Nəyin var şən-şən ye, sevin bu günə,
Qoyma bir dirhəmi dirhəm üstünə.
Elə bil bir nəhəng bizə yan almış,
Yemədiklərim əlinə salmış.
Qamn da yığmışdı böyük bir sərvət,
Bax, necə torpağa girdi nəhayət.
Qızıldan bir saray tikdirdi Şəddad,
Ölərkən almadı qəsrindən murad.
Bu bağda bir ağac bitməmiş rahət
Ki, balta dəyməyib, qalsın səlamət.
Şahlann taxtına bəzək verənlər
Belə nəql edir ki, böyük İskəndər
Bir gün dincəlirdi ürəyi çox şən,
Uzaqdı dünyanın həvəslərindən.
Saf, dum şərabla şahlıq camım
Doldurar, boşaldır, alır kamım.
Hikmət sahibləri gəlmiş yamna,
Ağıl da, tədbir də köməkdi ona.
Yüz nəğmə başladı çox sədalı çəng,
Hər nazik nöqtədən söz aldı ahəng.
Şah içdiyi camın hər damcısından
Mühəndis əkirdi gözəl bir fidan
125
.
Parlayan saf şərab şimşəkdən nişan.
Qədəh şəkər saçan, şərab qəlbaçan.
Çalğıdan, şərabdan, incə nəğmədən
Yarım sərxoş idi içən, dinləyən.
Qədəhin göz yaşı, çalğımn səsi
Axıdır pərdədən bir qan çeşməsi.
O şirin mizrabın hər yarasından -
Quru pərdələrdən axır seltək qan.
O məclis cənnətdən daha bəzəkli,
Mayısdan daha şux, daha çiçəkli.
Məclisin başında böyük İskəndər
Göydə bədirlənmiş bir aya bənzər.
Daradan bir elçi gəldi bu zaman,
Ürəkli, daşqınlı, dilli, qəhrəman.
115
Şahpərəstlər kimi göstərdi hörmət,,
Onu və Daram öydü nəhayət.
Adlı qəhrəmana etdi çox səna,
Daranın əmrini yetirdi ona.
Öncə öz şahından salam yetirdi,
Köhnəlmiş xəracı dilə gətirdi:
"Neçin şah əsirgər gövhəri, tacı,
Çoxdandır verməyir bizim xəracı?
Məndə bir acizlik görmüşmü? Nədən
Başım qaçırmış pərgar xəttindən?
Köhnə adətləri atsa boynundan,
Sərkəşlik edərsə, çəkəcək ziyan".
İskəndər alovlu şimşəktək çaxdı,
Qəlbinin atəşi dilini yaxdı.
Əyildi qaşımn kaman guşəsi.
Qorxudan elçinin söndü nəfəsi.
Elə ki, eşitdi bu kinli sözü,
Dimağı odlandı, parladı gözü.
Acığı dilinə edincə əsər,
Söylədi qasidə yaramaz sözlər.
Şahın gözlərindən qəzəb yağırdı,
Qasidə dediyi sözlər ağırdı.
Düşüncəsi, ağlı sağlam olan kəs
Lüzumsuz sözləri söyləməz əbəs.
Qızışanda dili səbr etsə bir az
Tutduğu işindən peşiman olmaz.
Min-min sərrast sözə tapsa da zəfər,
Susmaq söyləməkdən çox fayda verər.
Nə gözəl söyləmiş qoca bir ərən:
"Dil ətdən yaranmış, qılınc dəmirdən".
Sözünün mülkünə olmaz hökmüran
Dilinə gələni söyləyən insan.
Kəyana mənsub ən qoca bir nəfər
Həmin hadisəm belə nəğl edər:
Qiymətli qılıncdan, gövhərdən, tacdan
Daranın xəracı getdiyi zaman,
Dəyərli gövhərlər içində, hətta,
116
Varmış bir təbii, qızıl yumurta.
O incə naxışlı şahanə büsat
Verərdi görənə təzə bir nişat.
Dilini o qasid edincə polad,
Köhnəlmiş xəracı eləyincə yad,
Bağırdı: "Möhkəmdir başımdakı tac,
Qızmış bir aslandan alınmaz xərac.
Başqa bir ayinə girmişdir cahan,
Qalmamış o qızıl yumurta doğan.
O köhnə büsaü bu dövran sildi,
Keçmiş ayinlərə qələm çəkildi.
Hər zaman cəvahir çıxarmı daşdan?
Dünya gah sülh istər, gah vuruş, gah qan.
Bu qədər qürurla çəkmə boş nəfəs,
Qılıncla cavab ver, damşma əbəs.
Yetməzmi qılıncım qan dama-dama
Taxüm çəkməmiş mənim ahıma?
Mənim də var ikən qılıncım, taxüm,
Lakin bu dünyam sənə buraxdım.
O qədər səndə var cəlal, təmtəraq,
Mənə də belə bir guşəni burax.
O yerə yetirmə "gücüm var" deyə,
Səninlə çarpışım pəncə-pəncəyə.
Ataraq hörməti, rəsmi, həyam
Kinimlə coşduram qəlbimdə qam.
Şah eşitmədimi edərkən savaş
Qopardım zəncidən mən nə qədər baş?
Bir at çapmağımla getdim mən hara,
Atdım dikbaşları toz-torpaqlara.
Bir şah ki, şahlara verir taxt və tac
Miskinlər kimi heç verirmi xərac?
Məndən Misri istə, istəmə gövhər,
Misir qızılıtək sözə ver zivər.
Bax, sərvət, dövlətim qalxmış nə yerə,
Tələb et məndən öz rütbəmə görə.
Qaldırma fitnəm, coşdurma kini,
Gəl, viran eləmə iran mülkünü!
117
Dostları ilə paylaş: |