Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Üç növbət - uzun zaman padşahlann qapısında gündə üç dəfə nağara



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə112/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   108   109   110   111   112   113   114   115   ...   121

Üç növbət - uzun zaman padşahlann qapısında gündə üç dəfə nağara 

vurardılar. Deyirlər ki, bu, İskəndər Zülqəmeyndən qalmışdır. Beş növbət - 

müsəlmanların hər gün beş vaxt qıldıqları namazdır.

423


Beytmn mənası: qüvvət və taxt-tac sahibi olan Nüsrətəddin elə bir şahdır 

ki, onun qapısında, İskəndər dövründə olduğu kimi üç dəfə növbət vurulur. 

Özü də islamın yardımçısı və pənahıdır.

70

 

Fərattək səmimi bir dostluğu var,

Nil kimi düşməni gizlində boğar.

Yəni Nüsrətəddinin dostluğu Fərat çayının suyu kimi şirin və aşkardır. 

Düşmənini də, guya Tann düşmənlərini boğub gizlədən Nil çayı kimi 

xəbərsiz məhv edəndir.

71

 

Fələktək hər kəslə girsə meydana,

Atar qalxanını torpaqtək suya.

Yəni Nüsrətəddin göy kimi, fələk kimi yenilməzdir; o, vuruşanda 

düşməni öz qalxanını suya atar, məğlub olar.

72

 

Hər şəhrə hünərlə qələbə çalmış,

Qarun sərvətini əlinə almış.

Qarun - mifoloji rəvayətə görə, mal-dövlətinin çoxluğu, eyni zamanda 

xəsisliyi ilə məşhur bir adam imiş.

73

 

Yer xəzinəsindən bir çuval tikmiş,

Xeyri zər toplamış, yasəmən gümüş.

Xeyri - rəngi həmişə sarı olan həmişəbahar gülüdür. Zər - qızıl deməkdir. 

Yasəmən də gümüş kimi ağ, xoş qoxulu çiçəkdir.

Yəni Keyxosrov, o qədər dövlətlidir ki, xeyri sanlığını onun qızıllarından, 

yasəmən də ağlığını onun gümüşlərindən almışdır.

74

 

Fillərlə döyüşdə atınca kəmənd,

Qənnucun şahını edərsən filbənd.

Qənnuc - Hindistanın ən qədim şəhərlərindən biridir. Sultan Mahmud 

Qəznəvi tərəfindən məhv edilmiş bir dövlətin paytaxtı idi. Vaxtilə çox böyük 

olmuş, indi isə bir qəsəbə halındadır. Filbənd etmək - şahmatda fil və piyada 

ilə şahı mat etmək deməkdir,

75

 

Saydığım altı şey məxsusdur sana,

Adında altı hərf şahiddir buna.

Altı şey - izahı yuxarıdakı misralarda verilir. Adında altı hərf - ərəb 

əlifbası ilə yazılarkən Nüsrətəddin sözündəki altı samit hərfdir: n, s, r, t, d, n.

76

 

Yeddi göy altında, ey dünya şahı,

Beşinci ölkənin sənsən pənahı.

Beşinci ölkə - qədim Şərq coğrafiyasında Türküstan və Azərbaycan 

sayılırdı. Yəni Türküstan və Azərbaycanın şahı sənsən.

O gizli xəznəni aça bilməsə,

Verər qızıl açar şənlik o şəxsə.

77

424


Yəni bu əsəri oxuyub oradakı hikmətləri anlamasa da, əlində belə bədii 

bir açann, əsərin olması onu sevindirər.

425


Bu Çin ipəyinin naxış evində,

Maninin fırçası düşmüşdür bəndə.

Yəni "Şərəfnamə" elə sənətkarlıqla işlənmişdir ki, məşhur sənətkar Mani 

bunun qarşısında heyran qalmışdır.

79

 

Ulduz güzgüsüylə o böyük qeysər,

Qaranlıq içindən çıxardı gövhər.

Yəni ilk dəfə güzgü qayıran, qaranlıq bir dəmirin içindən işıqlı gövhər 

çıxaran iskəndər oldu.

80

 

Bulqar şəhrini o, etdi bərqərar,

O şəlı riıı adıdır əslində Bün-qar.

İskəndər zülmətə gedəndə osbab-əsləhəsini və qoşununu bir mağarada 

qoyub getmiş, sonra o mağaranın yerində bir şəhər tikdirmiş, adını Büni-qar 

qoymuş və bu ad tədricən Bulqar şəklinə düşmüşdür. Büni-qar - mağaranın 

dibi deməkdir.

81

 

Dünyaya gəlmədən əvvəl xaçpərəst,

Çəkdi bu dünyaya xaç kimi bir xətt.

İskəndər ekvator xəttindən biri Şimal, digəri Cənub qütbünə tərəf xətlər 

çəkdi, dünyanı dörd yerə böldü.

82

 

Həmin bu dörd bucaq ətləsi xətlə 

Həndəsi ölçünü keçirdi ələ.

Ətləsi xətt - ekvator xəttitidən çəkilən xətlərə işarədir. Beytin mənası 

budur ki, İskəndər həmin bu dörd xətlə həndəsə elmini yaratdı.

83

 

Dörd bucaq üstünə bir də artırdı,

Bu doqquz fələyə beş növbət vurdu.

Dörd bucaq - İskəndərin ekvator xəttinin üstündən keçən qütblər dairəsi 

ilə dörd yerə böldüyü dünyaya işarədir. Yəni İskəndər bu dörd bucaq dünya 

üzərində elə bir nağaraxana qurdu, daha doğrusu, elə bir əzəmət sahibi oldu 

ki, səsi, tərifi doqquzuncu fələyə çatdı.

84

 

O, rübi-məskunu etdi aşikar...

Qədim ərəb coğrafiyaşünasları yeri dörd hissəyə bölərdilər. Bunlardan 

yalnız birində insan yaşayırmış. Misranın mənası: dünyanın dörddə birinin 

məskun olmasını həndəsə vasitəsilə İskəndər müəyyən etdi.

85

 

İskəndər bir böyük yol təqib etdi,

Dirilik suyunun dalınca getdi...

...Dirilik suyunun olmadı sonu,

Ancaq indi tapdı həyat suyunu.

426


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə