Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

gedərdir", ona görə də "Şu" dastanının qəhrəmanı İsgəndərin gəlişini laqeyd qarşılayır, xüsusi bir tədbir 
görməyi mənasız sayır.
 
 
"Ərgənəkon" dastanı  təxminən I minilliyin ortalarında müxtəlif qədim rəvayətlər  əsasında 
formalaşmışdır. Dastanın
 
məzmunu barədə XIV əsrdə F. Rəşidəddin, XVII əsrdə isə  Əbül Qazi Xan 
məlumat verir.
 
 Dastanın qısa məzmunu bundan ibarətdir:
 
 Moğol elinə  Oğuz xan soyundan olan İl xan hökmdarlıq edirdi. O, tatarların da başında duran 
Sevinc xanla vuruşur, həmişə qalib gəlirdi. Sevinc xan hədiyyələr göndərərək Qırğız xanını öz tərəfinə 
çəkdi. Moğollar bütün döyüşlərdə üstün olduqlarına görə digər türk boylarının onlarda qisası vardı. Ona 
görə də Sevinc xanın ətrafında toplaşıb moğolların üzərinə yeridilər.
 
 Moğollar möhkəm dayanmışdılar. Sevinc xan qoşunun məğlub olacağını görüb hiyləyə  əl atdı. 
Xan və bəyləri toplayıb geri çəkilmək, gedərkən lazımsız malları buraxmaq buyruğunu verdi. Moğollar 
elə bildilər ki, düşmən yenilib qaçır. Onlar möhkəmləndirilmiş ordugahlarından çıxıb, onların ardınca 
düşdülər. Tatarlar geri dönüb vuruşmağa başladılar, moğolların böyüklərini qırdılar, kiçiklərini isə dustaq 
elədilər. Dustaq olanlar yiyələrinin soy adını aldılar. Və moğollardan dünyada əsər-əlamət qalmadı.
 
 Moğol hökmdarı İl xanın oğlu Qıyanla qardaşı oğlu Nüküz də dustaq olmuşdular. Hər ikisi təzəcə 
evlənmişdi. İmkan olan kimi qadınları ilə birlikdə qaçıb yurdlarına gəldilər. Döyüşdən on gün keçmişdi. 
Gördülər ki, bəzi heyvanlar da düşməndən qaçıb yurda dönüb. Onları da götürüb dar dağ cığırı ilə əlçat-
maz, ünyetməz bir yerə  gəldilər. Bu yer çox gözəl idi: axar çaylar, bulaqlar, çayır-çəmənlər, meyvəli 
ağaclar, cürbəcür ov heyvanları...Tanrıya  şükür elədilər. Qışda mallarının  ətini yeyir, dərilərini geyir, 
yazda südünü içirdilər. Bu yerin adını Ərgənəkon qoydular, yəni ("hündür dağ yamacı" ).
 
 
Qıyanla Nüküzün övladları oldu, mal-heyvanları artıb çoxaldı. Böyük bir xalq əmələ  gəldi. O 
qədər artdılar ki, Ərgənəkon onlara darlıq elədi. Buraya gəlişlərindən dörd yüz il keçmişdi.
 
 
Bir gün toplaşıb söhbət elədilər. Babalarımız deyərdi ki, Ərgənəkondan kənarda gözəl, geniş bir 
ölkə var, xalqımızı tatar qırmış, ölkəmizi yağmalamış — deyə söylədilər. — İndi gərək dədə-baba 
yurdumuza qayıdaq.
 
 Ancaq 
dədə-babaların buraya qaçıb gəldikləri dar cığırı heç kim xatırlamırdı. Ona görə  də 
Ərgənəkondan çıxış üçün yol aradılar. Lakin tapmadılar. Bir dəmirçi gəlib dedi ki, burada bir dəmir 
mədəni var, onu əritsək, yol açılar.
 
 
Camaatdan kimi kömür, kimi odun gətirdi. Bir sıra odun, bir sıra kömür düzdülər. Dəridən yetmiş 
körük düzəltdilər. Od vurub körüklərin hamısını birdən körüklədilər. Tanrının köməyi ilə  dəmir  əriyib 
yüklü bir dəvə keçəcək qədər yol açıldı.
 
 
Ərgənəkondan çıxdıqları həmin günü moğollar həmişə bayram edərlər. Bir dəmiri qızarana qədər 
odda saxlar, sonra onu çəkiclə döyərlər. Bu günə "zindandan çıxıb baba yurdumuza gəldiyimiz gün" 
deyərlər.
 
 
Ərgənəkondan çıxıb öz ölkələrinə dönəndə moğolların hökmdarı Qıyan soyundan olan Börtə Çinə 
idi. Bütün boylara xəbər göndərdi ki, biz Ərgənəkondan çıxıb geriyə — ölkəmizə qayıtdıq. Bəziləri 
sevindilər, bəziləri kədərləndilər. Tatarlar onların üzərinə gəldi. Böyük bir döyüş oldu. Moğollar düşməni 
yendilər, böyüklərini qılıncdan keçirdilər, kiçiklərini dustaq etdilər. Mallarını yağmaladılar. Beləcə dörd 
yüz ildən sonra tatarlardan qanlarını aldılar.
 
 
Ətrafda moğollardan güclü bir xalq yox idi. Hətta  əslində moğol olmayanlar da "moğoluq" 
deyirdilər.
 
 
"Ərgənəkon" dastanında əsas qəhrəman bu və ya digər konkret şəxs-insan yox, eyni soydan olan 
müxtəlif boyları öz ətrafına toplayıb güclü ittifaq yaratmağa çalışan tayfa-xalqdır.
 
 Bu 
xalqın iradəsi qırılsa da, Tanrı onu xilas edib, yenidən əvvəlki tarixi ehtişamına qaytarır.
 
 Türklərin cəmiyyət tarixində diqqəti cəlb edən  ən mühüm məsələlərdən biri müxtəlif boyların 
ictimai-siyasi münasibətləri olduğundan türk epos təfəkkürü həmin məsələyə biganə qalmamış, haqqında 
söhbət gedən münasibətlər xalqın epik yaddaşında özünəməxsus bir şəkildə faktlaşaraq mühafizə 
olunmuşdur. "Ərgənəkon" dastanında türk tayfalarından olan moğolların Tanrı  tərəfindən 
müəyyənləşdirilmiş hakimiyyət səlahiyyətləri uğrunda mübarizələri, çəkdikləri böyük etnik-mənəvi 
əziyyətlər, pozulmuş tarixi harmoniyanın bərpa olunması konkret hadisələr əsasında, kifayət qədər obrazlı 
şəkildə göstərildiyindən epos burada həm tarixi interpretasiya etmək, həm də mənsub olduğu cəmiyyətə 
mənəvi-estetik zövq vermək, onun ruhunu oxşamaq, səfərbər etmək funksiyasını uğurla yerinə yetirir.
 
 Görünür, 
ölən və dirilən təbiət, eləcə də bunun transformları olan ölən və dirilən insan, cəmiyyət 
barədəki qədim təsəvvürlər də dastanın ideyasına təsir göstərmişdir (ümumiyyətlə, qədim türk eposunda 
xalqın, demək olar ki, tamamilə  məhv olub, yenidən yaranması,  əvvəlki vəziyyətinə qayıtması ideyası 
mühüm yer tutur); tanrıçılıq həmin təsəvvürləri müəyyən qədər məhdudlaşdırıb onları yeni məna-
məzmunla zənginləşdirsə  də, "Ərgənəkon" dastanından göründüyü kimi, bütövlükdə aradan qaldırmır. 
Etnosun (cəmiyyətin) yenidən ("rüşeym"dən) canlanmasının mağara-təbiətlə (ekoloji mühitlə) bağlanması 


da qədim türk epos təfəkküründə naturtəsəvvürün  əhəmiyyətli yer tutmasından irəli gəlir. "Ərgənəkon" 
("Ərgənəkona girmək", "Ərgənəkonda yaşayıb artmaq", nəhayət, "Ərgənəkondan çıxmaq" və s.) obrazı 
elə bir müqəddəs rəmzi obrazdır ki, burada ən zəif bir həyat işartısının güclənməsi, artması üçün münbit 
ekoloji şərait mövcuddur.
 
 
"Ərgənəkon" dastanının  əsas ideyası  "Göy türk" dastanında özünəməxsus  şəkildə davam 
etdirilir.
 
 "Göy 
türk" 
dastanının məzmunu barədə məlumata Çin mənbələrində təsadüf edilir (B .Ögəl).
 
 
Mənbələrin birində göstərilir ki, hunların soyundan gələn Göy türklər A-şi-na ailəsindən törəmiş, 
müxtəlif oymaqlar halında yaşamağa başlamışlar. Lakin onların ölkəsi Linlər tərəfindən işğal olunmuş, on 
yaşlı bir uşaqdan başqa hamısı  qılıncdan keçirilmişdir. Düşmən  əsgərləri uşağa, kiçik olduğu üçün, o 
qədər də fikir verməyib, sadəcə, ayaqlarını kəsərək onu bataqlığa atırlar. Bir dişi qurd peyda olub, uşağı 
bəsləyir. Böyüdükdən sonra onunla ər-arvad kimi yaşayırlar. Qurd ondan hamilə olur.
 
 
Uşağın böyüyüb yaşadığını bilən düşmən hökmdarı əsgərlərini göndərir ki, onu öldürsünlər. Qurd 
qaçır. Kao-çanq (Turfan) ölkəsinin  Şimalındakı dağa gedir. Həmin dağda bir mağara vardı.  İçərisində 
ətrafı sərt qayalarla əhatə olunmuş bir oba yerləşirdi. Qurd həmin mağaraya girir və orada on oğlan doğur. 
Oğlanlar böyüdükcə kənardan gətirdikləri qızlarla evlənirlər. Hər birindən bir soy törəyir.
 
 Çoxaldıqdan sonra mağaradan çıxıb Altay dağları ətəklərində məskən tutub aparlara tabe oldular. 
Əsas məşğuliyyətləri onlara dəmirçilik etmək idi...
 
 
İkinci mənbədə göstərilir ki, Göy türklər Hun ölkəsinin Şimalındakı Sou ölkəsindəndirlər. Onların 
başında A Pank-pu dururdu. Onun da yeddi qardaşı vardı. Böyük qardaşlarından birinin adı İ-ci Ni-su-tu 
idi ki, qurddan doğulmuşdu. Yağışa, küləyə hökm edərdi.
 
 Qardaşlarını düşmən öldürdü, ancaq Ni-su-tu qaldı. Biri yaz, digəri qış tanrısının qızı olan iki 
arvadı vardı. Onlardan dörd uşağı olmuşdu. Uşaqlardan biri böyüyüb ağ leylək oldu. İkincisinin adı Çi-qu 
(Qırğız) idi. A-fu ilə Kem çayları arasında yerləşmişdi. Üçüncüsü Çu-cin suyunda məskunlaşdı. Ən bö-
yükləri olan dördüncüsünün adı Na Tu-liu idi. O da Çien-su, Şi dağlarında qərar tutmuşdu.
 
 
Həmin dağlarda ulu babası A Panq-punun bir nəsli yaşayır, soyuqdan çox sıxıntı çəkirdi. Na-Tu-
liu od əldə edib onları isitdi, bəslədi. Ona görə də qardaşları onu başçı seçib adını Türk qoydular. Türkün 
on arvadı vardı. Bunlardan olan oğlanları soy adlarını analarından alırdılar.
 
 
Türk öləndə  oğlanları böyük bir ağacın altına yığışdılar. Dedilər ki, ən hündürə hoppananı 
özümüzə başçı seçəcəyik. Hamısı bir-bir hündürə hoppandı. Türkün ən cavan arvadı A-şi-nanın oğlu — 
qardaşlardan ən gənci qalib gəldi. A-şi-na nəsli ondan törəmişdir.
 
 Göy 
türklərin törəyib artmasından bəhs edən bu dastana (dastanlara) eyni zamanda "Boz qurd" 
dastanı, yaxud dastanları da deyilir ki, bu da, şübhəsiz, türklərin öz köklərini Boz Qurdla bağlamalarından 
irəli gəlir. "Göy türk" dastanının məzmununu mühafizə edən ikinci mənbədən fərqli olaraq, birinci 
mənbədə göy türklərin Boz Qurddan törəməsi barədəki təsəvvür təfsilatı ilə verilir.
 
 Tamamilə  məhv olub yenidən törəyib artan cəmiyyət-etnos ideyası, haqqında söhbət gedən 
dastan-əhvalatda öz əksini tapmışdır. Düşmən tərəfdən məhv edilən türk boyu yalnız bir türk uşağının 
qalması nəticəsində yenidən dirçəlir (bu dəfə, sözün ən geniş mənasında, mühafizəçi işini dişi Boz Qurd 
görür). Qədim türk epos təfəkküründə xalqın öz mənşəyini canlı, yaxud cansız təbiətlə bu qədər sıx 
bağlaması, görünür, həmin xalqın bilavasitə təbiətin — ekoloji mühitin övladı olması ilə əlaqədardır. Və 
təsadüfi deyil ki, qədim türk tarixinin müqayisəyəgəlməz mütəxəssisi  L. N. Qumilyovun  etnos 
nəzəriyyəsində  təbiətin — coğrafiyanın bu və ya digər xalqın, tayfanın, qəbilənin tarixində, davranış 
stereotiplərinin formalaşmasında roluna xüsusi diqqət verilir:
 
 "Artıq sübut edilmişdir ki, etnosların bir-birindən fərqi nə irq, nə dil, nə din, nə də savadlılığına 
görə deyil, ancaq davranış stereotipinə görə müəyyənləşir ki, bu da insanın landşafta fəal 
uyğunlaşmasının yüksək formasından ibarətdir".
 
 
Təbiətdən — Tanrıdan doğulmaq, sonra mədəni qəhrəmana, hökmdara çevrilmək ideyası türk 
eposunun təzahürü olan bir sıra dastanlarda ifadə edilmişdir ki, onlardan biri də naqis "Siyenpi" 
dastanıdır.
 
 "Siyenpi" 
dastanının qısa məzmununu Çin mənbəyi danışır; həmin mənbədə göstərilir ki, Mo-lo-
heu adında bir Siyenpi Cənub hunlarının ordusunda üç il əsgərlik edir. Bu müddət ərzində arvadı bir uşaq 
doğaraq adını Tanşe hoau qoyur. Mo-lo-heu yurduna dönüb, uşağı görüncə  bərk qəzəblənir, arvadı da, 
uşağı da öldürmək istəyir. Arvadı isə deyir ki, bir gün göy bərk guruldayanda qorxub göyə baxdım, 
ağzıma bir dolu dənəsi düşdü, ondan hamilə olub on aydan sonra bu uşağı doğdum.
 
 Mo-lo-heu 
həmin qeyri-adi işə inanır kimi oldu, ancaq uşağın üzünü belə görmək istəmədi. Anası 
onu gizlicə böyütdü. Uşaq on beş yaşına çatanda bir gün sürülərini yağmalamağa
 
gələn hoydularla elə 
qəhrəmancasına çarpışdı ki, böyük ad qazandı, ətrafına bir çox igidlər yığılmağa başladı...
 
 "Siyenpi" 
dastanının qeyri-adi şəraitdə (göydən düşmüş dolu dənəsindən) doğulmuş  qəhrəmanı 
barədə müfəssəl söhbət getmir — onun ancaq yağcamlıqlarla çarpışıb, böyük ad qazanması və ətrafına bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə