Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə40/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   121

Əcəbmi məni də etsə tacidar? 

Böyüklük etməyi bacarram mən də, 

Qılınc oynadaram aslan önündə. 

Qılıncla təxtü tac ala bilərəm,

Ayı da kəməndə sala bilərəm. 

Cəmşid tarixim oxu bir daha,

O ayı gör necə uddu əndaha

137

. 

Haman əndahaya soma Firidun 

Əndaha gücüylə açdı nə oyun?!

138

 

And olsun yer-göyü quran tanrıya 



Ki, ondan bu yer-göy almışdır maya. 

Tanrıdan bir kimsə tutmasa xəbər, 

Demək, yox başında şüurdan əsər. 

And olsun keçmişin rəhbərlərinə, 

Bizim dinimizin peyğəmbərinə,

And olsun ibrahim qoyan sühüfə,

O dinçin tanrıya şükür min dəfə.

O iran xalqına əl taparsam mən, 

Silərəm Zərdüştün dinini yerdən.

Nə atəş qoyaram, nə atəşgədə,

Odlar da şölədən yanar bu dərdə.

Bu közəl mərasim, bu ayin, bu yol 

Ulu babalardan qalmış, əmin ol!

Bu müşkün qoxusu duyulmamaqçin 

Onu çör-çöp ilə gizlətmək neçin? 

Xurma ağacına kəməndi atan, 

Əlbəttə, yeyəcək xurmam asan.

O külün bostanda başı yüksəlir 

Ki, gözəl rəngi var, həm saçır ətir. 

Bilsə ki, mərdliyi, qol qüvvəti var,

O zaman başım maral dik tutar. 

Aslanlar içində odur ən vəhşi: 

Pəncəsi itidir, kəskindir dişi.

Bir maral budu var. iki ac aslan. 

Kababı kim yeyər? Ən güclü olan! 

iki fil xortumu çarpışır, demək, 

Bunlardan ən güclü üstün gələcək.

140


Mən meydan əriyəm, sən də bir kişi, 

Meydanda seçilir hər mərdin işi.

Bu yoldan o zaman çəkərəm yüyən,

Ya külah qaparam, ya ölərəm mən. 

Sandın səndən başqa yoxdur bir nəfər, 

Ancaq bir sənsənmiş dünyada sərvər?! 

Hər yarpaq alünda təlaş edən var,

Hər mənzil başına bir yol gedən var. 

Bu müdhiş ilanla şətrənc oynama. 

Qarşı çıx, hiyləylə bunca qaynama!

Öz mülkümdəm mənə iqta göstərmə. 

Süheylə baratı Yəməndən vermə!

139

 

Qoyuna verilməz dələmə suyu,



Onda öz qam var, görəcək bunu. 

Qürurla bu qədər olma gərdənkəş, 

Torpaqdan yarandın, deyilsən atəş.

Gəl burax bu kini, islaha yanaş, 

Qalaydan pozulur almaz kimi daş.

Bir qab şərabın var, saxla can-başla. 

Sındırarsan onu, çarpışma daşla. 

Unutma, neft ilə doludur cahan, 

Söyüdü qom bu odlu tufandan.

Xoş keçdi, ələ al nuş ilə eyşi,

Xəracla cahanda şəxsin nə işi!

Biri yoxsuldan bağ əsirgəməmiş,

O biri verməmiş bağından yemiş.

Get, elə bir ov tap zəifdir məndən,

Yağ çıxmaz sənə bu aslan böyründən. 

Heç mümkün deyilsə meyvəm dərmək, 

Budaqdan asılmaq nəyinə gərək.

O zaman arzuna yetişərsən sən,

Körpü sala bilsən böyük dənizdən.

Bir düşün, bu qədər qürur nə gərək! 

Bəsləyirsən əbəs baş tutmaz dilək.

Bax, gənclik nə yola çəkdi Bəhməni, 

Qorx bu onda badan ki, dişlər səni! 

Yolunu div vurar Isfəndiyartək,

141


Rüstəmlə döyüşə çıxasan gərək!

Divlərlə oturub dursa Süleyman, 

Qalmaz barmağında üzüyü, inan!

140

 

Çalış bu dünyada səhv eyləmə sən,



Çox bizim kimilər yanmış səhvindən. 

Özünə verdiyin hesab düz deyil,

Bu yanlış oyunu uduzdun, çəkil!

Nədir bu xam xəyal, bu xam tərpəniş? 

Simurğu toruna kim sala bilmiş? 

Zəncidən deyilsən daha adamcıl. 

Bərbərdən igidmi çıxdın sən, ayıl!

Kin ilə döyüşə başlayınca mən 

Nə qədər qan tökdüm zənci, bərbərdən. 

Qayıt bu kinindən artıq, yetişər, 

insanı incitməz azad kişilər.

Öncə sən bağladın kin mənə qarşı,

Uk səndən göründü ilamn başı.

Ordunu sazladın qan içsin deyə.

Üstümə gəlirsən basqın etməyə.

Ölkəmə salırsan min fitnə, min kin, 

Atamın mülkünü almaqdır fikrin.

Mənə də gərəkdir yığaraq əskər 

Belimə bağlayım hərb üçün kəmər, 

Ordumla bu dərin dənizdən aşmaq, 

Qılıncımla bir qan dənizi açmaq.

Sanma mən sərxoşam, sən ayıq, huşyar, 

Mənim də başımda ağlım, huşum var. 

Taleyin gününü edibsə parlaq.

Mən də xoşbəxtlikdən deyiləm uzaq. 

Sənə iş vermişsə köhnə ruzigar,

O işdə mənim də məharətim var.

Sənə tacın yardır, mənə qılınc yar, 

Səndə tac vardırsa, məndə qılınc var! 

Güvənmə taxtına sən, ey tacidar!

Hər taxtın önündə bir də tabut var. 

Güvənmə ki, dağlar çəkmiş daş hasar,

142


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə