Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə41/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   121

Elə zənn etmə ki, qınlmaz daşlar.

Döyüş zamanında işlərkən əllər 

Dağlardan toz qopar, titrər təməllər.

Bu dünya mülkünün gəlincə sonu 

Asanca mənimsər axtaran onu. 

Çıxarkən bir sənlik, mənlik ortaya.

Ah, necə doymasın cana bu dünya?!

141

 

Bilirəm, bax, budur fikrinin cam: 



Tutmaz bir tərəzi iki batmam

142

.

Məni öz daşınla gəl çəkmə daha, 

Bəhməni bununçun vurdu əndaha

143

. 

Cavabda daş, dəniz atsan ortaya,

Dağ kimi daşımı ataram suya

144

.

Mən də zirehpuşam, qılınc oynatsan, 

Sülhə də razıyam, sülhə əl atsan. 

Gövhərdən, qılıncdan, nəyin var, çıxar, 

Mənim də bunlarda məharətim var.” 

Elə ki, məktubu Dara dinlədi,

Dimağı alışdı, kinlə inlədi.

Durmadan topladı qədərsiz əskər, 

Daradan qalmadı geri İskəndər.

Ortaya çıxardı güclü bir ordu,

Silahdan onlara yaraşıq vurdu.

Dara anladı ki, qızmış onda ha 

Aslanın izini buraxmaz daha.

Elə bir şövkətlə qalxdı yerindən,

Dağlar da sarsıldı öz təməlindən. 

Nəhayət, gəldilər qarşı-qarşıya,

Kinin qapısım açmışdı dünya.

Cəzirə ki, Musil adlı ölkədir,

Səfalı bir yerdir, xoş düşərgədir, - 

Bu yerdə toqquşdu iki tacidar, 

Dəhşətdən, vəhşətdən titrədi dağlar. 

Çarpışan şahlardan əsər axtarsan, 

indi də o yerdə sümük taparsan.

143


DARANIN İSKƏNDƏRLƏ 

MÜHARİBƏSİ

Ey saqi, şərabın ağzını dur aç,

Vaxtı boş keçirmə, qədəhə mey saç! 

Xüsusi mey ilə xərab et bir an, 

Qurtanm canımı bu xərabatdan.

Bu mavi göylər ki, daim seyr edər.

Bu günəş, bu ay ki, dolaşıb gedər. 

Bunları sanma bir oyun-oyuncaq, 

Sərsəri deyildir bu geniş afaq. 

Pərdədə hər telin vəzifəsi var.

Bizə bu hikmətlər deyil aşikar.

Kim bilir ki, sabah nələr olacaq?

Kim sönüb gedəcək, kim sağ qalacaq? 

Kimin paltarını atarlar çölə,

Kim qoyar başına tac gülə-gülə. 

Yaxşıdan, yamandan xəbər verənlər 

Pak, təmiz şahlardan belə nəql edər: 

Çin şahı səhərə nəfəs verərkən 

Ulduzu günəşə dəyişdi Ədən

145

. 

Toqquşma yerinə yetişdi ordu,

Qaf kimi düz iki pərgarda durdu. 

Yollara töküldü dəmirdən tikan

146

, 

Şeypurlar coşduqca qopdu həyəcan. 

Üz-üzə gəlirdi hər iki ordu,

Nə ürəkdə dinclik, nə gözdə uyğu.

Hər iki tərəfdə ordu qaynaşır, 

Qaynaşma ayağa, ələ dolaşır.

Üz-üzə durdular döyüş yerində, 

Döyüşə cəsarət yox heç birində.

Hamı düşünürdü bəlkə sülh olsun, 

Qılınclar qımnda sakit otursun. 

Gənclikdən, qürurdan hər iki sərkəş 

Birisi su idi, birisi atəş.

Nəhayət, şəfqətdən kin etdi zühur,

144


Yandı hər ürəkdə kinli bir qürur.

Elə ki, qaynadı kinli bir hiddət, 

Ürəkdən büsbütün silindi şəfqət, 

Davullar gurlarkən dəhşət verərək, 

Təblin dodağından öpürdü fələkl47. 

Sərxoş fillər ilə qızışdı meydan.

Güzgü sımb düşdü filin alnından. 

Şeypurlar qoparır aslan nərəsi,

Dimağı doyurar nayın nəfəsi.

Türk payı qopardı elə bir şivən 

igidlər coşaraq qopdu yerindən. 

Zinclərin sədası elə müdhişdi,

Bəzəkli günbədi dəlib keçmişdi. 

Meydam bürüdü qanlı vurhavur, 

Döyüşdən igidlər getdikcə coşur.

Sanki bir məhşərdir, yer, göy dağılır, 

israfil şiddətlə şurunu çalır.

Göylərin yolunu tutdu toz. torpaq, 

Sağlığın yüyəni əllərdən uzaq.

O qədər toz qonmuş tərkə, yəHərə,

Yer göyə dönmüşdü, göy isə yerə

148

. 

Ciyəri yandınr atəşli səda,

Boğulur kəməndin halqalan da. 

Nəfəslər göydə bir buluddur guya, 

Qılınc şöləsindən yanırdı dünya.

Qılınc oynadırdı torpaqla, qanla, 

Havanın dimağı dolurdu canla, 

iran tacidan səhərdən durdu,

Sazladı olduqca mükəmməl ordu.

Öncə sağ qanada bəzəklər saçdı, 

Əndaha qılınclar ağzım açdı.

Soma da sol qolu nizama saldı, 

Cəbhəyə poladdan bir dağ ucaldı.

Bir mərkəz dikəltdi cinahın gözü, 

Qapandı günəşin və ayın üzü.

Bu mərkəz poladdan tökülmüş bir dağ, 

Sığman kəslərə dəmir bir sığnaq.

145


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə