|
Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"Bir anda aləmi seyr etdi, inan
Bir anda aləmi seyr etdi, inan.
Gözəldir, səpərək can gövhərini,
Tərifə başlasam dörd yavərim.
Dörd gövhər satan var, dörd gövhər alan
33
,
Artıq-əskiyinə qanşmaz satan.
Əlinin eşqində sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər iki nur ilə nurlamr dimaq:
Əbubəkr bir şamdır, Osman bir çıraq.
Bu dərviş sifətli dörd böyük soltan,
Dünyaya olmuş dörd təkbir oxuyan
34
.
Nəbilər önündə gedənə alqış,
Üzrləri qəbul edənə alqış.
Sənsən yaranışda birinci xilqət,
Dövranın sonunda sonuncu ayət.
Hər iki aləmə mübarək sənsən,
Sənə bir tay varsa, o da tək sənsən.
Sənsən xəzinələr qıflına açar,
Yaxşım, yamam edən aşikar.
Ən gözəl günündə "ümmətim" deyə,
Şəfaət edirsən suçlu bəndəyə.
Bir ovuc torpağam mən dərgahında,
Artıq bir şikaram şikargahında.
Nizami tutmuşdur Gəncədə məkan,
O, məhrum olmasın salamlarından.
ŞƏRƏFNAMƏNİ YAZMAQ HAQQINDA
Gecə gündüz kimi bəzək vurmuşdu,
Səhər duasına erkən durmuşdu.
Yer üzü mahtabdan açmışdı çətir,
Sanki yer nafından səpirdi ətir.
Bazarlar olmuşdu səs-küydən uzaq,
Zınqırov səsindən dincəlmiş qulaq
35
.
Keşikçi dalmışdı şirin yuxuya,
Dan yeri başım salmışdı suya
36
.
31
Dünyamn işindən çəkib əl-ayaq,
Fikir zəncirində olmuşdum dustaq.
Gözlərim örtülü, könlüm ayıqdı,
Aramaq işində zehnim sayıqdı.
Deyirdim ki, qurum eylə bir tələ,
Ən gözəl bir şikar keçirim ələ.
Baş qoydum dəlitək qəm boğa-boğa
Maral sağrısından yumşaq yasüğa.
Gah başım dizimin üstündə dalğın,
Yer - başım ahında, göy - ayağımın
37
.
Dayanmaz varlığım rəqs edər bütün,
Başım kürsü olmuş ayağım üçün.
Düşüncəm yol ölçüb etsə də cövlan,
Cismim böyrü üstə tozlara qəltan.
Tənimi bir yana buraxdım artıq,
Cam can çölünə götürdüm azıq.
Gah gizlin lövhədən ibrətlər aldım,
Gah keçmiş sühüfdən hikmətlər aldım.
Şam kimi od düşmüş mənim bağıma,
Bağım döndü mənim odlu dağıma.
Günəş qarşısında əriyəntək mum,
O mumla gözümdən çəkildi yuxum
38
.
Cadugər məndənmi öyrənmiş, nədir,
Gözlərdən yuxunu mum ilə çəkir.
O müdhiş keçidlər başında bu an
Pak olan əqlim də uçdu başımdan.
Daldım xoş yuxuya coşarkən damaq,
Gözümdə canlandı səfalı bir bağ.
O rəngin bağçadan dərirdim xurma,
Verirdim kim çıxsa mənim qarşıma.
O xurmadərən ki durdu yuxudan,
Dimağı atəşdi, ağzı bir ümman.
Müəzzin başlarkən birinci qunut
Ki: "Sübhanə həyyəlləzi layəmut"
39
.
Məndən də ucaldı bir acı nalə,
Özümü unutdum, daldım xəyalə.
Uğurlu bir səhər doğunca fələk,
32
Yemdən canlandım səhər yelitək.
Gecələr nur saçan şamı yaxaraq,
Fikrimdən şam kimi yanırdım ancaq.
Başladı ürək, dil: "Şer yaz” deyə,
Harut, Zöhrə kimi cadugərliyə
40
.
Yetişər, bu qədər işsiz qalmayım,
Şerə ən yeni bir üsul arayım.
Yeni nəğmələrlə başlayım kəlam,
Keçmişlər ruhuna göndərim salam.
Bir çıraq yandınm bir pərvanədən,
Bir ağac bəzəyim kiçik danədən.
Bu barlı ağacdan kim meyvə dərsə,
Söyləsin xoşbəxtdir bu bağdan kimsə
41
.
Ancaq bir şərtim var: bir para dəcəl
Qonşunun malına uzatmasın əl
42
.
Tutaq ki, huşyarlar padişahıyam,
Dürr, gövhər satanlar şahənşahıyam.
Xalq başaq yığandır, mən əkinçiyəm,
Kirəçi deyiləm, ev sahibiyəm.
Bu bazarda necə büsat açım mən,
Arxayın deyiləm yol kəsənlərdən.
Varmı bu bazarda bir dükan açan,
Vanna dörd yandan dəyməsin ziyan?
Damcı oğrusundan qorxarım dəniz?
Buludum yağdırar ondan çox, şəksiz
43
.
Ay işığı qədər olsa yüz çıraq,
Yenə günəş ona vuracaqdır dağ
44
.
HEKAYƏT
Eşitdim, bir yoxsul ciyər qaniylə
Köhnə bir əşrəfi keçirdi ələ.
Ona söyləmişdi varlı kimsələr:
"Zəri - zər, xəzinə - xəzinə çəkər".
Sürətlə üz qoydu bazar səmtinə,
Köhnə əşrəfiylə tapsın xəzinə.
33
Dostları ilə paylaş: |
|
|