Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   2   3   4   5   6   7   8   9   ...   69

 Professor 
M. 
Seyidov 
yazır: "Azərbaycan" yer adı haqda orta yüzilliklərdən üzü bəri ayrı-ayrı 
xalqların alimləri dürlü mülahizələr, fikirlər söyləmişlər. Ancaq hələ də bu söz sirrini açmaqdan elə bil 
çəkinir və onun elmi sözaçımı — etimoloji təhlili öz doğru-düzgün həllini tapmamışdır". Görkəmli azər-
baycanşünasın fikrincə, "Azərbaycan — uğurlu, yaxşıistər (Az), yaxşıistər qırmızı, yəni Günəş 
(Azar//Azər), varlı ata(dan) deməkdir.O, vaxtilə yaxşıistər qırmızı, yəni Günəş antropomorfik tanrısının 
adı imiş. Sonralar Az qəbiləsindən olan xan, insan mənasında işlənmişdir"... Həmin fikirlə razılaşmaq 
çətindir... Hər şeydən əvvəl ona görə ki, "Azərbaycan" sözü türkdilli mühitdə formalaşdığı üçün bu qədər 
mürəkkəb tarixi inkişaf mərhələsindən keçə bilməzdi.  İkincisi, müəllifin təklif etdiyi etimologiya nə 
Azərbaycan türklərinin, nə  də ümumiyyətlə, türklüyün tarixi dünyagörüşü ilə bağlı deyil. Və  nəhayət, 
üçüncüsü, sözün "əvvəlki mənası ilə "sonrakı mənası" arasında semantik varislik, demək olar ki, yoxdur... 
 Azərbaycan türkləri, iranlılardan fərqli olaraq, Azərbaycanı "müqəddəs məkan" deyil, məhz 
Vətən kimi dərk edib məskunlaşmışlar. Və "Azərbaycan" sözü məhz Azərbaycan türklərinin təfəkküründə 
formalaşan (konkret!) ərazinin müasir adına çevrilmişdir ki, bunun da əsasında onların tədricən məs-
kunlaşdığı coğrafi miqyas (onun genişlənməsi sürəti) dayanmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın 
bir ölkə olaraq hüdudlarının müəyyənləşməsində Azərbaycan xalqının təşəkkülünün həlledici təsiri 
olmuşdur. Belə ki, xalq formalaşdıqca ölkənin etnocoğrafi hüdudları da müəyyənləşmişdir. 
 Azərbaycan  ərazisində tarixən müxtəlif dövlətlərin mövcudluğu ölkənin bütöv bir siyasi hadisə 
kimi qavranılmasına mane olmaqla yanaşı, "Azərbaycan" anlayışının formalaşması prosesini də 
ləngitmişdir. Təsadüfi deyildir ki, həmin anlayışın etnoqrafik məzmunu orta əsrlərdə siyasi məzmunundan 
həmişə daha üstün, aparıcı olmuşdur... Burada Azərbaycanda məskunlaşmış türklərin dünyagörüşü də 
mühüm rol oynamışdır: türklər bu və ya digər etnos-tayfa ilə həmin etnos-tayfanın məskunlaşdığı ərazi 
arasında  əlaqə görmüşlər. Məsələn, Azərbaycan türklərinin ilk möhtəşəm eposu "Dədə Qorqud"da 
oğuzların yaşadıqları  məkan məhz Oğuz adlanır. Türklər Azərbaycana gələndə, heç şübhəsiz, özlərinin 
yaratdığı etnotoponimlərin işlədilməsinə üstünlük vermişlər, əvvəlki yer adlarının istifadə edilməsinə isə 
XI—XII əsrlərdən sonra başlamışlar ki, onlardan ən məşhuru " Azərbaycan" olmuşdur... 
 "Azərbaycan" anlayışının tarixində XIX əsrin sonu, XX əsrin əvvəlləri xüsusi mərhələ təşkil edir. 
Və məhz bu dövrdə həmin anlayışın etnoqrafik, ictimai-siyasi, ideoloji məzmunu barədə geniş miqyasda 
düşünülməyə başlanır. Milli düşüncənin təzyiqi ilə ilk müstəqil Azərbaycan dövləti yaranır ki, onun 
ərazisinin məhdudluğu dərhal diqqəti çəkir... Məlum olduğu kimi, bu dövlət çox yaşamır, lakin daha 
uzunömürlü Azərbaycan SSR-in yaranması üçün sosial-siyasi əsas verir ki, XX əsrin sonlarına doğru 
həmin əsas üzərində müstəqil Azərbaycan dövləti meydana çıxaraq yüksəlir. 
 Ümumiyyətlə, həm birinci, həm ikinci, həm də xüsusilə, üçüncü respublika dövründə 
"Azərbaycan" anlayışı geniş siyasi məzmun kəsb etməyə başlayır, Azərbaycanın şimalı və cənubu barədə 
söhbət daha fəal bir şəkildə gedir. İkiyə (yalnız ikiyəmi?) bölünmüş ölkənin, xalqın tarixi faciəsi milli 
ictimai təfəkkürün ən müxtəlif sahələrində təzahür edir. 
 Beləliklə, "Azərbaycan" anlayışı  zəngin bir tarixə malikdir. Həmin tarixi inkişaf prosesində bu 
anlayış konkretləşmiş, siyasi-ideoloji məzmunca dəqiqləşmiş, Azərbaycan xalqının yaşadığı geniş ərazini 
ifadə etmək üçün motivlənmişdir... "Azərbaycan" sözü türkdilli mühitdə formalaşmasa da, "Azərbaycan" 
anlayışının son min ildəki təkamül-formalaşma prosesi, əsasən, Azərbaycan türk təfəkkürünün 
məhsuludur. 
 
*   *  

 
 ...Azərbaycanın etnik tarixi Azərbaycan xalqının formalaşması tarixindən qədimdir. Bu isə o 
deməkdir ki, Azərbaycan xalqının formalaşması prosesi başlayana qədər Azərbaycanda (və  həmhüdud 
regionlarda) kifayət qədər mürəkkəb etnik hadisələr baş vermişdir. Bunun bir səbəbi, haqqında söhbət 
gedən coğrafiyanın yaşayış üçün münasib təbii  şəraitidirsə, digər çox mühüm səbəbi müxtəlif 
istiqamətlərə gedən yollar üzərində yerləşməsi, etnik, sosial-siyasi fəallığı, qaynarlığıdır... Və etiraf etmək 
lazımdır ki, Azərbaycanın etnik tarixinin qədim dövrü sonrakı dövrləri ilə müqayisə olunmayacaq qədər 
mübahisəlidir — məsələnin mürəkkəbliyi isə burasındadır ki, həmin mübahisələr artıq öz elmi-metodoloji 
əhəmiyyətini (enerjisini!) itirərək "siyasiləşmiş", başqa sözlə, etnosiyasi ambisiyaların, subyektiv 
maraqların münaqişə obyektinə çevrilmişdir. Lakin qədim dövrlərdə Azərbaycanda hansı etnosun, yaxud 
etnosların (iber-qafqazlıların, iranlıların, yaxud altaylıların — türklərin...) aparıcı yer tutmasından asılı 
olmayaraq Azərbaycan xalqı  qədim dövrün sonu, orta əsrlərin  əvvəllərindən başlayaraq məhz türk 
etnosları  əsasında formalaşmışdır ki, həmin etnoslar (türklər) buraya eyni dövrdə deyil, müxtəlif 
dövrlərdə gəlmişlər. 
 
Qədim dövrlərdə Azərbaycanda (və  həmhüdud regionlarda) məhz türk etnoslarının mövcud 
olması, hətta türklərin dünyaya Azərbaycandan (ümumiyyətlə, Ön Asiyadan) yayılması barədə son 


zamanlara qədər müəyyən elmi-ictimai maraq doğuran nəzəriyyə artıq öz "azarkeş"lərini, demək olar ki, 
itirmişdir. 
 ... 
Azərbaycanda (və  həmhüdud regionlarda) ilk sosial-siyasi birliklərin e.ə. V minillikdə 
formalaşmasını güman etmək olar. Bununla belə, onların etnik mənsubiyyəti barədə heç nə demək 
mümkün deyil. Adları bizə məlum olan ən qədim tayfalar isə kutilər, lullubilər və hurrilərdir ki, mənbələr 
onlar barəsində e.ə. III minilliyin ortalarından başlayaraq söhbət açırlar. Həmin tayfalar əsasən 
Azərbaycanın cənubunda məskunlaşmışdılar. Və  Şumer-Akkad mənbələrinin verdiyi məlumata görə, 
vaxtaşırı Ön Asiyanın güclü dövlətlərini, xüsusilə Mesopotamiyanı narahat edirdilər. Bu məlumat qədim 
azərbaycanlıların regionda hərbi-siyasi fəallığını göstərsə  də, bu və ya digər dərəcədə mükəmməl 
dövlətçilik təfəkkürünə malik olub-olmamaları barədə əhəmiyyətli bir şey demir... 
 Akademik 
İ. Əliyevin belə bir mülahizəsini müxtəlif xarakterli faktlar təsdiq edir ki, kutilər, 
lullubilər və hurrilər (ola bilsin ki, adı qədim Ön Asiya mənbələrinə düşməyən başqa bir sıra sosial-siyasi 
birliklər) "hər biri qohum tayfalardan — qonşu ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danı-
şan və ümumi mədəniyyətin bir çox xüsusiyyətlərinə yiyələnmiş  əhali qruplarından ibarət idi". Və 
görünür, görkəmli tədqiqatçının e.ə. III minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda (və 
həmhüdud regionlarda) məskunlaşmış  əhalinin, o cümlədən kuti, lullubi və hurrilərin Qafqaz mənşəli 
olması barədəki fikri də elə bir şübhə doğurmur. Həmin fikri qədim Ön Asiya dilləri mütəxəssisləri  
İ. M. Dyakonov, Q. A. Melikişvili də təsdiq edirlər; onların araşdırmaları göstərir ki, kuti, lullubi, hurri, 
Urartu, Alban dilləri Qafqaz dilləridir... Ümumiyyətlə, e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə 
qədər Azərbaycanda, xüsusilə onun cənubunda Qafqaz etnosları aparıcı rol oynamışlar və beləliklə, e.ə. 
V—III minilliklərdə adları  və etnik mənsubiyyətləri məlum olmayan azərbaycanlıları  nəzərə almasaq, 
ölkənin e.ə. III—II minilliklərə aid sonrakı əhalisi məhz Qafqaz mənşəli olmuşdur. 
 
Əlbəttə, Qafqaz etnoslarının Ön Asiyanın şimalında geniş yayıldıqları minilliklərdə "Azərbaycan" 
adlı bir ölkə, azərbaycanlı adlı bir xalq yox idi... 
 E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid mənbələr Azərbaycanda (və  həmhüdud 
regionlarda) daha bir sıra tayfaların, yaxud tayfa birliklərinin məskunlaşdığı barədə məlumat verir: buraya 
etnik mənsubiyyəti məlum olmayan turukkilər, nigimixlər, uruatrilər... aiddir ki, görünür, onlar 
Azərbaycanın etnik tarixinin, haqqında söhbət gedən dövründə elə bir sosial-siyasi nüfuza malik 
olmamışlar. Bununla belə, e.ə. III—II minilliklərdə Azərbaycanda (və  həmhüdud regionlarda ) etnik 
yekcinsliyin pozulması üçün hər halda münbit şərait olduğunu inkar etmək mümkün deyil... 
 Azərbaycan  ərazisində formalaşmış bizə  məlum ilk dövlətin — Mannanın (e.ə. IX—VII əsrlər) 
etnik tərkibi də göstərir ki, e.ə. I minilliyin əvvəllərinə  qədər Azərbaycanda məskunlaşmış  əhalinin 
əksəriyyətini Qafqaz etnosları təşkil etsələr də, "mübahisəli" etnoslar da mövcud olmuşlar. 
 ...E. 
ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən etibarən Azərbaycan ərazisində İran etnosları 
məskunlaşmağa başladılar. Və  həmin proses yalnız Azərbaycanın deyil, ümumən Ön Asiyanın etnik 
mənzərəsini əsaslı şəkildə dəyişdirdi. İran etnoslarının İran yaylasına, oradan da Azərbaycana yayılması 
tədricən, bununla belə, mütəşəkkil gedirdi. Ona görə  də e.ə. I minilliyin əvvəllərindən etibarən Qafqaz 
etnosları getdikcə daha ardıcıl bir şəkildə  Şimala doğru sıxışdırılmağa başladı. Cənubdan gələn  İran 
"təzyiq"i o qədər güclü idi ki, artıq müəyyən dövlət quruculuğu təcrübəsi qazanmalarına baxmayaraq, 
Qafqaz etnosları həmin "təzyiq"in qarşısında davam gətirə bilmədilər. 
 
İ. Əliyev e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərində Azərbaycanda (və  həmhüdud 
regionlarda) gedən etnik prosesləri nəzərdə tutaraq yazır: "Ayrı-ayrı aborigen qrupların dil baxımından, 
sonra isə  mədəni cəhətdən tədricən assimilyasiyası onları son nəticədə etnik assimilyasiyaya aparıb çı-
xarırdı". Və müəllif sonra əlavə edir ki, "dilin dəyişməsinin nisbətən tez bir zamanda (bəzən ikinci və 
yaxud üçüncü nəsildə) insan qruplarının etnik mənsubiyyətinin dəyişməsinə, yəni assimilyasiyaya səbəb 
olması halları çox təsadüf olunan hadisələrdir. Məsələn, Hindistanda, Orta Asiyada, Əfqanıstanda və b. 
yerlərdə bu cür olmuşdur"... Nə cür olmuşdur?.. Görkəmli tədqiqatçının fikrincə, Azərbaycana (və 
həmhüdud regionlara) gələrək burada məskunlaşan İran etnosları yerli əhalini iranlılaşdırdılar, lakin eyni 
zamanda "aborigenlərin nəinki maddi mədəniyyətini və  təsərrüfat nailiyyətlərini mənimsədilər, habelə 
müəyyən dərəcədə yerli əhalinin antropoloji tiplərinin də varisləri oldular". Əlbəttə, İ. Əliyevin özünün də 
dönə-dönə etiraf etdiyi kimi, etnik mənsubiyyəti bilinməyən (bəlkə onlar da İran, yaxud protoiran 
etnosları imişlər?!) tayfaların e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərindən "iranlaşması" barədə bu 
cür cəsarətlə danışmaq düzgün deyil. Qafqaz mənsubiyyəti  şübhə doğurmayan tayfaların, yəni 
Azərbaycanın həmin dövrə  qədərki  əsas  əhalisinin "iranlaşma"sına gəldikdə isə, bu, o qədər də geniş 
miqyaslı etnik proses olmamışdır. Əks halda, Qafqazın həm şimalında, həm də cənubunda müasir Qafqaz 
xalqları bu cür geniş yayılmaz, dillərində, dünyagörüşlərində, həyat tərzlərində İran elementləri bu qədər 
az olmazdı. 
 
...Qafqaz xalqlarının müxtəlif azsaylı tayfa-etnoslardan ibarət olması göstərir ki, onlar Cənubdan 
gələn "təzyiq"ə qarşı o qədər də mütəşəkkil mübarizə apara bilməmiş, hətta görünür, həmin "təzyiq" 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə