Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Günəştək getməyim dilənçiliyə



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə111/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   107   108   109   110   111   112   113   114   ...   121

Günəştək getməyim dilənçiliyə.

419


Yəni əsərlərimdən gözəl əsər, özümdən yaxşı şair görsəydim, mən də 

onun budağından bir gül dərərdim. Lakin, yox, ətəyimi öz sözümün 

fidanından doldururam, öz ətimdən kabab yeyirəm. Buna görə, Günəş kimi 

başqalarının qapısını gəzmək mənə lazım deyildir.

56

 

Mən Ölü olsam da, ən mərd bir kəsəm,

Karvanda gedərəm, karvansız şəxsəm.

Yəni mən qoca və zəif olsam da, həyat yolunda mərdliklə yeriyən bir 

adamam. Mən bu dünyada yaşayanlardan - bu karvan əhlindən deyiləmsə də, 

dirilər karvanı ilə gedirəm.

57

 

Nəfsin noxtasını bərk tutdum qırx gün,

Qırx günün içində hazır olur gön.

Gönü  tamamlamaq  və  qırmızı  rəngə  boyamaq  üçün  qırx  gün 

dabbaqxanada bişirirlər. Yəni mən də qırx gün riyazət çəkdim, nəfsimin 

ixtiyarını əlimə aldım, öz guşəmdə oturdum və məqsədimə nail oldum.

58

 

Çünki dörd balışda görmədim səbat,

Dörd divar içində keçirdim həyat.

Dörd balış - şahlıq taxtına və dörd ünsürə işarədir. Bu, eyni zamanda 

qüdrət və qüvvət rəmzidir. Yəni dörd ünsürdən əmələ gələn bu dünyada, 

yaxud onun şahlıq taxtında bir səbat, vəfa görmədim. Odur ki, bu dünyadan 

üz çevirib, xəlvətə çəkildim.

Qəlbim qadın deyil, çaxmaqdır, çaxmaq, 

Məryəmtək boyludur, bakirdir ancaq,

Kişiyə getmeyə nə ehtiyac var,

Onun öz daşından öz odu çıxar.

Yəni təbimin kimsəyə ehtiyacı yoxdur. O, Məryəm kimi ərsiz də 

doğmağa qadirdir. Onun poladı da, çaxmağı da özündəndir. Yazdıqlanm, 

yaratdıqlanm öz qəlbimin orijinal məhsuludur, kimsənin onda haqqı yoxdur.

60

 

Nizami bu sapa düzərkən gövhər,

Qələmdən silindi qələm görənlər.

Yəni mən "Şərəfnamə"ni yazarkən Firdovsinin yazdıqlarını buraxdım, 

yazmadım; deyilməmiş, yazılmamış olanları nəznə çəkdim.

61

 

Quruda, dənizdə kim çəksə zəhmət,

Balıqdan dürr alar, öküzdən sərvət.

Mifoloji təsəvvürə görə, Yer kürəsi öküzün, öküz balığın üstündə, balıq 

da suda dayanmışdır. Beytin mənası: kim ki əməyə alışmış, zəhmət çəkməyi 

özünə sənət etmişdir, o, yerin altında olan balığın qarnında da olsa dürr, 

Yerin istinad etdiyi öküzün altında da olsa xəzinə əldə edə bilər. Əməyin 

qarşısında heç bir şey dura bilməz.

420


Gümüş küp, ya qızıl bir teşt istəsən, 

İraq torpağından uzaq getmə sən.

421


Əgər sənətin gümüş küpünü, şeirin qızıl teştini istəyirsənsə, bunu İraqda 

axtar.

63

 

Bilənlər əkdiyi üç toxumdan mən,

Bir ağac əkərəm həm uca, həm şən.

İskəndər Zülqəmeyn üç sifətə malik imiş: padşahlıq, alimlik və 

peyğəmbərlik. Nizami burada İskəndərin tarixi haqqında bu üç mövzuda 

yüksək və parlaq bir əsər yazacağam deməklə, "İskəndəmamə"ni nəzərdə 

tutur.

64

 

Üç qapı tikdim, üç xəzinə demək,

Çəkdim hər qapıda aynca əmək.

Yəni üç ev üçün - İskəndərin sifətlərini göstərən padşahlıq, alimlik və 

peyğəmbərlik evləri üçün üç qapı tikdim: üç cəhətdən əsər yazdım. Hər çəhət 

üçün ayrıca əmək sərf etdim. Bunlann hərəsi özlüyündə bir sənət və söz 

xəzinəsidir.

65

 

Bu namə mübarək olacaq, bişəkk,

Şahın məclisində olsa mübarək.

Burada şah - Nüsrətəddin Əbu Bəkr ibn Məhəmməddir, namə isə 

"Şərəfnamə"yə işarədir.

66

 

Yaquta bənzəyən suyu, saqi, dur,

Bu yaqut yağdıran qədəhə doldur.

Bu saxsı cama mey həyat axıdır,

Onun reyhanını öz torpağıdır.

Yaquta  bənzəyən  su 

-  Nizaminin  ÇOŞub-daşan  sözləri,  yaqut 

yağdıran 

qədəh, 

cam  -  onun  qəlbi  və  təbidir; 

mey 

-  o  qədəhin  çaniıdır,  yəni  şairin 

sözləri o qəlbin həyatıdır.

67

 

Ey inci, üzə çıx söz dənizindən,

Sultanın tacında get elə məskən.

Yəni ey sözlərim, təbimin dənizindən çıx, şahın tacma layiq qiymətli 

incilər ol.

68

 

Düşmən son düşünən, ürəyində kin,

İstiqbal görəndir, ləqəbi Bişkin.

Yəni düşmən işə keçəndən sonra o, iş haqqında düşünür. Bişkin isə 

öncəgörmə qabiliyyətinə malik olduğu üçün, hadisə baş verməmişdən qabaq 

onun çarəsini tapır. Bişkin - Atabəy Nüsrətəddin Əbu Bəkr ibn Məhəmmədin 

ləqəblərindən biridir.

69

 

Qılınc sahibidir, tac verən şahdır,

Üç növbət vurandır, beşə pənahdır.

422


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə