Nizami CƏFƏrov


"Üze gög-tenri, asra yağız yir kılıntıkda ekin ara kisi oqlı kılınmıs. Kisi oğlınta üze eçüm-



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

 
"Üze gög-tenri, asra yağız yir kılıntıkda ekin ara kisi oqlı kılınmıs. Kisi oğlınta üze eçüm-
apam Bumın kağan,  İstemi kağan olurmış. Olurıpan türk budunun ilin, törüsin tuta birmis, iti 
birmis.
 
 
Tört bulun kop yağı ermis. Sü süləpən tört bulundakı budunıq kop almıs, kop baz kılmıs. 
Başlığığ yüküntirmis, tizliqiq sökürmis, ilqərü Kadırkan yışka, kirü Temirkapığka teqi konturmıs.
 
 
Ekin ara idi oksız gög türk ança olurur ermis. ...Bilə kağan ermis, alp kağan ermis. 
Buyurıkı yeme bilqə ermis erinç, alp ermis erinç; beqləri yeme, budunı yeme tüz ermis. Anı üçün 
iliq ança tutmıs erinç, iliq tutıp töriq itmis.
 
 
Özi ança kerqək bolmıs. Yuğçı, sığıtçı ənrə gün toğsıkda Bökli çöliq il, tabğaç, tüpüt, apar, 
purum, kırkız, üç kırıkan, otuz tatar, kıtan, tatabı-bunça budun kəlipən sığtamıs, yuğlamıs. Antaq 
küliq kağan ermis...
 
 Azərbaycan türkcəsində:
 
 "Yuxarıda göy-Tanrı, aşağıda boz yer yarandıqda ikisinin arasında insan oğlu yarandı. İnsan oğlu 
üzərində  əcdadlarım Bumın kağanla  İstemi kağan (hökmdar) oldular. (Hökmdar) olub türk xalqının 
dövlətini, qanun-qaydalarını qurub qorudular.
 
 Dörd 
tərəfində düşmən çox idi. Qoşun çəkib dörd tərəfindəki xalqları tamamilə (özlərinə) tabe 
etdilər,  əmin-amanlıq yaratdılar. Başı olana baş  əydirdilər, dizi olana diz çökdürdülər.  İrəlidə 
(gündoğanda) Kadırkan yaylasına, geridə (günbatanda) Dəmirqapıya qədər getdilər.
 
 
(Bir vaxtlar həmin) iki arada dövlətsiz Göy türk (xalqı) məskun idi... Müdrik kağan olmuşlar, igid 
kağan olmuşlar. Buyruqçuları (vəzirləri) də müdrik olmuşdular, igid olmuşdular, bəyləri də, xalqı da 
həqiqətpərəst idilər. Ona görə  də o zaman dövlət qura bilmişlər, dövlət qurub qanun-qaydalar qoya 
bilmişlər.
 
 
Sonra dünyadan getmişlər. İrəlidən — gündoğandan Böklü çölünün xalqı yuğçuluğa, ağı deməyə 
(gəlmişlər), (eləcə də) tabğac, tibet, avar, rum, qırğız, üç kurıkan, otuz tatar, kıtay,
 
tatabı — bu qədər xalq 
(hamısı) gəlib göz yaşı tökmüş, ağlamışlar. Bu qədər şöhrətli kağan olmuşlar...".
 
 
Göy türk dövləti, tarixi tədqiqatların göstərdiyi kimi, VI əsrin ortalarında formalaşmışdır, lakin 
yuxarıdakı  mətndə  həmin dövlətin tarixi az qala dünyanın yaranmasından başlayır ki, bu da epos 
təfəkkürünün "təzyiqi"nin nəticəsidir. Hətta Göy türk dövlətini yaratmış kağanlardan, onların gördüyü bö-
yük işlərdən, müxtəlif xalqların, tayfaların onların (kağanların) ölümünə  kədərlənməsindən — prinsip 
etibarilə, olmuş tarixi hadisələrdən danışılsa da, mətnin ümumi məzmununda, bədii intonasiyasında 
qədim türk dastanlarında gördüyümüz poetik xüsusiyyətlər mövcuddur.
 
 
Qədim türk (run) yazılı abidələrində (istər Kül tigin, istər Bilgə kağan, istərsə  də Tonyukuk 
abidələrində) qədim türk dastanları üçün xarakterik olan mifoloji anlayışlara, birinci növbədə isə Tanrı 
obrazına təsadüf edirik. Həmin anlayışlar, obrazlar, eləcə  də epik intonasiya türk cəmiyyətinin konkret 
tarixi dövrdəki ictimai-siyasi ideyalarının ifadəsinə bilavasitə kömək göstərməklə bir növ müasirləşir:
 
 — 
"...İnisi eçisin teq kılınmaduk erinç, oqlı kanın teq kılınmadık erinç. Biliqsiz kağan 
olurmıs erinç yablak kağan olurmıs erinç, buyuruku yeme biliqsiz erinç, yablaq ermis erinç... 
Kağanladuk kağanın yitürü ıdmıs, tabğaç budunka beqlik urı  oğlın kul boltı, silik kıroğlın gün 
boltı. Türk beqler türk atın ıtı, tabğaçğı beqler tabğaç atın tutıpan tabğaç kağanka görmis, eliq yıl 
isiq-küçik birmis...
 
 
Türk kara kamuğ budun ança timis: "İlliq budun ertim, ilim amtı kanı?" "Kemkə iliq 
kazğanurmən?" — tip ermis. — "Kağanlıq budun ertim, kağanım kanı?" Nə kağanka isiq-küçiq 
birürmən? — tir ermis. Ança tip tabğaç kağanka yağı bolmıs.
 
 Yağı bolıp itinü yarantu umadük yana içikmis. Bunça isiq-küçiq birtükqərü sakınmatı, 
"türk budun ölürəyin uruqsıratayın" — tir ermis, yokadu barır ermis.
 
 
Üze türk tenqrisi, türk ıduk yiri, subı ança timis... Türk budun yok bolmazun tiyin, budun 
bolçun tiyin kanım  İlteris kağanıq, öqim İlbilqə katunıq Tenri təpəsintə tutıp kötürmis erinç. 
Kanım kağan yiti yeqirmi ərin taşıkmıs, taşra yorıyur tiyin esidip balıkdakı tağıkmıs, tağdakı inmis 
— tirilip yetmis ər bolmıs. Tenri küç birtük içün kanım kağan süsi böri teq ermis, yağısı kon teq 
ermis...".
 
 Azərbaycan türkcəsində:
 
 "Kiçiklər böyüklər kimi olmadılar, oğullar ataları kimi olmadılar. Ağılsız kağan oldular, qorxaq 
kağan oldular — buyruqçuları (vəzirləri) də ağılsız imişlər, qorxaq imişlər... Kağanlıq edən kağanlarını 
itirdin, (ey türk xalqı), bəy olmalı möhkəm oğulların tabğaç xalqına qul oldu, təmiz qızların kəniz oldu. 
Türk bəyləri türk adını atıb tabğaç bəyləri kimi tabğaç adı daşıdılar, tabğaç kağanına tabe oldular. Əlli il 
ona xidmət elədilər...
 
 
Türk qara camaatı öz-özünə demişdi: "Dövləti olan xalq idim, dövlətim indi hanı? Kimə dövlət 
yaradıram? Demişdi ki: "Kağanı olan xalq idim, kağanım hanı? Hansı kağana xidmət edirəm?" (Və) belə 
deyib tabğaç kağana qarşı çıxmışdı.
 


 (Tabğaç kağana) qarşı  çıxıb  əlindən bir şey gəlmədiyinə görə ona yenə  də tabe olmuşdu. (Və) 
düşünmüşdü ki, "tabe olmaqdansa, yaxşısı budur, türk xalqı özü-özünü məhv etsin". Bunu deyib ölümə 
getmişdi.
 
 (Ancaq) 
yuxarıda türk tanrısı, türk yeri, suyu: "Türk xalqı qoy yox olmasın", — demişlər, "xalq 
qoy olsun", — demişlər. (Ona görə  də) atam İlteris kağanı, anam İlbilqə xatunu yuxarıda tutub 
yüksəltmişlər. Atam kağan on yeddi adamla (irəli) çıxmış, onun yürüşünü eşidən  şəhərdəkilər dağa 
çıxmış, dağdakılar enmiş — yığılıb yetmiş adam olmuşlar. Tanrı güc verdiyi üçün atam kağanın qoşunu 
canavar kimi imiş, düşmən isə qoyun kimi imiş..."
 
 
Qədim türk (run) yazılı abidələrində mifoloji süjetlər, motivlər, obrazlara təsadüf olunsa da, 
tanrıçılıq düşüncəsi, heç şübhəsiz, aparıcıdır — türk aristokratiyasının dövlətçilik ideologiyası birinci 
növbədə  məhz həmin düşüncəyə  əsaslanır. Və yuxarıdakı  mətndən də görünür ki, müstəqil yaşamağa, 
başqa xalqları, tayfaları öz ətrafında birləşdirib müəyyən ictimai-siyasi harmoniya yaratmağa adət etmiş 
xalq məhkumluğa dözməyib ölüm arzulayanda "türk tanrısı, müqəddəs türk yeri, suyu" bunun "əleyhinə 
çıxır", türk xalqına (konkret olaraq, göy türklərə) arxa durur, onları nəinki ölümdən, məhkumluqdan da 
xilas edir.
 
 
Əminliklə demək olar ki, qədim türk (run) yazılı abidələrinin əsas qəhrəmanı Tanrı (və müqəddəs 
yer, su) tərəfindən mühafizə olunan, mənsub olduğu xalqın ictimai-siyasi ideallarını müdafiə edən türk 
kağanı — hökmdarıdır (yaxud şahzadədir). Onun mövcudluğu xalqın xoşbəxtliyi kimi, ölümü isə böyük 
kədəri kimi təqdim olunur. Məsələn, Kül tiginin ölümü onun şərəfinə yazılmış abidədə böyük qardaşı 
Bilgə kağanın dilindən olduqca emosional-həyəcanlı bir şəkildə təsvir edilir:
 
 
"İnim Kül tiqin gerqək boltı — özim sakıntım: görir gözim görməz teq, bilir biliqim bilməz 
teq boltı, özüm sakıntım. Öd tenri yasar, kisi oqlı kop ölqəli törümis. Ança sakıntım... Gözdə yaş 
kəlsər, könültə sığıt kəlsər, yanturu, — sakıntım, katıqdı sakıntım.. Eki şad ulayu iniyiqünim, oğla-
nım, beqlərim, budunım gözi yaşı boltaçı tip sakıntım..."
 
 Azərbaycan türkcəsində:
 
 "...Kiçik 
qardaşım Kül tigin (şahzadə Kül) dünyadan köçdü — mən kədərləndim: görür gözüm 
görməz, düşünən başım düşünməz oldu — mən kədərləndim. Taleyi Tanrı müəyyən edir, insan oğlu öləri 
doğulmuşdur. Kədərlə düşündüm... Gözdən yaş  gələndə könüldən ağrı  gələr, yandırar — kədərlə, ağır 
kədərlə düşündüm. Arxamca gələn iki şad (titullu) kiçik qohumlarımın, övladlarımın, bəylərimin, 
xalqımın gözü yaşlı oldu, — deyib kədərlə düşündüm...".
 
 Bumın kağan (VI əsr),  İstemi kağan (VI), İlteris kağan (VII əsrin ikinci yarısı), Bilgə kağan 
(683—734), Kül tigin (685—732)... tarixi şəxsiyyətlər olsalar da, qədim türk (run) yazılı abidələri onları 
az qala epos qəhrəmanları kimi təqdim edir (buna müvafiq olaraq, "Oğuz kağan" dastanının qəhrəmanını 
da müxtəlif tarixi şəxsiyyətlərin obrazı hesab etmək  ənənəsi vardır. Xüsusilə ona görə ki, həmin tarixi 
şəxsiyyət — qəhrəmanlar bütünlüklə xalqın ideallarını daşıyır. Tanrının köməyi ilə, mənsub olduqları 
etnik cəmiyyəti bu və ya digər təhlükədən xilas etməyə çalışır (və xilas edirlər).
 
 
Qədim türk (run) yazılı abidələrində bir sıra ifadə-formullara təkrar-təkrar rast gəlinir ki, həmin 
təkrarlar mətnin epik-bədii gücünü, poetik qüdrətini artırır: məsələn, edqüti esid, katığdı  tınla (yaxşıca 
eşit, möhkəmcə dinlə), sabı süçiq, ağısı yımşaq (nitqi şirin, hədiyyəsi qiymətli), çığan budunığ bay kıltım, 
az budunığ üküş  kıltım (kasıb xalqı varlandırdım, az xalqı çoxaltdım), tizliqiq sökürtimiz, başlıqıq 
yüküntürtimiz (dizi olana diz çökdürdük, başı olana baş endirtdik), üze tenri basmasar, asra yir təlinməsər 
(yuxarıdan tanrı-göy basmasa, aşağıdakı yer ayrılmasa), kanın subça yüqürti, sünükün taqça yatdı (qanın 
su kimi axdı, sümüyün dağ kimi yığıldı), içrə  aşsız, taşra tonsız (qarnı ac, əyni yalın), tün udımadım, 
küntüz olurmadım (gecə yatmadım, gündüz dayanmadım), Umay teq öqim katun (Humay tək anam 
xatın), süsin sançdımız, ilin altımız (qoşunu qırdıq, dövlətini aldıq), Altun yışıq asa kəltimiz, Ertis üqüzüq 
keçə kəltimiz (Altun yaylasını aşıb gəldik, İrtış çayını keçib gəldik), kızıl kanım tökti, kara tərim yüqurti 
(qızıl qanım töküldü, qara tərim axdı) və s.
 
 
Qədim türk epos təfəkkürü özünü bu və ya digər şəkildə uyğur yazılı abidələrində də hiss etdirir, 
lakin qədim türk (run) yazılı abidələrindən fərqli olaraq, uyğur yazılı abidələri, əsasən, Şərq dillərindən 
tərcümələrdən ibarət olduğuna görə
 
burada türk epos təfəkkürü bilavasitə yox, bilvasitə, yəni ideoloji-
estetik kontekst kimi çıxış edir. Uyğur türkləri arasında daha çox məşhur olan "Xuastuanift" 
(manixeylərin tövbə duası), "Altun yaruk" və s. əsərlərdə qədim türk dilinin epik təhkiyəsi diqqəti cəlb 
edir.
 
 Manixeyizm, 
buddizm, 
xristianlıq kimi inkişaf etmiş, mükəmməl dinləri qəbul etməklə qalmayıb, 
həmin dinlərin möhtəşəm  əsərlərini öz dillərinə çevirən uyğur (Şərqi Türküstan) türkləri, hər  şeydən 
əvvəl, mövcud epos yaradıcılığı  təcrübəsinə  əsaslanmışlar, məhz ona görə  də kifayət qədər dərin məz-
munlu, bir sıra hallarda hətta mürəkkəb süjet, əhvalat və mülahizələr qədim türk dilinə olduqca uğurla 
çevrilmişdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə