəm Azərbaycan  İntibahının təsirini öz üzərlərində 
hiss edirdilər. Və onu da qeyd etmək lazımdır ki, Azərbaycan  İntibahının bütün gücü ilə  təzahür etdiyi 
XVII—XVIII  əsrlərdə  İran mədəniyyəti, demək olar ki, tənəzzül dövrü keçirirdi — bu da milli 
formalaşma mərhələsində azərbaycanlıların iranlılardan (farslardan) tamamilə  fərqli bir etnokulturoloji 
həyat yaşadığını göstərirdi... 
 Azərbaycan  İntibahı, hər  şeydən  əvvəl, ölkənin daxili oyanışını  təmin edir, müxtəlif vilayətlər, 
regionlar mənəvi-mədəni baxımdan yüksəlirdi. Azərbaycan  İntibahı milli xarakteri etnik (mifoloji) 
təfəkkür  əsasında tərbiyə edir, qədim (ümumi) türk düşüncəsi yaradıcılığın etnotipoloji əsasında 
dayanırdı. Və "arxaik" janrlar — xalq şeiri  şəkilləri yazılı  ədəbiyyatın geniş istifadəsinə verilməklə 
yanaşı, klassik (ümumşərq) şeir janrlarında da formanın "demokratikləşdirilmə"sinə cəhd edilirdi. 
 Azərbaycan  ədəbiyyatının (və  ədəbi dilinin) demokratikləşməsi, yaxud xəlqiləşməsi, həmin 
sahədəki standartların, normaların pozulması ilə müşayiət olunmur. Əksinə, milli (daha doğrusu, 
milliləşmiş!) təfəkkür özünün daha mükəmməl formalarını, modellərini yaradır. Və dilin, ədəbiyyatın, 
mədəniyyətin demokratik əsaslar üzərində "yenidən təşkil"i xalqın etnokulturoloji təmərküzləşməsi 
prosesinə əhəmiyyətli təsir göstərir. 
 ... 
Azərbaycan xalqının formalaşması, heç şübhəsiz, etnoqrafik, sosial-siyasi, mənəvi, mədəni... 
məsələləri özündə ehtiva edən mürəkkəb bir prosesdir. Buraya antropoloji məsələlər də aiddir...  
Ə. S. Sumbatzadə  R. M. Qasımovanın "tədqiqatlarına  əsaslanaraq göstərir ki, türk tayfalarının 
Azərbaycana təxminən on üç əsr davam edən axını, yerli avtoxton əhali ilə qarışması azərbaycanlıların 
antropoloji simasının hər hansı köklü dəyişməsinə gətirib çıxarmadı — bunun əksinə olaraq, gəlmə türk 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə