Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   10   ...   69

 
Hun-qıpçaqların Azərbaycanda, xüsusilə, onun şimalında məskunlaşdıqları  təxminən min illik 
dövrdə türk dili ölkədə kifayət qədər geniş yayılmağa başladı. V—X əsrlərin Qafqaz mənbələrində 
işlənən türkizmlər də bunu sübut edir. Lakin həmin dil yalnız danışıq dili idi. Və ümumiyyətlə, hun-qıp-
çaqların yazısı olmamışdı... Azərbaycan dili tarixinin görkəmli tədqiqatçısı, professor Ə. Dəmirçizadənin 
(eləcə  də onun tələbələrinin) ümumxalq Azərbaycan dilinin III—V əsrlərdə formalaşdığı barədəki 
mülahizəsinə  gəldikdə isə demək lazımdır ki, a) həmin  əsrlər hələ  qədim (ümum) türk dilinin mövcud 
olduğu dövrdür, bu dövrdə  hər hansı müstəqil türk dili barədə, ümumiyyətlə, söhbət gedə bilməz; b) 
Azərbaycanın,  əsasən,  Şimalında, başqa sözlə, Qafqazın cənubunda (yəni xüsusi etnik mürəkkəbliyi ilə 
fərqlənən bir regionda) məskunlaşmış hun-qıpçaqlar nəinki III—V əsrlərdə, hətta bir neçə  əsr sonra da 
Azərbaycan türklüyünün hələ yalnız əsaslarını yaradırdılar. 
 Eramızın ilk əsrlərində Qafqazın cənubunda xristianlıq yayılmağa başladı... Və çox keçmədi ki, 
regionda mövcud olan əsas etnoslar (daha doğrusu, superetnoslar!) — albanlar, gürcülər və ermənilər 
xristian kilsəsinin özlərinə məxsus "variant"larını yaratdılar. Bir-biri ilə mübarizə aparan alban, gürcü və 
erməni kilsələri etnik proseslərə  də bu və ya digər dərəcədə  təsir göstərirdilər... Azərbaycan 
tarixşünaslığında belə bir əsassız fikir mövcuddur ki, guya Ermənistanda yaşayan albanların bir hissəsi 
erməniləşmiş, bir hissəsi isə türkləşmişdir (akademik Z. Bünyadov, professor N. Vəlixanlı). Halbuki 
alban kilsəsi (və albanlar) son dövrə  qədər erməni kilsəsinə (və ermənişləşməyə) qarşı mübarizə 
apardıqları kimi, hun-qıpçaqlarla nə  qədər yaxın sosial-siyasi, mədəni  əlaqələrə girsələr də, heç zaman 
kütləvi surətdə türkləşməmişlər. 
 Azərbaycanın ərəb xilafətinə daxil olması ölkədə (Azərbaycanda) gedən etnik proseslərə müxtəlif 
baxımlardan əhəmiyyətli təsir göstərirdi. Məsələn, Qafqazın cənubuna uzaq Ərəbistandan xeyli miqdarda 
ərəb köçürüldü ki, bunlar xilafətin  şimal sərhədlərini qorumalı, işğalçıların sosial-siyasi dayağı olmalı 
idilər. Yaxud İslam dininin qəbulu prosesində müxtəlif etnoslarda özünüdərk (və ifadə) ovqatı gücləndi... 
Bununla belə, Z. Bünyadovun "ola bilsin ki, Arran əhalisinin bir hissəsi (albanlar) çox tez ərəbləşməyə 
məruz qalıb,  ərəblərlə qaynayıb-qarışmış, sonralar isə  səlcuq türkləri gəldikdən sonra ərəblərlə birlikdə 
türkləşməyə məruz qalmışlar" mülahizəsini əsaslandırmaq çətindir. Həmin sözləri professor  
A. Q. Şanidzenin aşağıdakı fikri barədə  də demək olar: "Qafqaz albanları öz milli simasını itirərək 
qonşularla (başlıca olaraq Azərbaycanın türkdilli əhalisi və ermənilərlə, az miqdarda gürcülərlə  və 
Qafqazın digər xalqları ilə) qaynayıb-qarışmışlar...". 
 
Məsələ burasındadır ki, Qafqazın tarixində kifayət qədər möhtəşəm rol oynamış bir cəmiyyətdən 
— "superetnos"dan müasir dövrə udilərdən başqa bilavasitə varis — qalıq qalmamışdır. Tədqiqatçılar isə 
heç cür inanmaq istəmirlər ki, böyük insan ehtiyatlarına malik olması elə bir şübhə doğurmayan Al-
baniyadan qalan yalnız bu azsaylı xalq, yaxud etnik qrupdur. Odur ki, problemdən çıxış yolunu qədim 
albanları müasir Cənubi Qafqazın superetnosları arasında bölüşdürməkdə görürlər... 
 Bizim 
fikrimizcə, Albaniyanın "etnik tərkibi" problemini daha da mürəkkəbləşdirən məsələ bu və 
ya digər dərəcədə bütöv, mərkəzləşmiş bir "alban etnosu"nun mövcudluğu qənaətidir. Görünür, "alban 
xalqı", "alban dili" ifadələrini ancaq şərti mənada işlətmək nıümkündür. Və görünür, alban tayfaları ərəb 
işğalı dövründə müxtəlif etnoslar tərəfindən intensiv sosial-siyasi "təzyiq"ə  məruz qalarkən onların 
etnokulturoloji baxımdan fəal hissəsi (udilər) alban kilsəsi ətrafında sıx birləşərək "münaqişəli" regionda 
belə özlərini kompakt şəkildə mühafizə edə bilmiş, digər tayfalar isə  məhz dini dünyagörüşlərinin ar-
xaikliyi, qeyri-kütləviliyi ucbatından  Şimala — Qafqazın yüksəkliklərinə doğru çəkilməli, etnik 
mənsubiyyətlərini qorumaq üçün qeyri-münasib yerlərdə yaşamalı (daldalanmalı!) olmuşlar. 
 ...Hun-qıpçaqların, artıq qeyd edildiyi kimi, bəzən Ön Asiyanın içərilərinə qədər gedən yürüşləri 
Azərbaycanın ümumi etnik simasında prinsipial dəyişikliyin  əsasını qoydu. Belə ki, həmin yürüşlərin 
"təzyiq"i altında Atropatena—Azərbaycanın irandilli əhalisi ölkənin düzəngah  ərazilərini boşaldaraq 
yaşayış üçün o qədər də münasib olmayan, lakin müdafiəyə imkan verən yeni regionları məskunlaşdırır, 
ya da Cənuba doğru çəkilirdilər. Yalnız belə bir faktı qeyd etmək kifayətdir ki, XI əsrin  əvvəllərindən 
etibarən Xəzər dənizinin cənubu ilə şimal-şərqdən şimal-qərbə doğru bir qövs cızaraq Azərbaycana yürüş 
edən oğuz-səlcuqları qarşısına ciddi bir sosial-siyasi maneə  çıxmadı. Bu, hun-qıpçaqların, xüsusilə, 
xəzərlərin oğuz-səlcuq yürüşləri ərəfəsində onlara göstərdikləri böyük hərbi-strateji xidmət idi. 
 Beləliklə, I minillikdə ardıcıl hun-qıpçaq yürüşləri nəticəsində Azərbaycanın  şimalı  tədricən 
türkləşdi, cənubunun Atropatena dövrü müəyyənləşmiş etnik mənzərəsi (əslində eklektikası!)  Şimaldan 
gələn siyasi müdaxilələr nəticəsində deformasiya olunaraq daha qeyri-mütəşəkkil bir mənzərə aldı. Və 
bununla da Azərbaycan xalqının təşəkkül tarixinin birinci mərhələsi başa çatdı... 
 Azərbaycan xalqının təşəkkülünün ikinci mərhələsi (oğuz türklərinin Azərbaycana axını) XI əsrin 
(və II minilliyin!) əvvəllərində başladı... Onlar Azərbaycanın etnosiyasi baxımdan dağınıq, qeyri-
mütəşəkkil cənubunu çox qısa bir müddətdə tutub, Şimala — Qafqazın cənubuna doğru hərəkət etdilər. 
Lakin burada oğuzları kifayət qədər ciddi müqavimət gözləyirdi. Alp Arslan bu müqaviməti də tezliklə 
qıra (və Qafqazın cənubunu işğal edə) bildi. Və beləliklə, XI əsrin sonlarında Azərbaycanın həm şimalı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə