Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

salınmış formasıdır. Və araşdırıcıların qarşısında duran problemlərdən biri də  həmin normativlikdə 
sıxılmış (lakin keyfiyyətcə deformasiyaya uğramamış!) ilk orta əsrlər oğuz dastan tipologiyasını 
aşkarlamaqdan ibarətdir ki, bu sahədə böyük qorqudşünasların hamımıza məlum cəhdləri olmuşdur. 
Lakin "Kitab"ın daha çox yazı abidəsi kimi araşdırılması (mətnşünaslıq işlərinə üstünlük verilməsi) 
davam edir. Əlbəttə, biz bunun əleyhinə deyilik, bununla belə, xatırladırıq ki, "Kitabi-Dədə Qorqud", 
mənşəyi, tipologiyası etibarilə yazılı deyil, şifahi dilin (və təfəkkürün!) nümunəsidir.
 
 
Dədə Qorqud dastanı, artıq qeyd edildiyi kimi, ilk orta əsrlərin oğuz eposudur, bu isə o deməkdir 
ki, birincisi, Dədə Qorqud dastanında qədim türk epos təfəkkürünün müəyyən əlamətləri mühafizə edilir; 
ikincisi,  həmin dastanda son orta əsrlər Azərbaycan türk eposunun ideya-estetik əsasları müəyyənləşir. 
Və ona görə  də "Dədə Qorqud" dastanında (faktiki olaraq "Kitabi-Dədə Qorqud"da) həm qədim türk 
eposunun (e.ə. I minilliyin ortalarından b.e.-nın I minilliyinin ortalarına qədər), həm də Azərbaycan türk 
eposunun (XV əsrdən sonra) ünsürlərini, motivlərini, formullarını tapmaq mümkündür, lakin bütün bunlar 
həmin dastanın məhz ilk orta əsrlər oğuz epik təfəkkürünün məhsulu, hadisəsi olduğunu inkar etmir. 
Müşahidələr göstərir ki, ümumən türk epik təfəkkürünün keçdiyi (və buraya qədər haqqında söhbət 
gedən) üç tarixi dövrü — qədim, ilk orta əsrlər (daha doğrusu, I minilliyin ortalarından təxminən II 
minilliyin ortalarına qədər) və son orta əsrlər dövrlərini mexaniki əvəzlənmələr deyil, türk eposunun 
təkamül dövrləri hesab etmək lazım gəlir. Həmin dövrləşdirmə müxtəlif prinsiplər baxımından özünü 
doğrultsa da, biz yalnız bir prinsipi (və kifayət qədər əsas prinsipi) nəzərdən keçirəcəyik.
 
 Müqayisə edək:
 
 I. 
Qədim türk eposunun əsas qəhrəmanları mifik obrazlardır — Su, Yer, Göy, Ağac, Quş, Boz 
Qurd, Tanrı xan... Qədim türk eposunun sonrakı mərhələlərində artıq Tanrı obrazının mükəmməlləşərək 
mifologiyanı özünə tabe etməyə başladığı diqqəti çəkir.
 
 II. 
İlk orta əsrlər türk eposunun əsas qəhrəmanı Tanrıdır (yaxud onun təzahürü olan xaqandır). 
Türklər (oğuzlar) İslam dinini qəbul etdikdən sonra türk Tanrısı tədricən Allaha çevrilir.
 
 
III. Türk (burada oğuz) xalqlarının diferensiasiyası müstəqil türk millətlərinin formalaşması 
ərəfəsində (və gedişində) son orta əsrlərdə Azərbaycan türk eposunun əsas qəhrəmanı
 
nə Tanrı, nə  də 
Allahdır, Tanrı-Allahın himayəsində olan sufi-aşiqdir (İnsandır).
 
 "Kitabi-Dədə Qorqud"un mifologiyasından danışan araşdırıcılar (məsələn, professor Süleyman 
Əlyarlı), adətən, "Kitab"da bir neçə min il əvvəlin olmayan (!) "epik tarix"ini axtarır, göz qabağındakı 
tarixi isə nədənsə görmək istəmirlər.
 
 Yalnız onu demək kifayətdir ki, "Kitabi-Dədə Qorqud" (daha doğrusu, "Dədə Qorqud" dastanı) 
dövründə oğuzların epik təfəkküründən Boz Qurd obrazı, demək olar ki, silinmişdi, bir az sonra oğuzlar 
özlərini hətta Qaraqoyunlular, Ağqoyunlular adlandırdılar.
 
 
Bəzi tədqiqatçılar təkcə tarixi prinsipləri deyil, etnocoğrafi prinsipləri də pozaraq "Kitab"dakı 
mifoloji arxaizmləri orta əsrlərin qıpçaq eposunun təzahürləri ilə müqayisə edirlər. Halbuki qədim türk 
eposu orta əsrlər qıpçaq eposunda daha çox mühafizə olunur, qıpçaqlar oğuzlar qədər fəal müsəlman 
düşüncə  mədəniyyətini qəbul etmirlər. Və bu da təsadüfi deyil ki, qıpçaq xalqlarının  ədəbiyyatı  oğuz 
xalqlarının  ədəbiyyatı ilə müqayisədə daha az inkişaf dövrlərindən, yaxud mərhələlərindən keçmişdir 
(məsələn, "Maaday Kara", "Manas" bu günə  qədər altayların, qırğızların canlı yaddaşındadır, halbuki 
Azərbaycan, yaxud Anadolu türkləri "Dədə Qorqud" dastanını II minilliyin ortalarında unutmuşlar).
 
 "Kitab"da 
qədim türk mifologiyasının süqutunu görürük. Burada mifoloji obrazlar dastanın ideya-
estetik məzmununa  əhəmiyyətli təsir göstərməməklə yanaşı, süjetin, hadisələrin hərəkətinə  təkan 
verməkdən də məhrumdur. Lakin ilk (və sonrakı) orta əsrlərin öz mifoloji dünyası vardır, çünki kütləvi 
ümumxalq fantaziyası, hər hansı dövr olursa-olsun, ətraf aləmi özünəməxsus  şəkildə ümumiləşdirməyə 
bilməz...
 
 "Kitab"da 
öz 
əksini tapmış (və dastanın ideya-estetik məzmununa  əhəmiyyətli dərəcədə  təsir 
edən) epizodlar, motivlər, təfərrüatlar  İslam dini ünsürlərinin abidəyə sonralar katiblər tərəfindən  əlavə 
olunduğu fikrini söyləyənlərin yanlış mövqedə durduqlarını göstərir. Tanrıçılıqdan  İslama keçid "Dədə 
Qorqud" dastanının formalaşdığı dövrdə (I minilliyin ikinci yarısında) Azərbaycan cəmiyyətinin  əsas 
etnokulturoloji, ideoloji problemlərindən biri olduğuna görə həmin məsələ "Kitab"a katib əlavəsi olaraq, 
yəni subyektiv şəkildə daxil edilə bilməzdi. Və bilavasitə İslam dininin yayıldığı, müxtəlif ictimai-siyasi
etnokulturoloji maneələrlə qarşılaşdığı  əsrlərdə formalaşdığına görədir ki, Azərbaycan türk xalqının 
təşəkkülünə əhəmiyyətli təsir göstərmiş oğuz-qıpçaq münasibətləri dastanda məhz həmin etnosların İsla-
ma münasibəti mövqeyindən interpretasiya edilir.
 
 
"Dədə Qorqud" dastanında ümumtürk epos təfəkkürü, əgər belə demək mümkünsə, məhdudlaşır.
 
Və bu cür "məhdudlaşma" nəticəsində həm dastanda, həm də "Kitab"da Azərbaycanın, Anadolunun, bir 
sıra qonşu ölkələrin epik tarixi, epik coğrafiyası bu və ya digər səviyyədə konkret əks olunur.
 
 Lakin 
müxtəlif səbəblərlə əlaqədar, Azərbaycan tarixçiləri, indiyə qədər "Kitab"a mötəbər tarixi 
mənbə kimi müraciət etməmişlər. Bəzi təşəbbüslər isə (məsələn, professor Süleyman Əlyarlının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə